Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-455/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Maşınqayırma” pansionatında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid ilə cinayət əlaqəsinə girərək baş etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna yaşayış massivində yerləşən “Al” marketin qarşısında saxladığı “Mercedes Benz 180 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 12 aprel 2022-ci il tarixdə iş yoldaşı Müsavərlə birlikdə saat 18 radələrində Bilgəh qəsəbəsindən işdən çıxıb Müsavərə məxsus Mersedes markalı **-HF-*** dövlət nömrə nişanlı avtomaşınla Qala qəsəbəsinə kafeyə çörək yeməyə getmişlər. Gələndə yoldan Müsəvvərin öz tanışı maşına əyləşmiş, həmin Müsavərin tanışını o tanımırmış. Onlar birlikdə Qala qəsəbəsində hərbi şəhərciklə üzbə üzdə yerləşən adını xatırlamadığı kafedə çörək yeməyə əyləşmiş, Müsavər evdən kafedə bişirtdirməyə balıqda götürmüşdür. Onlar təqribən bir saat masa arxasında oturub yeyib içmişlər. Sonradan adını bildiyi Ülvi adlı şəxsdə kafeyə gəlmiş, onlar masaya əyləşmişlər. O, Ülvi ilə masa arxasında tanış olmuş və bilmişdir ki, Ülvidə Müsavərin öz tanışıdır. Bir qədər masa arxasında əyləşdikdən sonra təqribən saat 22 radələrində o, hava almaq üçün kafedən çıxmaq qərarına gəlmiş və yeni tanış olduğu Ülvinidə özü ilə kafedən bayıra çıxmağa dəvət etmişdir. Onlar birlikdə kafedən bayıra çıxmış bir qədər söhbət etdikdən sonra kafenin qarşısında dayanmış Müsavərin avtomaşınına gözü sataşmış, maşının açarları üstündə olmuş və o, Ülviyə təklif etmişdir ki, «gəl maşını götürüb biraz sürək». Onlar maşına əyləşmiş. O, sükan arxasında oturmuş Ülvi sərnişin yerində əyləşmişdir. O, maşını işə salıb Qala qəsəbəsindən üzü Şüvəlan qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Qala Şüvəlan yolunun üstündə maşın xarab olub yolda sönmüşdür. Onlar avtomaşının yanacağının qurtardığını düşünmüş və yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinə yanacaq almağa getmiş, benzin aldıqdan sonra maşının yanına qayıtmış yanacağı töksədə lakin avtomaşını işə sala bilməmişlər. Onlar maşının qapısını bağlayıb taksiyə oturub əvvəlcədən əyləşdikləri kafeyə getmiş, lakin Müsavər kafedə olmadığından Müsavərin yaşadığı ünvana getmişlər. Təqribən bir saat vaxt keçmiş, Müsavəri çağırıb ona avtomaşınının xarab olaraq Şüvəlan yolunda qaldığını bildirmişlər. Bu zaman Müsavər bildirmişdir ki, artıq polisə müraciət etmişdir. İfadəsinə əlavə olaraq qeyd edmişdir ki, onların niyyəti avtomaşını sürmək olmuşdur. Maşının içərisindən hər hansı bir əşya oğurlamamışlar. Onlar spirtli içki təsiri altında olmuş və avtomaşını sahibinin məlumatı, xəbəri olmadan sürmüşlər. Avtomaşını idarə edərkən nəqliyyat vastəsinə heç bir xətər yetirməmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Süleyman və Ülvi adlı şəxsləri birlikdə işlədiyi üçün tanıyırmış. 12 aprel 2022-ci il tarixdə saat 19 radələrində Süleyman və Ülvı ilə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi ,Xaşa-xuna bağlarında yerləşən adını bilmədiyi kafedə əyləşib yemək yeyərək spirtli içki qəbul etmişlər. Onuda qeyd edmişdir ki, həmin kafeyə o, Süleyman və tanışı ilə birlikdə baş etibarnamə ilə özünə məxsus olan Mercedes Benz 180 markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomaşınla getmişdir, o, maşını kafenin yaxınlığında olan «Al market»in qarşısında saxlamışdır və açarıda maşının üstündə qoyaraq, yaxında olduğundan qapılarını açıq qoymuşdur. Həmin vaxt onunla birlikdə Ülvinin dostu olan tanımadığı bir şəxsdə onunla əyləşmişdir. 12 aprel 2022-ci il tarixdə saat 22 radələrində Süleyman və Ülvi birlikdə kafedə küçəyə çıxmış, lakin hansı səbəbdən onların küçəyə çıxdıqlarını bilməmişdir. Süleyman ilə Ülvi küçəyə çıxdıqdan bir müddət sonra o, Süleymangilin gəlmədiyini görüb kafedən çölə çıxarkən ona məlum olmuşdur ki, Ülvi ilə Süleyman birlikdə ona məxsus Mercedes markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən AL marketin qarşısından qaçırdıblar, maşın yerində yoxdur. O, bunu bildikdən sonra Ülvinin dostu ilə birlikdə avtomobillə Ülvi ilə Süleymanı Qala qəsəbəsində axtarmağa başlamış, lakin onları tapa bilməmiş, hətta Ülvi ilə Süleyman özlərinə məxsus mobil telefonları da kafedə saxlamışdılar. O, Ülvigili tapa bilmədiyi üçün yaşadığı evə getmişdir və bu barədə polisə müraciət etmişdir. Evə getdikdən bir müddət sonra Süleyman və Ülvi onun evinə gələrək avtomobili Şüvəlan qəsəbəsi istiqamətində olan yolda yanacağının bitdiyini demiş, daha sonra polis əməkdaşları ilə birlikdə avtomobilin olduğu yerə getmişlər. Əlavə olaraq onuda qeyd edmişdir ki, məlum olduğu kimi avtomobil onun əmlakıdır və onun əmlakından hər hansı bir oğurluq olmamış, eləcə də əmlakına hər hansı ziyan dəyməmişdir. Maşına heç bir ziyan dəyməmiş, sadəcə yanacağı qurtardığından maşın xotdan düşüb və sonra maşını işə sala bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, 12 aprel 2022-ci il tarixdə saat 19 radələrində Qala qəsəbəsi Xaşa-xuna yaşayış massivində yerləşən kafeyə getmiş, orada masaların birində tanışı Müsavirlə birlikdə sonradan adını Süleyman kimi bildiyi şəxs oturub yeyib içirmişlər. Oda həmin masaya yaxınlaşıb onlarla birlikdə yemək yeyib içərək söhbət etmişlər. O, masa arxasında Süleymanla tanış olmuş. Təxminən saat 22 radələrində Süleyman kafedən çıxmış və onuda özü ilə kafedən bayıra çıxmağa dəvət etmişdir. Onlar birlikdə kafedən bayıra çıxmış bir qədər söhbət etdikdən sonra kafenin qarşısında dayanmış Müsavərin avtomaşınına yaxınlaşan Süleyman ona təklif etmişdir ki, «gəl maşını götürüb biraz sürək». Oda razılaşmış, Süleyman sükan arxasına əyləşmiş, o, isə sərnişin yerində əyləşmişdir. Süleyman maşının açarının üstündə olduğundan maşını işə salıb Qala qəsəbəsindən üzü Şüvəlan qəsəbəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Qala Şüvəlan yolunun üstündə maşın xarab olub sönmüşdür. Onlar avtomaşının yanacığı qurtardığını düşünmüş və yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinə yanacaq almağa getmişdir, yanacaq aldıqdan sonra maşının yanına qayıtmış yanacağı tökmüş, lakin avtomaşını işə sala bilməmişlər. Onlar maşının qapısını bağlayıb taksiyə oturub əvvəlcədən əyləşdikləri kafeyə getmiş, lakin Müsavər kafedə olmadığından Müsavərin yaşadığı ünvana getmişlər. Təqribən bir saat vaxt keçmiş, Müsavəri çağırıb ona avtomaşının xarab olaraq Şüvəlan yolunda qaldığını bildirmişdir. Bu zaman Müsavər bildirmişdir ki, artıq polisə müraciət etmişdir. İfadəsində əlavə olaraq qeyd edmişdir ki, o, avtomaşının Süleyman tərəfindən qaçırıldığını düşünməmiş, heç ağlına gəlmirmiş, çünki o, əvvəlcədən bilirmiş ki, Süleymanla Müsavər bir evdə yaşayırmışlar, hətda maşına əyləşərkən Süleyman bildirmişdir ki, Şüvəlan qəsəbəsinə gedib qaydacağlar. Avtomaşına heç bir xətər yetirməmişlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Şuşa şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 13 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş ***-*******40 saylı, 27 iyul 2022-ci il məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə PŞ-nə könüllü gəldiyi üçün Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli axtarışda olun şəxsin könüllü təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə PŞ-nə könüllü gəldiyi üçün Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 27 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən tutulmuşdur. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx/xx-5803 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 03 saylı İT-na təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz iyirmi qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-455/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-455/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver