Məhkəmə qərarları › İş №1(003)-448/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-448/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-448/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Şirvan şəhəri, 1 May küçəsi, ev 138-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs9 əvvəllər aldığı təqaüdünü bərpa edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə ondan N0NN-ci ilin may ayı ərzində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi Ç.Mustafayev küçəsi N8də 1000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə Zərərçəkmiş şəxs10 X5 FHN-nin yanğınsöndürən vəzifəsinə düzəltdirəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə ondan 16 iyun N0NN-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində fəaliyyət göstərən “İdeal” marketdə yerləşən milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə N00 manat pulunu, 01 iyul N0NN-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində fəaliyyət göstərən “İdeal” marketdə yerləşən milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 1000 manat pulunu, 07 iyul N0NN- ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində fəaliyyət göstərən “İdeal” marketdə yerləşən milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 400 manat pulunu, N0NN-ci ilin sentyabr ayı ərzində ünvan 1 ünvanda əvvəlcə 1500 manat pulunu, daha sonra 800 manat pulunu, sonuncu dəfə isə 1000 manat pulunu, ümumilikdə 4900 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə Zərərçəkmiş şəxs8 oğlu XN əvvəllər əlilliyə görə aldığı təqaüdünü bərpa edəcəyinə dair yalandan vəd verib inandıraraq 07 oktyabr N0NN-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən “Karol” marketdə yerləşən milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 1500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə tanışı Zərərçəkmiş şəxs6 əvvəllər əlilliyə görə aldığı təqaüdünü bərpa edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə ondan 06 sentyabr N0NN-ci il tarixdə saat 17:56-da Goranboy rayonu, Qızılhacılı kəndində fəaliyyət göstərən “Qızılhacılı” marketdə yerləşən 1504N nömrəli milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 1500 manat pulunu, N0NN-ci ilin oktyabr ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində fəaliyyət göstərən “Qızılhacılı” marketdə yerləşən milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 1500 manat pulunu, vahid niyyətlə, ümumilikdə 3000 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə tanışı Zərərçəkmiş şəxs5 əvvəllər əlilliyə görə aldığı təqaüdünü bərpa edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə ondan 06 yanvar N0N3-cü il tarixdə saat N1:30-da Neftçala şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Neftçala” marketdə yerləşən 01834 nömrəli milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 3000 manat pulunu, 18 fevral N0N3-cü il tarixdə saat 18:55-də Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Adıgözəlov küçəsində fəaliyyət göstərən “Orxan” marketdə yerləşən 819 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 1600 manat pulunu, 09 mart N0N3-cü il tarixdə saat 18:15-də Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Adıgözəlov küçəsində fəaliyyət göstərən “Orxan” marketdə yerləşən 819 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 300 manat pulunu, N0N3-cü ilin mart ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 14 radələrində Salyan şəhərində Avtovağzal adlanan yerin yaxınlığında görüşüb 1500 manat pulunu, N9 mart N0N3-cü il tarixdə saat 16:10-da Neftçala rayonu, Bankə qəsəbəsi. Ə.Adıgözəlov küçəsində fəaliyyət göstərən “Orxan” marketdə yerləşən 819 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 500 manat pulunu, N0N3-cü ilin aprel ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs5 Neftçala rayonu, Sübh kəndində yerləşən evində görüşüb 3000 manat pulunu, 30 aprel N0N3-cü il tarixdə saat 16:00-da Neftçala rayonu, Bankə qəsəbəsində fəaliyyət göstərən marketdə yerləşən 15088 nömrəli milliön ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə N00 manat pulunu, 13 may N0N3-cü il tarixdə saat 10:3N-də Neftçala şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Neftçala” marketdə yerləşən 01834 nömrəli milliön ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə N700 manat pulunu, vahid niyyətlə, ümumilikdə 1N800 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəsindən Yevlax rayonu, Xaldan kəndində yerləşən hərbi hissəsinə köçürüləcəyinə köməklik edəcəyini yalan vəd verərək aldadıb, 7.500 manat məbləğdə pulu N0N3-cü ilin yanvar ayının ortalarında tanışı Şahid4 Rafiq oğlunun vasitəsilə Kürdəmir rayonu ərazisində, N0N3-cü ilin mart ayının ortalarında Şahid4 Yevlax rayonu, Xaldan kəndində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 500 manat olmaqla, ümumilikdə Qabil Süleymanova məxsus 8.000 (səkkiz min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 N0N1-ci ilin iyun ayında verilməsi dayandırılmış pensiyasının bərpa olunmasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, 3.000 manat pulu N0NN-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının yaxınlığında, xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 500 manat, xx.xx.N0NN-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 350 manat, xx.xx.N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 300 manat, N0N3-cü ilin yanvar ayının sonu fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Mingəçevir şəhəri, H.Əliyev prospektində "Fərid" marketdən ödəmə terminalından onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 650 manat və N00 manat olmaqla 850 manat, xx.xx.N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 500 manat, xx.xx.N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs1 Mingəçevir şəhərində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 6.000 (altı min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 N0N1-ci ildə pensiyasının verilməsi dayandırılmış oğlu ŞahidN pensiyasının bərpa olunmasına köməklik edəcəyini yalan vəd verǝrǝk aldadıb, xx.xx.N0N3-cü il tarixdə tarixdə Şahid4 Yevlax rayonu, Xaldan kəndində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərdiyi 3.400 manat, N0N3-cü ilin fevral ayının ortalarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun qarşısında 600 manat, N0N3cü ilin fevral ayının sonlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzilində 1.000 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 5.000 (beş min) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Əhmədov Seyidrǝhim Sracəddin oğlunun N0N1-ci ilin fevral ayında verilməsi dayandırılmış pensiyasının bərpa olunmasına köməklik edəcəyini yalan vəd verərək aldadıb, N0N3-cü ilin fevral ayının sonlarında tanışı Şahid4 Rafiq oğlunun vasitəsilə N.000 manat pulu ələ keçirdikdən sonra, həmin pulun 100 manatını Şahid4 vermiş, qalan 1.900 manat pulu Şahid4 Yevlax rayonu, Xaldan kəndində onun istifadəsində olan *********65068078 nömrəli "Uni Bank" hesabına göndərtməyə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxsN məxsus N.000 (iki min) manat məbləğdə pulu alıb, ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs11 Əli oğlunu qardaşını FHN-nə işə düzəltdirəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə N0N3-cü ilin mart ayının əvvəllərində N000 manat pulunu, 15 mart N0N3-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 3N saylı notariusda isə 4000 manat pulunu, ümumilikdə 6000 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Yeni Şağan qəsəbəsində yerləşən köhnə sənədlə ona məxsus torpaq sahəsinə çıxarış əldə etməsinə köməklik edəcəyinə dair yalandan vəd verib inandıraraq vahid niyyətlə ondan N0NN-ci ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşəт marketdə fəaliyyət göstərən ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə N000 manat pulunu, N0NN-ci ilin iyul ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşəm marketdə fəaliyyət göstərən ödəniş terminalı vasitəsi ilə özünə məxsus bank hesabına köçürtdürməklə 1000 manat pulunu, 17 iyul N0NN-ci il tarixdə saat 15:1N-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Bazarstore marketdə yerləşən 3803 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 1000 manat pulunu, N0NN-ci ilin oktyabr ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Yeni Şağan qəsəbəsində yerləşən evində görüşüb N00 manat pulunu, N0N3-cü ilin fevral ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Yeni Şağan qəsəbəsində yerləşən evində görüşüb N80 manat pulunu, N0NN-ci ilin aprel ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Yeni Şağan qəsəbəsində yerləşən evində görüşüb N70 manat pulunu, 04 iyul N0N3- cü il tarixdə saat 18:05-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Everest” marketdə yerləşən 460 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 150 manat pulunu, 04 sentyabr N0N3-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Everest” marketdə yerləşən 460 nömrəli e-manat ödəniş terminalı vasitəsilə özünə məxsus bank hesabına köçürtdürməklə 101 manat pulunu vahid niyyətlə, ümumilikdə 5001 manat məbləğində, xeyli miqdarda pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, son vaxtlar maddi vəziyyəti yaxşı olmadığı üçün və pul əldə etmək məqsədi ilə dələduzluq etmişdir. Xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs9 təqaüdü düzəltmək adı ilə aldadaraq pulunu almışdır. Eyni qaydada Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Əhmədov Seyidrǝhim Sracəddin oğlunu kəsilmiş təqaüdü bərpa etdirmək adı ilə aldadaraq pullarını almışdır. Bundan başqa Zərərçəkmiş şəxs10 sonuncunun oğlunu FHN-nin yanğınsöndürən vəzifəsinə düzəltdirəcəyinə dair vəd verib inandıraraq 5000 manata yaxın pul almışdır. Eyni qaydada Zərərçəkmiş şəxs11 Əli oğlunu da işə düzəltmək adı ilə aldadaraq pulunu dələduzluqla ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 xidmət etdiyi hərbi hissəsinin yerini dəyişdirmək adı ilə aldadaraq pulunu almışdır. Zərərçəkmiş şəxs7 isə pul müqabilində torpaq sahəsi üçün çıxarış alacağına dair vəd verərək pulunu almışdır. Qeyd edilən məsələlərin heç biri ilə bağlı köməklik etməmiş və aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 qarşı, X6 qarşı, Şahid1 qarşı və Zərərçəkmiş şəxs6 qarşı etdiyi dələduzluq əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı olaraq, həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, müharibə veteranı olduğunu qeyd edərək ona yüngül cəza verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun rəhmətə getmiş əri X1N ilə tanış olmuş və sonradan onlar arasında dostluq münasibəti yaranmışdır. Əlibaba onun əri rəhmətə gedən gündən bir neçə vaxt sonra ona bildirmişdir ki, kəsilmiş təqaüdünü bərpa edə bilər. Bu səbəbdən N0NN-ci ilin may ayında Əlibaba ondan hissə-hissə olmaqla, cəmi 1000 manat pul almışdır. Lakin bu günə qədər Əlibaba onun təqaüdünü düzəltməyərək onu aldatmışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində qeyd etmişdir ki, işlədiyi uşaq baxçasında iş yoldaşı X8 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun oğlunu FHN-nin yanğısöndürən vəzifəsinə düzəldə bilər. Buna görə də ondan ümumillikdə 5000 manat pul almışdır. Lakin sonradan oğlunu işə düzəltməmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il bundan əvvəl Bakı şəhərində Əlillərin bərpa mərkəzində olarkən tanımışdır. Əvvəllər oğlu Şahid1 təqaüd alırmış və N0N1-ci ildə oğlu Mubarizin təqaüdü təkrar komissiyadan keçməsi üçün dayandırılmışdır. Bununla bağlı oğlu Mubariz Abbasov təkrar əlillərin bərbası mərkəzinə müraciət edərək sənədlərini yenidən sistemə vurdurmuşdur. O, oğlundan dəfələrlə təqaüdünün nə yerdə olduğunu soruşan zaman oğlu Mübariz ona bildirmişdir ki, sistemə vurublar hələ cavab gəlməmişdir. N0NN-ci ilin sentyabr ayının axırlarında o, Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və bildirmişdir ki, Mubarizi tanıyır, onunla eyni xəstəxanada müalicə almış və oğlu Mubarizin təqaüdünün tez zamanda bərpa etdirə bilər. Bu səbəbdən o, Təqsirləndirilən şəxs 1500 manat pul vermişdir. Lakin Əlibaba onu aldadaraq köməklik etməmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, birinci “Qarabağ müharibəsi” iştirakçısıdır və döyüşlər zamanı baş nahiyyəsindən xəsarət almışdır. Buna görə də müharibə veteranıdır və N011-ci ildə N-ci qrup əlil olaraq döyüşlərdə xəsarət aldığına görə dövlət tərəfindən təqaüd almağa başlamış, N0N1ci ilin oktyabr ayının NN-də təqaüdü dayandırılmışdır. Bundan sonra o, Bakı şəhərində yerləşən Əlillərin bərpa mərkəzinə getmiş və orada həkim komissiyası tərəfindən müayinə olunmuşdur. Müayinənin sonunda həkim komissiyası tərəfindən ona bildirilmişdir ki, artıq təqaüd ala bilməyəcək. N0NN-ci ilin yay aylarında isə Goranboy rayonu, Xanqǝrvənd kəndində bir neçə dəfə çayxanada olan zaman müharibədə iştirak etmiş bir neçə nəfər şəxsdən eşitmişdir ki, Əlibaba adında bir nəfər var və həmin şəxs xəstəliklə əlaqədar müəyyən adamları təqaüdə çıxara bilir. O, da düşünmüşdür ki, həmin şəxsin vasitəsi ilə dövlət tərəfindən kəsilmiş taqaüdünü bərpa etdirə bilər. Bundan sonra isə həmin Əlibaba adlı şəxslə maraqlanmağa başlamış və müəyyən etmişdir ki, Əlibaba adlı şəxs Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşamış mərhum Əlinin tanışı olmuşdur. Odur ki, kürəkəni Emil Qızılhacılı qəsəbəsində yaşadığı üçün onun vasitəsi ilə mərhum Əlinin arvadından Əlibabanın mobil telefon nömrəsini öyrənmiş, sonra isə sonuncunun mobil telefonuna zəng vurub danışmışdır. Əlibaba adlı şəxs ona Əlillərin hüquqlarının müdafiəsi cəmiyyəti yaratdığını və orada işlədiyini, bununla əlaqədar isə müharibə iştirakçılarına və veteranlara köməklik göstərdiyini demişdir. Həmçinin Əlibaba adlı şəxs isə onun dövlət tərəfindən verilən, lakin sonradan kəsilmiş təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Təqaüdünü bərpa etdirmək üçün Əlibaba ona 3000 manat pul verməli olduğunu demişdir. O, da Əlibaba ilə razılaşmışdır. Əlibaba adlı şəxs demişdir ki, 1500 manat pulu əvvəlcədən qalan 1500 manat pulu isə kəsilmiş təqaüdü bərpa etdirdikdən sonra ona verməlidir. O, da 06 sentyabr N0NN-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən "Qızılhacılı" adlı marketin girişində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Əlibabanın ona verdiyi "Leo" banka aid kart hesabına 1500 manat pulu köçürmə etmişdir. Bir müddət sonra Əlibaba ona demişdir ki, kəsilmiş təqaüdünün bərpası ilə bağlı əvvəlcədən razılaşdığı 3000 manat pulun qalan 1500 manatını da ona versin. O, da Əlibaba ilə razılaşmış və N0NN-ci ilin oktyabr ayının əvvəllərində dəqiq Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayan kürəkənilə əlaqə saxlayıb yaşadığı evə gedib 1500 manat pul götürüb Əlibaba adlı şəxslə əlaqə saxlayıb ona göndərməyini demiş, kürəkəni Emil də Əlirzalı kəndində yaşadığı evdən 1500 manat pulu götürüb Əlibaba adlı şəxslə danışıb onun verdiyi kart hesabına göndərmişdir. O, Əlibabaya cəmi 3000 manat pul vermişdir. Sonradan başa düşmüşdür ki, Əlibaba onu aldatmışdır. Odur ki, Əlibaba adlı şəxsdən ona verdiyi 3000 manat pulu istəməyə başlamış, Əlibaba adlı şəxs isə hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. O, sonda Əlibaba adlı şəxsin pulunu qaytarmayacağını anladığı üçün polisə müraciət etmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etmişdir ki, 1-ci Qarabağ müharibəsi veteranıdır, döyüşlərdə xəsarət aldığına görə N0N1-ci ilin oktyabr ayına qədər təqaüd almışdır. Həmin vaxtdan onun sağalmağı əsas göstərilməklə təqaüdü kəsilmişdir. N0N3-cü ilin yanvar ayında həyətlərinə su filtrləri satan Bəsti adında qadın gəlmiş, Bəsti həyətdə su filtirini almağı ona təklif edəndə təqaüd almadığı üçün imkanının olmadığını demiş, belə söhbət açılmış və Bəsti nə üçün təqaüd ala bilmədiyilə maraqlanmışdır. O, Bəstiyə məsələni danışmış, Bəsti ona demişdir ki, Şirvan şəhər sakini olan qohumu Təqsirləndirilən şəxs belə işləri bacarır. Bəsti onun yanında Əlibabaya zəng etmiş, Əlibaba təxminən 1 ay ərzində işini alındıracağını Bəstiyə demişdir. Bəsti Əlibabanın mobil nömrəsini ona vermiş, o, da Əlibaba ilə danışmışdır. Əlibaba təqaüdünü bərpa etmək üçün bir qədər pul lazım olduğunu və ilkin olaraq 3000 manat pul göndərməli olduğunu demişdir. O, ilkin olaraq Əlibabaya e-manat ödəniş terminalı vasitəsi ilə 3000 manat pul göndərmiş, bundan sonra da Əlibaba ondan öz evində və kart vasitəsi ilə olmaqla ümumilikdə 1N800 manat pul almışdır. Əlibabadan hər dəfə təqaüdü barədə maraqlandıqda onu yubatmışdır. O, bütün bunlara görə bilmişdir ki, Əlibaba onu aldadır. Buna görə də şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşının xalası oğlu Şahid4 Rafiq oğlunun vasitəsilə tanımışdır. Belə ki, onun oğlu Şahid3 N ildir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi çalışır. Həmin hərbi hissə yaşadıqları Ağdaş rayonu, Yenikənd kəndindən bir qədər aralıda yerləşdiyindən və övladını Yevlax rayonu ərazisində yerləşən hərbi hissəyə köçürmək istəmişdir. N0NN-ci ilin dekabr ayında yaşadığı kənddə olan yas mərasimində iştirak edərkən Knyazla söhbət əsnasında Fəridi Xaldana gətirmək və gözünün qabağında olmasını istədiyini demişdir. Həmin vaxt Knyaz həmin köçürmə işini həll edə biləcək şəxsin olduğunu və onunla danışdıqdan sonra məlumat verəcəyini demişdir. Təxminən elə N0NN-ci ilin dekabr ayında Knyaz gəlib tanışının 8.000 manata işi həll edəcəyini demiş, o, da Knyazla razılaşaraq N0N3-cü ilin yanvar ayında Mingəçevir şəhərində X3 adına 10.000 manat kredit götürmüş, həmin pulun 8.000 manatını xx.xx.N0N3-cü il tarixdə Knyazın yaşadığı Yevlax rayonu, Xaldan kəndində Knyaza vermişdir. Həmin vaxt onların yanında heç kim olmamış, Knyazın deməsinə görə köçürmə 3-5 ay müddətində həll olunmalı imiş. Həmçinin N gün sonra Knyazın "Vatsapp" nömrəsinə oğlu şəxsiyyət vəsiqəsini və hərbi biletin şəklini çəkərək göndərmişdir. Knyaz pulu 1 gün sonra Kürdəmir rayonu ərazisində tanışı Əlibaba adlı şəxsə verdiyini demiş, təxminən may ayının N7-də Knyaz ona zəng edərək tanışı Əlibabanın Mingəçevir şəhərinə gəldiyini, onunla görüşmək istədiyini demişdir. O, Knyaz və Əlibaba Mingəçevir şəhərində Kür çayının sahilində görüşmüşlər. Görüş zamanı o, Əlibabadan verdiyi pulu kredit götürdüyünü, işin nə qədər müddətdə həll olunacağını soruşmuş, həmin vaxt Əlibaba işin həll olunması üçün lazımı şəxslərə pul verildiyini, N0N3-cü ilin iyun ayının 15-dən etibarən köçürmələrin başlanacağını və Fəridin köçürülmə məsələsinin də həll olunacağını demişdir. Lakin iş həll olunmadığından Knyazdan Əlibaba ilə danışmasını istəmişdir. Knyaz Bakı şəhərinə getmiş və onunla Əlibabanı telefon vasitəsilə danışdırmışlar. Həmin vaxt Əlibaba işin N gün ərzində həll olunacağını, əks halda verdiyi puldan əlavə 500 manat pul verəcəyini demişdir. N gündən sonra Əlibaba telefonlarına cavab verməmişdir. Əlibaba cavab vermədiyindən Knyaza zəng edərək Əlibabanın telefonlarına cavab vermədiyini demişdir. Knyaz isə artıq Əlibaba barəsində Mingəçevir ŞPŞ- nə şikayət ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid4 Rafiq oğlunun vasitəsilə N0NN-ci ilin dekabr ayında tanınmışdır. Belə ki, Knyazın qaynı Allahverdi onun qonşusudur və onunla dost kimi münasibətləri var. Allahverdi ona zəng edərək yeznəsi Knyazın özünün N-ci qrup əlil kimi pensiya almasına Əlibaba adlı şəxsin köməklik etdiyini, onun da pensiyasının bərpa olunmasına həmin Əlibaba adlı şəxsin köməklik edə biləcəyini demişdir. Belə ki, o, N010-cu ildən etibarən N-ci qrup əlil kimi pensiya alırmış, lakin N0N1-ci ilin iyun ayında pensiyasının verilişi dayandırılmışdır. Allahverdinin deməsindən sonra Yevlax rayonu, Xaldan qəsəbəsində atası və o, Knyazla görüşmüşlər. Danışıqları zamanı Knyaz onun barəsində Əlibabaya məlumat verdiyini, işin həll olunacağını və onun müddətsiz pensiya almağı üçün Əlibabanın 5.000 manat pul istədiyini demişdir. Həmçinin Knyaz həmin puldan ona hər hansı məbləğin çatmadığını, Əlibabaya bir neçə şəxsin pulunu alıb verdikdən sonra onun pensiya məsələsini təmənnasız həll edəcəyini demişdir. Bundan bir neçə gün sonra Knyaz ona zəng edərək həkim komissiyasına vermək üçün 3.000 manat pul lazım olduğunu və həmin pulu bir neçə gündən sonra Əlibabaya vermək üçün Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Təxminən 10 gün sonra N0NN-ci ilin dekabr ayının ortalarında Bakı şəhərində Müdafiə Nazirliyinin Hərbi Hospitalının (Papanin Qospitalı) yanında yerləşən kafelərdən birində o, Knyaz və Əlibaba görüşmüşlər. Bu zaman 3.000 manat pulu Əlibabaya verib Mingəçevir şəhərinə qayıtmışlar. Bundan sonrakı müddət ərzində Knyaz ona zəng edərək Əlibabanın kartına pul göndərmək lazım olduğunu demiş və Knyaz Təqsirləndirilən şəxs maxsus kart hesabını ona vermişdir. O, da Təqsirləndirilən şəxs məxsus "Uni Bank"a məxsus bir neçə dəfə pul göndərmişdir. O, ümumilikdə Əlibabaya 6.000 manat pul vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Əli ifadəsində bildirmişdir ki, Əlibaba qonşuluqda yaşamaqla salonlarına gəlib-gedirmiş, qazi imiş və özünü iş görən adam kimi təqdim etmişdir. Əlibaba ilə aralarında qardaşını FHN-ə işə düzəltməsi ilə bağlı danışıqları olmuş və sonuncu bu işi həll edə biləcəyini, bunun üçün 8000 manat lazım olduğunu demişdir. Razılaşmalarına əsasən 6000 manat qabaqcadan, N000 manat isə əmr veriləndən sonra verəcəkmiş. Beləliklə ilkin olaraq o, Əlibabays N000 manat pul vermiş, bununla bağlı video çəkiliş də aparmışlar. 4000 manat pulu isə 15 mart N0N3-cü il tarixdə Bakı şəhərində yerləşən 3N saylı notariusda vermişdir. Həmin 4000 manat pulu işi düzəltməsilə əlaqədar versə də, notariusda tərtib olunan kredit müqaviləsində borc verməyi qeyd olunmuşdur. Əlibaba pulu alarkən qısa müddətə işi həll edəcəyini qeyd etsə də, heç bir iş görməmişdir. Daha sonra eşitmişdir ki, o, müxtəlif şəxslərə qarşı etdiyi dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunmuşdur. Başa düşmüşdür ki, onu da aldadaraq 6000 manat məbləğində pulunu ələ keçirmişdir. Buna görə də onun barəsində şikayət etmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanışı vasitəsi ilə tanımışdır. O, həmin ərəfələr qəsəbələrində yerləşən köhnə sənədlə onun adına olan 0,6 ha torpaq sahəsinə çıxarış əldə etmək istəmişdir. Tanışı xanım da ona demişdir ki, Əlibaba belə işləri bacarır. O, Əlibabanın mobil nömrəsinə zəng edib torpağa çıxarış əldə etməkdə ona kömək etməsini xahiş etmişdir. N0NN-ci ilin iyul ayının əvvəllərində Əlibabayla həmin torpaq sahəsinin yanında görüşmüşlər. Əlibaba ona kömək edə biləcəyini, bunun üçün təxminən 5000 manat xərci çıxacağını demişdir. O, razılaşmış və torpağın bütün sənədlərini Əlibabaya vermişdir. O, ilkin olaraq Əlibabanın ona verdiyi kart hesabına N000 manat pul göndərmişdir. Təxminən 3 gün sonra Əlibaba yenə 1000 manat pul istəmiş, o, Əlibabanın kart hesabına yenə 1000 manat pul göndərmişdir. Bir neçə gün sonra Əlibaba bir daha zəng edərək 1000 manat da pul istəmiş, o, da ödəniş terminalından Əlibabanın kart hesabına daha 1000 manat pul göndərmişdir. Əlibaba bundan sonra da eyni məqsədlə ondan pul almağa davam etmişdir. Bundan sonra Əlibaba onun zənglərinə cavab verməməyə başlamış, o, bilmişdir ki, Əlibaba onu aldadıb. Daha sonra eşitmişdir ki, Əlibaba Neftçala RPŞ-də aparılan araşdırma ilə əlaqədar tutulmuşdur. Bundan sonra o, özü də gələrək ərizə ilə müraciət etmişdir. Ümumilikdə isə Əlibabaya çıxarış əldə etməkdə ona kömək etməsi üçün 5001 manat pul vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Şahid4 Rafiq oğlunun vasitəsilə tanımışdır. Belə ki, o, Əlibabanı şəxsən görməsə də Knyaz ona verdiyi pul məbləğlərini Əlibaba adlı şəxsə göndərdiyini bildirmişdir. Belə ki, oğlu ŞahidN təxminən 5-6 il 3-cü qrup əlil kimi 110 manat pensiya almış, lakin sonradan pensiyanın verilişi dayandırılmışdır. O, da bu barədə sinif yoldaşı və həmkəndlisi Zəfər Abdulrəhmanova məlumat vermiş, təxminən N0N3-cü ilin yanvar ayında söhbət zamanı Zəfər bacısı oğlu Knyazın tanışı olduğunu və oğlu Ceyhunun pensiyasının düzəldilməsi işində ona köməklik edə biləcəyini bildirmişdir. Elə həmin gün Zəfərlə Yevlax rayonu, Xaldan kəndi ərazisinə gəlmişlər və çayxanaların birində Knyazla görüşmüşlər. Həmin vaxt Knyaza baş verənlərlə bağlı məlumat verdikdə, Knyaz tanışının pensiya işini həll edəcəyini demiş, lakin həmin şəxsin adı və işi haqqında onlara heç bir məlumat verməmişdir. Knyaz bayıra çıxaraq həmin şəxslə danışacağını demiş, 10 dəqiqə sonra çayxanaya gələrək həmin şəxsin pensiyanı 5.000 manata həll edəcəyini və Ceyhunun ömürlük pensiya alacağını bildirmişdir. Onlar Knyazla razılaşdıqdan sonra təxminən N0 gün sonra xx.xx.N0N3-cü il tarixdə əvvəlcə danışdıqları kimi 4.000 manat pulu Xaldan qəsəbəsində çayxanada Knyaza vermiş, danışıqlarına görə 1.000 manat pulu sonra verməli olduğu halda təxminən 14 gün sonra Knyaz ona zəng edərək pensiya üçün lazım olan 1.000 manat pulun tez çatdırılmalı olduğunu demiş, o, da həmin gün 1.000 manat pulu Knyaza Xaldan qəsəbəsi ərazisində vermişdir. Knyazın pulu həmin Əlibaba adı şəxsə göndərməsi ilə bağlı Zəfər ona məlumat vermiş, bundan sonra Knyaz Ceyhunun Bakı şəhərinə "Semeşko" xəstəxanasına getməli olduğunu demiş, o, da Ceyhunu Knyazla birlikdə sənədlərin düzəlməsi üçün Bakı şəhərinə göndərmişdir. 1 aydan sonra Ceyhun sənədlərinin düzəldilməsi üçün 10 gün "Semeşko" xəstəxanasında qalmış, Knyazın deməsinə görə 1 ay yarıma pensiya düzəlməli imiş, lakin həmin müddətdən artıq müddət keçsə də, pensiya işi həll olunmamışdır. Knyaza zəng edərək işin nə üçün həll olunmadığını dedikdə o, Əlibaba adlı şəxsin onun telefonlarına cavab vermədiyini, onun barəsində şikayət ərizəsi ilə müraciət etməli olduqlarını demişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğlunun dayandırılmış pensiyasının bərpa olunmasına köməklik etməsi üçün Zəfər adlı həmkəndlisinin bacısı oğlu Şahid4lə aralarında olan danışıqlardan sonra xx.xx.N0N3-cü il tarixdə Knyaza Yevlax rayonu, Xaldan kəndində 4.000 manat, təxminən 14 gün sonra 1.000 manat pulu da Yevlax rayonu Xaldan kəndində Knyaza vermişdir. Knyaz ilkin olaraq pensiyanı tanışı vasitəsilə düzəldəcəyini desə də, onun adını deməmişdir. Lakin sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. O, həmin şəxsi görməsə də, oğlu Ceyhun Bakı şəhərində olan zaman Əlibaba ilə görüşmüşdür. Bildirmişdir ki, Knyaz özü Bakı şəhərinə işin həlli üçün gedən zaman yol xərci kimi ondan N00 manat pul istəmiş və o, ona 150 manat vermişdir. Lakin pensiya üçün verdiyi 5.000 manat puldan Knyaza hər hansı məbləğdə pul çatması haqqında məlumatı yoxdur. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Əhmədov Seyidrǝhim Sracəddin oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Əhmədov Seyidrǝhim Sracəddin oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Şahid4 Rafiq oğlunu 10-15 il əvvəl avtomobil ustası yanında işləyən vaxtdan tanımış, oğlu Siracəddin ilə Knyazın münasibətləri olmuş, hərbidə birlikdə MAXE kimi çalışmışlar. O, təxminən N01N-ci ildən ürək xəstəsi olduğu üçün Nci qrup əlil kimi pensiya alırmış, təxminən N0N1-ci ilin fevral ayında pensiyanın verilişi dayandırılmışdır. Bundan sonra 3 dəfə pensiyanın verilməsi ilə bağlı olaraq müraciət etsə də, ona imtina cavabı gəlmişdir. Buna görə də artıq müraciətləri dayandırmış, N0N3-cü ilin fevral ayının əvvəllərində oğlu Siracəddin evə gələn zaman Kynazın tanışının olduğunu və pensiyanın düzəldilməsində ona köməklik edə biləcəyini demiş, o, ilkin olaraq Knyaza pul vermək istəməsə də, Knyazın təkidindən sonra pulu ona vermişdir. Lakin Knyaza başqa heç kimi tanımadığını, pensiyanın bərpa olunması məsələsi alınmasa pulu elə ondan alacağını demişdir. Bundan təxminən N0 gün sonra, N0N3-cü ilin fevral ayının sonlarında Knyaza ona pensiya düzəldilməsinə köməklik etmək üçün N.000 manat pulu yaşadığı Yevlax rayonu, Ağaşı Bucaq kəndində vermiş, Knyazın deməsinə görə tanışı, adını bilmədiyi şəxs pensiyasını 1 ay ərzində həll etməli imiş, lakin pulu verməyinin üzərindən 6 ay keçməsinə baxmayaraq pensiyası düzəlməmişdir. Sonradan Knyaz həmin pul məbləğini Təqsirləndirilən şəxs verdiyini demiş, lakin o, həmin şəxsi tanımadığını və onunla hər hansı bir danışığı olmadığını, pensiyanın düzəldilməsi ilə bağlı məsələni Şahid4lə danışdığını və N.000 manat pulu da ona verdiyini qeyd etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, ona verilən pensiyanın bərpa olunması üçün N0N3-cü ilin fevral ayında yaşadığı Yevlax rayonu, Aşağı Bucaq kəndində N.000 manat pulu Şahid4 Vaqif oğluna vermiş, Knyazın deməsinə görə o, da həmin pulu tanışı Təqsirləndirilən şəxs vermişdir. Əvvəlki məhkəmə iclasında şahid X7 verdiyi ifadəsində zərərçəkmiş şəxs, anası Zərərçəkmiş şəxs8 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış ŞahidN məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. ŞahidN ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun dedikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələri ilə oxşar məzmunlu ifadə verərək, onların dedikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.N0N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 müraciəti əsasında sonuncunun Təqsirləndirilən şəxs tərəfindən aldadılması ilə bağlı olaraq baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.N0N3-cü il tarixli təqdimetmə barədə protokola əsasən Zərərçəkmiş şəxs11 qardaşını işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs N000 manat pul verməsinin video görüntülərini əks etdirən disk götürülmüşdür; - Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanılması haqqında xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CMnin 178.N.N, 178.N.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.N0NN-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Leobank” kartına Goranboy rayonu, Qızılhacılı kəndi ərazisində yerləşən “İdeal” marketdə olan ödəmə terminalı ilə N00 manat pul köçürülmüşdür; - xx.xx.N0NN-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Leobank” kartına Goranboy rayonu, Qızılhacılı kəndi ərazisində yerləşən “İdeal” marketdə olan ödəmə terminalı ilə 1000 manat pul köçürülmüşdür; - xx.xx.N0NN-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Leobank” kartına Goranboy rayonu, Qızılhacılı kəndi ərazisində yerləşən “İdeal” marketdə olan ödəmə terminalı ilə 40N manat pul köçürülmüşdür; - xx.xx.N0N3-cü il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Leobank” kartına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Everest” marketdə olan ödəmə terminalı ilə 101 manat pul köçürülmüşdür; - Baxış keçirilmə və götürülmə barədə xx.xx.N0N3-cü il tarixli protokoldan aydın olur ki, Şahid4 Təqsirləndirilən şəxs pul göndərməsi ilə bağlı qəbzlərə baxış keçirilmiş və həmin qəbzlər götürülmüşdür; - xx.xx.N0NN-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Leobank” kartına Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketdə olan ödəmə terminalı ilə 1500 manat pul köçürülmüşdür; - xx.xx.N0N3-cü il tarixli kredit müqaviləsindən məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 4000 manat pul almışdır; - Cinayət işinin aidiyyət üzrə göndərilməsi haqqında xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, Neftçala RPŞ-nin İstintaq Qrupunda istintaq olunan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Xəzər RPİ-yə göndərilməsi üçün Neftçala rayon prokurorluğuna verilmişdir; - Cinayət işinin icraata qəbul edilməsi barədə xx.xx.N0N3-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Xəzər RPİ-nin müstəntiqi E.Ağayev tərəfindən icraata qəbul olunmuşdur; - Cinayət işinin aidiyyət üzrə göndərilməsi haqqında xx.xx.N0N4-cü il tarixli qərardan müəyyən edilir ki, Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsində istintaq olunan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Xəzər RPİ-yə göndərilməsi üçün Mingəçevir şəhər prokurorluğuna verilmişdir; - Cinayət işinin icraata qəbul edilməsi barədə xx.xx.N0N4-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Xəzər RPİ-nin müstəntiqi E.Ağayev tərəfindən icraata qəbul olunmuşdur; - Cinayət işinin başlanılması haqqında xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.N.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.N0N3-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.N.N ,178.N.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.N0N3-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.N.4-cü maddəsindən CM-nin 178.N.N, 178.N.4-cü maddələrinə tövsif edilmişdir; - Yenidən ittiham elan etmə haqqında xx.xx.N0N4-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; - xx.xx.N0N3-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə Goranboy RPŞ-nin İB-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.N0N3-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.1-ci maddəsinə əsasən yəni cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilənədək dayandırılmışdır; - xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; - xx.xx.N0N3-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N3-cц il tarixdə Neftçala RPŞ-nin İQ-nin müstəntiqi Y.Hüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Neftçala Rayon Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.N0N3-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsN cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N3-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N4-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan (Əli-Bayramlı) Şəhər Məhkəməsinin xx.xx.N007-ci il tarixli hökmü ilə CM-nin 178.N.N-ci maddəsi ilə 01 il 0N ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.N008-ci il tarixli qərarı ilə təyin olunmuş cəza dəyişdirilərək üzərində 0N il 10 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.N009-cu il tarixli qərarı ilə cəzası 01 il 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması ilə əvəz edilib, xx.xx.N011-ci ildə cəzasının sonu ilə azad edilib; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.N0N4-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Şahid4 barəsində CM-nin 178.N.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir; - Şirvan şəhər İHB-nin 1 Nömrəli SİƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, 1 May küçəsi, ev 138-də qeydiyyatdadır. N01N-ci il təvəllüdlü Məhəmməd və N014-cü il təvəllüdlü İbrahim adlı N azyaşlı övladı vardır; - İ-1309N saylı, İ-59393 saylı, İ-15856 saylı vəsiqələrin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N, 178.N.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-18N-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart N0NN-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.N-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrıayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 qarşı etdiyi dələduzluq epizodları üzrə Təqsirləndirilən şəxs əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 qarşı olan epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 0N (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin müvafiq olaraq N0NN-ci ilin may, N0NN-ci ilin iyun-sentyabr, N0NN-ci ilin oktyabr və N0NN-ci ilin sentyabr-oktyabr aylarında baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair razılığını nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.N-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.N-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun N015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, N-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini CMnin 59.N-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun əməlinin çox epizodlu (11 epizod) olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini və onlara dəymiş ziyanı ödəməməsini nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 qarşı törətdiyi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.N), cəzaçəkmə müddətinin əvvəli xx.xx.N0N3-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.N-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.N və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral N001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may N018-ci il tarixli N0N saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 0N (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdən xx.xx.N0N3-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 0N (iki) il 05 (beş) ay N9 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 qarşı etdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınsın və həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi N0 saat vaxta görə 1N0 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saat vaxta görə 10N manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod N00178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZNX, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan N0 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə N0 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar