Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-45/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 07 dekabr 2019-cu il tarixdə saat 03:39-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X9 Hava Limanında sərhəd nəzarəti məntəqəsində özgəsinə, yəni qardaşı Şahid1 məxsus C02299677 nömrəli pasportu bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olarag keçmişdir. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2016-cı ildən işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və həmin şəhərdə yaşamışdır. Deportasiya olunmamışdan təxminən 10 gün əvvəl qardaşı Şahid1 özünə məxsus pasportu sonuncunun iş yerinə gətirməsini ondan xahiş etmiş, pasportu apararkən yolda polis tərəfindən saxlanılmış, üzərinə baxış keçirilən zaman qardaşına məxsus pasport üzərindən aşkar olunaraq götürülmüşdür. O, saxlanıldıqdan sonra miqrantların saxlanıldığı inzibati binaya aparılmış, pasportun ona məxsus olmadığını polislərə desə də, ona inanılmamış və 07 dekabr 2019-cu ildə qardaşı Şahid1 pasportu ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya edilmişdir. Təqsirləndirilən şəxs X9 Hava Limanında Şahid1 məxsus pasportdan istifadə etməklə dövlət sərhədini keçərkən bununla bağlı sərhəd naryadına məlumat verməmiş, özünü Şahid1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, eləcə də ekspert rəyi ilə də sübut olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07.08.2021-ci il saat 09:00-dan 08.08.2021-ci il saat 09:00-dək Heydər X5 Sərhəd Nəzarəti Şöbəsində terminal 1 gəlmə xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman Terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan leytenant Şahid3 ona 07.08.2021-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı 24.11.1994-cü il təvəllüdlü Şahid1 təqdim etdiyi “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”nin rəsmiləşdirilməsi zamanı sərhədkeçmə əlaqələrinin pozuntusu aşkar edərək bu barədə ona məruzə etmiş, Şahid1 təqdim etdiyi Azərbaycan Respublikasının Qayıdış Şəhadətnaməsini yenidən yoxladığı zaman sərhədkeçmə əlaqələrinin pozuntusu verdiyini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə məruzə etmiş, bundan sonra Şahid1 07.08.2021-ci il tarixdə “Неуdər X5” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2019-cu ilin dekabr ayında qardaşı Təqsirləndirilən şəxs İstanbul şəhərində polis tərəfindən saxlanılmış və üzərindən C02299677 nömrəli pasport aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin pasportla 07 dekabr 2019-cu ildə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına deportasiya olunmuş, özü isə 2021ci ilin iyul ayının sonlarında yaşadığı İstanbul şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış, miqrantların müvəqqəti saxlanılma mərkəzinə aparılaraq ona Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi alınmış, 07 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına İstanbul-Bakı aviareysi ilə deportasiya olunmuşdur. 07 avqust 2021-ci il tarixdə saat 20:24-də X9 X6 rəsmiləşdirilən zaman dövlət sərhədindən çıxışı müəyyən edilmədiyi üçün Sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarına Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-portret ekspertizasının 10.09.2021-ci il tarixli, 3/1385 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 1” yazıları olan vərəqdə əks olunmuş fotoşəkildə və üzərində “Təqsirləndirilən şəxs 2” yazıları olan vərəqdə əks olunmuş fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 06 oktyabr 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Naxçıvan MR., Şərur rayonu, Maxta kəndində doğulmuş Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.3 və 70ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (bir) il sınaq müddəti təyin edilmişdir. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 318.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” 08.04.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 07 dekabr 2019-cu ildə törədilmiş, cinayətin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 07 dekabr 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə 347,45 (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRAR VERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 347,45 (üç yüz qırx yeddi manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-45/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-45/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver