Məhkəmə qərarları › İş №1(003)-446/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-446/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-446/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara şəhəri Nizami küçəsi ev 123də qeydiyyatda olmaqla Bakı şəhəri Binə qəsəbəsi Bakı Elektrik Avtomatları Zavodunun arxasındakı yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah əldə edərək gəzdirmişdir. Belə ki, Əlizadə X4 Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı, soyuq silahların təsnifat kriteriyalarına, o cümlədən konstruksiyalarına görə soyuq silah hesab edilən 02 (iki) ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edərək 13 may 2021-ci il tarixdə, saat 16:00 radələrində TK 334 saylı İstanbul-Bakı aviareysilə uçub H.X1 gələrək özünə məxsus olan çemodanda qanunsuz gəzdirmiş, T1 X2 Məntəqəsində yoxlamadan keçən zaman ona məxsus boz rəngli çemodandan həmin soyuq silah hesab olunan 02 (iki) ədəd bıçaq aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Türkiyənin İstanbul şəhərindəki Erdem Beyazit adına Musiqi Sənət Konservatoriyasında simli alətlər üzrə 3 kurs tələbəsidir. 2017-ci ildən İstanbul şəhərində yaşayıb oxuyur. Qardaşı Tural bu ilin 24 iyul tarixinə toy mərasimini təyin etdiyinə görə toyda iştirak etmək və burnunu əməliyyat etdirmək üçün 13 may 2021ci il tarixə TK 334 nömrəli İstanbul-Bakı aviareysinə bilet alıb Bakıya uçmuşdur. Həmin gün saat 16:00 radələrində X5 Aeroportunda təyyarədən endikdən sonra T1 Terminalının birinci mərtəbəsində mexaniki lentin üzərindən baqajlarını qəbul edəndə görmüşdür ki, boz rəngli çemodanının üzərinə qırmızı lent sarınmışdır. Həmin qırmızı lentin nə məqsədlə və kim tərəfindən çemodanına sarındığı ona aydın olmamış və bu barədə də heç kimdən heç nə soruşmamışdır. Fikirləşmişdir ki, gömrük postunda bu barədə soruşar. Gömrük postuna yaxınlaşanda orada xidmət aparan əməkdaşdan həmin qırmızı lentin niyə sarındığını soruşmuşdur. Həmin əməkdaş çemodanında nə olduğunu soruşmuş, o, çemodanında digər əşyalarıyla yanaşı 02 (iki) ədəd bıçaq olduğunu bildirmişdir. Sonra çemodanı yoxlanmaq üçün monitora qoymağını tələb etmişlər. Çemodanı monitordan keçdikdən sonra onu xüsusi otağa aparmışlar. Orada videoçəkilişlə çemodanına baxış keçirilmiş və həmin bıçaqlar aşkar edilib götürülmüşdür. Sonra isə bu barədə müvafiq sənədləşmə aparılmış və o, həmin sənədləri imzalamışdır. Həmin bıçaqları sürpriz olaraq birini dayısına, digərini isə qardaşına hədiyyə etmək məqsədilə İstanbul şəhərində suvenir dükanından açıq satışdan 600 TL-yə almışdır. Onların soyuq silah hesab olunmasını, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə əldə edib gəzdirməyə görə məsuliyyət nəzərdə tutulduğunu bilməmişdir. Lakin təyinatının ov bıçağı və yaxud da suvenir olmasını bilmişdir. Bıçaqların ağızları küt, itilənməmiş olmuşdur. Dükanda ona bildirmişlər ki, materialına görə onlar itilənmir, suvenir olaraq saxlamaq üçündür. Ona görə də soyuq silah hesab olunmaları ağlına gəlməmişdir. Əgər həmin bıçaqları küçədə tanımadığı şəxsin əlindən almış olsaydı, soyuq silah olmasını güman edərmiş. İlk dəfə törətdiyi bu əməldən peşman olmuşdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X3 Tətbiqi Şöbəsinin inspektoru Şahid göstərdi ki, 13 may 2021-ci il tarixdə növbəlilik cədvəlinə əsasən T1 Terminalının bunkerindəki X-RAY rentgen aparatının monitoru qarşısında xidmət aparmışdır. Funksional vəzifəsi uçub gəlmiş sərnişinlərin baqajlarını yoxlamadan keçirməkdən ibarət olmuşdur. Həmin gün TK 334 nömrəli İstanbul-Bakı aviareysi uçub gəlmişdir. Saat 16:00 radələrində həmin reyslə gələn sərmişinlərin birinin çemodanını yoxlamadan keçirərkən 02 (iki) ədəd bıçağa oxşar əşyanın təsvirini müəyyən etmişdir. Ona görə də gömrük qanunvericiliyinə uyğun olaraq həmin çemodanın üzərinə qırmızı rəngli lent yapışdırmış və təlimata uyğun olaraq ən sonda mexaniki lentin üzərinə qoymuşdur ki, çıxış zalında olan sonuncu gömrük postunda diqqətlə yoxlanılsın. Bundan sonra artıq bunkerdə baqaj qalmadığına görə özü zala çıxmışdır. Həmin baqajın sahibi, şəxsiyyəti sonradan məlum olan sərnişin Təqsirləndirilən şəxs rəngli zolaqlara yaxınlaşanadək, əməkdaşlar tərəfindən bırbaşa qırmızı zolağa yönəldilmiş və o, özü onun boz rəngli həmin çemodanına bir daha monitorda baxmaqla yenə də 02 (iki) ədəd bıçağa oxşar əşyanın təsvirini görmüşdür. Bundan sonra həmin sərnişin xüsusi yoxlama otağına dəvət olunmuş və videoçəkilişlə o, həmin baqajı təkrar yoxlamışdır. Yoxlama zamanı həmin çemodandakı əşyaların arasından 02 (iki) ədəd, hər birinin üzərində “Ay yıldız yatağan” yazısı həkk olunmuş bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bıçaqları İstanbul şəhərində olarkən suvenir dükanından açıq satışdan əldə etmişdir. Sonra həmin bıçaqlar zərfdə qablaşdırılaraq götürülmüş, yoxlama və bıçaqların götürülməsi protokollaşdırılmışdır. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı materialla birlikdə göndərilmiş 01 (bir) ədəd CD-R diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskə hər biri 1 dəqiqə 37 saniyə olmaqla 02 hissədən ibarət xüsusi yoxlama otağında aparılmış videoçəkilişin görüntüləri köçürülmüşdür. Həmin görüntülərlə müəyyən olunur ki, gömrük xidməti leytenantı formasında olan gömrük əməkdaşı Təqsirləndirilən şəxs ilə üzbəüz dayanaraq, özünü sakanlaşdırma şöbəsinin inspektoru Şahid kimi təqdim edib ondan şəxsiyyətini, haradan gəlməsini, pasportunu soruşur və aralarında olan masanın üzərindəki çemodanı açmasını tələb edir. Təqsirləndirilən şəxs suallara cavab verdikdən sonra pasportunu təqdim edir. Həmin əməkdaş pasportdan Təqsirləndirilən şəxs sözlərini oxuyur, sonra çəkilişi aparan əməkdaşa verir və o, pasportu obyektivin qarşısına tutaraq Təqsirləndirilən şəxs məxsus olmasını təsdiqləyir. Təqsirləndirilən şəxs çantanın zəncirbəndini açdıqdan sonra gömrük əməkdaşı Şahid gördüyü hər bir əşyanın nə olduğunu soruşaraq kənara qoyur. Sonra Təqsirləndirilən şəxs əşyalarının arasından bükülmüş sellofan paket çıxardaraq Şahid təqdim edir və o, sellofan paket bükümünü açıb, içərisindən yaşılımtıl rəngli brezent materialdan hazırlanmış 02 (iki) ədəd qın aşkar edir, onların hər birindən ayrı-ayrılıqda 02 (iki) ədəd bıçaq çıxararaq obyektivin qarşısına tutur, masanın üzərinə qoyur və çəkiliş sona çatır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 02 iyun 2021-ci il tarixli, 3/899 nömrəli arayışı ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdırlar, soyuq silah hesab edilirlər Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 15 iyul 2021-ci il tarixli, 3/1156 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarıdırlar, üzərlərində təyinatlarını dəyişən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silahların təsnifat kriteriyalarına, o cümlədən konstruksiyalarına görə soyuq silah hesab edilirlər və təyinatı üzrə istifadəyə yararlıdırlar. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manatdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 02 (iki) ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmasından ötrü X6 İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 iyul 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən soyuq silah əldə edərək gəzdirmə cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan aşkar olunmuş 02 ədəd bıçağın soyuq silah hesab olunmasını və əldə edilib gəzdirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmasını bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, onun bu məzmunda verdiyi ifadə özünü müdafiə kimi qiymətləndirilməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binə qəsəbəsi Bakı Elektrik Avtomatları Zavodunun arxasındakı yeni yaşayış massivindəki evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 İdarəsində saxlanılan - soyuq silah hesab edilən 02 (iki) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 138,00 (bir yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Möylut oğluna Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Möylut oğluna ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binə qəsəbəsi Bakı Elektrik Avtomatları Zavodunun arxasındakı yeni yaşayış massivindəki evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 İdarəsində saxlanılan - soyuq silah hesab edilən 02 (iki) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 138,00 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar