Məhkəmə qərarları › İş №1(003)-449/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-449/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-449/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X7 fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo Nexia» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Mərdəkan şosse yolunun Binə qəsəbəsi ərazisində, yolun sağ hissəsində fəaliyyət göstərən «Bravo» marketin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələbələrinə uyğun olaraq avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı və arxada olan avtomobilin olması şəraitində digər nəqiliyyat vasitəsi avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili hərəkət etdirməli olduğu halda bunlara əməl etməyərək avtomobili geriyə doğru hərəkət edərək ehtiyyatsızlıqdan avtomobilin arxa hissəsi ilə yolun sağ hissəsində hərkətsiz vəziyyətdə dayanmış sürücü-X1 idarə etdiyi «Opel Astra» markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, Ülvi Muradlının sağ əli sükanda olduğundan zərbənin təsirindən cihazlar panelinə dəyərək sağ əlinin V daraq sümüyünün sınığı xəsarəti almaqla sağlamlığının uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarəti və X3 məxsus «Opel Astra» markalı ** EB *** dövlət nömrə nişanlı avtomobilinə 970 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydalarını pozub yol-nəqiliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, «Daewoo Nexia» markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 09 fevral 2023-cü il tarixdə saat 23 radlərində Mərdəkan şossesində yerləşən «Bravo» marketin qarşısında avtomobili arxa-arxaya yolun kənarı ilə hərəkət etdirmişdir. Arxaarxaya gedən zaman birdən hiss etmişdir ki, avtomobili nəyəsə dəymiş və dayanmışdır. Avtomobildən yerə düşən zaman avtomobilin Opel markalı avtomobil ilə toqquşduğunu görmüşdür. Digər avtomobilin sürücüsü ilə söhbət etmiş və o, körpə uşağı üçün süd aldığına görə südü evə çatdırmaq üçün avtomobilinə oturaraq oradan uzaqlaşmışdır. Hadisə zamanı avtomobilində 14 yaşlı oğlu Rəşadət İsmayılovda olmuşdur. Hadisə xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Mərdəkan şosesinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivinin yaxınlığında yerləşən “Bravo” marketin qarşısında, magistral yolun kənarında baş vermişdir. O, hadisə yerindən qaçmadığını, spirtli içki təsiri altında olmadığını qeyd edərək, marketdən aldığı südü evə çatdırmaq üçün oradan getdiyini bildirmişdir. Hadisə zamanı onun diqqətini yayındıra biləcək hər hansı hadisə baş verməmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti şikayəti və ya digər tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışmasının və ona dəymiş ziyanın tamamilə ödənilməsini, himayəsində biri azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan övladlarının olmasını nəzərə alınaraq onun barəsində olan hazırki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, o, “Opel Astra” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Mərədəkan şosesində yerləşən “Bravo” marketdən magistral yola çıxan hissədə yolun kənarında dayanmış, bu zaman qarşıdan, yəni onun olduğu istiqmətdə geriyə gələn avtomobili görmüş və həmin avtomobilin saxlaması üçün işıq siqnalları vermişdir. Lakin həmin avtomobil saxlamamış, geriyə hərəkətini davam etdirib ona məxsus avtomobilin qabaq hissəsindən arxa hissəsi ilə vurmuşdur. Həmin hadisə zamanı o, əlindən xəsarət almışdır. Bundan sonra o və həmin avtomobilin sürücüsü avtomobildən yerə düşmüşlər. O, həmin sürücüyə əlindən xəsarət aldığını və yol polisini çağıracağını bildirmişdir. Lakin adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs ona polis çağırmamasını demişdir. O, həmin srücü Səfərin spirtli içki qəbul etdiyini hiss etmişdir. Belə ki, onun nəfəsindən spirt qoxusu gəlmiş və danışığı qeyri səlist olmuşdur. Buna görə də Səfərin polis çağırmaq istəmədiyini başa düşmüş və ona etirazını bildirirək polis çağırmalı olduğunu demişdir. Bu zaman Səfər avtomobilinə əyləşərək hadisə yerindən qaçmışdır. Həmin vaxt o, telefon vasitəsi ilə Səfərin avtomobilə oturub qaçmağını videoya çəkmiş, videonu istintaqa təqdim etmişdir. O, həmin gün dərhal DİNnin 102 zəng mərkəzinə zəng edib məlumat vermişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Mərdəkan şosesinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivinin yaxınlığında yerləşən “Bravo” marketin qarşısında, magistral yolun kənarında baş vermişdir. Həmin vaxt onun avtomobilində sərnişin olmamış, o, avtomobilində tək olmuş, lakin həmin şəxsin avtomobilində bir nəfər azyaşlı olmuşdur. Həmin yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 126 saylı rəyindən görünür ki, X1 bədəni üzərində sağ əlin V daraq sümüyünün sınığı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən onun “X13” X9 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə poxulmasına səbəb olan Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/891 saylı rəyində göstərilmişdir ki, isintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Daewoo Nexia markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Opel Astra markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərin tədqiqi yol-nəqiliyyat hadisələri ekspertizası sahəsində xüsusi bilik tələb etmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 05 may 2023-cü il tarixli, 3-13-16/2-56910/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəlldüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BD 036649 nömrəli «BC» kateqoryalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş cinayət işininin istintaqı zamanı sürücü X1 təqdim etdiyi video görüntüdən aşkar olunmuşdur ki, onun avtomobili ilə toqquşmuş Daewoo Nexia markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobilə oturub hadisə yerindən uzaqlaşmışdır. Bu barədə protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş cinayət işinin mteriallarına əlavə olunmuş Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, X3 məxsus Opel Astra markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 970 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə və MSY-dən azad olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçması cinayətlərini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş X5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X7 fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə (78 manat) və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi(102 manat) olmaqla cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X7 fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar