Məhkəmə qərarları › İş №1(003)-453/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-453/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-453/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 və onun müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə "xxxx" Mənzil Tikinti Kooperativinin "xxxx" saytının rəhbəri X2 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" Mənzil Tikinti Kooperativi xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" saytının rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və "xxxx" Mənzil Tikinti Kooperativinin həmin iş üzrə zərərçəkən və xüsusi ittihamçı qismində tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativi şikayətini onunla əsaslandırılmışdır ki, "xxxx" saytının inistagram səhifəsinin xx.xx.2023cü il tarixli buraxılışında "xxxx" Mənzil Tikinti Kooperativinin sədri Hüseyn Əsgərov həbs edilib” başlığı altında məqalə yerləşdirmişdir. Məqalənin məzmunu aşağıdakılardan ibarətdir: “Bu barədə "xxxx"-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib., azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aşağıda qeyd etdiklərinə əsasən həmin məqalədə yazılanların hamısı böhtan xarakterli yalan məlumatlardır. Bu gün Azərbaycan Respublikasında və ondan kənarda ən çox oxucu qüvvəsinə malik olan saytlardan biri olan "xxxx" saytı həmin böhtan xarakterli məqaləni paylaşmaqda məqsədi birmənalı olaraq bu gün mənzil satışı bazarında öndə gedən mənzil tikinti kooperativlərindən biri olan "xxxx" Mənzil Tikinti Kooperativini nüfuzdan salmaq, onun alıcı qüvvəsinin sayını azlatmaqdan ibarətdir. Hesab edirlər ki, həmin məqalədə göstərilənlərin heç biri həqiqəti əks etdirməyən məlumatlardan ibarət olan məlumat olmaqla, həmin məlumatları paylaşmaqda məqsəd məhz MTK-nın işgüzar nüfuzdan salamaqdan ibarətdir. Belə ki, "xxxx" saytının xx.xx.2023-cü il tarixli buraxılışında qeyd olunur ki, "Qurtuluş 93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov həbs edilib. Qeyd edirlər ki, "xxxx" Mənzil Tikinti Kooperativi fəaliyyətə başladığı gündən bu günədək heç vaxt onun Hüseyn Əsgərov adlı sədri olmamışdır, "xxxx" MTK-nin üzvləri ümumiyyətlə Hüseyn Əsgərov adlı MTK rəhbəri tanımırlar. Məqalənin ikinci abzasında qeyd edilir ki, "Bu barədə "xxxx"-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Hüseyn Əsgərovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Halbuki, Baş Prokurorluğun Mətbuat Xidmətindən "xxxx" Mənzil Tikinti Kooperativinə verilən məlumata əsasən qeyd olunanların həqiqətə uyğun olmadığını və bu kimi hallar barədə məlumatın heç vaxt "xxxx" sayıtına verilmədiyini bildirmişlər. Bundan əlavə, məqalənin dördüncü abzasında qeyd olunur ki, ibtidai istintaq zamanı Hüseyn Əsgərovun qeyd olunan vəzifədə işləyərkən "Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Yuxarıda qeyd etdikləri kimi, nə Hüseyn Əsgərovun, nə də ki, "Birlik-İnşaat” MMCnin "xxxx" Mənzil Tikinti Kooperativi ilə iş birliyi və ya hansısa bir bağlılığı olmamışdır. Məqalənin beş və altıncı abzasında qeyd olunur ki, "İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməyib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yuxarıda qeyd etdiklərindən və təqdim etdikləri sübutlardan da görünür ki, nə Hüseyn Əsgərovun, nə də ki, "Birlik-İnşaat” MMC-nin "xxxx" Mənzil Tikinti Kooperativi ilə heç bir bağlılığı olmadığı halda, "xxxx" saytı məlumatların yalan olduğunu bilə-bilə MTKni nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqala böhtan ataraq MTK-ni ağır cinayətdə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edərək MTK-nin işgüzar nüfuzunu ləkələmişdir. İşgüzar nüfuzlarının aşağı düşməsi ilə bağlı qeyd edirlər ki, "xxxx" saytının inistagram səhifəsinin xx.xx.2023-cü il tarixli buraxılışında "Qurtuluş-93" Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov həbs edilib” başlığı altında yerləşdirilən məqaləni çoxlu insan kütləsi oxumuş və "Qurtuluş-93" Mənzil-İstismar Kooperativinin ünvanına yaraşmayan ifadələr işlədilmişdir. Belə ki, oxuculardan Könül İsmayılova80 şok yaşaması barədə "smay lk", leylosh369 adlı oxucu "ar olsun" 7.emindii @uqur.0-0 adlı oxucu "gülüş smaylkı", 777 cakır "Masazırda işləyir", bayramova19.07 adlı oxucu "mən də deyirdim gedək qurtuluşdan ev alaq", kredit təşkilatı 2023 yenə də "qorxu smaylkı", akbar_hsynv "mən turistǝ 10 manat atış gələ bilmirəm bu bizimkilərə 166.000 atıb və gülüş smaylkı", teymur9983 "qurtuluşta qalanlar. Salamlar və gülüş smaylkı", cǝna_letinant_81 adlı istifadəçi "hə tutduz bəs yazıq millət öz pulun kimdən alsın, heçnə yatıb çıxacaq yenə nə olursa yazıq kasıba olur". Elektron ünvan "gülüş smaylkı", anonim220489 "qorxu smaylki", aaa_ou_722 adlı oxucu "Hacı Məhərrəmdi axı oranın sahibi və şok smaylkı" işarəsini qoymaqla bu şəkildə reaksiya vermişlər. Bundan başqa, məqalənin başlığı üstündə "Qurtuluş-93" yaşayış kompleksinin giriş hissəsinin şəklini qoymaqla insanları inandırmağa çalışırlar ki, bu şirkət və rəhbərliyi dələduzluqla məşğuldurlar. Artıq bu yazıdan sonra müştəri sayları tamamilə azalmışdır. Mənzil almağa gəlmək istəyən daha gəlmir, gələn isə şirkətin rəhbərliyinin dələduzluq üstündə tutulubtutulmamasını soruşurlar. Bu sorğu suallar və alıcı kütləsinin yox olmaması bizi olduqca narahat edir. Bu yazı bizə həm də işlədikləri şirkətlərlə də problem yaratmaqdadır. Belə ki, uzun illər ərzində nüfuz qazanaraq nisyə işlədikləri şirkətlər vardır ki, onlar həmin şirkətlərdən nisyə mal-material alırlar və əvəzini yaşayış və qeyri-yaşayış sahələri verməklə ödəyirlər və ya həmin şirkətlər pul istədiklərində onlara bu pulun ödənilməsinə vaxt verirdilər. Artıq onlar bu alqı-satqıları da həyata keçirə bilmirlər və iş fəaliyyətləri də dayanmışdır. Bunun nəticəsində də işdə ixtisarlar edib işçilərin sayını azaltmaq məcburiyyətindədirlər. Halbuki, həmin işçilər onlarla işləyib aldıqları əmək haqları ilə ailələrini dolandırırdılar. Bu işçilərin içində isə qazi və şəhid ailələrinin üzvləri də vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunun bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət sayılır. Bundan əlavə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsinə, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatların hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi, və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə. yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və qavraya reklam və sair) başa düşülür. biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbuatın və teleradio kanallarının intenet saytları və digər yayım formaları başa düşülür. Hesab edirlər ki, "xxxx" saytının rəhbəri X5 böhtan yəni yalan olduğunu bilə-bilə, "xxxx" Mənzil Tikinti Kooperativin işgüzar nüfuzunu ləkələyən və nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla, eyni zamanda ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atdığı üçün AR-nin CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi barəsində yuxarıda qeyd olunan böhtan xarakterli yazılarda müəllifin istinad etdiyi mənbələr göstərilməməklə "X3 haqqında" Qanunun 10cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, adı çəkilən maddəyə əsasən rəsmi mötəbər mənbə olmayan mənbə adı altında şaiyələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunsuz əməllər törətmək məqsədi ilə X3ndən istifadə olunmasına yol verilmir. "Azərbaycan jurnalistlərinin peşə etikası Kodeksi"-nin 2.2-ci maddəsində qeyd olunur ki, "Qeyri-rəsmi mənbələrin informasiyası, onların həqiqətə uyğunluğu və informativ dəyəri lazımi qaydada yoxlanılmadan yayılmamalıdır”. "X3 haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci bəndinə əsasən mətbu nəşrdə çap olunan məlumatların həmin Qanunun tələblərinə uyğun hazırlanmasına baş redaktor məsuliyyət daşıyır. Bu yazılı məqalələri ilə MTK-nı və rəhbərliyini mənfi qiymətləndirməklə MTK-nin şərəf və ləyaqətini aşağılamış, MTK-ya böhtan ataraq onun rəhbərlərini dələduzluğun ağır formasında ittiham etməklə MTK-nı nüfuzdan salmışdır. Azərbaycan Respublikası CPM-nin 37-ci madddəsinə əsasən cinayət təqibinin növlərindən birini də xüsusi ittiham təşkil edir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 45.4-cü maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. "Şərəf və ləyaqətin X1 Məhkəmələr Tərəfindən Tətbiq X6" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətinin ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rǝy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Adı çəkilən qərarın 5-ci bəndində məhkəmələrin diqqətinə o da çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayət əlaməti olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Ona görə də Azərbaycan Respublikası CPM-nin 37.2, 298-300-cü maddələrini rəhbər tutaraq şikayətin təmin edilməsi, "xxxx" saytının rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və "xxxx" Mənzil Tikinti Kooperativinin həmin iş üzrə zərərçəkən və xüsusi ittihamçı qismində tanınması barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X5 və onun müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 göstərdilər ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Cinayət Prosesual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən “şikayətin məzmunu CPM-nin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda” məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunan Məcəllənin 293.3.1, 293.3.2 və 293.3.5 maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə verilmiş yazılı şikayətə “şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş” göstərilməlidir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi normalara uyğun olmayaraq verilmişdir. Bununla yanaşı, məhkəmə, işin hallarına qiymət verərkən eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 293.3.2-ci maddəsindən irəli gələn normasına yəni iş üzrə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən şəxsin əməlində 3 müxtəlif əməlin olmasınada nəzər yetirir. Belə ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayətlərdən biri obyektiv cəhətdən böhtanda, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydıqda (CM-nin 147.1-ci maddəsi) ifadə olunduğu halda digər cinayət obyektiv cəhətdən ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda ifadə olunur (CM-147.2-ci maddəsi). Azərbaycan Respublikasının 148-ci maddəsində nəzərdə tutulan cinayət isə obyektiv cəhətdən təhqirdə yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda ifadəni nəzərdə tutur. Yuxarıda göstərilən hər üç əməlin birlikdə onun tərəfindən törədilməsi mümkün deyildir. Hesab edir ki, məhkəmə qərar çıxararkən şikayət verən şəxsin CPM-nin 293.2-ci maddəsinin məhz hansı əməlin törədilməsi sübuta yetirilmədiyindən, həmçinin CPM-nin 293.3.1-293.3.7-ci maddərinə əsasən normalara uyğun olmadığı üçün Verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi baxışa təyin olunmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunvericiliyin tələbinə uyğun verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsini baxışa təyin etmədən geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndələri – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 və onun müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativi Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmiş, lakin ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətçi hansı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin, hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs "xxxx" saytının rəhbəri X2 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar