Məhkəmə qərarları › İş №1(003)-452/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-452/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-452/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 05 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Spar” marketin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 istifadəsində olan “Ford Transit” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1300 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 26 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri olan ərzaq mağazasının pəncərəsini şüşəsini sındırmaqla qanunsuz daxil olaraq oradan 2000 manat dəyərində 30 blok müxtəlif adda tütün məmulatlarını, yəni siqaretləri və 200 manat qəpik pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 2200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 03 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozundan yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 250 manat olan, ümumi qiyməti 1000 manat təşkil edən 4 ədəd xalçanı, 1 ədəd 120 manat dəyərində kiçik paltaryuyan maşını, 1 ədəd 45 manat dəyərində tikintidə istifadə olunan lazer tərəzini, 1 ədəd 35 manat dəyərində plastik boru ütüsünü, 1 ədəd 120 manat dəyərində su qızdırıcısını, 1 ədəd 45 manat dəyərində su nasosunu, 1 ədəd 35 manat dəyərində əl arabasını, hər birinin qiyməti 50 manat olan ümumi dəyəri 100 manat təşkil edən 2 top elektrik naqillərini, 300 manat dəyərində müxtəlif ölçüdə və növdə 1 qutu qab-qacağı, elektik açarları, elektrik yuvası və avtomatlardan ibarət 200 manat dəyərində elektrik avadanlıqlarnı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 10 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs5 məxsus yarımtikili evinə qanunsuz daxil olaraq oradan 1 ədəd 60 manat dəyərində direli, 1 ədəd 200 manat dəyərində «Ural» markalı kiçik divardeşən-perefaratoru, 1 ədəd 360 manat dəyərində «Bosch» markalı lobziki, 40 metr uzunluqda 30 manat dəyərində əlaqələndirici naqili və 70 metr uzunluqda 50 manat dəyərində əlaqələndirici naqili gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yarımtikili evə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 20 manat dəyərində istilik sobasını, 01 ədəd 20 manat dəyərində dekor alətini, 01 ədəd 150 manat dəyərində divardeşənperefaratoru və 01 ədəd 10 manat dəyərində şpakel alətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,467 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 13 fevral 2023-cü il tarixdə saat 18:10-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış və həmin gün saat 19:25-də Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 büküm təmiz çəkisi 0,467 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək, 05 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «Spar» mağazasının yaxınlığında olan zaman ağ rəngli «Ford» markalı avtomobilin sürücüsünün mağazaya mal gətirdiyini və avtomobilin qapısını bağlamadan mağazaya girdiyini görmüş, tez həmin avtomobilin yanına gedib avtomobilin içərisini axtarmağa başlamışdır. Salonda sərnişin oturacağının üstündə olan kişi papağının altından bir ədəd əl çantası tapmış, içərisinə baxmadan götürmüş və oradan uzaqlaşmışdır. Həmin yerdən Südçülük savxozu istiqamətində gedərkən köhnə ayılmış vaqonun yanında çantanı açaraq içərisinə baxmış, içərisində 300 ABŞ dolları, 500 manat və xeyli sayda 10 manatlıqlar olmuşdur. Pulun dəqiq sayı yadında qalmamışdır. Yalnız pul lazım olduğu üçün çantada olan bir ədəd köhnə markalı telefon, açarlar, bank kartları və şəxsiyyət vəsiqəsini həmin yerdə çanta ilə birlikdə yol kənarına atmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 26 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində oğurluq üçün yer axtararkən mağaza görmüş, mağazanın plastik qapısının şüşəsini sındıraraq içəriyə daxil olmuşdur. Mağazada kağız pul olmadığından vitrindən təxminən 6 blok sobiraniya və kent markalı siqaretləri götürmüş, piştaxtanın üstündən isə qəpik pulları götürərək oradan uzaqlaşmışdır. Əldə etdiyi pulları isə şəxsi istifadəsi üçün xərcləmişdir. Siqaretlərin bir neçəsini götürdükdən sonra digərlərini pul lazım olduğu üçün qiymətindən ucuz qiymətə tanımadığı şəxslərə satıb əldə etdiyi pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 02 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda oğurluq etmək üçün ev axtararkən evlərdən birinin qapısının açıq olduğun, qapıdan içəriyə baxdıqda isə evin işıqlarının yanmadığını görmüşdür. Lakin axşam saatları olduğundan ev sahibinin gələcəyini fikirləşmiş, evə girməmişdir. Səhəri gün yəni 03 fevral 2023-cü il tarixdə saat 11 radələrində həmin evin yanına getmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra darvaza yenə açıq olduğu üçün həyətə girmiş, bundan sonra evin yan pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açaraq evə daxil olmuş, oradan qab-qacaqlar, 3-4 ədəd xalça, bir ədəd paltaryuyan, lazer avadanlığı və digər məişət əşyalarını götürərək yol kənarına gedib taksi çağırmışdır. Taksi sürücüsünə yaşadığı evdən köçdüyü üçün evin əşyalarını satdığını bildirərək Sabunçu qəsəbəsində yerəşən rus bazarı kimi tanıdığı yerə getmiş, orada oğurladığı əşyaların hamısını ayrı-ayrı müştərilərə ümumilikdə 174 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 10 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda oğurluq etmək üçün ev axtararkən «Nur» marketin yaxınlığında olan evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan içəriyə keçərək evin plastik pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb evə daxil olmuşdur. Bundan sonra evin otaqlarından bir ədəd drel, bir ədəd laqonda, bir ədəd divardeşən, bir ədəd lobzik və elektrik naqillərini oğurlayaraq oradan uzaqlaşmışdır. Səhəri gün oğurladığı əşyaları Sabunçu rayonu ərazisində yerləşən rus bazarına aparmış və həmin əşyaları ümumilikdə 150 manata satmışdır. Elektrik naqillərini isə boş həyətlərin birində yandıraraq Mehriban qonşular deyilən ərazidəki metal qəbulu məntəqəsinə 20 manat müqabilində satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 11 fevral 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində oğurluq etmək üçün ev axtararkən yaşayış olmayan yarımtikili ev görmüş, hasardan keçərək evin otaqlarını axtarmağa başlamış, həmin yarımtikili evdən bir ədəd pletka, bir ədəd dekor, bir ədəd şpakel və bir ədəd perefarator oğurlayaraq oradan uzaqlaşmışdır. Həmin əşyaları da səhəri gün yenə də Sabunçu qəsəbəsində yerləşən rus bazarına apararaq ümumilikdə 100 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi etiyaclarına xərcləmişdir. Bundan sonra 13 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi məqsədi ilə heroin almış, həmin gün yəni, 13 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq 3-cü PŞ-nin əməkdaşları olduqlarını demişlə və onu narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə apararaq təhvil vermişlər. Bundan sonra polis şöbəsində narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını demişlər. Buna etiraz etməmiş, bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyini və əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini bildirmişlər. Həmin vaxt polislərin üzərində şəxsi axtarış aparacaqları təqdirdə yuxarıda göstərdiyi narkotik vasitəni aşkar edəcəklərini başa düşdüyü üçün əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyduğu şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin narkotik vasitənin "kakos" olduğunu, onu Suraxanı rayonu ərazisindən şəxsi istifadəsi üçün aldığını, başqa məqsədi olmamış, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya olmamış, polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan narkotik vasitədən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən iştirakı ilə qablaşdırıb götürülmüş, bu barədə polis işçiləri protokol tərtib edib iştirakçılara oxumuş, protokolun doğruluğunu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Zərərçəkmiş şəxs3 məxsus «Ford» markalı avtomobildən pulları oğuladığını, lakin əl çantasında olan xırda pulların nə qədər oluğunu tam saymadığı üçün həmin pulların Çingiz Namazoun bildirdiyi qədər ola biləcəyini, Zərərçəkmiş şəxs4 məxsus mağazadan oğurladığı siqaretlərdən başqa qəpik pullar da oğurladığını, həmin qəpiklər çox olduğu üçün saymadığını, ona görə də qəpiklərin nə qədər olduğunu dəqiq bilmədiyini, Zərərçəkmiş şəxs4 bildirdiyi qədər ola biləcəyini, oğurlayaraq satdığı əşyaları Sabunçu qəsəbəsində yerləşən rus bazarında və yoldan keçən tanımadığı şəxslərə satdığını, eləcə də taksi sürücüsünü və taksi maşının markasını xatırlamadığını, dövlət qeydiyyat nişanını bilmədiyini, həmin şəxsləri tanımadığını, onlar haqqında heç bir məlumatı olmadığını, həmin əşyaları oğurluq yolla əldə etməsi barədə alan şəxslərə və taksi sürücüsünə heç nə demədiyini, əşyaların özünə məxsus olduğunu, öz evinin əşyaları olduğunu dediyini, oğurluq edərkən yanında heç kimin oladığını, tək olduğunu, üzərindən aşkar olunmuş heroini 13 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını, həmin heroini satmaq, eləcədə kiməsə pay vermək niyəti olmadığını, özüm istifadə etmək üçün üzərində saxladığını, üzərindən narkotik vasitə aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədyini, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini, onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlimdən peşman olduğunu, mobil telefonu olmadığını, narkotik vasitə alarkən heç kimlə əlaqə saxlamadığını, sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənləri tanıdığı üçün yaxınlaşıb narkotik vasitə istəyib-istəməsi bardə soruşduqda onlara almaq istədiyini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, "xxxx" MMC şirkətində «Ford Transit» markalı **-KH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü işləyir. Həmin nəqliyyat vasitəsi ilə Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mağazalara şirkətin mallarını paylayır. xx.xx.2023-cü il tarixdə saat 13-14 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Nur-Araz Spar» adlı marketə mal aparmış və idarə etdiyi maşını yolun kənarında saxlayıb qapılarını açıq qoyub marketə girmişdir. Malları təhvil verib müəyyən sənədləşmə işləri aparıldıqdan sonra çıxıb maşına tərəf getdikdə maşının qapısının yarı açıq olduğunu və sağ oturacağın üzərinə qoyduğu və içərsində ona məxsus 1300 manat pul, 1 ədəd 40 manat dəyərində «Nokia» markalı mobil telefon, özünə məxsus şəxsiyyət, sürücülük və veteranlıq vəsiqəsi, bank kartları və evinin açarları olan «adidas» markalı əl çantasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Dərhal zəng vurub bu barədə polisə məlumat vermiş, buna baxmayaraq ətrafa göz gəzdirməyə başlamışdır. Həmin vaxt maşını saxladığı yedən təxminən 300 metr qarşıda hasarın dibində əl çantasını tapmış, içinə baxdıqda 1300 manat puldan başqa digər əşyalarının yerində olduğunu görmüşdür. Yəni naməlum şəxs və ya şəxslər əl çantasından ona məxsus 1300 manat pulu oğurlayıb sənədləri, kartları, mobil telefonu və açarları çanta ilə birlikdə kənara atmışlar. Polislər gəldikdə isə onlara əl çantasında olan digər əşyaları tapdığını lakin pulun oğurlandığını bildirib bu barədə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona 1300 manat dəyərində maddi ziyan dəydiyini, əl çantasını maşının sağ oturacağının üzərinə qoyub üstünü papaq ilə örtdüüynü, maşının qapsını bağlamasa da örtdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən bazarın girəcəyində icarə əsasında ərzaq mağazası işlədir. Mağazanı hər gün saat 07-08 radələrində açıb axşam saat 19:00-da bağlayıb gedir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində mağazanı bağlayıb getmiş, xx.xx.2023-cü il tarixdə saat 07:30-da mağazanı açmaq istədikdə naməlum şəxs və ya şəxslərin mağazanın plastik materialdan olan qapısının şüşəsini sındırmaqla içəri daxil olub mağazadan 30 blok müxtəlif adda tütün məmulatları, yəni siqaretləri və kassanın çəkməcəsində olan 200 manat qəpik pulları oğurlayaraq ona cəmi 2200 manat dəyərində maddi ziyan vurduqlarını aşkar etmişdir. Ona görə də zəng vurub bu barədə polisə məlumat verməklə ərizə yazıb şikayət etmişdir. Hadisə yerinə gələn polis işçiləri tərəfindən müvafiq araşdırma aparılmışdır. Hadisə baş verdikdən sonra mağazadan oğurlamış siqaretləri saymış və müəyyən etmişdir ki, oğurlanmış siqaretlərin dəyəri 2000 manat təşkil edir. Bundan başqa kassanın çəkməcəsindən də 200 manat qəpik pullar da oğurlamış və nəticədə ona 2200 manat dəyərində maddi ziyan dəymişdir. Mağazadan baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 04 saylı X5 rabitəçi işlədiyi üçün Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən oğurluq hadisəsi baş vemiş evdə yaşamır. Buna baxmayaraq həmin evə tez-tez gedir, baş çəkib müəyyən işlər görüb qayıdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evə baş çəkmək üçün getdikdə evin sağ tərəfində yerləşən pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olduqda naməlum şəxs və ya şəxslərin pəncərənin şüşəsini sındırmaqla içəridən ona məxsus hər birinin qiyməti 250 manat olan, ümumi qiyməti 1000 manat təşkil edən 4 ədəd xalçanı, 1 ədəd 120 manat dəyərində kiçik paltaryuyan maşını, 1 ədəd 45 manat dəyərində tikintidə istifadə olunan lazer tərəzini, 1 ədəd 35 manat dəyərində plastik boru ütüsünü, 1 ədəd 120 manat dəyərində su qızdırıcısını, 1 ədəd 45 manat dəyərində su nasosunu, 1 ədəd 35 manat dəyərində əl arabasını, hər birinin qiyməti 50 manat olan ümumi dəyəri 100 manat təşkil edən 2 top elektrik naqillərini, 300 manat dəyərində müxtəlif ölçüdə və növdə 1 qutu qab-qacağı və elektik açarları, elektrik yuvası, avtomatlardan ibarət 200 manat dəyərində elektrik avadanlıqlarnı oğurladıqlarını aşkar etmişdir. Ona görə də zəng vurub bu barədə polisə məlumat verməklə ərizə yazıb şikayət etmişdir. Hadisə yerinə gələn polis işçiləri tərəfindən müvafiq araşdırma aparılmış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 2000 manat dəyərində maddi ziyan dəydiyini, evindən baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs əvvəllər görmədiyini, tanımadığını həmin evin həyətində, içində və ya ətrafda hər hansı müşahidə kamerasınin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən çörək zavodunun arxa tərəfində fərdi yaşayış evit tikdirir. Həmin evi təxminən 1-2 il olar ki, tikdirməyə başlamış, ev hələ ki, tam hazır deyil. Evin təmirini özü etdiyi üçün özünə məxsus bəzi təmir, usta alətlərini də evdə saxlamışdır. Demək olar ki, evdə 1-2 gündən bir gedib işləmişdir. Hadisə baş verməmişdən əvvəl evdə xx.xx.2023-cü il tarixdə olmuş, həmin gün saat 17 radələrinədək evdə işləyib işini qurtarıb evin qapı və pəncərlərini bağlayıb getmişdir. xx.xx.2023-cü il tarixdə evə işləmək üçün getdikdə evin mətbəx otağının plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Qapını açıb içəri daxil olduqda isə naməlum şəxs və ya şəxslərin evin otaqlarına qoyduğu ona məxsus 1 ədəd 60 manat dəyərində markasını xatırlamadığı direli, 1 ədəd 200 manat dəyərində «Ural» markalı kiçik divardeşən-perefaratoru, 1 ədəd 360 manat dəyərində «Bosch» markalı lobziki, 40 metr uzunluqda 30 manat dəyərində əlaqələndirici naqili və 70 metr uzunluqda 50 manat dəyərində əlaqələndirici naqili oğurladıqlarını aşkar etmişdir. Ona görə də zəng vurub bu barədə polisə məlumat vermiş, bir qədər sonra polislər gəlib müvafiq araşdırma aparmışlar. Hhadisə barədə ərizə yazıb şikayət etmişdir. Hadisə nəticəsində ona cəmi 700 manat dəyərində maddi ziyan dəymişdir. Evində baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs əvvəllər görməmiş, tanımamış, evi yeni tikdirdiyi üçün hadisənin baş verdiyi evin həyətində və içində hər hansı müşahidə quraşdırmamışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdən Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən Şirxan adlı şəxsin evində usta kimi işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus tikinti alətlərini işlədiyi yarımtikili evin hamam otağına yığaraq yaşadığı Tərtər rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində iş yerinə qayıtdıqda ona məxsus tikinti alətlərinin yerində olmadığını görmüş və ev sahibindən alətlərin yerində olmadığını deyib soruşmuş, o, isə xəbəri olmadığını bildirdikdə oğurluq olması barədə DİN-nin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bir qədər sonra polislər həmin yerə gəlib müvafiq araşdırma aparmışlar. Bununla bağlı ərizə yazıb şikayət etmiş, həmin oğurluq zamanı evdən ona məxus 01 ədəd 20 manat dəyərində istilik sobası, 01 ədəd 20 manat dəyərində dekor aləti, 01 ədəd 150 manat dəyərində divardeşən-perefarator və 01 ədəd 10 manat dəyərində şpakel aləti oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 200 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi baş vermiş evin sahibinin adının Şirxan oluğunu, lakin onun kim olmasını və harada yaşadığını bilmədiyini, həmin evdə usta işlədiyi üçün evdən oğurlanmış əşyalar hamısı özünə məxsus olmuş, oğuruq nəticəsində yalnız özünə maddi ziyan dəymiş, ev yeni tikildiyi üçün evdə dəyərli hər hansı əşya və ya alət olmamış, yəni Şirxan adlı şəxsə məxsus hər hansı əşya və ya alət oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Xəzər RPİnin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zaman xx.xx.2023-cü il tarixdə saat 18 radələrində onu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələri qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlrala birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-nə getmiş, polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngil sellofana bükülmüş içərisində nakotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində narkotik narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə özü istifadə etmək üçün Suraxanı qəsəbəsi Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adnı bilmədiyi şəxsdən 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş narotik vasitəyə bənzər bükülü götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri Təqsirləndirilən şəxs və iştiraçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 2023-cü ilin əvvəllərində, 11 fevral 2023-cü il tarixdə səhər saatlarında işdə olarkən sonradan üzdən tanıdığı, anket məlumatları ona sonradan məlum olan Təqsirləndirilən şəxs işlədiyi əlvan metal qəbulu məntəqəsinə gələrək bir qərər yanmış halda mis naqilləri gətirib öz həyətlərindən götürdüyünü və satmaq istədiyini demiş, həmin misi tərəzi ilə çəkib çəkisinə görə ona təxminən 20 manat pul vermişdir. Bundan təxminən bir ay sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin işçiləri gəlib Təqsirləndirilən şəxs şəkilin göstərərk ondan hər hansı metal alıb-almadığını soruşduqda onlara Təqsirləndirilən şəxs üzdən tanıdığını, ondan bir neçə dəfə yanmış halda mis naqillər və bəzi yararsız usta alətləri adığını demişdir. Təqsirləndirilən şəxs aldığı mis naqillərin oğurluq yolla əldə olunmasından xəbəri olmamış, çünki Təqsirləndirilən şəxs naqilləri öz həyətlərindən götürdüyünü, özlərinə məxsus olduğunu ona demiş, naqilləri satarkən tək olmuş, onun yanında heç kim olmamış, onu üzdən tanıdığını, belə ki, əvvəllər də ona bir neçə dəfə mis naqillər və yarasız alətlər satdığnı, Təqsirləndirilən şəxs ona satdığı mis naqilləri bir neçə gün sonra topladığı digər metallar və naqillər ilə birlikdə metal əritmə zavodlarına təhvil verdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 14 fevral 2023-cü il tarixli, 6/889 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədim edilmiş, üzərində AR DİN « Zərflər üçün №244» möhür əksi, «Şübhəli şəxs… Təqsirləndirilən şəxs…» və s. sözlər imzalar olan zərfdəki 01 ədəd 1 bükümdə təmiz çəkisi 0,467 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasiə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotikvasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 may 2023-ci il tarixli, 2664 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş Zamanov X4 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 400 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1, 177.2.2, 177.2.3, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 263.1-1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilmiş AR CM-nin 66.3 və 66.4-cü maddələrinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis-kapitanı Nihad Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 13 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:25-19:35 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Ruslan Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Ruslan Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün olmaqla, yəni 13 may 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 7(007)-100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin 7(007)-100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq ,417 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,417 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar