Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-454/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 221.3cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məcləsinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 02 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Elşad Bünyadov küçəsi, ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsrafıloviç 13 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində içkili vəziyyətdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat” marketin qarşısında pivə almaq üçün istədiyi pulu verməkdən imtina etməsi səbəsindən əvvəldən tanıdığı Şahid ilə sözlə mübahisə yaratmış, Şahid bu barədə telefonla verdiyi məlumat əsasında oraya gələn əvvəldən tanıdığı qardaşı Zərərçəkmiş şəxs niyə bacısına sataşdığını soruşub mübahisə yaradaraq onu şillə ilə vurub itələyərək yerə yıxdıqdan sonra Zərərçəkmiş şəxs arxaya çevrilib gedərkən o, şəxsi münasibətlərinin pozulması zəminində qəsdən qisas almaq məqsədilə orada yerdən əldə etdiyi şüşə materialdan olan butulka ilə arxadan qəflətən ani olaraq Zərərçəkmiş şəxs baş nahiyyəsindən vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qapalı kəllə-beyin travması, baş beynin sol alın payının hemorragik əzilməsi, ənsə nahiyəsinin hematoması kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs İsrafıloviç Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə qonşudurlar və əvvəldən tanımışdır. Zərərçəkmiş şəxsin bacısı xəstədir və hər zaman mağazanın qarşısında dayanaraq köməklik məqsədilə pul yığır. Hadisə zamanı pivə almaq üçün 1 manat pulu çatmamış və Samirin bacısı Elnurədən 1 manat borca pul istəmişdir. Bundan sonra Elnurə Samirlə telefonla əlaqə saxlamış və Samir oraya gəlmişdir. Bu vaxtı Samirlə mübahisə etmişlər və gücü çatmadığını görüb əlində olan pivə butulkası ilə Samirin başından vurmuşdur. Hazırda törətdiyi əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində bacısı onunla əlaqə saxlayaraq Əlinin ona sataşdığını bildirmişdir. Bundan sonra bacısının yanına getmişdir. Orada olan zaman Əli ilə əlbəyaxa olmuş və Əli əlində olan butulka ilə onun başından vurmuşdur. Hazırda təqsirləndirilən şəxsə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə qonşudurlar. Hadisə zamanı əsəbləşib qardaşını çağırmışdır. Qardaşı gələndə Əli ilə mübahisə etmişlər və Əli butulka ilə qardaşını vurmuşdur. Məhkəmə iclasında elan olunmuş “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 1136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş-beynin sol alın payının hemorrağik əzilməsi, ənsə nahiyyəsinin hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərər vurmaya aiddirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, dəymiş ziyanın tam olaraq ödədiyi, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə Təqsirləndirilən şəxs oğlu ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən xx.xx.1989-cu il tarixdə Volqoqrad vilayətində anadan olmuş Orucov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq, 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı cəzasının çəkilməmiş 2 ay 2 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması öz təsdiqini tapmaqla sübuta yetirilmişdir. Bu zaman məhkəmə, yuxarıda qeyd olunana qanunvericiliyin tələblərini əsas götürməklə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 manat, ümumilikdə 162 (bir yüz altmış iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-454/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-454/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver