Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-45/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 2003-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hamarmeşə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərəçəkmiş şəxsə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 27 may 2021-ci il tarixdə saat 22:30 radələrində tanışları Şahid1 və Şahid2 ilə bir qrup şəxs halında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Dəmiryol dayanacağının yaxınlığında insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs ilə sonuncunun onları sosial şəbəkədə təhqir edilməsini bəhanə gətirərək yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən əlləri ilə vuraraq ona sağ saidin əzilmiş yaraları, sol sağrını qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ saidin və sağ dirsək oynaqlarının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs əynində olan şalvarın cibindəki pul kisəsindən 39 manat pulunu açıq talamaqla ələ keçirib soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, heç bir cinayət törətməmiş, heç kəsi də vurmamışdır. Şahid2 və Şahid1 tanımamışdır, Zərərçəkmiş şəxs da tanımır. Ona telefonla zəng gəlmiş və onu Polis İdarəsinə dəvət etmişlər. Nə məsələ olduğunu orada bilmiş və həmin şəxsləri tanımadığını bildirmişdir. X6 demişdir ki, “qol çək, narahat olma, məhkəmədə buraxacaqlar səni”. Onun əməlində cinayət tərkibi yoxdur və bu cinayətlə heç bir bağlılığı yoxdur. Bütün bunların nəzərə alınaraq barəsində bəraətverici əsaslarla bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 27 may 2021ci il tarixdə saat 22 radələrində ərzaq almaq üçün Binə qəsəbəsinin mərkəzindən keçən dəmir yol xəttinin kənarı ilə bir qədər qabaqda yerləşən “Araz” marketə gedərkən əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Fədail, Qurban və Məhəmməd adlı şəxslər onun qarşısını kəsmiş və onun özlərini “İnstaqram” sosial şəbəkəsində təhqir etdiyini bildirmişlər. O isə həmin şəxslərə bildirmişdir ki, onu kiminləsə səhv salmışlar, o, heç kimi hər hansı bir sosial şəbəkədə təhqir etməmişdir. Buna baxmayaraq, Qurban və qeyriləri onunla mübahisə edib nalayiq söyüşlərlə təhqir etmiş, “İnstaqram” səhifəsinə baxmaqları üçün telefonunu istəmişlər. O, etiraz edərək telefonu verməycəyini dedikdə Qurban əlində bıçaq olmasa da, ona “əgər telefonu verməsən bıçağı sənə soxaram” deyərək hədələmiş, eyn zamanda telefonu onun üstündən götürmək üçün Məhəmmədlə Qurban onun üstünə gəlmiş və əlbəyaxa olaraq onu yerə yıxmışlar. O, ayağa qalxmaq istəyəndə Fədail ilə Qurban onun üstünə düşüb hərəsi bir qolunu tutaraq yenidən arxası üstə zərbə ilə yerə vurmuşlar. Bu zaman onun şalvarının arxa cibində olan “Samsung” markalı “S4” mobil telefonunun ekranı sınmışdır. Qurban ilə Fədail onun qollarından, boynundan tutub saxlayaraq və ayağa durmasına imkan verməmişlər. Qurban bir əli ilə onun qolundan tutsa da, digər əli ilə həmin telefonunu çıxarıb “instaqram” səhifəsinə baxmaq istəmiş, lakin telefonun ekranının sınmış olduğunu görüb yerə atmış və Fədaillə Məhəmmədə “bunun ikinci telefonu da olmalıdı” deyib onu da çıxartmağın lazım olduğunu bildirmişdir. Həmin vaxt əvvəlcədən pul qabısını şalvarının sağ yan cibinə qoymuş və pulqabı cibində telefon olduğu kimi görsənmişidr. Bu zaman Fədail bir əli ilə onun qolundan tutub ayağa qalxmağına imkan verməyərək digər əlini şalvarının həmin cibinə salmış və orada telefon deyil, pulqabı olduğunu hiss etsə də onu çıxartmış, içində 39 manat pul olduğunu görmüşdür. O, Fədailə pulu evdən ərzaq almaq üçün götürdüyünü və ona məxsus olmadığını deyib götürməsinə etiraz etmiş, lakin Fədail həmin pulu götürüb pulqabını üstünə atmış, sonra üçü də birlikdə oradan qaçıb getmişlər. Hadisə zamanı üzərində olan telefonunu 2015-ci ildə kredit müqaviləsi əsasında 650 manata almış, həmin telefon saz vəziyyətdə olmuş, heç bir zədəsi olmamış, lakin hadisə zamanı ekranının sınması nəticəsində aparata 75 manat maddi ziyan da vurulmuşdur. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, ona qarşı cinayət əməli törədənlər 3 nəfər – Şahid1, Şahid2 və tanımadığı digər şəxs olmuşdur. Hazırda təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs həmin 3 şəxs deyildir. Orada onu döyməmişlər, sadəcə, boğuşma yaranmışdır. Ondan instaqram səhifəsinə baxmaqdan ötrü telefonunu istəmişlər, o da verməyəndə yaxasından tutub yıxmışlar, telefonunu, Fədail də 39 manat pulunu götürüb getmişlər, həmin vaxt qaranlıq olsa da, Fədail yaxınlaşıb pulunu götürəndə sifəti yadında qalmışdır. Qurbanla Fədaili üzləşmədə tanımışdır, lakin bu şəxsi tanımamışdır, çünki, həm çox vaxt keçib, həm də o vaxt həmin şəxsin üzündə maska, başında kapşonka olmuşdur, orada onun adını çəkməmişlər. O, Təqsirləndirilən şəxs tanımır, hətta inanmır ki, bu, həmin şəxsdir. Zərərçəkmiş şəxs 12 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı heç bir cinayət əməli törətməmişdir, 2021ci ilin may ayında baş vermiş cinayət hadisəsində ona qarşı soyğunçuluq cinayət əməlini törətmiş 3 şəxsdən biri Təqsirləndirilən şəxs deyildir və bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşləri ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Qeyd olunanlara əsasən növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirərək yekun qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Binə qəsəbəsi Xaqani küçəsi dalan 3 ünvanda yaşayır, təqsirləndirilən şəxsi tanımır. Hadisə vaxtı Fədaili tanımışdır, çünki, o da Binədə yaşayır. “Maqa”nı isə 2-3 ay olarmış ki, tanıyırmış. Zərərçəkmiş şəxs instaqram səhifəsinə yazraq ona əxlaqsız təklif etdiyinə görə məsələni aydınlaşdırmaq üçün Fədail və “Maqa” ilə birlikdə hadisə yerinə getmişlər. Həmin vaxt oradan keçən Zərərçəkmiş şəxs ona yazan şəxs olub-olmadığını soruşmuş, o, “yox” cavabını vermişdir. Aralarında dava düşmüş, pulu da Fədaillə aralarında bölmüşlər, onunla birlikdə kafeyə getmişlər, orada çay içmişlər, qalan pula da siqaret almışlar. Həmin vaxt orada heç kimin üzündə maska olmamışdır. Hazırda təqsirləndirilən şəxs “Maqa” deyil və o, onu ilk dəfədir ki, burada görür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, hadisə vaxtı Qurbanı tanımış, “Maqa” adlı şəxsi isə tanımamış, “Maqa” Qurbanın tanışı olmuşdur. Zərərçəkmiş şəxs Qurbanın instaqram səhifəsində ona əxlaqsız təklif etdiyinə görə məsələni aydınlaşdırmaq üçün Qurban və “Maqa” ilə birlikdə hadisə yerinə getmişlər. Həmin vaxt nə “Maqa”nın, nə də onların üzündə maska olmamışdır. Orada Zərərçəkmiş şəxsla davaları düşmüş və həmin vaxt Elşadı vurmuşdur. Elşadın telefonu cibindən düşmüşdür, baxanda telefonun sönülü olduğunu görmüşlər. Elşadın pulunu götürüb parka getmişlər. Kafedə Qurbanla birlikdə pivə içmişlər. Hazırda təqsirləndirilən şəxs “Maqa” deyil və o, onu ilk dəfədir ki, burada görür. Təqsirləndirilən şəxs “Maqa”ya oxşamır, “Maqa”nın saqqalı olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 16 oktyabr 2023-cü il tarixdə əlavə şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin o vaxtkı baş müstəntiqi, polis mayoru X10 göstərdi ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsini vermiş, əməlini səmimi etiraf edərək hadisə vaxtı orada olduğunu bildirmişdir. Hətta atası gəlib deyirdi ki, “uşaqdır, köməklik olunsun”. Hadisəni törədənlərdən biri də Təqsirləndirilən şəxsdur, qrupun başçısı da o olmuşdur. Şahid1 və Şahid2 da onun ucbatından həbsdədirlər. Təqsirləndirilən şəxs onları hadisə yerinə yığıb aparmışdır, istintaq zamanı özü bunu etiraf etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli etiraf etdiyinə görə o, onu zərərçəkmiş şəxslə üzləşdirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-tibb ekspertizasının 28 may 2021-ci il tarixli, 529 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin əzilmiş yaraları, sol sağrının qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ saidin və sağ dirsək oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmişlər. Törənmə müddətləri onun məhkəmə muayinəsindən 2-3 gün əvvəl olmaqla, ekspertiza təyini qərarında göstərilən şəraitdə 27 may 2021-ci il tarixə yetirilməyə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 10 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 27 may 2021-ci il tarixdə saat 22 radələrində X4 qarşı soyğunçuluq etdikləri üçün artıq barələrində məhkəmə hökmü olan, müxtəlif maddələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1 və Şahid2 hal-hazırda həbsdə yatırlar. Onların hər ikisi ibtidai istintaqın aparılması zamanı Təqsirləndirilən şəxs deyil, Məhəmməd adlı tanımadıqları bir şəxsin onlarla birlikdə olduqlarını bildirmişlər. Şahid1 və Şahid2 nəinki onlarla birlikdə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirməmiş, hətta onlarla birlikdə olan üçüncü şəxsin ümumiyyətlə başqa adla olan bir şəxs olduğunu bildirmişlər. İbtidai istintaq zamanı Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında, həmçinin X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti aparılmamışdır. Bu isə ibtidai istintaqın obyektiv nəticəyə gəlməməsinə, nəticədə ittiham tam sübuta yetirilmədiyi səbəbindən uzun müddət məhkəmədə qərar qəbul olunması mümkün olmamışdır. İş materiallarında olan mobil operatorlara əhatə dairəsi ilə bağlı məhkəmə tərəfindən verilən sorğuya cavabdan görünür ki, cinayətin baş verdiyi anda Təqsirləndirilən şəxs mobil nömrəsi cinayətin baş verdiyi ərazidə olmamış və adları çəkilən digər şəxslərlə paralellik təşkil etməmişdir. Bu isə bir daha qəti surətdə sübut edir ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə saat 22 radələrində X4 qarşı törədilmiş cinayətdə heç bir iştirakı olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu bütün izahat və ifadələrində qeyd olunan cinayət işində heç bir iştirakının olmadığını, bu cinayətin törədilməsində heç kimlə əvvəldən razılaşmadığını, nə zərərçəkmiş şəxsi, nə də cinayət törətmiş şəxsləri qətiyyən tanımadığını, onlarla ümumiyyətlə heç bir vaxt, heç bir formada, istər şəxsi üzbəüz, istərsə də telefon vasitəsilə danışıqlarının, ünsiyyətinin olmadığını göstərmişdir. Məhkəmə araşdırmanın nəticəsi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə X4 qarşı törədilmiş cinayətdə heç bir iştirakı olmamışdır, buna görə də onun Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsiri yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2 tanınmaya təqdim olunmamışdır. Həmin şəxslərin ifadələrində olan ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirmə istintaq hərəkəti həyata keçirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər olmadığını, yalnız mülahizələr üzərində qurulduğunu, bü cür “sübutların” sübut kimi qəbul edilməsinə yol verilmədiyini və kifayət etmədiyini, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olacaqdır. Konstitusiyanın və cinayətprosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin vəsatəti olmadığı halda, məhkəmə tərəfindən ittiham tərəfi, eyni ilə müdafiə tərəfi üçün sübutların toplanması; öz təşəbbüsü ilə şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, müvafiq üzləşdirmələrin və digər istintaq hərəkətlərinin aparılması, bir sözlə ittiham üçün ibtidai istintaqın müəyyən etmədiyi halların aydınlaşdırılması məhkəmənin qərəzsizliyinə xələl gətirən bir hərəkət olardı. Belə olan halda məhkəmə öz arbitr olma səlahiyyətindən uzaq düşməklə, artıq cinayət prosesinin tərəfinə çevrilər, onun işlərə qərəzsiz və ədalətlə baxılması şübhə obyekti olardı. Halbuki, qanun (Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 28.1-ci maddəsi) işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqi əsasında öz daxili inamı və hüquq düşüncəsi ilə baxılaraq, qərar qəbul edilməsini birmənalı şəkildə təsbit edir. İttiham tərəfi hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasında, nə də sonrakı məhkəmə proseslərində bu epizod üzrə yeni sübutların təqdim edilməsi barədə vəsatətlər verməmiş, eyni zamanda məhkəmə baxışında əlavə şahidlərin çağrılıb dindirilməsi, ekspertizanın təyin edilməsi, müvafiq üzləşdirmələrin keçirilməsi, ifadələrin yerində yoxlanması və sair istintaq hərəkətlərinin aparılması üçün vəsatətlər verməmişdir. İttiham tərəfi yalnız məhkəməyə ibtidai istintaq tərəfindən təqdim olunmuş sübutlarla kifayətlənmiş, dövlət ittihamçısı bu barədə məhkəmə hazırlıq iclasında və məhkəmə çıxışında qeyd etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuna zidd olduğundan və məhkəmənin, o cümlədən cinayət işlərinə qərəzsiz və ədalətlə baxılması və tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxılması prinsipi rəhbər tutularaq, verilən iitihamın dəqiqləşdirilməsi, ittiham üçün ittiham orqanının müəyyən etmədiyi detallara aydınlıq gətirilməsi məqsədilə məhkəmənin öz təşəbbüsü ilə hər hansı istintaq hərəkətlərinin aparılması yolverilməzdir və bunun üçün heç bir qanuni əsas yoxdur. Ona görə də məhkəmə hazırkı iş üzrə yekun məhkəmə qərarının çıxarılması üçün ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi ilə kifayətlənir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim etməmiş, bu cinayət əməli üzrə onun təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki, qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfnin üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kolnstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayət tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə - 42.1.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 may 2021-ci il tarixdə saat 22 radələrində zərərçəkmiş şəxs X4 qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi barədə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamda göstərilən hadisəyə aidiyyətinin olması sübut olunmadığından, Azərbaycan Respublikası CPM-in 42.1.3-cü maddəsinə əsasən ona bəraət verilməli, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən, təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 56.0.1 və 91.5.40-cı maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri, səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və ya ziyanın ödənilməsini tələb etmək hüququnun olduğu izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X5 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Həmin soyğunçuluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X5 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-45/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-45/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver