Məhkəmə qərarları › İş №1(003)-458/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-458/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-458/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12:50 X8 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Şəmkir rayonu Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu Dəllər- Cırdaxan Ərazi Dairəsi Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirtmək məqsədilə “facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs ilə birgə iş qurub yük avtomobili alıb icarəyə verib qazanc əldə etmək vədi ilə Zərərçəkmiş şəxs inandırıb aldadaraq 2023-cü ilin aprel ayının əvvəllərində bank kartı hesabı vasitəsilə Zərərçəkmiş şəxs məxsus 12000 (on iki min) manat məbləğində pulu, həmin ayın ortalarında 8000(səkkiz min) manat məbləğində pulu, 25 aprel 2023-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanının qarşısındakı küçədə isə 500 (beş yüz) manat məbləğində pulu, ümumilikdə 20500 (iyirmi min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir zaman psixi və ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmiş, əvvəllər bir dəfə məhkum olunmuşdur. Ailəlidir, 2 (iki) yetkinlik yaşma çatmayan övladı var, fərdi qaydada yük avtomobili sürüb ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs 2023-cü ilin mart-aprel aylarından tanıyır, onunla “facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs anket məlumatlarını yalan demiş, adı və soyadı Təqsirləndirilən şəxs olmasına baxmayaraq Zərərçəkmiş şəxs özünü “Samir Məmmədzadə” adı ilə təqdim etmişdir. Solmaz Cəbryayılova ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman özünü ona yalandan bir neçə yük avtomobili olan sahibkar kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən evində olmamış, yalnız bir dəfə Zərərçəkmiş şəxs yaşadığı evinin qarşısındakı küçədə Zərərçəkmiş şəxs ilə görüşüb iş barəsində söhbət etmişlər. Şəxsi borcları olduğuna görə və qızı Nuray qan azlığı xəstəliyindən əziyyət çəkdiyinə görə onun özəl xəstəxanalarda müayinə və müalicəsinə görə müəyyən qədər pula ehtiyacı olduğuna görə yalandan Zərərçəkmiş şəxs birgə iş qurub “Kamaz” markalı yük avtomobili alıb icarəyə verib qazanc əldə etmək adı ilə onu aldadıb inandıraraq ondan ümumilikdə 20500(iyirmi min beş yüz) manat pul almışdır. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs öz adına olmayan, bank və hesab nömrəsini xatırlamadığı hesaba 12000(on iki min) manat pul köçürmüşdür. Həmin pulu Zərərçəkmiş şəxs əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləmişdir. Təxminən 2023-cü ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs öz adına olmayan, bank və hesab nömrəsini xatırlamadığı hesaba 8000 (səkkiz min) manat pul köçürmüşdür. Həmin pulu Zərərçəkmiş şəxs əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləmişdir. Sonuncu dəfə 2023-cü ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisinə gələrək xatırlamadığı küçədə Zərərçəkmiş şəxs ona nağd olaraq 500 (beş yüz) manat pul vermişdir. Həmin vaxt orada ikisindən başqa heç kim olmamışdır. Həmin pulu Zərərçəkmiş şəxs əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləmişdir. Onun heç bir zaman “Kamaz” markal yük avtomobili olmamış, o, kimlərinsə “Kamaz” markal yük avtomobilini sürücü olaraq idarə edib əmək haqqı almışdır. Hazırda vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu və himayəsində azyaşlı uşaqlarının olmasını, ziyanı ödədiyini və zərəçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təqaüdçüdür. Təqsirləndirilən şəxs “Samir” adı ilə facbook sosial şəbəkəsi vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs özünü ona sahibkar kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında ona işğaldan azad olunmuş ərazilərdə yol çəkdiyini və ona məxsus 17 ədəd daş daşıyan “Kamaz” yük avtomobillərinin olmasını söyləmişdir. Bir neçə dəfə Sabir ilə mobil telefon vasitəsi ilə danışan zaman Sabir ona əlavə 01 ədəd “Kamaz” yük avtomobili alıb yol çəkən şirkətlərə icarəyə verəcəyi təqdirdə hər ay 1000-2000 manat qazanc əldə edəcəklərini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona “Kamaz” yük avtomobilini hansı məbləğə alacağı barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs inanıb etibar etdiyi üçün onunla razılaşmışdır. 2023-cü ilin aprel ayında, konkret gün yadında qalmasa da ünvan 2 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mərdəkan filialından öz adma açılmış bank hesabından nağd olaraq 15000(on beş min) manat pulu çıxararaq həmin bankın qarşısında 12000(on iki min) manat pulu nağd olaraq ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi xatırlamadığı bank kartı hesabına göndərmiş, həmin bank kart hesabı Təqsirləndirilən şəxs adma olmamış, adını xatırlamadığı kiminsə adına olmuşdur. Təqsirləndirilən şəxs pulu ondan alan kimi ona 01 ədəd “Kamaz” yük avtomobilini alıb şəkilini ona göstərəcəyini bildirmişdir. Sabir ona “Kamaz” yük avtomobilini onun adına alacağını və “Kamaz” yük avtomobilinin alınması üçün sifariş verdiyini bildirmişdir. Sabirə inandığı üçün ona başqa söz deməmişdir. Bir neçə gün keçəndən sonra Sabir onun mobil telefonuna qırmızı rəngli “Kamaz” yük avtomobilinin şəkilini göndərərək ona həmin maşını alması üçün beh verməsini bildirmiş, həmin gündən bir neçə gün keçəndən sonra Sabir onunla əlaqə saxlayaraq yenidən ondan “Kamaz” yük avtomobilinin alınması üçün 8000 (səkkiz min) manat pul istəmişdir. Sabirin onun mobil telefon nömrəsinə göndərdiyi müxtəlif şəxslərin adına olan bank kart hesablarına ümumilikdə 2023-cü ilin aprel ayının ortalarında 8000 (səkkiz min) manat pul köçürmüşdür. Sabir pulu ondan alandan sonra ona bildirmişdir ki, “Kamaz” yük avtomobilinin qiyməti 20000 (iyirmi min) manatdır və həmin yük avtomobilini Belarusiya Respublikasından sifariş edibdir, həmin yük avtomobili təxminən 1 (bir) ay ərzində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə çatdırılacaqdır. Həmin vaxtdan təxminən bir neçə gün keçəndən sonra Sabir avtomobilin sənədləşdirilməsi üçün ondan əlavə olaraq 500 (beş yüz) manat pul istəmişdir. Həmin vaxt Sabir yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən küçələrdən birinə gəlmiş və ona nağd olaraq 500(beş yüz) manat pul vermişdir. Sabir pulu ondan alandan sonra hər gün müxtəlif bəhanələrlə onu aldatmağa başlamış və telefon zənglərinə cavab verməmişdir. Təxminən il yarımdan çox müddət ərzində Sabirin ona pul qaytarmasını gözləmiş, lakin tam aldadıldığını biləndən sonra Sabir barəsində Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmiş və müraciəti ərazi aidiyyəti üzrə Xəzər RPİ-nin 3-cü PŞ-nə göndərilmişdir. Sonralar öyrənmişdir ki, Təqsirləndirilən şəxs “Kamaz” yüz avtomobili sifariş etməmiş, onun pulunu şəxsi tələbatlarına və borclarına xərcləmişdir. Hazırda təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmişdir, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diskdə olan məlumatlardan görünür ki, 01 ədəd CD diskə köçürülmüş səs yazılarında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vermiş olduğu 20500 (iyirmi min beş yüz) manat pulunu tələb etməsi, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs aldatması və sonuncudan dələduzluq yolu ilə ələ keçirdiyi pulu ona qaytarmadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsidən daxil olmuş xx.xx.2025-ci il tarixli, 1974 saylı kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi(ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb- biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özünü müdafiə etməyə meyillilik, hövsələsizlik, öz fikirlərini üstün tutmaq və s aşkar edilir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri müşahid olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Tərtər Hərbi Məhkəməsindən daxil olmuş 11 sentyabr 2017-ci il tarixli hökmün təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1(099)-234/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi əsasında təyin edilmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası Şəmkir Rayon Məhkəməsinin 7(076)-26/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən aylıq qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə islah işləri cəzası Şəmkir Rayon Məhkəməsinin 7(076)-54/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 03 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 21 may 2025-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 21 may 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs vəsatəti təmin edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun üç uşağı vardır: xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Cinayət 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5 ay 23 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 11 ay 16 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Dəllər-Cırdaxan Ərazi Dairəsi Dəllər- Cırdaxan kəndindəki ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi cəmi 40 saata görə 440 manat məbləğində pul vəsaiti, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi cəmi 7 saata görə 187 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar