Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-445/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya ğötürülməmiş), Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarında psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan heroin narkotik vasitəsini və şəxsi istehlak miqdarında 1 ədəd bükümdə təmiz çəkisi 0,089 qram olan metamfetamin psixotrop maddəsini əldə edərək daşımaqla yaşadığı evə gətirmiş, daha sonra həmin 1 ədəd bükümdə narkotik vasitə olan heroini və 1 ədəd bükümdə psixotrop maddə metamfetamini cins şalvarın zəncirbənd cibində kənar şəxsin müəyyən edə bilməyəcəyi şəkildə xüsusi üsulla gizlətməklə saxlamış, 07 mart 2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan zaman anası Şahid4 həmin cins şalvarını sovqat vasitəsi ilə İstintaq Təcridxanasına gətirməsini istəmiş, Şahid4 oğlu Təqsirləndirilən şəxs məxsus cins şalvarın zəncirbənd cibində 1 ədəd bükümdə narkotik vasitə olan heroinin və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin olduğunu bilmədiyi halda narkotik vasitəni və psixotrop maddəni sovqatda daşımaqla Təqsirləndirilən şəxs verilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına gətirmiş, 01 aprel 2022-ci il tarixdə saat 13:00 radələrində İstintaq Təcridxanasının xüsusi ayrılmış otağında Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış keçirilərkən sovqatda olan cins şalvarın zəncirbənd hissəsində Təqsirləndirilən şəxs tərəfindən xüsusi üsulla gizlədilmiş həmin 1 ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,089 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, tutulmamışdan əvvəl narkotik vasitə istifadə etmişdir. 2022-ci ilin yanvar ayında oğurluq cinayəti törətdiyi üçün gələcəkdə tutulacağını bildiyindən, tutulduqdan sonra İstintaq Təcridxanasında narkotik vasitə istifadə edə bilmək üçün tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin alaraq cins şalvarının zəncirbənd hissəsində heç kəsin tapa bilməyəcəyi şəkildə gizləyib yaşadığı evdə saxlamışdır ki, gələcəkdə sovqatın içində təcridxanaya keçirib istifadə etsin. 05 mart 2022-ci il tarixdə o, tutulduqdan sonra barəsində həbs qətimkan tədbiri seçildiyi üçün 03 saylı İstintaq Təcridxanasına köçürülmüşdür. Orada saxlanılan zaman narkotik vasitə istifadə etmək istəmiş və qərara gəlmişdir ki, əvvəlcədən şalvarın zəncirbənd cibində gizlədərək yaşadığı evdə saxladığı narkotik vasitəni və psixotrop maddəni sovqatla içəri keçirsin. Anası Fəxriyyə xanıma zəng edərək ona sovqat gətirməsini, həmçinin, sovqatla bərabər cins şalvarını, anasının şübhələnməməsi üçün eyni zamanda bir ədəd qısa qol köynək və nazik şalvar da gətirməsini xahiş etmiş, anası da razılaşaraq gətirəcəyini demişdir. 01 aprel 2022-ci il tarixdə bilmişdir ki, anası sovqatı təcridxanaya gətirən zaman təcridxana əməkdaşları sovqatda onun əvvəlcədən həmin cins şalvarın zəncirbəndində gizlətdiyi narkotik vasitəni və psixotrop maddəni aşkar etmişlər. Anası Fəxriyyə xanım sovqatda, yəni şalvarın zəncbənd yerində narkotik vasitə və ya psixotrop maddə olduğunu bilməmişdir, əgər bilsəydi, həmin sovqatı təcridxanaya gətirməzdi. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən 3 saylı İstintaq Təcridxanasında RNŞnin nəzarətçisi vəzifəsində işləyən Şahid2 göstərdi ki, 08 mart 2022-ci il tarixdə təcridxanaya qəbul olunmuş, İİ rejim korpusunun 31 saylı kamerasında həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə saat 13:00 radələrində anası Şahid4 gətirdiyi sovqata baxış keçirilərkən sovqatda olan cins şalvarın zəncirbənd hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddələr Təcridxananın Əməliyyat bölməsinin rəisi ədliyyə mayoru Fərhadov Uyandur oğlu tərəfindən onun, ədliyyə baş giziri Şahid1 və hal şahidləri məhkumlar Şahid3 və X3 şahidliyi ilə aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddələr hal şahidləri və Şahid4 iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Şüvəlan qəsəbəsi Sabir küçəsi dalan 7 ev 6-da yaşayır, xadimə işləyərək özünü dolandırır. Oğlu Əmrah tutulduqdan sonra evdə tək yaşayır. Əmrah onun istifadəsində olan nömrəyə təcridxananın xatırlamdığı nömrəsi ilə zəng edərək ona sovqat gətirməsini, həmin sovqata onun evdə olan cins şalvarını, qısa qol köynəyini və başqa bir neçə ləvazimatı əlavə edib gətirməyi istəmiş, o da evdə olan Əmraha məxsus, cins şalvarı, qısa qol köynəyi və digər əşyaları toplayıb və bazarlıq edərək sovqat şəkilində 01 aprel 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirmişdir. Saat 13:10 radələrində müəssisədə sovqata və şəxsi əşyalarına xüsusi otaqda iki nəfər tanımadığı hal şahidi və təcridxana əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman sovqatda olan cins şalvarın zəncirbənd hissəində 2 ədəd polietilen büküm aşkar edilmişdir. Həmin bükümlərin içində narkotik vasitə olan heroin və psxotrop maddə olan metamfetaminə oxşar maddələr olmuş, sonra aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. O, sovqatda, yəni Əmrah üçün gətirdiyi cins şalvarda narkotik vasitə və ya psixotrop maddənin olmasını bilməmişdir, əgər bilsəymiş, bunu etməzmiş. Onun heç bir yerdən narkotik vasitə və psixotrop maddə əldə edərək oğlu Əmrah üçün təcridxanaya keçirmək niyyəti olmamışdır. Axtarış və götürmə haqqında protokol tərtib edilərək ucadan oxunduqdan sonra həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təcridxana əməkdaşı tərəfindən sovqatdan aşkar edilmiş narkotik vasitə ilə bağlı məhkəməkimyəvi ekspertiza arayışı alınmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş 3 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Şahid3 elan edilmiş ifadəsi ilə onun da şahidlər Şahid2 və Şahid1 ifadələri ilə oxşar, eyni məzmunlu ifadə verərək onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1751 nömrəli ekspert arayışından görünür ki “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı X1 üçün” dairəvi möhür əksi olan, 01 aprel 2022-ci il tarixdə həbsdə saxlanılan Təqsirləndirilən şəxs sovqat ...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bır) ədəd bükümdə təmiz çəkisi 0,089 qram olan olan ağ rəngli kristallik maddə kustar usulla hazırlanmış psıxotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,175 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,125 qram; Metamfetaminin təmiz çəkisi – 0,089 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,039 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmətibbi ekspertizasının 06 may 2022-ci il tarixli 6/1919 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 № 58 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs sovqat ..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,125 qram olan qəhviyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,039 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,125 qram, tədqiqata sərf edildi – 0,040 qram, qalıq – 1,085 qram; Metamfetaminin təmiz çəkisi – 0,039 qram, tədqiqata sərf edildi – 0,020 qram, qalıq – 0,019 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəılər”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublıkasmın ərazısındə dövriyyəsi qadağan edilən psixotrop maddələri-ın siyahısına (Siyahı İ) daxıldır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəmənarkoloji ekspertizasının 27 iyul 2022-ci il tarixli 4103 nömrəli rəyində göstərilmişdir ki, NAĞİYEV ƏMRAH ƏLİ oğlunda OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üçün gətirilmiş sovqatdan aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 1,175 qram olan heroin narkotik vasitəsi və bir bükümdə təmiz çəkisi 0,089 qram olan metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün 1,125 qram heroin qalığı və 0,019 qram metamfetamin qalığı Xəzər RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 23 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və qətimkan tədbiri kimi onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda 03 saylı İstintaq Təcridsxanasında həmin cəzanı çəkməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400,00 (dörd yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 600,00 (altı yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və 400,00 (dörd yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 08 avqust 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 13 iyun 2014-cü il tarixli hökm dəyişdirilərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 600,00 (altı yüz) manat miqdarda cərimə cəzası təyin edilmiş, 28 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 sentyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 14 mart 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarında psixotrop maddəni əldə edərək saxlamaqla daşıması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməlini törətdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,125 qram heroin və 0,019 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 157,00 (bir yüz əlli yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırda çəkdiyinə görə barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 1,125 qram heroin və 0,019 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəmi 157,00 (bir yüz əlli yeddi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat, ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-445/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-445/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver