Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-443/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədilə 07 noyabr 2022-ci il tarixdə saat 13 radələrində və 09 noyabr saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə həyətyanı sahənin hasarından aşmaq yolu ilə qanunsuz daxil olaraq fərdi yaşayış evində və həyətyanı sahəsində olan ümumilikdə 3400 manat dəyərində 01 ədəd “TOSHİBA” markalı televizoru, 01 ədəd 72 diaqonallı “SAMSUNG” markalı televizoru, 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd lomu, 01 ədəd dəmir bərkidicini, 01 ədəd su motorunu, 01 ədəd su tozsoranını, təmir-tikinti işlərində istifadə olunan açarları və çəkicləri, 02 ədəd eletrik tənzimləyicisini, 01 ədəd müşahidə kamerasını gizli yolla talayaraq sonuncuya qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədilə 17 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində və 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus, ünvan 4 ünvanında yerləşən bağ evinin həyətyanı sahəsinin hasarından aşmaq və bağ evinin taxta pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olmaqla bağ evinin həyətyanı sahəsindən və bağ evindən bir ədəd 4-5 metr uzunluğunda düralüminium materialından olan 200 manat dəyərində nərdivanı, bir ədəd 60 manat dəyərində manqalı, 50 manat dəyərində “ceyran” sobasını, bir ədəd 60 manat dəyərində dəmirdən olan əl arabasını, 100 manat dəyərində kəsilmiş vəziyyətdə olan armaturları, hər birinin qiyməti 200 manat olan ümumilikdə 400 manat dəyərində iki ədəd su motorunu, bir metrinin qiyməti iki manat olmaqla 50 metr uzunluğunda 100 manat dəyərində elektrik naqilini, bağ evinin qarajında olan “Nissan Patrol” avtomobili üçün nəzərdə tutulan hər birinin qiyməti 250 manat olan ümumilikdə 500 manat dəyərində iki ədəd amartizatoru, hər birinin qiyməti 200 manat olan iki ədəd ümumilikdə 400 manat dəyərində plastik pəncərəni, hər birinin qiyməti 100 manat olan iki ədəd ümumilikdə 200 manat dəyərində xalçanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2070 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 yanvar 2023-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs4 məxsus, yaşayış olmayan, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə arxa qapıdan qanunsuz daxil olub oradan hər birinin qiyməti 150 manat olan iki ədəd SSRİ istehsallı kondisioneri, hər birinin qiyməti 50 manat olan iki ədəd “İskra” markalı suqızdırıcını, bir ədəd 100 manat dəyərində su motorunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 16 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Zəfər” kafesinə plastik pəncərədən qanunsuz daxil olaraq ümumilikdə 300 manat dəyərində iki şüşə “Koka-kola”, iki şüşə “Fanta” qazlı sərinləşdirici içkini, beş kiloqram quzu ətini, üç ədəd toyuğu, bir ədəd səsgücləndirini, bir ədəd nərd oyun taxtasını, Zərərçəkmiş şəxs3 məxsus 300 manst dəyərində iki təkərli 28lik “Steels” markalı velosipedi gizli yolla talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə 300 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Pula ehtiyacı olduğuna görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 07 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaq yolu ilə daxil olmuş, fərdi yaşayış evinin həyətyanı sahəsində olan 01 ədəd su motorunu, 01 ədəd dreli, 01 ədəd laqondanı, 01 ədəd dəmir bərkidicini, 01 ədəd lomu, təmir-tikinti işlərində istifadə olunan bir neçə açarı və bir neçə çəkici götürmüş, daha sonra fərdi yaşayış evinə yaxınlaşmış və fərdi yaşayış evinin taxta giriş qapısını açmaq istəyərkən qapının rahatlıqla açıldığını görmüş, fərdi yaşayış evinə daxil olaraq fərdi yaşayış evinin otaqlarından 01 ədəd 72 diaqonallı “SAMSUNG” markalı televizoru, 02 ədəd elektrik tənzimləyicini, 01 ədəd müşahidə kamerasını, 01 ədəd su tozsoranını götürmüşdür. Qeyd edilən əşyaları hissə-hissə yolun kənarına gətirmiş, 01 ədəd lomu, təmir-tikinti işlərində istifadə olunan açarları və çəkicləri, 01 ədəd dəmir bərkidicini, 01 ədəd lomu Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində 27 manata satmışdır. 01 ədəd 72 diaqonallı “SAMSUNG” markalı televizoru, 01 ədəd dreli, 01 ədəd laqondanı, 02 ədəd elektrik tənzimləyicini, 01 ədəd müşahidə kamerasını, 01 ədəd su tozsoranını, 01 ədəd su motorunu Bakı şəhəri, Xəzər rayonu ərazisində tanımadığı şəxslərə ümumilikdə 100 manata satmışdır. 09 noyabr 2022-ci il tarixdə saat 15 radələrində qeyd edilən fərdi yaşayış evinə bir daha daxil olmuş, Həmin qaydada fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarından aşmaq yolu ilə həyətyanı sahəyə daxil olduqdan sonra fərdi yaşayış evinin taxta giriş qapısının kilidlənmədiyini görmüş və həmin qapıdan evə daxil olmuşdur. Fərdi yaşayış evininin qonaq otağında olan “TOSHİBA” markalı televizoru götürərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində əvvəllər tanıdığı Mahmud adlı şəxsə ondan aldığı 100 manat borcun müqabilində vermişdir. 17 noyabr 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixinə keçən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən bağ evinin həyətyanı sahəsinin hasarından aşıb həyətyanı sahəyə daxil olmuş, həyətyanı sahədə olan bir ədəd düralüminiumdan olan təqribən 5 metr uzunluğunda nərdivanı oğurlamışdır. Həyətyanı sahədə olan digər əşyalar da diqqətini cəlb eləmişdir. Lakin tək olduğuna görə həmin əşyaları bir dəfəyə apara bilməyəcəyini anlayıb oranı tərk eləmişdir. Həmin nərdivanı 18 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əvvəllər tanımadığım şəxsə 20 manata satmışdır. 23 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində yenidən qeyd edilən bağ evinə hasarı aşmaq yolu ilə bağ evinin həyətyanı sahəsinə daxil olmuş, bağ evinin həyətyanı sahəsində olan bir ədəd manqalı, bir ədəd dəmirdən olan əl arabasını, bir ədəd “ceyran” sobasını, iki ədəd plastik pəncərəni, kəsilmiş vəziyyətdə olan armaturu iki ədəd su moturunu, təqribən 50 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Daha sonra bağ evinin taxta pəncərəsini açmaq yolu ilə bağ evinə daxil olmuş və evdən iki ədəd xalçanı, iki ədəd plastik pəncərəni oğurlamışdır. Daha sonra bağ evinin qarajında olan iki ədəd avtomobilin qabaq amartizatorunu oğurlamışdır. Oğurladığı əşyaları 24 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” adlanan ərazidə tanımadığı şəxslərə ümumilikdə 113 manata satmışdır. 15 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən və yaşayış olmayan fərdi yaşayış evinə arxa qapıdan daxil olmuş, Fərdi yaşayış evinin həyətyanı sahəsində olan iki ədəd SSRİ istehsalı olan köhnə kondisioneri, iki ədəd “İskra” markalı su qızıdırıcısını, bir ədəd su motorunu oğurlamışdır. Kondisionerin içərisində olan mis metalını, iki ədəd su qızırdırıcısını, bir ədəd su motorunu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “ARAZ SUPERMARKET”-in yaxınlığında olan metal qəbulu məntəqəsində Saleh adlı şəxsə satmışdır. Satdığı qeyd edilən əşyaların müqabilində ümumilikdə 81 manat pul almışdır. 16 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixinə keçən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Zəfər” kafesinin yaxınlığından keçərkən kafenin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, həmin plastik pəncərədən kafeyə daxil olmuşdur. Kafenin işıqları sönmüş vəziyyətdə olmuş, cibindən alışqanı çıxarıb yandıraraq kafedəki əşyalara nəzər yetirmiş, kafenin zalında olan bir ədəd iki təkərli, qara rəngli, “Steels” markalı velosiped diqqətimi cəlb eləmiş, daha sonra kafenin mətbəxinin soyuducusunda olan təqribən 5 kiloqram çəkidə quzu ətini, üç ədəd kəsilmiş toyuğu, kafenin zalında masada olan bir ədəd nərd oyun taxtası, bir ədəd səsgücləndiricini götürmüşdür. Daha sonra orada olan “Steels” markalı velosipedə əyləşərək qeyd edilən əşyaları da götürərək oradan uzaqlaşmışdır. Çəkisi təqribən 5 kiloqram olan quzu ətini, 3 ədəd kəsilmiş toyuğu özü üçün istifadə etmişdir. 17 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” adlanan əraziyə gedərək “Steels” markalı velosipedi 35 manata, nərd oyun taxtasını 10 manata, səsgücləndiricini isə 20 manata satmışdır. Əldə olunan pulu öz şəxsi və ailə ehtiyaclarına xərcləmişdir. Qeyd edilən cinayət hadisələrini tək törətmişdir. Oğurladığı əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq yolu ilə ldə edildiyini bilməmiş, onları həmin əşyaların ona məxsus olduğuna və pula ehtiyacı olduğuna görə satdığına inandırmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, himayəsində 3 azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. İşləri ilə əlaqədar əksər vaxtlar yaşadığı evdə olmur. 08 noyabr 2022-ci il tarixdə saat 15 radələrində qeyd edilən evə gəldiyi zaman naməlum şəxs tərəfindən fərdi yaşayış evinin həyətyanı sahəsində olan 01 ədəd su motoru, 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd dəmir bərkidici, 01 ədəd lom, təmir-tikinti işlərində istifadə olunan bir neçə açar və bir neçə çəkicin, o cümlədən fərdi yaşayış evinin taxta giriş qapısını açmaq yolu ilə fərdi yaşayış evinə daxil olub fərdi yaşayış evinin otaqlarından 01 ədəd 72 diaqonallı “SAMSUNG” markalı televizor, 02 ədəd elektrik tənzimləyici, 01 ədəd müşahidə kamerası, 01 ədəd su tozsoranının oğurlandığını aşkar etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. 09 noyabr 2022-ci il tarixdə saat 21 radələrində qeyd edilən fərdi yaşayış evində olduğu zaman naməlum şəxsin qeyd edilən fərdi yaşayış evinin taxta giriş qapısını açmaq yolu ilə evə daxil olub fərdi yaşayış evində olan bir ədəd “TOSHİBA” markalı televizoru oğurladığını aşkar etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində mənə ümumlikdə 3.400 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. 16 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayış yoxdur. Arabir vaxtı olduqda həmin fərdi yaşayış evinə gəlir, 16 yanvar 2023-cü il tarixdə həmin fərdi yaşayış evinə gəldikdə ona məxsus fərdi yaşayış evində naməlum şəxs tərəfindən oğurluq törədilməsini aşkar etmişdir. Oğurluğu törədən şəxs fərdi yaşayış evinin arxa qapısından daxil olaraq oğurluq törətmişdir. Oğurluq hadisəsini aşkar etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən iki ədəd kondisioner, iki ədəd su qızdırıcısı, bir ədəd su motoru oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. İki ədəd kondisioner SSRİ istehsalı olmaqla köhnə olmuş, qiyməti ümumilikdə 300 manat, iki ədəd su qızıdırıcısı “İskra” markalı olmaqla qiyməti ümumilikdə 100 manat, su motorunun qiyməti də 100 manat olmuşdur. Qeyd edilən əşyaların digər əlamətlərini xatırlamır, ona məxsus 1 ədəd “İskra” markalı su qızdırıcısı ona polis əməkdaşları tərəfindən qaytarılmışdır. Həmin su qızıdırıcısının qiyməti 50 manat olmuş, ona qayatarldıqdan sonra həmin su qızırdıcısını satmışdır. Ona ümumilikdə 500 manat maddi ziyan dəymiş, hal-hazırda 450 manat maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Zəfər kafesi” ona məxsusdur. 17 yanvar 2023-cü il tarixdə qeyd edilən kafeyə gəldikdə naməlum şəxsin kafenin plastik qapı və plastik pəncərəsini açmaq yol ilə içəriyə daxi olub oradan iki şüşə “Koka-kola”, iki şüşə “Fanta” içkisini, 5 kiloqram quzu ətini, 3 ədəd toyuğu, 1 ədəd səsgücləndiricini, bir ədəd velosipedi, bir ədəd nərd oyunu taxtasını oğurladığını aşkar etmiş, oğurlanan bir ədəd velosiped ona məxsus kafedən oğurlansa da, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Oğurluq hadisəsini aşkar etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymiş, ona məxsus “Zəfər kafe”-dən əvvəllər oğurluq hadisəsi baş verməmişdir. Ona məxsus “Zəfər kafe”-dən oğurlanmış səsgücləndirici,velosiped və nərd oyun taxtasının əlamətlərini xatırlamamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. 16 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 məxsus olan “Zəfər” kafesinə getmiş, həmin kafedə təqribən 2 saat oturmuş və çay içmişdir. Həmin kafeyə ona məxsus iki təkərli “Steels” markalı 28-lik qara rəngli velosipedlə getmişdir. Daha sonra dostu Könül özünə məxsus avtomobili ilə həmin kafeyə gəlmiş, ona məxsus qeyd edilən velosipedi Səadətdən kafedə qalmağını xahiş etmiş və ertəsi gün götürəcəyimi bildirmişdir. Daha sonra Könülə məxsus avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. 17 yanvar 2023-cü il tarixdə səhər saatlarında ona məxsus 28-lik qara rəngli velosipedin naməlum şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Daha sonra Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Ona məxsus Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsində yerləşən “Zəfər” kafesindən oğurlanmış velosiped qara rəngli iki təkərli “Steels” markalı 28-lik velosiped olmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkilidir. ünvan 4 ünvanında yerləşən ona məxsus bağ evi var. 21 noyabr 2022-ci il tarixdə qeyd edilən bağ evinə gəldikdə naməlum şəxs tərəfindən bağ evinin həyətyanı sahəsinə daxil olaraq bağ evinin həyətyanı sahəsindən bir ədəd 4-5 metr uzunluğunda düralüminium materialından olan 200 manat dəyərində nərdivanın oğurlanmasını aşkar etmişdir. 24 noyabr 2022-ci il tarixdə yenidən qeyd edilən bağ evinə gəldikdə bağ evinin həyətyanı sahəsində olan bir ədəd 60 manat dəyərində manqalın, 50 manat dəyərində “ceyran” sobasının, bir ədəd 60 manat dəyərində dəmirdən olan əl arabasının, 100 manat dəyərində kəsilmiş vəziyyətdə olan armaturların, hər birinin qiyməti 200 manat olan ümumilikdə 400 manat dəyərində iki ədəd su motorunun, bir metrinin qiyməti iki manat olmaqla 50 metr uzunluğunda 100 manat dəyərində elektrik naqilinin, bağ evinin qarajında olan “Nissan Patrol” avtomobili üçün nəzərdə tutulan hər birinin qiyməti 250 manat olan ümumilikdə 500 manat dəyərində iki ədəd amartizatorun, bağ evində olan hər birinin qiyməti 200 manat olan iki ədəd ümumilikdə 400 manat dəyərində plastik pəncərənin, hər birinin qiyməti 100 manat olan iki ədəd ümumilikdə 200 manat dəyərində xalçanın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2070 manat maddi ziyan dəymişdir. Ona məxsus ünvan 4 ünvanında yerləşən bağ evi və onun həyətyanı sahəsindən oğurlanmış əşyaların əlamətlərini xatırlamamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 19 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 25 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 26 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, 21 noyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 4(003)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəli 25 yanvar 2023cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, 13 mart 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri növü ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş 25 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, 25 aprel 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 1 (bir) ədəd “İskra” markalı suqızdırıcının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, ümumilikdə 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, bağ evi 341 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “İskra” markalı suqızdırıcının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat pul vəsaiti, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-443/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-443/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver