Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-446/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 5/33 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ ƏY Y ƏN E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,680 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə - metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində DİN-in ƏÇPA-nın 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 124 nömrəli tam orta məktəbin qarşısında hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,680 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, usta işləyir. Əvvəllər məhkum olunmuşdur. Ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Saat 10-11 radələrində 124 saylı məktəbin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və maşının qapısını açaraq ona maşına oturmağını bildirmişlər. O, səbəbini soruşmuş, lakin ona heç nə deməmişlər. Daha sonra onu bölməyə aparmış və orada ona baş vermiş oğurluq hadisəsi ilə bağlı saxlanıldığı bildirilmişdir. Evindən oğurluq olan şəxs bölməyə dəvət olunmuş və o, oğurluq edən şəxsi gördüyü, həmin şəxsin o olmadığını bildirmişdir. Həmin şəxs getdikdən sonra dörd nəfər şəxs onu döyərək CM-nin 234.1-ci maddəsini qəbul etməsini ona bildirmişlər. Bundan onun vəkili Bəhruzunda xəbəri olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, saat 10-11 radələrində saxlanılmış, onu saxlayan şəxs iki nəfər olmuş, həmin şəxslər ərazinin polisləri olmuş, onları üzdən tanımış, lakin onların adlarını bilməmişdir, onu dörd nəfər döymüş, həmin şəxslərdən üçü çox döyməsə də əsas bir nəfəri çox döymüş, döyən şəxsi üzdən tanıyır, lakin adını bilmir. Orada ona boynuna götürməsini demişlər, Bəhruzun yanında onu yuxarı qaldırmışlar, orada onu döymüşlər. Həmin vaxt Bəhruz aşağıda olmuşdur, daha sonra onu aşağı gətirmişlər. Videogörüntü çəkməzdən əvvəl Bəhruzu çağırmışlar, o, ilk olaraq, döyülməzdən əvvəl narkotik maddənin onun olmadığını Bəhruza bildirməmiş, belə ki, onsuzda döyüləcəyini düşünmüşdür. Polislər ona narkotik vasitəni orada, Bəhruzun yanından aparandan sonra vermişlər, Bəhruz gələnədək onu CM-nin 234.1ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişlər, o, buna razılaşmamışdır. Daha sonra Bəhruz gəlmiş, o, Bəhruzun yanında heç 3 dəqiqə qalmamışdır. Əvvəl etiraf edəcəyini desə də, daha sonra etiraf etməyəcəyini bildirmişdir. Onu yuxarı Eldəniz aparmışdır. Döyəni xatırlamır. Onun ayağının altına vurmuşlar, üz nahiyəsindən vurmamışlar, lakin üzündə sıyrıqları olmuşdur, bədəninin müxtəlif nahiyyəsindən plasmas boru ilə vurmuşlar, daha sonra bədən hissələrinə sillə vurmuşlar, üzündən başqa bədənin hər yerindən vurmuşlar, onu geri qaytardıqdan sonra o, müdafiəçiyə heç nə deməmiş və etiraf etmişdir. Narkotik vasitəni ona Eldəniz vermişdir. Baxış keçirilən zaman təzyiq altında qəbul etmişdir ki, bu onundur. Onu döyürdülər, o, yerdə uzanıqlı vəziyyətdə olmuş, üz nahiyəsinə vurduqlarını xatırlamır-bilmir, üz nahiyəsində qançırlar olmuşdursa yagin ki, döyülən zaman üz nahiyyəsinə də zərbələr dəymişdir. Evdən mağazaya gedən zaman saxlanılmış, polislər onu saxlayan zaman WhatsApp vasitəsi ilə anasına məlumat vermişdir, saat 10-11 radələrində olmuş, vəkil gələnə kimi ona bölmədə təzyiq göstərilmiş, bölmədə ona narkotik vasitə verilmiş, döyülmə faktı ilə bağlı heç bir orqana şikayət etməmiş, ona tibbi yardım göstərilmiş, bölməyə gətirilən zaman orada Eldəniz olmuş, Eldəniz ona oğurluq hadisəsi ilə bağlı sual verərək, həmin hadisəni törədib-törətmədiyini ondan soruşmuş, o, cavab olaraq Eldənizə oğurluq etmədiyini bildirmiş, daha sonra zərərçəkmiş şəxs gəlmiş və onun olmadığını bildirmişdir, zərərçəkmiş şəxs gələnədək oğurluq hadisəsi ilə bağlı onu döymüşlər, zərərçəkmiş şəxsi üzdən tanımış, onun avtomobilinin nömrəsini bilməmişdir, zərərçəkmiş şəxs getdikdən sonra orada demişlər ki, “bunu narkotiklə sənədləşdir getsin”, onu Eldəniz aparmış, onu döyən - orada olan mülki şəxs olmuşdur. İkinci mərtəbədən birinci mərtəbəyə videoçəkilişə görə düşmüşlər, orada Bəhruz olmuşdur, o, boynuna almadığını bildirdiyinə görə onu təzədən geri qaytarıb döymüşlər, döyən mülki şəxs olmuş, Eldəniz ona bir-iki sillə vurmuşdur, daha sonra onu yenə geri qaytarmışlar. Onun döyüldüyü bəlli olsa da, Bəhruz ondan heç nə soruşmamış və o da Bəhruza heçnə deməmişdir. Onun üzərində qançırlar olmuş, lakin Bəhruz ondan heç nə soruşmamışdır. Döymə proses təxmini 20-25 dəqiqə çəkmiş, onu plasmas boru ilə döymüşlər. Ayağının altında izlər qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini nəzərə alınmasını bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 11-ci PBnin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, mart ayının birində, saat 10-11 radələrində 124 saylı məktəbin qarşısında şəxsi görüb saxlamışlar və özünü şübhəli apardığına görə onu polis bölməsinin inzibati binasına dəvət etmişlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, onlar onu 124 saylı məktib qarşısında, nahara yaxın, təxminən saat 10-11 radələrinə yaxın saxlamışlar, onunla birgə Şahid2 də olmuşdur. Onlar onu şübhəli görüb aparmışlar, şübhəli olduğunu hərəkətlərindən görmüşlər, həmin şəxs özündə olmamışdır, onunla birgə Şahid2 də olmuşdur, onu 1-ci PŞ-nə aparmış və növbətçi hissəyə təqdim etmişlər. Videoçəkiliş olan zaman orada iştirak etmiş, vəkil gələndə bəlkə də nahardan keçmişdir. Ona qarşı təziq göstərildiyini görməmişdir. O, onları görən zaman qaçmaq istəmiş və beliklə də özünü şübhəli aparmışdır. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Bölmədə də müqavimət göstərməmişdir. Narkoman kimi özünü şübhəli aparmışdır, saxlanılan zaman üzərinə baxış keçirilməmişdir. Bölmədə olan zaman videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və onlar da orada olmuşlar. Üzərindən “patı” çıxmış, həmin vaxt orada vəkil də olmuşdur. Həmin şəxsi oğurluq hadisəsində şübhələndikləri üçün saxlamamışlar. Onu saxlayan zaman iki nəfər olmuşlar. Onun döyülməsini görməmişdir. Narkotiki kəndən aldığını, Şağanın kəndindən aldığını qeyd etmiş, daxil olmuş əməliyyat məlumatında olan yerə baxış keçirilməmiş, bölmədə onları Eldəniz qəbul etmiş, onu növbətçi hissəyə təqdim etmişlər, bu hadisədən çox müddət keçdiyinə görə təhqiqatçının kim olduğunu xatırlamır, narkotik vasitə 1 büküm idi, bir dırnaq qədər olardı. Məhkəmə iclasında Dövlət ittihamçısı çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, döyülən zaman Şahid1 orada olmuş, onun döyüldüyünü görmüş, lakin onu döyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 11-ci PBnin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Şağan qəsəbəsində xidmətdə olan zaman, 124 saylı məktəbin qarşısında keçəndə vətəndaşı görmüşlər, vətəndaş onları gördükdə sağa-sola baxaraq özünü şübhəli aparmışdır, yaxınlaşıb özlərini təqdim etmişlər, onun kimliyini soruşan zaman özünü şübhəli apardığını görmüşlər, özünü şübhəli apardığına görə onu polis bölməsinin inzibati binasına dəvət etmişlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Əlini 13-14 radələrində saxlamışlar (dövlət ittihamçısının “digər şahid Rüfət dedi ki, onu 10-11 radələrində saxlamısınız” cümləsinə cavab olaraq “Əlini hansı saatda saxladıqlarını xatırlamadığını” bildirmişdir). Onu gətirəndən sonra növbətçi hissəyə təhvil vermişlər. Baxışda iştirak etməmişdir. Videoçəkiliş zamanı orada olmamışdır. Çəkiliş olan zamanı orada olmamış, bölmədə olmuşdur. Şəxsi saxlayan zaman onu narkotik vasitələrinin istifadəsində şübhəli bildikləri üçün saxladıqlarını ona bildirmişlər. O, cavab olaraq elə bir şeyin olmadığını onlara bildirmişdir. O, etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Şəxs oğurluqda şübhəli bilinməmişdir. Döyülmə faktı ilə bağlı heç nə görməmiş, orada olmamışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, döyülən zaman Şahid2 orada olub-olmadığını xatırlamır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid1 və Şahid2 xx.xx.2023-cü il tarixdə saat təxminən 13:10 radələrində 9679 çağırışlı avtopatrulla Xəzər rayaonu, Şağan qəsəbəsində inzibati ərazidə xidmətdə olduqları zaman Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbin qarşısında bir nəfər şəxsin özünü narkotik vasitənin istifadə etməyində şübhəli olduğunu görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşmış və Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. 1-ci PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmin şəxs barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş edilmişdir. Raport imzalarla təsdiqlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış şübhəli şəxsin tutulması barədə protokoldan və qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:10 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müdafiəçi X8, DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid1 və Şahid2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı David Yusifov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1244 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan ağ rəngli kristallik hissəcikərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop”in İ siyahısına daxildir. Təmiz çəkisi 0,680 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,630 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİdə saxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış DİSKDƏN görünür ki, xidməti otaqda Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı X10, DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri polis seriantı Şahid1 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş və həmin içərisində “şüşə” kimi tanıdığı, psixotrop maddə metamfetamini olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Mirzə adlı şəxsədn 15 (on beş) manata şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində psixotrop maddə- metamfetamin olan həmin büküm Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçı polis təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifov tərəfindən kağız zərfdə qablaşdırılmış vəziyyətdə möhürlənərək götürülmüşdür. Video görüntüdə DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay yəni, xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinmiş, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası şərti olaraq tətbiq edilmiş və 06 ay sınaq müddəti müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-ci il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarı ilə cəzadan azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsı ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (ikı) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altl) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-398/2022 saylı, 31 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 01 (bir) il 03 (üç) ay muddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla bu hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum elmə növündə cəza müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 06 noyabr 2021-ci il tanxdən 07 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmaqla azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 24 saatdan artıq müddət 02 (iki) gün hesab edilməklə həmin müddət, həmçinin Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndiniməsinə dair barəsində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)398/2022 saylı, 31 avqust 2022-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə 28 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 03 (üç) gün müddət, ümumilikdə 02 (iki) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növundə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs Eht bar oğluna təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından və X7 çəkilməsi üçün qəti olaraq 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 05 iyul 2023-cü il tarixdən, saat 12:10-dan hesablanmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-1052/2023 saylı xüsusi məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:50 radələrində Xəzər RPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən həbs edilmiş, AR CM-nin 234.1-ci maddəsinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sağ gözaltı nahiyəsinin bənövşəyi rəngli qançırı və qarnın sol səthində 1 ədəd qərtməkli yara aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində gösətrmişdir ki, DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis sejantıdır. xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində postaçı yoldaşı polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 9679 çağırışlı avtopatrulla xidmətdə olduğumuz zaman, Şağan qəsəbəsində yerləşən 124 nömrəli tam orta məktəbin qarşısında bir nəfər şəxs hərəkətləri ilə özünü şübhəli apardı və onların diqqətini cəlb etmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onunla söhbət zamanı narkotik vasitə istifadəçisi kimi onlarda şübhə yaratmışdır. Ona görə də həmin şəxsi araşdırma aparılması üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş və həmin şəxsi xidməti avtopatrula mindirib Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. 1-ci PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü, Baki şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə-5/33-də qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bundan sonra raportla Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə məruzə etmiş və həmin şəxsi NH-ə təhvil vermişlər. Ondan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün 1-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifova həvalə olunmuş və araşdırma aparılmasına başlanılmışdır. Təhqiqatçının xidməti otağında onun, postaçı yoldaşı polis nəfərləri polis serjantı Şahid2, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı David Yusifovun və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış, baxış və götürmə keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış, baxış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop madələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Mirzə kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almış və gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı tərəfimizdən hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində gösətrmişdir ki, DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis sejantıdır. xx.xx.2023-cü il tarixdə saat 13:10 radələrində postaçı yoldaşı polis nəfəri polis serjantı Şahid1 ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 9679 çağırışlı avtopatrulla xidmətdə olduğumuz zaman, Şağan qəsəbəsində yerləşən 124 nömrəli tam orta məktəbin qarşısında bir nəfər şəxs hərəkətləri ilə özünü şübhəli apardı və onların diqqətini cəlb etmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onunla söhbət zamanı narkotik vasitə istifadəçisi kimi onlarda şübhə yaratmışdır. Ona görə də həmin şəxsi araşdırma aparılması üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş və həmin şəxsi xidməti avtopatrula mindirib Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. 1-ci PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü, Baki şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə-5/33-də qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bundan sonra raportla Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə məruzə etmiş və həmin şəxsi NH-ə təhvil vermişlər. Ondan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün 1-ci PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifova həvalə olunmuş və araşdırma aparılmasına başlanılmışdır. Təhqiqatçının xidməti otağında onun, postaçı yoldaşı polis nəfərləri polis serjantı Şahid1, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı David Yusifovun və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış, baxış və götürmə keçirilməsinə başlanılmışdır. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış, baxış və götürmə keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış, baxış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop madələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində Mirzə kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almış və gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı tərəfimizdən hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1972 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyasitorların birgə qəbulu nəticəsində yarana asılılıq sindromu (narkomanioya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Müdafiəçi tərəfindən təqdim olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış fotoşəkildən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:17-də Təqsirləndirilən şəxs “Poliis... Goturdu meni... Waganin sivtaforu...” yazıları ilə “WhatsApp” vasitəsi ilə başqa bir şəxsə məlumat vermişdir. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30-da MSY gətirilmişdir və “ilkin müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər” qrafasında “YOX”, “tibb işçisi tərəfindən keçirilmiş müayinə, aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti ” qrafasında “YOX” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da müayinədən kəçərkən qarının aşağı hissəsində sol saidin üst səthində kəsilmiş yaralar (özünə xəsarət yetirməsi) aşkar edilmiş, xx.xx.2023-cü il tarixdə saat 13:05-də müayinədən kəçərkən narkotikdən asılı vəziyyət, xx.xx.2023-cü il tarixdə saat 13:10-da müayinədən kəçərkən şəkərli diabet, xx.xx.2023-cü il tarixdə saat 13:15-də müayinədən kəçərkən qarının ön səthində bıçaq yarası (narkotikdən asılı vəziyyətdən keçirilmiş insultdan sonraki vəziyyət), xx.xx.2023-cü il tarixdə saat 13:20-də müayinədən kəçərkən narkotikdən asılı vəziyyət, xx.xx.2023-cü il tarixdə saat 12:45-də müayinədən kəçərkən belində, kürəyində, sağ əlində hər iki sarğı nahiyyəsində sıyrıntı yaralar aşkar edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından görünür ki, xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.2023-cü il tarixdə, saat 13:10-da saxlanılan şəxs Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 18:20-də 3 saylı İT-na göndərilmişdir. İş materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq həkim baxışından keçirilmişdir. Baxış zamanı bədənində sağ bazunun içəri səthində sıyrılmış qərtməkli yara və sol saidin ön səthində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Deməsinə görə bu xəsarəti tutulmamışdan 1(bir) əvvəl məişət zəmnində alıb. İş materiallarında olan N6442/2022 Azərbaycan Respublikası ƏN TBİ məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun içəri səthində sıyrılmış qərtməkli yara və sol saidin ön səthində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Deməsinə görə bu xəsarəti tutulmamışdan 1(bir) əvvəl məişət zəmnində almışdır. İş materiallarında olan N6131/2023 Azərbaycan Respublikası ƏN TBİ məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun içəri səthində sıyrılmış qərtməkli yara, sol saidin ön səthində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Deməsinə görə tutulmamışdan bir gün əvvəl məişət zəmnində xəsarət almışdır. Sağ göz altı nahiyəsində bənövşəyi rəngli qançır, qarının sol səthində 1 ədəd qərtməkli yara aşkar edilmişdir. Deməsinə görə tutulan zaman xəsarət almışdır. Alkoqol və narkotik maddələrdən istifadə etməsini inkar etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. İş materiallarında olan 358/MEŞ, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1995-ci il vət. Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq, aşağıdakı nəticəyə gəlinmişdir:
1. Təqsirləndirilən şəxs adına tərtib olunmuş 6442/2022 saylı məhkumun tibbi kitabçasında qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasında bədən səthinə tibbi baxış keçirilərkən “Sağ bazunun içəri səthinin sıyrılmış qartmaqlı yarası və sol saidin ön səthinin sıyrılmış qartmaqlı yarası” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, törənmə müddətləri xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasında həkim baxışı keçirilməsindən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.
2. Təqsirləndirilən şəxs adına tərtib olunmuş 6131/2023 saylı məhkumun tibbi kitabçasında qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixdə İstintaq Təcridxanasında bədən səthinə tibbi baxış keçirilərkən “Sağ gözaltı nahiyəsində bənövşəyi rəngli qançır, qarının sol səthində qartmaqlı yara” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdilər, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə İstintaq Təcridxanasında həkim baxışı keçirilməsindən 1-2 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.
3. Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinin MSY-də tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının 336 saylı sıra nömrəsində yazılanlara əsasən xx.xx.2023-cü il saat 16:30-dan xx.xx.2023-cü il saat 17:20-dək saxlanıldığı və xx.xx.2023-cü il tarixdə, saat 12:45-də “belində, kürəyində, sağ əlində, hər iki sağrı nahiyəsində sıyrılmış yaralar ” olduğu qeyd edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xx.xx.2023cü il tarixdə, saat 12:45-də bədən səthinə tibbi baxış keçirilməsindən 1-2 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs barəsində düzgün hüquqi qiymət verilməmiş, onun barəsində qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı tərəfindən qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməli etiraf etsə də, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı əməli təzyiq və işgəncə altına etiraf etdiyini, onun xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində saxlandığı, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Bölməsində üzərinə keçirilmiş baxış zamanı da üzərindən heç bir qanunsuz maddə, o cümlədən metamfetamin aşkar edilmədiyini, narkotik maddəni polis əməkdaşları tərəfindən döyüldükdən sonra, təziq və işgəncə altında qəbul etdiyini bildirmişdir. DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün əməkdaşları polis serjantı Şahid1 və Şahid2 tərəfindən Xəzər RPİ-nin 1-ci PB-nin rəisi Habil Həsənova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:10 radələrində 9679 çağırışlı avtopatrulla Xəzər rayaonu, Şağan qəsəbəsində inzibati ərazidə xidmətdə olduqları zaman Şağan qəsəbəsində yerləşən 124 nömrəli məktəbin qarşısında bir nəfər şəxsin özünü narkotik vasitənin istifadə etməyində şübhəli olduğunu görmüşlər. Onlar dərhal həmin şəxsə yaxınlaşdıq və Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. 1-ci PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmədə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verməmişlər. Belə ki, məhkəmə iclasında Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilərək imzalnmış raportda və ibtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:10-radələrində saxlanıldığı qeyd etsə də, məhkəmə iclasında o, Təqsirləndirilən şəxs saat 10-11 radələrində saxlandığını bildirmişdir. Bundan başqa, şahid ifadələrində, şəxsi axtarış və götürmə haqqında protokolda və digər ibtidai istintaq materiallarında Şahid2 iştirakı qeyd olunsa da, o, məhkəmə iclasında öz ifadəsində axtarış və götürmədə iştirak etmədiyini, həmin vaxt bölmədə olduğunu bildirmiş, habelə diskə keçirilmiş baxış zamanı da video görüntüdə DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı müəyyən edilməmişdir. İş materiallarında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulması, həmin tarixdə saat 13:55-də üzərinə şəxsi axtarış keçirilməsi, Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabında Təqsirləndirilən şəxs MSY-ə daxil olması xx.xx.2023-cü il tarixdə 16:30-da qeyd olunsa da, halbu ki, Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabından müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-dan etibarən həmin gün müəyyən saatlarda MSY-də tibbi müayinədən keçmişdir. Bundan başqa, məhkəmə iclasında Müdafiəçi tərəfindən təqdim olunmuş fotoşəkildən də müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 10:17-də Təqsirləndirilən şəxs “Poliis... Goturdu meni... Waganin sivtaforu...” yazıları ilə “WhatsApp” vasitəsi ilə yeri barədə başqa bir şəxsə məlumat vermişdir. Bundan başqa, iş materiallarından (ekspert rəyi, 3 saylı İT-dan daxil olmuş məhkumun tibbi kitabçasının surətindən və s.) ibtidai istintaq gedişində Təqsirləndirilən şəxs təziq və işgəncə altında ifadə verməsi öz təsdiqini tapmışdır. Bununla da aydın olur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmamış, onun ittiham olunduğu əməl istintaqında sübuta yetirilməmiş və öz təsdiqini tapmamış, müstəntiq bir sıra prosessual tələblərin pozulması hallarına yol vermiş, ibtidai istintaq düzgün aparılmamışdır. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, habelə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi sübut edilməməklə, buna görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ittihamı əsasız və qanunsuz olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi narkotik maddənin satış məqsədi olmadan yalnız qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli birbaşa qəsdlə törədilməlidir. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına və daşımasına dair hər hansı bir qəsdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübutayetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Oxşar vəziyyətdə X6 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Q.A.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Ümumiyyətlə, cinayət işinin materiallarında olan bütün şahidlərin ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı polis əməliyyatında iştirak etmiş Təqsirləndirilən şəxs təhrikindən (polisin müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Ən əsası məhkəmə qeyd edir ki, ittihamın əsası olan baxış keçirilməsi, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmül ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81,00 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayevin barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 90 (doxsan) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
HÖKM ETDİ:
Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmül ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81,00 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayevin barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 90 (doxsan) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev