Məhkəmə qərarları › İş №1(003)-447/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-447/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-447/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X6, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Əmirətdin oğlunun və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, elektrik çilingəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsi L.Starçuk küçəsi ev 2 mənzil 20-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 222/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını pozğuncasına ifadə edərək 31 may 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsi L.Starçuk küçəsində yerləşən bağ evinin hamam və yataq otağında usta kimi işləyərkən ev sahibi Şahid3 çatışmayan ləvazimatları almaq üçün mağazaya getməsindən istifadə edərək, evdə heç kəsin olmamasından əmin olduqdan sonra həyətdə oynayan Şahid3 övladı, onun üçün aşkar surətdə 14 yaşına çatmayan, yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmayan 11 fevral 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi hamam otağına və yataq otağına çağırıb sonuncudan paltarının üzərindən cinsi orqanını ovxalamasını istəmiş, azyaşlı Zərərçəkmiş şəxs onun bu istəyini yerinə yetirdikdən sonra iyrənc hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs paltarı üzərində qucağında - cinsi orqanı üzərində otuzduraraq ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməyərək göstərdi ki, 2008-ci ildən ailə həyatı qurmuş və bu evlilikdən onun 1 oğlu vardır. Oğlunun hazırda 11 yaşı vardır. Evləndikdən sonra elektrik çilingəri kimi işləyib ailəsini dolandırmışdır. Lakin santexnika işlərindən başı çıxdığı üçün arada bir santexnik kimi qonşuların evinə gedib işləmişdir. Əmirətdin onun qonşusudur və təxminən 35 ildir ki, onu tanıyır. Əmirətdin onun evinin yanında yeni ev tikmişdir və həmin evin hamam otağında santexnik işləri aparılmalı idi. Əmirətdin də qonşu kimi onu öz hamam otağında işləməyə dəvət etmişdir. Bunun müqabilində Əmirətdin ona 50 manat verəcəyini demiş, o da onun bu təklifi ilə razılaşmışdır. Daha sonra 30 may 2021-ci il tarixdə o, Əmirətdinin evinə işləməyə gəlmişdir. Lakin Əmirətdinin evinin qapısı bağlı olmuş, qapının açarı itdiyi üçün, o, qapını drellə açmışdır. İçəri girib hamam otağına baxdıqdan sonra lazım olan ləvazimatları almaq məqsədilə Əmirətdinlə birlikdə dükana getmişlər. Dükandan lazım olan əşyaları aldıqdan sonra evə qayıtmışlar. Lakin artıq gec olduğu üçün və axşam olduğu üçün o, işləyə bilməmişdir. Çünki qapını drellə açmaq və dükana getmək onların vaxtını aparmışdı. O, sabah gəlib işləyəcəyini bildirmiş, bundan sonra Əmirətdinin anası sabah gəlib görəcəyi işin müqabilində ona beh kimi 10 manat pul vermişdir. Səhəri gün o, həmin evə gəlmiş və hamam otağında işləməyə başlamışdır. Əmirətdin də onun yanında olmuşdur. Evdə uşaqlar da olmuş və onlar həyətdə oynamışlar. İş görən zaman o, ləvazimatlardan birinin çatmadığını görmüş və Əmirətdinə bildirmişdir ki, dükana gedib həmin ləvazimatı alsın. Əmirətdin də həmin ləvazimatı almaq üçün dükana getmişdir. Saat təxminən 15 radələri olmuşdur. Həyətdə Əmirətdinin kirayənişini də olmuşdur. O, hamamda işləyə-işləyə uşaqlara da nəzarət etmişdir. Uşaqlar ikisi də oğlan uşağı olmuşlar. Uşaqlara nəzarət edərkən onlardan birinin həyətdə yelləncəyə oturduğunu görmüşdür. Yelləncək nasaz olmuş və o, uşağın yıxılacağından qorxub onların yanına gedib uşaqları öz yanına, yəni hamam otağına dəvət etmişdir ki, yanında oturub ona baxsınlar. Uşaqlar onun yanında oturub işini seyr etməyə başlamışlar. Daha sonra Əmirətdin dükandan qayıtmışdır. O, lazım olan ləvazimatı Əmirətdindən götürmüş və işini yekunlaşdırıb öz pulunun verilməsini gözləməyə başlamışdır. Bir azdan Əmirətdinin anası işdən evə qayıdıb gördüyü işin müqabilində ona 40 manat vermiş və o, çıxıb evinə getmişdir. 04 iyun 2021-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrək onu Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmişlər. Şöbədə olan zaman onu Əmirətdinin oğlu Həsənə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə buraya gətirdiklərini bildirmişlər. O isə Həsənə qarşı heç bir əxlaqsız hərəkət etmədiyini bildirmişdir. Məhkəmə istintaqının sonunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hazırda törətdiyi əməli etiraf edir və peşman olduğunu bildirir. Vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkir, sarsıntı keçirir. Həm Həsəndən, həm də onun valideynlərindən üzr istəyir, bağışlanmasını xahiş edir və söz verir ki, həmin məhəllədən başqa yerə köçüb gedəcəkdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Əmirətdin oğlu göstərdi ki, o, 156 saylı tam orta məktəbin 1-ci sinifində oxuyur. Ailə üzvləri 4 nəfərdən ibarətdir. Belə ki, Əmirətdin Allahverdiyev atası, Şahid1 isə anasıdır. Hüseyn adlı balaca qardaşı da vardır. 31 may 2021-ci il tarixdə dərsdən sonra qardaşı Hüseynlə birgə oynamaq üçün evin arxa tərəfində yerləşən bağ evlərinin həyətinə gəlmişlər. Atası bağ evinin hamam otağında Vitaliy adlı ustanı işlətmişdir. Usta işləyərkən atası da ustanın başının üstündə durub ustaya nəzarət etmişdir. Bir qədər işlədikdən sonra usta atasını ləvazimat alması üçün mağazaya göndərmişdir. Bu zaman o, qardaşı Hüseynlə birlikdə həyətdə oynamışdır. Atasını mağazaya göndərdikdən sonra hamamda işləyən Vitaliy onu yanına çağıraraq ondan özünün cinsiyyət orqanını ovxalamağı istəmişdir. Lakin o, ustaya ona təklif etdiyi həmin hərəkətin pis əməl olduğunu demişdir. Bundan sonra usta ona təklif etmişdir ki, qucağında otursun. Ustaya iradını bildirmiş, lakin usta onu qucağına götürüb qucaqlamışdır. O, ustanın qucağında bir qədər oturduqdan sonra usta titrəmiş və onu buraxmış, o da ustanın qucağından düşüb yenidən həyətdə qardaşı Hüseynlə oynamağa davam etmişdir. Həyətdə bir qədər oynadıqdan sonra usta yenidən onu yanına çağırmışdır. Bu dəfə usta hamam otağı ilə üzbəüz yerləşən otaqdakı çarpayının üzərində oturmuşdur. Usta yenə də ona qucağında oturmağı təklif etmiş, o da ustanın qucağında oturmuşdur. Usta yenidən titrəyərək onu buraxmışdır. Daha sonra usta hamam otağı ilə yan-yana yerləşən balaca otağa keçmiş və onu da özü ilə aparmışdır. Orada usta ona qucağında oturmağı təklif etmiş, o da ustanın qucağında oturmuşdur. Bundan sonra usta yenə də ona cinsiyyət orqanını ovuşdurmağı təklif etmiş, o da ustanın dediyini edərək onun cinsiyyət orqanını ovxalamağa başlamışdır. Daha sonra o, ustanın qucağından düşmüşdür. Bu zaman usta bağ evlərində kirayənişin yaşayan Mehdi adlı şəxsin səsini eşitmiş və həyətə düşdüyünü görüb onu buraxmış və yenidən hamam otağına qayıdıb işləməyə başlamışdır. Daha sonra isə atası mağazadan gəlmiş, Vitaliy isə heç nə olmamış kimi öz işinə davam etmişdir. Bundan sonra o da qardaşı ilə həyətdə oynamağa davam etmişdir. Vitaliy birinci dəfə ona qarşı belə hərəkətlər etmişdir. Vitaliydən qorxur, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Əmirətdin həyat yoldaşı, Təbriz isə qaynanasıdır. Onlar birlikdə yaşayırlar. Əmirətdin evin yanında yeni bağ evi tikmiş və həmin evin hamam otağında santexnik işləri aparılmasına ehtiyac olmuşdur. Əmirətdin də qonşu kimi Vitaliy adlı şəxsi hamam otağında işləməyə dəvət etmişdir. Bunun müqabilində yoldaşı ilə qaynanası Vitaliyə 50 manat verəcəklərini bildirmiş, Vitaliy də onların bu təklifi ilə razılaşmışdır. Daha sonra Vitaliy bağ evlərinin hamam otağında işləmiş və pulunu alıb getmişdir. O, həmin vaxt işdə olduğu üçün bunları görməmişdir, lakin bunları ona yoldaşı ilə qaynanası danışmışdır. 04 iyun 2021-ci il tarixdə o, evlərinin hamam otağında işləyərkən Həsən ona yaxınlaşaraq ustanın başının xarab olduğunu bildirmişdir. O, oğlundan nə üçün belə dediyini soruşanda Həsən demişdir ki, bir neçə gün bundan əvvəl bağ evlərinin hamam otağında işləyən usta ona cinsiyyət orqanını ovxalamağı təklif etmiş, lakin o, ayıb bildiyi üçün bundan imtina etmişdir. Daha sonra o, Həsəni sözə tutmağa çalışanda oğlu ağlamağa başlamış və bildirmişdir ki, usta ondan əyilməsini və dizinin üstündə oturmasını istəmiş, daha sonra onu qucaqlayaraq dizinin üstündə oturtmuş və titrədikdən sonra buraxmışdır. O, dərhal yoldaşının əmisi Şirinə, sonra da qaynanası Təbrizə zəng edib bu barədə məlumat vermişdir. Qaynanası həmin vaxt Əcəmidə qızıgildə olmuşdur. Sonra isə yoldaşı Əmirətdinə və qardaşı Yahyaya da məlumat vermişdir. Daha sonra qardaşı ilə yoldaşı Əmirətdin yanına gəlmiş və onlar birlikdə Vitaliyin yaşadığı evə getmişlər. Qapını nə qədər döysələr də heç kəs qapını açmamışdır. Onlar da məcbur olub geri qayıtmış və bu barədə polisə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu, Təbriz anası, Ülkər isə həyat yoldaşıdır. O, 2013-cü ildə Ülkərlə ailə həyatı qurmuş və bu evlilikdən də 2 oğlan uşaqları vardır. Yaşadığı evinin yanında yeni bağ evi tikmiş və həmin evin hamam otağında santexnik işlərinin aparılmasına ehtiyac olmuşdur. O və anası Təbriz qonşu kimi Vitaliy adlı şəxsi hamam otağında işləməyə dəvət etmişlər. Bunun müqabilində anası Təbriz və o, Vitaliyə 50 manat verəcəklərini bildirmiş, Vitaliy də onların bu təklifi ilə razılaşmışdır. 30 may 2021-ci il tarixdə Vitaliy onların evinə işləməyə gəlmişdir. Lakin bağ evinin qapısı bağlı olmuş, açar itdiyi üçün Vitaliy də drellə qapını açmışdır. İçəri girib hamam otağına baxdıqdan sonra lazım olan ləvazimatları almaq məqsədilə o, anası və Vitaliy birlikdə dükana getmişlər. Dükandan lazım olan əşyaları aldıqdan sonra evə qayıtmışlar. Evə qayıdandan sonra Vitaliy hamam otağında işləmişdir. Lakin Vitaliyin düzəltdiyi krantlar su buraxmışdır. O və anası şəxsən yoxlayarkən bunu aşkar etmişlər. Daha sonra onlar Vitaliyə bildirmişlər ki, işini yarımçıq görüb, sabah gəlib işini tam görsün. Həmin gün anası Vitaliyə qapını drellə açdığına görə 10 manat vermişdir. Səhəri gün yəni 31 may 2021-ci il tarixdə Vitaliy yenidən onlara gəlib hamam otağında işləmişdir. Hamam otağında işləyərkən o, ustanın yanında durub işinə nəzarət etmişdir. Uşaqları Həsən və Hüseyn də həyətdə oynamışlar. Bundan başqa, həyətdə kirayənişinləri Mehdi adlı şəxs də olmuşdur. Yoldaşı ilə anası isə işdə olmuşlar. Vitaliy iş görən zaman krantı bağlamağa izolent olmadığı üçün onu izolent almağa göndərmişdir. O da uşaqları ilə birlikdə dükana gedib Vitaliyin dediyi əşyanı alıb gətirmişdir. Bir qədər keçdikdən sonra isə Vitaliy onu krant üçün lazım olan yumru dəmir almağa göndərmişdir. O, yenə də uşaqları ilə birlikdə dükana gedib Vitaliyin dediyi əşyanı almışdır. Bir qədər keçdikdən sonra isə Vitaliy krantın şaybasının olmadığını və almaq lazım olduğunu ona demişdir. O, yenə də uşaqları ilə dükana getmək istəyəndə Vitaliy ondan uşaqlarını aparmamağı və özünün yanında saxlamağı istəmişdir. Səbəb kimi isə uşaqların dəcəl olduğunu və yolda gedərkən maşın vura biləcəyini demişdir. O, Vitaliylə razılaşmış və uşaqları həyətdə qoyub özü təkcə dükana getmişdir. Saat təxminən 15 radələri olmuşdur. Bir neçə dəqiqədən sonra o, ustanın dediyi ləvazimatı alıb evə qayıtmışdır. Əşyanı Vitaliyə gətirən zaman uşaqların qapının ağzında oturduğunu görmüşdür. Vitaliy isə həmin vaxt hamamda işləmişdir. Vitaliy bir qədər işlədikdən sonra yenə də ona ləvazimatlardan birinin çatmadığını bildirərək almaq lazım olduğunu demişdir. Usta onu yenə də tək dükana göndərmək istəmişdir, lakin onun içində bir narahatçılıq olmuşdur. Bu səbəbdən də kirayənişinləri Mehdiyə demişdir ki, o, burada olmayan müddətdə uşaqlara baxsın. Mehdi də narahat olmamağını bildirərək dükana arxayın getməsini bildirmişdir. O, saat 16:30-da yenə də tək dükana getmiş və Vitaliyin dediyi əşyanı alıb gətirmişdir. Aldığı əşyanı Vitaliyə göstərəndə Vitaliy ona lazım olan əşyanın həmin əşya olduğunu bildirərək hamam otağına keçmiş və işləməyə başlamışdır. O, dükandan qayıdarkən Mehdi də orada olmuşdur. Mehdi uşaqları ona təhvil verib evinə getmişdir. Axşama yaxın isə Vitaliy işini qurtarmış və onlar birlikdə anasını gözləmişlər ki, gəlsin, Vitaliyin pulunu versin. Həmin vaxt Vitaliy ona Həsəni çox istədiyini və onu evinə aparıb oynatmaq istədiyini demişdir. O, ustanın bu təklifinə təəccüblənmiş, səbəbini soruşanda Vitaliy demişdir ki, Həsən onu çox istəyir, əgər o çıxıb getsə, Həsən darıxacaqdır. Lakin o, buna icazə verməmiş, Vitaliy də çıxıb getmişdir. Daha sonra o, qapıdan bayıra çıxanda Vitaliy anasının gəlib-gəlmədiyini soruşmuş, o isə anasının bir azdan gələcəyini demiş və bağ evinə girmişdir. Bir az keçdikdən sonra həyat yoldaşı Ülkər ona zəng vuraraq Vitaliyin içkili vəziyyətdə o biri evlərinin qapısını döydüyünü və özünün də qorxduğunu bildirmişdir. O, dərhal bağ evindən çıxıb yaşadıqları evə getmişdir. Pilləklənlə yuxarı qalxan zaman Vitaliyin də aşağı düşdüyünü görmüşdür. Qapılarını nə üçün döydüyünü Vitaliydən soruşanda Vitaliy ona bildirmişdir ki, guya anasının gəldiyini zənn etmiş və ona görə də qapını döymüşdür. O, Vitaliyin içkili olduğunu görmüşdür. Daha sonra onlar birlikdə Vitaliylə aşağı düşüb bağ evlərinə gəlmişlər. Bir qədər sonra isə anası gələrək Vitaliyə gördüyü işin müqabilində 50 manat vermiş, Vitaliy də pulunu aldıqdan sonra çıxıb getmişdir. Bundan bir neçə gün sonra həyat yoldaşı Ülkər ona telefonla zəng edərək Vitaliyin bir neçə gün bundan əvvəl evlərinin hamam otağında işləyərkən evdə heç kəsin olmamasından istifadə edərək oğlu Həsənə qarşı əxlaqsız hərəkətlər etdiyini, bunu ona Həsənin dediyini bildirmişdir. O, həmin vaxt Buzovnada olmuşdur. Bu söhbəti eşidən kimi dərhal evə qayıtmışdır. Evə gələn zaman həyətdə əmisi Şirinin olduğunu görmüşdür. Əmisi ona demişdir ki, Vitaliyin qapısına getmiş və onun sərxoş olduğunu görmüşdür. Əmisi Vitaliyə ayıldıqdan sonra söhbət etməyi təklif etmiş, Vitaliy də razı olmuşdur. Bir qədər sonra isə qaynı Yahya da yanına gəlmişdir. Onlar Yahyayla məsləhət etmişlər ki, Vitaliyin evinə getsinlər. Yahyayla o, Vitaliyin evinə gedən zaman arxaları ilə yoldaşı Ülkərin də gəldiyini görmüşdür. Onlar Vitaliyin qapısını nə qədər döysələr də açan olmamışdır və məcburən evə qayıdıb bu barədə polisə məlumat vermişlər. Evə gələn zaman özü bu barədə oğlu Həsəndən soruşduqda Həsən Vitaliyin ona qarşı evin hamam otağında əxlaqsız təklif və hərəkətlər etdiyini təsdiqləmişdir. Bəs nə üçün ona həmin gün demədiyini soruşanda Həsən ondan utandığı üçün buna cəsarət etmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2, Şahid4, Şahid6 və Şahid5 da oxşar, eyni məzmunlu ifadələr verərək şahid X1 göstərdiklərini təsdiq etdilər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Əmirətdin oğlunun ifadəsi qanuni nümayəndəsinin iştirakı ilə yerində yoxlanılmış, ifadəsində qeyd etdiyi xüsusatları əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Əmirətdin oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlərinin üzlərinə demişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyun 2021-ci il tarixli 621 nömrəli rəyindən görünür ki, Həsən Əmirətdin oğlu Allahverdiyevin bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyun 2021-ci il tarixli 325 nömrəli rəyindən görünür ki, Həsən Əmirətdin oğlu Allahverdiyevin bədən səthi üzərində, o cümlədən anal dəliyi ətrafında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Həsən Əmirətdin oğlu Allahverdiyevin arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 11/208 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs Əmirətdin oğlunun fərdi-psixi xüsusiyyətlərində ünsiyyətcillik, optimistlik və mehribanlıq kimi əlamətlər müəyyən olunur. Azyaşlı Zərərçəkmiş şəxs Əmirətdin oğlu yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik deyildir. Azyaşlı Zərərçəkmiş şəxs Əmirətdin oğlunun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Azyaşlı Zərərçəkmiş şəxs Əmirətdin oğlunun fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə vəözündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 iyul 2021-ci il tarixli 310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 153.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini və məhkəmə iclasının sonunda törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsdən və onun valideynlərindən üzr istəyərək bağışlanmasını xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 06 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 80,00 (səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 06 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 80,00 (səksən) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat olmaqla cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar