Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-447/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X1, müdafiəçi Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə X5 X1 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, aldatma, dələduzluq, böhtana görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayətini onunla əsaslandırılmışdır ki, aldatma, etibardan sui-istifadə, dələduzluq, böhtan nəticəsində mülkünü əlindən almışlar. Zirə qəsəbəsi “Şinçi” bağlarında 1987-ci ildən ona məxsus olan 241a (yeni 203) saylı bağ sahəsində ona böhtan ataraq Babayeva Zenfira guya 50000 manatlıq tikinti aparmışdır. Guya o, ona 50000 manatlıq ziyan vurmuşdur, borcludur. Əlavə ondan xəbərsiz, qeyri-qanuni hərrac və icra keçirilmişdir. Belə bir tikinti reallıqda mövcud deyildir, yoxdur. 1996-cı ildə Babayeva Zenfira sözü gedən mülkünü almaq istəmiş, 4 kişi və özü notariusa getmişlər. Lakin onu aldatmışlar – 900 ABŞ dollarına 3 illik kirayə götürmüşlər. 1 il sonra 900 ABŞ dollarını beh kimi götürməyini xahiş etmişlər, o, güzəştə getmişdir. Lakin yenə də alqı-satqı sənədləri hazır olsa da, almaqdan imtina etmişlər. Notarial qaydada “bağışlama” vermişdir, 1000 manat sənədləşdirməyəpulları olmamışdır.Nə kirayə müqaviləsi ilə almağa cəhd göstərmədilər, mülkündən də çıxmayıb, onu zəbt etmişlər. Əlavə qonşu ilə mənim aramda olan arakəsməni dağıdıb Ağayev Mirzəağaya məxsus olan 204 №-li sahəni də zəbt etmişlər. 2018-ci ildə “Çıxarılma” qərarı 2020-ci ildə icra olundu, məcburi çıxarılmışlar, mülkü ona təhvil verilmişdir. 50000 manatlıq tikintinin heç bir sübutu, sənədi, təsdiqi yoxdur. Lazım gələrsə, yoxlama, ekspertiza aparıla bilər. Bayeva Zenfira ona ona böyük miqdarda pul borcu yazdığı üçün məhkəmələri, hakimləri aldatmışdır, dövlət vəsaiti xərclənmişdir. Ona görə də aldatma, dələduzluq, böhtana görə X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X4 göstərdi ki, X5 onun barəsində yazdıqlarının hamısı əsasız yalan və böhtandan ibarətdir, heç bir sübuta əsaslanmır, ümumi söz yığnağından və fərziyyələrdən ibarətdir. Aralarındakı çoxillik və çoxsaylı məhkəmə çəkişmələri zamanı da Elmira Əzimovanın ona qarşı həmişə əsassız və qərəzli fikirlər irəli sürməsi dəfələrlə məlum olmuşdur. Hazırkı şikayətdə də Elmira Əzimova konkret bir əməldən danışmır, dadəcə olaraq ümumi planda ondan narazılıq edir. Elmira Əzimovanın özü keçmişdə cinayət əməllərinə yol vermiş və qanunamüvafiq qaydada cəzalandırılmışdır. Həm də hesab edir ki, məhkəmə qərar çıxararkən şikayət verən şəxsin CPM-nin 293.2-ci maddəsinin məhz hansı əməlin törədilməsi sübuta yetirilmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddərinə əsasən normalara uyğun olmadığı üçün verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi baxışa təyin olunmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunvericiliyin tələbinə uyğun verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsini baxışa təyin etmədən geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X1 müdafiəçisi Müdafiəçi göstərdi ki, şikayət ərizəsində göstərilənlərin şər böhtanla əlaqəsi yoxdur.X9 aralarında olan mülki məsələlərlə bağlı məhkməyə başqa iddia ilə müraciət edə bilər. İş materiallarında cinayət işinin başlanması üçün heç bir sübüt əsasverici yoxdur.Ona görə də xXüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını xahiş etdi.üsusi Məhkəmə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X1 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs “X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmiş, lakin ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunun bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət sayılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsinə, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatların hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi, və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə. yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və qavraya reklam və sair) başa düşülür. biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbuatın və teleradio kanallarının intenet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası CPM-nin 37-ci madddəsinə əsasən cinayət təqibinin növlərindən birini də xüsusi ittiham təşkil edir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 45.4-cü maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. "Şərəf və ləyaqətin X3 Məhkəmələr Tərəfindən Tətbiq X7" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətinin ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rǝy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Adı çəkilən qərarın 5-ci bəndində məhkəmələrin diqqətinə o da çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayət əlaməti olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətçi hansı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin, hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X4 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X4 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-447/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-447/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver