Məhkəmə qərarları › İş №1(003)-45/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-45/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-45/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs5 və X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağsu rayonunun Padar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin oktyabr ayının ortalarında vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəşətli və sərfəli kreditlǝ MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs6 7000 manat pulunu Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Zəfəran” adlı kafedə, 1000 manat pulu 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olan YAP-ın inzibati binasının yaxınlığında, 14 iyul 2022-ci il tarixdə 307 manat pulu kart hesabına atdırmaqla, 05 dekabr 2022-ci il tarixdə 170 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyi vədilə, qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs6 8477 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs7 vahid niyyətlə əhatə olunmuş qəsdlə 8850 manatı bir neçə dəfəyə nəğd şəkildə və bank kartına ödəmə yolu ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində alaraq güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs7 8850 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» deyilən ərazidə yerləşən notariat ofisində vahid niyyət ilə əhatə olunmuş qəsdlə 8500 manat, 2022-ci lin fevral ayından etibarən hissə-hissə olmaqla 13571 manat və axırıncı 43 manatı kart hesabına ünvan 1 ünvanında yerləşən «Olympas Travel» şirkətinin ofisindən köçürtdürüb güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs5 22114 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanıdığı qohumları- Pərviz Əkbərova və Əlhəm Qasımova Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq ayrı-ayrılıqda mənzillər olmaqla ümumilikdə 2 mənzil üçün 17200 manat pulu hissə-hissə və vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində alaraq etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını görən Zərərçəkmiş şəxs7 tanışları qarşısında biabır olmamağı üçün öz vəsaiti hesabına dəymiş ziyanı tam şəkildə qohumlarına ödəmiş, beləliklə də Zərərçəkmiş şəxs7 17200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 10 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» deyilən ərazidə yerləşən notariat ofisində vahid niyyətlə əhatə olunan qəsdlə 9000 manat, 2021-ci ilin dekabr ayında 500 manat pulu kart hesabına atdırmaqla, 25 iyun 2022-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında 3000 manat pulu, xx.xx.2022-ci il tarixdə 598 manat pulu kart hesabına atdırmaqla, xx.xx.2022-ci il tarixdə 45 manat pulu kart hesabına atdırmaqla, 2022-ci ilin axırlarında 307 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs8 13450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayının ortalarında X19 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən kafelərin birində vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pulu, səhəri günü 1000 manat pulu kart hesabına atdırmaqla, bir neçə gün sonra isə 8500 manat pulu, 04 oktyabr 2022-ci il tarixdə 1000 manat pulu kart hesabına atdırmaqla, 05 oktyabr 2022-ci il tarixdə 307 manat pulu kart hesabına atdırmaqla, 20 fevral 2023-cü il tarixdə 1250 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs X19 14057 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs9 özünü mərhum oğlunun dostu kimi təqdim edərək ailəyə yaxın olmaqla mənəvi dəstək köməyi ilə inandırıcı məqamlar yaradıb, ona olan etibarı qazandıqdan sonra tamah məqsədi ilə pul əldə etmək üçün 2022-ci ilin sentyabr ayında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs9 məxsus yaşayış evini satırıb əldə olunan pula Ağsu rayonunda ev tikdirməkdə köməklik edəcəyi barədə yalan vəd verib inandırmaqla Ağsu rayonunda vahid niyyətlə əhatə olunan qəsdlə 500 manat, 3000 manat kart hesabına atdırmaqla, 3500 manat kart hesabına atdırmaqla, 2800 manat pulu kart hesabına atdırmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1600 manat və Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 3-cü məhlədə fərdi evin qaşısında 7000 manat pul almaqla etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs9 18400 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Zərərçəkmiş şəxs11 vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pulunu Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisində, 31 dekabr 2022-ci il tarixdə 1000 manat pulu kart hesabına atdırmaqla, 01 yanvar 2023-cü il tarixdə 1000 manat pulu kart hesabına atdırmaqla, 05 yanvar 2023-cü il tarixdə 1000 manat pulu kart hesabına atdırmaqla, 12 yanvar 2023-cü il tarixdə 1700 manat pulu kart hesabına atdırmaqla, 27 yanvar 2023-cü il tarixdə 1800 manat pulu kart hesabına atdırmaqla, 08 fevral 2023-cü il tarixdə 1143 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs11 8643 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 13 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 250 manat pulu kart hesabına atdırmaqla, 14 mart 2023-cü il tarixdə 2250 manat pulu kart hesabına atdırmaqla, 15 mart 2023-cü il tarixdə 660 manat pulu kart hesabına atdırmaqla, 18 mart 2023-cü il tarixdə 2000 manat pulu kart hesabına atdırmaqla, 24 mart 2023-cü il tarixdə 1340 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs10 6500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin aprel- may ayında Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq, Bakı-Mərdəkan şossesinin sol hisəsində Qala qəsəbəsi ərazisində yerləşən “Rahat” marketdə olan E-Manat terminalı vasitəsi ilə xx.xx.2023cü il tarixdə saat 11:45-də vahid niyyətlə əhatə olunan qəsdlə 500 manat, kart hesabına telefonda olan bank tədbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 14:35-də 407 manat, kart hesabına telefonda olan bank tədbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 11:49-də 80 manat, Bakı-Mərdəkan şossesinin sol hisəsində Qala qəsəbəsi ərazisində yerləşən Rahat marketdə olan E-Manat terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 20:00-də 800 manat, xx.xx.2023-cü il tarixdə saat 16:20-də 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 15:00-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 10:00-də 500 manat, xx.xx.2023-cü il tarixdə saat 10:40də 500 manat pulu əldə edib güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs2 4087 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 04 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən tikinti şirkətinin əməkdaşı olduğunu və həmin şirkətlər tərəfindən tikilmiş güzəştli və sərfəli kreditlə MİDA-ya məxsus mənzillərdən birini ona sata biləcəyi barədə köməklik göstərəcəyini bildirib inandırmaqla yalan vədlər verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 1000 manat pulu kart hesabına atdırmaqla, 06 aprel 2023-cü il tarixdə 373 manat pulu kart hesabına atdırmaqla, 08 aprel 2023-cü il tarixdə 179 manat pulu kart hesabına atdırmaqla, 13 aprel 2023-cü il tarixdə 280 manat pulu kart hesabına atdırmaqla, 17 aprel 2023-cü il tarixdə 105 manat pulu kart hesabına atdırmaqla, 19 aprel 2023-cü il tarixdə 105 manat pulu kart hesabına atdırmaqla güzəştli mənzilin alınması üçün köməklik edəcəyindən qazanmış etibarından sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs4 2042 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid qəsdlə 2023-cü ilin iyun ayının əvvələrindən noyabr ayının 5-nə qədər olan müddət ərzində olan müddət ərzində Zərərçəkmiş şəxs1 Yasamal rayonu ərazisində sosial mənzil almağa köməklik edəcəyi adı ilə aldadaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq yaşayış massivində fəaliyyət göstərən "Albalı" adlı marektdə quraşdırılmış Milli-Ön ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs1 onun kart hesabına köçürülmüş vahid niyyətlə əhatə olunan qəsdlə 12000 manat, 2000 manat, həmçinin Yasamal rayonu ərazisində tikilmiş mənzillərin son mərtəbəsinin iki obyekt almağa köməklik edəcəyi adı ilə aldadaraq 22000 manat, 352 manat, 126 manat və 307 manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 36785 manat xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər ev alqı-satqı işləri ilə məşğul olurmuş və bu barədə bir çox tanışları məlumatlı olmuşdur. O, tanıdığı Gülçin adlı şəxsin vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 özü üçün mənzil almağı və Yasamal rayonu ərazisində yerləşən Yasamal MİDA mənzillərindən bir ev istədiyini demiş və o, da onunla görüş təyin edərək Sumqayıt şəhərində Zəfəran kafesində görüşmüşdür. Özü üçün mənzil alması fikrində olduğunu və əlində pulu olduğunu başa düşüb ona mənzil alınması üçün ilkin olaraq 8000 manat pul verməyini və daha sonra mənzili tez bir zamanda asan üsulla əldə edəcəyi barədə inandırmışdır. Təxminən 2020-ci ilin oktyabr aynın ortaları o, Hüsniyədən ilkin olaraq istədiyi 8000 manat puldan 7000 manatını almış, bir neçə gün sonra həmin niyyət ilə daha 1000 manat pul almışdır. Onuda qeyd edmişdir ki, o, özü ürək xəstəsi olduğu üçün daimi mualicə olunurmuş məhz pullarıda öz ehtiyacına xərcləmişdir. Bir müddət sonra əlində pulu qurtardığı üçün evin ilkin aylığını ödəmək bəhanəsi ilə 477 manat puluda Hüsniyəyə təqdim etdiyi kart hesabına göndərməklə əldə etmişdir. Lakin sonralar ondan aldığı pulu qaytara bilməmişdir. Bundan başqa tanışı Rəşad adlı şəxs öz qohumu Ağabala adlı şəxsi onunla tanış etmişdir. Ağabala özü üçün Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində özü üçün güzəştli mənzillərdən almaq istədiyini bildirmişdir. O, onunla görüşüb mənzilləri tikilmiş binaları ona göstərmişdir. Onun bu istiqamətdə mənzillərdən başı çıxdığını anlayıb ona çaşdırıcı olaraq digər iki binanın güzəştli mənzillər sırasına daxil olduğunu bildirərək göstərmişdir. Ağabala ona inanıb razılaşmışdır. Ona 3 otaqlı mənzil alınması üçün ilkin olaraq 8500 manat verməli olduğunu demiş, həmçinin inandırıcı olması üçün bildirmişdir ki, 8500 manat puldan cəmi ona 500 manat qalacaq qalan pulları lazımı adamlara verəcəkdir. Həmin pulu kart vasitəsi ilə ona verdiyi kart hesabına atmışdır. Bundan bir neçə gün sonra həmin şəxs qohumlarınında mənzil istədiyini deyib bu barədə əlavə razılaşma etmişlər. Belə ki, onun qohumları üçündə ümumilikdə 25000 manat pul istəmiş və pulu Ağabala ona vermişdir. Ona əlavə pul lazım olduğundan guya ilkin aylıqları ödəməsi üçün hər birinə 350 manat olmaqla əlavə 1050 manat puluda Ağabaladan almışdır. Həmin puluda xərcləmişdir. O, Ağabalanın qohumlarını görməmiş və onları tanımamış, Ağabala özü onların pulunu ona vermişdir. Bu qaydada, yəni Yasamal rayonunda yerləşən MİDA tərəfindən inşa edilmiş yaşayış kompleksində av satmaq üçün Sənandan, Vəlidən, Samirdən, Zahirdən, Ramilədə və Səlahəddin adlı şəxsdən də xeyli miqdarda pul almışdır. Lakin həmin şəxslərə ev ala bilməmiş və pullarını qaytarmamışdır. Bundan başqa 2022-ci ilin sentyabr ayında işlədiyi tikinti şirkətində onlarla işləyən, sonradan vəfat edən Güloğlan adı şəxsin anası Zərərçəkmiş şəxs9 evi satıb Ağsu rayonunda yaxşı ev tikdirmək fikrini bildirmişdir və onu inandırıb evi satdırmışdır. Daha sonra isə Ağsu rayonunda hazırda da yerini xatırlamadığı bir torpaq sahəsinə Güldənəni aparıb göstərmişdir ki, guya həmin torpağı onun üçün alır və orada ev tikəcəklər. Bu niyyətilə Güldənədən 18400 manat pul əldə etmişdir. Arada başqa ərazidə olan tanımadığı evin tkintisi ilə bağlı ev şəkillərini onlara atıb dahada öz inamını qazanırmış ki, guya tikinti gedir. Daha sonra isə o, zənglərə cavab verməmiş və həmin pulları öz müalicəsinə və şəxsi ehtiyaclarına xərcləmişdir. Onun əvvəldən tanıdığı Hüseyn adlı şəxsin anası İradə adlı qadın özü üçün ev almaq istəyirmiş, oda İradəyə köməklik etməyi bildirmiş və bu niyyət ilə ona telefonunda bir neçə mənzil şəkili göstərmiş, həmçinin demişdir ki, narahat olmasın ona mümkün qədər sərfəli və güzəştli mənzil təşkil edəcək. İradə fikirləşib cavab deyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra yenidən əlaqə saxlamış və ilkin olaraq 1000 manat, daha sonra isə hissə-hissə olmaqla 1050 manat pul almışdır. Pulu özü üçün xərcləmiş, o, sonradan İradənin ondan şikayət edəcəyini düşünüb həmin puldan 284 manatını geri qaytarmış ki, inandıcırı olsun sakitləşsin. Bundan sonra əlaqələrini kəsmişdir. Aldığı pullardan bir qismini qaytarmaşdır. Maddi imkanı pis olduğundan əksər hissəsini qaytara bilməmişdir. Ona qarşı verilmiş mülki iddiaları qəbul etmir. Əlavə olaraq təqsirləndirilən şəxs və mülki cavabdeh törətdiyi əməlləri etiraf etdiyini, əməllərindən səmimi peşman olduğunu, vurulmuş maddi ziyanın qismən ödənildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Ramilənin vasitəsilə tanımışdır. Ramilə ilə 2023-cü ilin yay aylarında görüşlərinin birində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial mənzil almaq istədiyini bildirmişdir. Bir neçə gün sonra Ramilə sosial mənzil düzəltməyə köməklik edən şəxsin adının Asim olduğunu deyib, onunla danışdığını bildirmiş və mobil nömrəsini ona vermişdir. Asim sosial mənzillərin verilməsində birbaşa əlaqəsi olduğunu bildirmiş, ilkin olaraq 1500 manat pul istəmişdir. O, ilk olaraq Xəzər rayonu, Bilgəh qəsəbəsində işdə olan zaman telefon vasitəsilə 1500 manatı Təqsirləndirilən şəxs kart hesabına köçürtmə etmişdir. O, mənzil almaq üçün Asimə ümumilikdə 14000 manat pul vermişdir. Asimlə söhbət zamanı sonuncu sosial binaların son mərtəbəsinin obyekt kimi satıldığını, ümumilikdə 22000 manat pul lazım olduğunu demişdir. O, da Asimin istədiyi pulu vermişdir. Əlavə olaraq sınaq üçün 352 manat, sənədlərin düzəldilməsi üçün 126 manat və borc kimi 307 manat pulu Asim ondan almışdır. O, kredit şərtləri ilə 95 kv sahəsi olan mənzili, 235 kv və 180 kv sahəsi olan iki ayrı obyetləri almaq üçün Təqsirləndirilən şəxs ümumilikdə 36000 manat pul vermişdir. Asim onun ümumilikdə 36785 manat pulunu qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarından tanımış, həmin dövrdə Asimi turizim şirkətinin rəhbəri kimi tanımışdır. 2023-cü ilin aprel ayının əvvələrində ona məlum oldu ki, Asim Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MİDA mənzil inşaatı dövlət agentliyi tərəfindən inşa edilən sosial evlərdən ucuz qiymətə ipoteka yolu ilə təşkil etməklə məşğuldur. Asimlə əlaqə saxlamış ona sosial evlərdən təşkil etməsini xahiş etmişdir. Asimdə ona kömək edəcəyini, lakin sosial evlərin ayrılacaq şəxslərin siyahısına adını salmaq üçün təxminən 3-4 min pul verməli olduğunu, siyahıya adını salındıqda təxminən iki ay ərzində mənzil ona veriləcəyini və həmin mənzilə köçə biləcəyini demişdir. Oda Asimin şərtləri ilə razılaşdıqdan sonra aprel ayının axırından başlayaraq Asimin ona göndərdiyi bank hesabına ümumilikdə 4087 manat pul köçürmüşdür. O, Asimlə mütəmadi əlaqə saxlayıb işlə maraqlanarkən sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadmış, müəyyən dövrdən sonra Asimin mobil nömrələrinə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bir çox adamı sosial evlə təmin etmək adıyla aldatmışdır. Əlavə olaraq ona dəymiş ziyanın ödənilmədiyi üçün onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, iş yoldaşı Elman vasitəsi ilə Asim adlı şəxsi tanımışdır. Elmandan Asimin nömrəsin götürmüş və Asimlə əlaqə saxlamışdır. Asim telefonla danışarkən ona "MİDA” yaşayış kompleksində satış müdiri olduğunu və illik 4% olmaqla, 30 il müddətinə Yasamal rayonunda yerləşən "xxxx" yaşayış kompleksindən ipotekaya ev təşkil edəcəyini, bunun müqabilində ilkin olaraq 2.000 manat ödəməli olduğunu demişdir. Asimin dediyi şərtlər onu qane elədiyi üçün onunla razılaşmışdır. Təxminən 3 gün sonra, yəni 2022-ci ilin avqust ayında Asimlə Nərimanov metrosunun qarşısında görüşmüş və ilkin ödəniş olaraq 2.000 manat pulu Asimə vermişdir. Asim ondan ümumilikdə 14.000 manat pul istəmiş, oda onunla razılaşmışdır. Sonradan ev alınmadığından Asimə zəng edərək pulunu geri tələb etmişdir. Sonradan Asim pulunu qaytarmamış və o, başa düşmüşdür ki, aldadılmışdlır. Hal-hazırda Təqsirləndirilən şəxs ona ümumilikdə 14057 manat olan borcundan cəmi 1000 manat ödəniş etdiyini, qalan 13057 manat pulunu isə ödənmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayətinin olduğunu ona dəymiş ziyanın ödənilmədiyi üçün onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində qeyd etdi ki, qızı Şahid1 turizim şirkətində işlədiyindən, işi ilə əlqədar 2020-ci ilin təxminən avqust ayında əslən Ağsu rayonundan olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Gülçin sosial binadan mənzil almaq istədiyini bildiyindən Asim ona bu işdə köməklik edəcəyini demişdir. Bu barədə Gülçin ona dedikdən sonra onlar Asimi evlərinə dəvət etmiş və onunla yaşadığı evdə söhbət etmişdir. Asim ona söz vermişdir ki, ilkin ödəniş 8.500 manat ödəməklə sonralar isə hissə- hissə aylıq 315 manat ödəməklə 30 il il müddətinə, Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən üç otaqlı sosial mənzilin alınmasında köməklik edəcəkdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dediklərinə inanmış, onun istədiyi ilkin 8.500 manat pulu, mənzil qızı Gülçinin adına alındığı üçün onun təklifilə Bakı şəhəri 43 saylı notarius vasitəsi ilə kredit müqaviləsi bağlanaraq Asimə vermişdir. Pulu alarkən Asim təxminən bir il ərzində qızı Gülçinin adına mənzil ayrılacağına söz vermişdir. Bundan sonra müharibə və pandemiya olduğu üçün Asim bəhanələr gətirərək mənzilin təhvil verilməsini ləngitmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından etibarən müxtəlif bəhanələr gətirərək ondan ayrı-ayrı vaxtlarda, hissə- hissə pul alaraq onu aldatmışdır. Asim mənzilin başqa şəxsə veriləcəyini, mənzilin qiymətinin qalxmasını, aylıq ödənişlərin artacağını və bu kimi digər bəhanələr gətirərək ondan hissə-hissə olmaqla ilkin ödənişdən əlavə ümumilikdə 13614 (on üç min altı yüz on dörd) manat pul almışdır. Asim ümumilikdə 22114 manat pulundan 1500 manat pulunu qaytarsada qalan məbləği ona qaytarmamışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, mülki iddia ilə bağlı məhkəməyə ərizə ünvanladığını, ona dəymiş ümumilikdə 22114 manat və 157 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında rəfiqəsi Şahid1 vasitəsi ilə tanımışdır. Həmin vaxt Asim turizim sahəsində işləyirmiş. O, həmin ərəflərdə ev almaq istəyirmiş, həmin vaxt Gülçin Asimin ona MİDA-dan ev təşkil edəcǝyǝni, istəsə onada ev təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra Asimlə görüşmüş və Asim MİDA X3 3 otaqlı evi növbəsiz ona verilməsinə köməklik edə biləcəyini demiş və bunun üçün 8500 manat pul lazım olduğunu demişdir. O, razılaşmış və 2020-ci ilin oktyabr ayının ortalarında Suqmayıt şəhəri, 4cü mikrorayon ərazisində yerləşən "Zəfəran" kafesində 7000 manatı Gülçinin iştiraklı ilə Asimə vermişdir. Sonra Asimə daha 1000 manat pul vermişdir. Həmin vaxt pandemiya olduğundan, daha sonra Qarabağ müharibəsi başladığından Asimin deməsinə görə MİDA evlərinin satışı dayandırılmışdır. 2 il keçəndən sonra Asim ilkin ödəniş etməyimi bildirmişdir. Buna görə o, Asimə məxsus kart hesabına, özünə məxsus kart hesabından əlavə olaraq yenə pul göndərmişdir. Daha sonra Asim ona müxtəlif bəhanələr gətirək pulunu qaytarmamış və vərdiyi vədə əməl etməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona ümumilikdə 8647 manat maddi ziyan vurmuş, hal-hazırki vaxta qədər ona olan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs tanışı Hüsniyyə vasitəsi ilə tanımışdır. MİDA-nın Yasamal rayonundakı yaşayış kompleksində yerləşən mənzillərdən birini istədiyini bildirmiş, Asimdə bunun mümkün olacağını və onun 9000 manat pul ödəməklə 2 otaqlı mənzilə sahib olacağını bildirib evə köçəcəyi barədə vəd vermiş, oda Asimin bu fikri ilə razılaşmışdır. 10 avqust 2021ci il tarixdə Şamaxinkada yerləşən notariat ofisində notarial qaydada 9000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra həmin ilin dekabr ayında Asimin mənzil ilə bağlı ödəniş olunması üçün əlavə ondan istədiyi 500 manat pulu Asimin kart hesabına göndərmiş, bundan bir müddət sonra Asimlə əlaqə saxlayan zaman evin hansısa səndəlşdirməsi barədə onu inandıraraq əlavə olaraq 3000 manat pul almışdır. Lakin Asim ona vermiş olduğu vədə əməl etməyib onun ümumilikdə 13450 manat pulunu ələ keçirmişdir. Hər dəfəsində Asimdən bu barədə danışdıqda hər dəfə müxtəlif bəhanələr gətirərək narahat olmamağını bildirirmiş. Sonradan ona məlum olmuşdur ki, Asim Hüsiniyyə və onun tanışlarınında pulunu ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona ümumilikdə 13450 manat maddi ziyan vurmuş, hal-hazırki vaxta qədər ona olan borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Asim Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən evinə gəlib ona yaşadığı evi satıb onun üçün Ağsu rayonunda ev tikmək istədiyini bildirmişdir. O, Asimin bu yaxın rəftarına aldanaraq inanmış, 2022-ci ilin oktyabr ayında onunla birlikdə Ağsu rayonundakı torpaq sahəsinə baxılarkən Asimə 500 manat pul vermişdir. O, torpağı bəyənmiş və üzərindən 1 həftə sonra onun kart hesabına 3000 manat pul atmış, bundan bir neçə həftə keçdikdən sonra Asim ondan yenə pul istəmişdir və o, Asimin kart hesabına 3500 manat pul atmışdır. Bu ərəfələrdə Asim ona torpaq və tikinti işlərinə dair videolar atırmış, 2-3 gün sonra Asim onlara yağış yağdığı üçün işi dayandırdığını demiş və o, gözləmişdir. Asimin növbəti pul tələbində kart hesabına 2800 manat pul atmışdır. Onlar Asimin atdığı videolara inanış və hazırda yaşadığı evin qarşısında Asimə 1600 manat pul vermişdir. Sonuncu dəfə isə 7000 manat pulu ünvan 2 ünvanının qarşısında vermişdir. O, öz yaşadığı evi oğlu rəhmətə getdikdən sonra 25000 manata satmış və Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sentyabr ayından başlayaraq təxminən 2 ay müddətinə 18400 manat pulunu ələ keçirmişdir. Ona dəymiş ümumilikdə 18400 manat pulun ödənilməsinə dair iddia ərizəsinin təmin edilməsini, təqsirləndirilən şəxsə və mülki cavabdehə qarşı şikayət və tələbinin olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs11 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bacısı Aynurun vasitəsi ilə tanımış, əvvəllər heç bir münasibəti olmamış və əvvəllər aramızda heç bir ədavət olmamışdır. 2022-ci ilin son aylarında özünə kreditə ev almaq istəyirmiş və bu səbəbdən maraqlanırmış. Həmin vaxtı bacısı Aynur ona onları bir neçə dəfə tur ilə rayonlara aparan Asim adlı şəxsin öz whatsap proqramının sutatusunda sosial evlər satmaları barədə elan qoymasını və Asimin nömrəsini verərək onunla danışıb maraqlanmağını demişdir. Onda bu səbəbdən Asimin ***-***-**-** mobil nömrəsinə zəng etmişdir və sosail evlərlə maraqlandığını demişdir. Asim ona 8500 manat ödəniş edəcəyi təqdirdə Yasamal rayonunda yerləşə MİDAya məxsus binadan 2 otaqlı 67 kv-lıq evə təşkil edəcəyini və həmin evin aylıq ödənişinin 268 manat olacağını demişdir. O, Asimin təklifinin maraqlı olduğunu demişdir və bu səbəbdən razılaşmışdır. Asim ona lazım olan sənədləri toplamağı demiş və o, sənədləri toplamağa başlamışdır. 2022-ci ilin dekabr ayında Asim ona təcili olaraq 4500 manat pul verməyini və yaxın vaxtda evi ona təhvil verəcəyini demişdir. O, Asimə tanımadığı üçün etibar etmədiyini dedikdə Asim heç bir problemin olmadığını və Notariat qoydada pulu verə biləcəyini demişdir. Bu səbəbdən Asimə inanmış və xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu Mağtağa qəsəbəsində yerləşən 17 saylı notariatda Təqsirləndirilən şəxs 2000 manat borc müqaviləsi ilə pulu vermişdir. Asim ona yaxın zamanda məsələmi həll edəcəyini və 2500 manat puluda tezliklə verməyini, qalan məbləği isə həmin vaxtı boşanma prosemin getdiyi üçün boşandıqdan sonra boşamna qərarı ilə birlikdə verməyini demişdir. Bu səbəbdən xx.xx.2023cü il tarixdə saat 18:10 radələrində yaşadığı evdə olduğu zaman özünə məxsus ABB-yə məxsus plastik kart hesabından Asimə məxsus Leo banka məxsus kart hesabına 1000 manat pul göndərmişdir. Daha sonra yenidən xx.xx.2023-cü il tarixdə saat 19:55 radələrində yaşadığı evdə olduğu zaman özünə məxsus ABB-yə məxsus plastik kart hesabından Asimə məxsus Leo banka məxsus kart hesabına 1000 manat pul göndərmişdir. Asim pulların ona çatdığını və evi tez həll etməsi üçün ümumi pulu tam verməyini demişdir, əks halda evi ona alıb verə bilməcəyini demiş və o, Asimə inandığı üçün yenidən xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman özünə məxsus ABB-yə məxsus plastik kart hesabından Asimə məxsus Leo banka məxsus kart hesabına saat 12:34 radələrində 1000 manat və saat 12:39 radələrində 700 manat pul göndərmişdir. Asim artıq məsələnin yekunlaşmaq üzrə olduğunu və evi almaq üçüm qalan puluda verməyini demişdir. Bu səbəbdən yenidən xx.xx.2023-cü il tarixdə saat 11:44 radələrində yaşadığı evdə olduğu zaman özünə məxsus ABB-yə məxsus plastik kart hesabından Asimə məxsus Leo banka məxsus kart hesabına 1800 manat pul göndərmişdir. Asim sənədlərin tam hazır olduğunu və evi onun adına keçirmək üzrə olduğunu bu səbəbdən sonuncu dəfə 1143 manat pul göndərməyini demişdir. Bu səbəbdən yenidən xx.xx.2023-cü il tarixdə saat 21:47 radələrində yaşadığı evdə olduğu zaman özünə məxsus ABB-yə məxsus plastik kart hesabından Asimə məxsus Leo banka məxsus kart hesabına 1143 manat pul göndərmişdir. Asim ondan bütün pulları aldıqdan sonra gözləməyini demiş və o, bir neçə müddət gözləmişdir. Lakin Asimdən heç bir hərəkət olmadığını, müxtəlif bəhanələr gətirdiyini və onun etibarından sui isitfadə edərək aldatdığını başa düşmüşdür. Bu səbəbdən Asim dəfələrlə pulunu geri istəsədə vermədiyini, onu aldatmağa davam etdiyini gördüyü üçün xx.xx.2023-cü il tarixdə bu barədə AR DTX-no online müraciət etmişdir. Bir daha qeyd edmişdir ki, Təqsirləndirilən şəxs ona MİDA-dan ev alacağı vədi ilə 8643 manat pulunu almışdır, lakin etibarından sui istifadə edərək onu aldatmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs10 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, X14 onun oğludur. 2023-cü ilin əvvələrində qərara gəlmişdir ki, oğlu Ziya üçün mənzil alıb evləndirsin. Məhz bu məqs ilə oğlunun tanışı bildirmişdir ki, tanıdığı Asim adlı şəxs var MİDA-da olan mənzilləri sərfələri qiymətlərə və asand yollarla əldə edilməsində köməklik edir. Oğlu bu barədə ilk öncə ona bildirmişdir və onlar əvvəlcə 2023-cü ilin mart ayının 13-də Asim ilə telefon əlaqə saxlamış və Asim bildirmişdir ki, onun oğlu üçün X10 mənzil alınmasında köməklik edəcək. Asim özünü Yasamal rayon Yaşayış Kompleksinin əməkdaşı kimi təqdim edərək mənzilin alınması üçün ilkin olaraq onların ümumi 8500 manat xərci çıxacağını bildirmişdir. O, Asimə bir neçə sual verdikdən sonra Asim heç bir şeydən narahat olmamağını ilkin 2500 manatı verəcəyini və daha sonra evin açarını xx.xx.2023-cü il tarixdə ona təhvil verdikdə qalan 6000 manatı əlbələ ona verəcəyi ilə razılaşmışdır. Asim bildirdiyi kimi xx.xx.2023-cü il tarixdə oğlu X34 tətbiqi vasitəsi ilə kartdan-karta olaraq Asimin göndərdiyi kart hesabına 250 manat, səhəri günü isə yəni xx.xx.2023-cü il tarixdə 2250 manat puluda həmin qayda ilə Asimə göndərmişdir. Növbəti günü hər hansısa sənədləşdirmə üçün onlardan istədiyi 660 manat pulu həmin qayda ilə Asimə göndərmişdir. Hər dəfə oğlu Ziya Asim ilə danışdıqda narahat olmamağı bildirib mənzilin dediyi vaxtda təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə günarta saatlarında Asim daha 2000 manat pul istəmiş ki, müdriyyət onun qalıq pulundan bağlamağını istəyir, oğlu Ziyanın adı guya seçilmiş müştərilər sırasına düşüb ödənişinin normal olunduğu görünsün, bunu oan oğlu bildirmişdir. Çünki əsas əlaqəni Asim onun oğlu Ziya ilə yaradırmışdır. Asimin bu fikri ilə istədiyi 2000 manat puluda həmin qayda ilə hasaba göndərmişdir. Sonuncu olaraq müxtəlif uydurmalarına əsasən Asimin istədiyi 1340 manat puluda oğlu Ziya xx.xx.2024-cü il tarixdə hesabadna hesaba olmaqla Asimin kartına göndərmişdir. Lakin bu məsələnin hələdə müsbətə doğru alınmadığını görüb artıq şübhələnməyə başlamışlar, Asim isə öz planları ilə onları yayındırmağa çalışırmış. Hər dəfəsində Asimdən ya o, ya oğlu Ziya soruşduqda Asim hələdə narahat olmamağı evin xx.xx.2023-cü il tarixdə açarını təhvil alacağını bildirirmiş. Bu minvanla Asim onların etibarından istifadə edib ona məxsus 6500 manat pulu oğlu Ziyanın kart hesabına göndərməklə ələ keçirmişdir, həmin qəbzləri təqdim edmişlər. Mən bu barədə Gülnardan da sorşunada Gülnar, ona deyirmiş ki, narahat olma o, Asimin bacısıdır Asim işi alındırmasa o, pulu qaytaracaq. Qeyd etdiyi kimi həmin 6500 manat pul ümumilikdə onun əmlakı olmuşdur, yalnız Ziya Bədəlbəyli ərizə yazaraq müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı oğlu Rəşad Eyyubovun vasitəsi ilə tanımışdır. Belə ki, 2020-ci ilin sentyabr ayında bacısı oğlu Rəşad Eyyubov az miqdarda ilkin ödəniş etməklə Asim adlı şəxsin ona ev təşkil edə biləcəyini demiş və bu işdə ona kömək etməyini istəmişdir. O, Asimi tanımırmış, Asimlə telefonla danışıb evə baxmaq istədiyini bildirmişdir. X28 Mənzil İnşaat Agentliyinin inşa etdiyi evlərin yanında görüşmüş, həmin ərazidə tikilən binalardan ikisini göstərib həmin binalardan ev verəcəyini bildirmişdir. O, bu binaların müəyyən kateqoriyalı əhali üçün güzəştli şərtlərlə satıldığını Asimə demişdir. Asim göstərdiyi iki binanın qeyd olunan kateqoriyalı vətəndaşlar üçün deyil, gənc ailələr üçün tikildiyini israrla bildirmiş və onlar buna inandırmışdır. Binaların 2020-ci ilin sonuna, ən gec halda 2021-ci ilin Novruz Bayramına hazır olacağnı, 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 8500 (səkkiz min beş yüz) manat vermək lazım olduğunu bildirmişdir. O, məsələni dəqiqləşdirmək üçün Asimi bir daha sorğu-sual etdikdə Asim, belə evlərdən çox satdığını və bu işdə tək olmadığını bildirmişdir. Ödənilən pulun təqribən yarısının ilkin ödəniş olaraq hesaba keçəcəyini, qalan hissəsinin kimlərəsə veriləcəyini və Asimə 500 manat pul qalacağını demişdir. Həmin məbləğin 8500 min manatı onun razılığı ilə bir-neçə dəfəyə nəğd və karta ödəmə yolu ilə Asimə verilmişdir. Onun qayını oğlu Pərviz Əkbərov və Rəşadın qayını X29 şirin vədinə aldanaraq onlar da 3 otaqlı ev almaq üçün hər biri onun vasitəsilə və razılığı ilə 8500 (səkkiz min beş yüz) manatı bir neçə dəfəyə nəğd şəkildə və karta ödəmə yolu ilə Asimə vermişdir. Cəmi 25000,0 (iyirmi beş min) manat. Sonradan Asim onlara veriləcək evlərin MİDA evlərindən olacağını bildirmişdir. O, yenə Asimə bunun başqa şərtlərlə satıldığını bildirdikdə Asim, "Sizə ev lazım deyil? Mən, Sizin evinizi verəcəm. Tam arxayın olun. Əgər sizin evlərinizi verə bilməsəm sənə 100 min manat pul qaytaracam. Bu evlərdən (MİDA evlərindən) Bakıda, Gəncədə çox satmışam və Siz tək deyilsiz" deyə, bildirmişdir. Asim MİDA-da bu işləri həll edə bilən adamlarının olduğunu bildirdikdə o, həmin şəxslərdn biri ilə görüşmək istədiyini demişdir. Asim buna söz versə də hər dəfə onu görüşdürməkdən yayınırmış. onu da qeyd edmişdir ki, Təqsirləndirilən şəxs onun yuxarıda qeyd etdiyi qohumlarından ümumilikdə 25000,0 (iyirmi beş min) manat pul almasına dair qəbzlərə də qol çəkib və direktoru olduğu şirkətin möhürü ilə təsdiq edibmiş. Hətta onları tam inandırmaq üçün hər 3 mənzilin hər biri üçün 310 manat 1 aylıq ödəniş və bankda hesab açılması üçün 40 manat olmaqla cəmi 1050 manat onlardan almışdır. Beləliklə Asim ondan və qohumlarından dələduzluq yolu ilə 26030 manat pul almışdır. O, bir müddət sonra qohumlarının ondan pulu tələb etdiklərini görüb, pis vəziyyətdə qalmamağı üçün Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan aldığı 26030 manat puldan 17180 manatını tam olaraq qohumlarına qaytarmış, lakin həmin pulu ona qaytarmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, 2023-cü ilin təxminən mart ayında onun oğlum Şahid3 bildirmişdir ki, iş yerində tanışı Təqsirləndirilən şəxs adlı şəxs var, həmin şəxs ona dövlət tərəfindən inşa edilmiş sosial mənzillər verilən təşkilatda tanışı olmasını və həmin şəxsin vasitəsi ilə sosial mənzildən təşkil edə biləcəyini bildirmişdir. O, ailə üzvləri ilə birlikdə bu barədə məsləhətləşmiş, sonra özü Asim ilə bir neçə dəfə telefonla danışıb bu işin real olmasını soruşmuş və Asimin təklifi ilə razılaşmışıdr. İlkin olaraq o, sosial mənzil təşkil etmək üçün oğlu Hüseyn adına olan bank kart hesabından Təqsirləndirilən şəxs bank kartına 04 aprel 2023-cü il tarixdə saat saat 09:35 dəqiqədə 1000 manat, sonra yenə Asimin istəyi ilə 06 aprel 2023-cü il tarixdə saat 09:17 dəqiqədə, 194 manat, bir neçə dəqiqə sonra əlavə 121 manat və 58 manat olmaqla cəmi 373 manat, yenə bir neçə gündən Asimin istəyi ilə 08 aprel 2023cü il tarixdə saat 11:37 dəqiqədə 179 manat, yenə Asimin istəyi ilə 13 aprel 2023-cü il tarixdə saat 04:44 dəqiqədə 280 manat, 17 aprel 2023-cü il tarixdə saat saat 21:36 dəqiqədə, 105 manat və 19 aprel 2023-cü il tarixdə saat 10:34 dəqiqədə 105 manat olmaqla ümumilikdə cəmi 2.042 manat pulu oğlu Şahid3 adına olan "Leobank" kartından Təqsirləndirilən şəxs adına olan bank kartına köçürmüşdür. Hüseynin Asimin adına yaşadığı evdən etdiyi pul köçürmələrinin qəbzlərini ilkin şikayətinə əlavə etmişdir. Təqsirləndirilən şəxs pulu alarkən təxminən bir ay ərzində sənədləşmələr aparılıb mənzil ayrılacağını bildirsə də onun vəd etdiyi müddət bitdikdə və o, Asimin istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng etdikdə, Asim onun zənglərinə cavab vermirmiş, yenə təxminən bir ay keçmiş, o, Asimə zəng etdikdə və Asim onun zənginə cavab vermədikdə, o, mənzil barədə ondan maraqlanarkən, Asim yenə ona yalan danışıb iş düzələcəyinə söz verib əlavə 307 manat məndən pul lazım olmasını bildirdikdə, o, Asimin yalan danışdığını, onu aldatdığını bildirərək pulunu geri tələb etməyə başlamışdır. Asimə pulunu qaytarmayacağı halda barəsində şikayət edəcəyini bildirdikdə Asim aldığı puldan ona 284 manat oğlunun bank kartına göndərmiş və sonralar yenə yoxa çıxıb zənglərinə cavab verməmişdir. Oda məcbur olub polisə şikayət vermiş və Asim aldığı 2.042 manatdan ödədiyi 284 manatı çıxmaqla onu aldadaraq 1.700 manat pulunu ələ keçirdiyi bildirmişdir. Hazırda isə Asim aldığı 2.042 manatda onun ödədiyi 284 manatı çıxmaqla tam dəqiq ona qaytarmalı olduğu məbləğ 1.758 manat olmasını göstərir və həmin məbləği ondan tələb etmişdir. Əlavə bildirmişdir ki, Asim mənzil işini həll etmək üçün hər dəfə lazım olan məbləği ona deyirmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 bildirmişdir ki, 2023- cü ilin mart ayında ailə qurub ev almağa qərarlaşdırmışdır. Tanışından bilmişdir ki, Asim adlı şəxs var, MİDA-da olan mənzilləri sərfələri qiymətlərə və asand yollarla əldə edilməsində köməklik edir. O, bu barədə ilk öncə atasına bildirmiş və onlar Asim ilə telefon əlaqəsi saxlamışlar. Asim bildirmişdir ki, onun üçün X10 mənzil alınmasında köməklik edəcək. Asim mənzilin alınması üçün ilkin olaraq onların ümumi 8500 manat xərci çıxacağını demişdir. Asimə inandıqlarından sonuncunun kart hesabına cəmi 6500 manat pul göndərmişlər. Xeyli müddət keçsə də bu məsələnin müsbətə doğru alınmadığını görüb artıq şübhələnməyə başlamışlar. Sonra isə şikayət etmişlər. Asim onların etibarından istifadə edib atasına məxsus 6500 manat pulu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Hüsniyyə Ələsgərovanı 2018-ci ildən tanıyır. Belə ki, o, iş əsnasında Hüsniyə ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildən tanımışdır. O, işlədiyi vaxtdan özünə Bakı şəhərində güzəştli şərtlərlə ev almaq istəyirmiş. 2020-ci ilin avqust ayında Asimin telefonda statusuna baxan zaman minimal ilkin ödənişlə ipoteka ilə ev satdığını görmüşdür. Bu barədə Hüsniyyəyə demiş daha sonra anasına da bilirmişdir. Anası Əzifə ilə Asim görüşmüş, Asim həmin vaxt Yasamal-MİDA-da olan evləri anasına göstərib oradan ev təşkil edə biləcəyini demişdir. Onlar Asimə inanmış və anası ona notarius vasitəsi ilə 8500 manat pul vermişdir. Bundan sonra Hüsniyyə də Asimlə danışmış və MİDA-dan ev almaq üçün Asimə ümumilikdə 8614 manat pul vermişdir. Ancaq Asim müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış və bir neçə ildən sonra onlar aldadıldıqlarını bilib şikayət etmişlər. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin əvvəllərindən tanıyırmış. Həmin dövrdə ünvan 3 ünvanda yerləşən “İnfiniti” gecə klubunda inzibatçi işləyərkən, Asim həmin kluba xarici turistləri qonaq olaraq gətirmişdir. Onun Asimlə normal münasibəti yaranmış, Asimin telefonunu öz telefonunda "Asim tur" kimi qeyd etmişdir. Sonralar onun işlədiyi həmin gecə klubu bağlanmış və onun Asim ilə əlaqəsi kəsilmişdir. 2023-cü ilin aprel ayının əvəllərində o, mobil telefonuna baxarkən əvəllər münasibətdə olduğu və mobil telefonunda "Asim tur" kimi qeyd etdiyi Təqsirləndirilən şəxs "votsapp" proqramının statusunda, ucuz qiymətə sosial mənzildən bir ədəd qalması barədə elanı görmüşdür. Həmin elan onu cəlb etmiş və Asimə zəng edib mənzil ilə maraqlanmış, Asim ona Bakı şəhəri, Yasamal rayonu ərazisində "Asan" xidmətinin arxa hissəsindəki ərazidə dövlət tərəfindən inşa edilən sosial mənzillərin alınmasında köməklik edə biləcəyini demişdir. Yəni Asimin deməsinə o, ona ilkin olaraq 1.000 manata sosial mənzillərə olan növbəni satmasını, sonralar müəyyən sənədlərin alınıb həmin mənzil üçün təqdim edilməsi üçün hissə-hissə təxminən 500-600 manat məbləğində xərci çıxacağını və təxminən 2023-cü ilin may ayına yəni təxminən bir ay sonra təmirli iki otaqlı mənzilə köçə biləcəyini, alınmış mənzillə görə sonralar hər ay 270-300 manat məbləğində 25 il müddətində ödəniş etməli olduğunu bildirmişdir. Oda Asimi əvəllər də tanıdığı üçün ona inanmış, onun təklifi barədə evdə anası İradə Qocayevaya bildirmiş, anası da sosial mənzilin alınmasına razılaşmışdır. O və anası İradə Asimin bu təkliifi ilə razılaşdıqdan sonra, o, yaşadığı evdə olarkən adına olan "Leobank" plastik bank kartından Təqsirləndirilən şəxs göndərdiyi "Leobank" plastik bank kart hesabına 04 aprel 2023-cü il tarixdə saat saat 09:35 dəqiqədə 1.000 manat, sonra yenə Asimin istəyi ilə 06 aprel 2023-cü il tarixdə saat 09:17 dəqiqədə, 194 manat, bir neçə dəqiqə sonra əlavə 121 manat və 58 manat olmaqla cəmi 373 manat, yenə bir neçə gündən Asimin istəyi ilə 08 aprel 2023-cü il tarixdə saat 11:37 dəqiqədə 179 manat, yenə Asimin istəyi ilə 13 aprel 2023-cü il tarixdə saat 04:44 dəqiqədə 280 manat, 17 aprel 2023-cü il tarixdə saat saat 21:36 dəqiqədə, 105 manat və 19 aprel 2023-cü il tarixdə saat 10:34 dəqiqədə 105 manat olmaqla ümumilikdə cəmi 2.042 manat pulu köçürmüşdür. Onun Asimin adına yaşadığı evdən etdiyi pul köçürmələrinin qəbzlərinin sürətlərini, həmin göndərdiyi pul vəsaitləri anasına aid olduğundan və Asimin dələduzluq hərəkətlərinə dair anası İradə polisə şikayət ərizəsi verərkən təqdim etmişdir. Əlavə qeyd etmişdir ki, Asim vəd etdiyi pulu aldıqdan bir ay keçsə də, yəni onun vəd etdiyi müddət bitdikdə, o və anası İradə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng etdikdə, İradə zənglərinə cavab verməmiş, yenə təxminən bir ay keçdikdə, Asim arada anası İradənin zənglərinə cavab verdikdə, Asim yalan danışmış mənzil işi düzələcəyinə yalandan söz verib əlavə 307 manat anasından pul lazım olmasını bildirdikdə, anası ona yalan danışdığını bildirərək verdiyi pulları geri tələb etməyə başlamışdır. Asim də anası İradəyə pulu qaytaracağına söz versə də sonralar zənglərinə cavab verməmişdir. O, Asimin istəyi ilə anası İradəyə aid cəmi 2.042 manat göndərmiş, sonralar anasının zənglərinə görə Asim həmin puldan 284 manat məbləğini bank kartına qaytarmışdır. Hazırda Asimin anası İradəyə borclu olduğu məbləğ 1.758 manatdır, həmin məbləği də anası ondan tələb edirmiş. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 06 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəmsinin 08 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət əməlinin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 ,178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - 30 mart 2024-cü il tarixli qərardan aydın olur ki, Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və birgə istintaqı aparılması qərara alınmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və birgə istintaqı aparılması qərara alınmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və birgə istintaqı aparılması qərara alınmışdır; - xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, Şahid1 Təqsirləndirilən şəxs 8400 manat pul vermişdir; - xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, X6 Asim Adil oğluna 8500 manat pul vermişdir; - xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən aydın olur ki, Ələkbərov X21 Asim Adil oğluna 2000 manat pul vermişdir; - Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq üzərinə dirəvi, daxilində “Kənan turizm holdinq” yazısı olan möhür vurulmuş qəbzlərdən göürünür ki, Təqsirləndirilən şəxs X13 ev təşkil etmək adı ilə 8000 manat, Zərərçəkmiş şəxs7 ev təşkil etmək adı ilə 8500 manat və X12 ev təşkil etmək adı ilə 8500 manat pul almışdır; - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli E-manat qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına müvafiq olaraq 1000 manat, 1000 manat və 307 manat pul köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli E-manat qəbzindən görünür ki, Təqsirləndirilən şəxs kart hesabına 3000 manat pul köçürülmüşdür; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, X25 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, X7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs10 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs11 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur; - Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-798/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay 23 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir; - Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır; - Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-89/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay 15 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-89/2024 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından həbsdən azad olunması qərara alınmışdır; - 21 iyun 2024-cü il tarixli qərara görə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif olunmuşdur; - 22 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, X4 barəsində “Güzəştli mənzil” sistemi üzrə hər-hansı məlumat aşkar edilməmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, xx.xx.2015-ci il təvəllüdlü Kənan və xx.xx.2017-ci il təvəllüdlü Kamal Təqsirləndirilən şəxs övladlarıdır; - Zərərçəkmiş şəxs X9 tərəfindən notarial qaydada verilmiş ərizədən aydın olur ki, ona dəymiş ziyan ödənilmişdir; - Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən aydın olur ki, ona dəymiş ziyandan 1000 manat ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı qismən ödəməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) onun əməlinin çox epizodlu (11 epizod) olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini və onlara dəymiş ziyanı ödəməməsini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar X8 tərəfindən verilmiş mülki iddia təmin edilməli, Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 316.1-ci maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. 316.2-ci maddəsinə görə mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı X5 18400 manat maddi ziyan vurması tam sübuta yetirildiyindən tam təmin edilməlidir. Zərərçəkmiş şəxs5 22.114 (iyirmi iki min yüz on dörd) manat məbləğində maddi ziyan vurulması sübuta yetirilsə də, müəyyən olunmuşdur ki, mülki cavabdeh tərəfindən 1500 manat pul qaytarılmışdır. Bu səbəbdən də, mülki iddia qismən təmin edilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onun mülki iddiası baxılmamış saxlanılmalı və ona iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı X2 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 18.400 (on səkkiz min dörd yüz) manat məbləğində vurulmuş maddi ziyan tutularaq X5 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilsin, Təqsirləndirilən şəxs 20.614 (iyirmi min altı yüz on dörd) manat məbləğində vurulmuş maddi ziyan və 157 (yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar