Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-446/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu S.Zeynalov küçəsi ev 6 mənzil 21-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə, saat 13 radələrində qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C220 CDİ minik” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Mərdəkan qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətinə 50 km/saat sürətlə hərəkətdə olarkən Mərdəkan-Bakı şose yolunda yerləşən “Elçin” şadlıq sarayının qarşısından keçərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələbələrinə uyğun olaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqiliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək, idarəetməni itirib yolun sağ hissəsində eyni istiqamətdə dayanmış “Mercedes-Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşından yerə düşmüş sürücü Zərərçəkmiş şəxs avtomaşının sağ güzgüsü ilə vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan baş-beyinin əzilməsi, təpə sümüyünün sağ yarısından alın sümüyünün sol yarısına doğru uzanan xətti sınığı ilə nəticələnən Ağır dərəcəli bədən xəsarət yetirməklə nəticələnən yol-nəqiliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun “B” kateqoryalı olmaqla 27 mart 2028-ci il tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi vardır. İdarə etdiyi “Mercedes- Benz C220” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. 04 may 2022-ci il tarixdə saat 13 radələrində Mərdəkan-Bakı yolu ilə Bakı şəhəri istiqamətinə hərəkət etmək üçün Şağan işıqforundan keçib yolun nisbətən sağ hissəsi ilə 50 km/saat sürətlə hərəktdə olarkən Mərdəkan körpüsünə qalxmamış “Elçin” restoranın qarşısında onunla eyni istiqamətdə yolun sağ hissəsində dayanmış qırmızı rəngli “Mercedes- Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü qapını açaraq yerə düşmüş və bu zaman o, avtomaşının yaxılınğında hərəkətdə olduğu üçün idarə etdiyi avtomaşının sağ yan güzgüsü həmin şəxsə dəymişdir. Dərhal avtomaşını yolun kənarında saxlayıb maşından düşərək həmin şəxsə yaxınlaşmış, onun qolundan xəsarət aldığını başa düşüb həmin zaman oradan keçən Təcili tİbbi yardım avtomaşının saxlatdırıb onu təcili yardım avtomobilinə otuzduraraq xəstəxanaya yola salmışdır. Özü də dərhal avtomaşınına əyləşərək həmin tiibi yardım avtomaşının arxasınca xəstəxanaya getmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Həyat yoldaşı Şaxzadə Axundova isə uzun müddətdir ki, onkoloji xəstədir, dəfələrlə Türkiyə Respublikasının müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuş, hazırda Azərbaycan Respublikasının tibb müəssisələrində daimi həkim nəzarəti altında müayinə və müalicəsi davam etdirilir. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 04 may 2022-ci il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Mərdəkan qəsəbəsindən Bakı şəhəri istiqamətinə Mərdəkan-Bakı şose yolu ilə hərəkət edərkən, Şağan qəsəbəsini keçdikdən sonra avtomaşın qəfildənn qəza rejminə düşərək sönmüşdür. O da avtomaşını olduğu yerdə, yəni yolun sağ hissəsində saxlayıb kapotu açıb avtomaşından düşmüşdür ki, səbəbi araşdırsın. Avtomaşından düşüb matorxanaya tərəf getmiş, bu zaman onun yanından keçən avtomaşın qəfildən onu sağ güzgüsü ilə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, ayıldıqda isə artıq 3 saylı Birləşmiş Şəhər Xəstəxanasında olduğunu görmüşdür. Hazırda səhhəti yaxşıdır, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan hadisə yerinə keçirilmiş baxışla yol-nəqliyyat hadisəsinin Mərdəkan-Bakı şose yolunda Şağan işıqforundan keçib Mərdəkan körpüsünə qalxmamış yerdə yerləşən “Elçin” şadlıq sarayının qarşısında baş verdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 04 may 2022-ci il tarixli 1/1922 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 may 2022-ci il tarixli 528 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş-beyinin əzilməsi, təpə sümüyünün sağ yarsından alın sümüyünün sol yarsına doğru uzanan xətti sınıq qeyd edilir. Qeyd olunan xəsarətlər küt əşa (əşyalar) təsirindən onun “X5” X6 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 04 may 2022-ci il tarixdə baş vermiş yol-nəqiliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 01 iyul 2022-ci il tarixli 8/1534 №-li ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. İş materiallarında olan Təqsirləndirilən şəxs 27 mart 2018-ci il tarixdə verilmiş “B” kateqoriyalı AF № 016608 seriyalı sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, onun 04 may 2022-ci il tarixdə minik avtomobilini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan AZ-İ № 707612 saylı 27 sentyabr 2011-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 2011-ci il sentyabr ayının 27-də 1271 №-li akt qeydi ilə nikahlarını bağlamışlar, nikah bağlandqdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş Ambulator-Poliklinik Arayışdan görünür ki, xəstə X1 Türkiyədə olunan müayinələrin nəticəsi əsasında Hockin limfoması diaqnozu qoyulmuş və kimyəvi-dərman müalicəsi təyin edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 28 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hal-hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-446/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-446/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver