Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-459/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Prius" markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi Dəniz yolu küçəsində hərəkətin əksi istiqamətində hərəkət edən zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti istirakçılarına təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət istirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, öz yolunda hərəkət edən “Vaz 2107” markalı ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə çıxaraq onun təhlükəsiz hərəkətini təmin etməli və bundan sonra avtomobili ilə hərəkət etdirməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan Qanunun həmin tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq mövcud şəraitdə avtomobili “Vaz 2107” markalı nəqliyyat vasitəsinin yoluna çıxararaq hərəkət etdirərkən hərəkətin təhlükəsizliyi təmin etməmiş, əks istiqamətdə hərəkətdə olan “Vaz 2107” markalı ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, bununla da yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, alının, döş qəfəsinin, qarnın ön divarının hematomaları, hər iki çiynin, sol dirsəyin, sol biləyin, sağ dizin sıyrıqları, sol budun qançırı, sağ İİ, İİİ, İV, sol İİİ, İV qabırğaların yerdəyişən, qapalı, sol bud sümüyünün və sol diz qapağının yerdəyişən sınıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirilməsi ilə nəticələnib ehtiyatsizlıqdan Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs “Vaz 2107” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5860 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-DT-*** nömrəli nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 raddələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinə dəniz kənarında yerləşən evlərdən birinə sərnişin aparmışdır. Geri qayıdan zaman saat 16 radələrində ehtiyatsızlıq edərək yolun qarşı tərəf üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxmış və qarşıdan gələn “VAZ 2107” markalı avtomobillə toqquşmuşdur. Bu zaman həmin nəqliyyat vasitəsində adının sonradan İlyas olduğunu öyrəndiyi şəxs xəsarət almışdır. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncuya dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “Vaz 2107” markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Şüvəlan qəsəbəsində yerləşən dəniz kənarına düşmək üçün Şüvəlan Parkın qarşısından təxminən 2 km yol getdikdən sonra, qarşıda olan sərt döngədə yadında qalmayan sedan tipli nəqliyyat vasitəsi onun yoluna çıxaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Daha sonra isə o, huşunu itirmişdir. Gözünü açdıqda xəstəxanada olmuşdur. Orda bir müddət qaldıqdan sonra müalicəsini davam etdirməkdən ötrü evinə göndərmişlər. Ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1193 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, alının, döş qəfəsinin, qarnın ön divarının hematomaları, hər iki çiynin, sol dirsəyin, sol biləyin, sağ dizin sıyrıqları, sol budun qançırı, sağ İİ, İİİ, İV, sol İİİ, İV qabırğaların yerdəyişən, qapalı, sol bud sümüyünün və sol diz qapağının yerdəyişən sınıqları aşkar edildi. Qeyd edilən xəsarətlər küt əşya təsirindən onun X2 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törənməsi isitisna olunmur. Xəsarətlərin zərərvurma dərcəsi müalicəsi başa çatdıqdan sonra və onun təkrarı məhkəmə-tibb müayinəsi aparılmaqla təyin ediləcəkdir; Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 01-ə/1193 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, alının, döş qəfəsinin, qarnın ön divarının hematomaları, hər iki çiynin, sol dirsəyin, sol biləyin, sağ dizin sıyrıqları, sol budun qançırı, sağ İİ, İİİ, İV, sol İİİ, İV qabırğaların yerdəyişən, qapalı, sol bud sümüyünün və sol diz qapağının yerdəyişən sınıqları aşkar edildi. Qeyd edilən xəsarətlər küt əşya təsirindən onun X2 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törənməsi isitisna olunmur. Dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər; 1/4710 nömrəli xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur; Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3680 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2107” markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Yapdım oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur; xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial təsdiqli xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsi xahiş etmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ -nin xx.xx.2024-cü il tarixli, 3-13- 16/2-17347/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumat yoxdur; Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad olunub. Bundan başqa o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə CM-nin 263.1-ci maddəsinin qeyd hissəsini nəzərə almaqla, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimim tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, "Toyota Prius" markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübut kimim tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, "Toyota Prius" markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən cinayət Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə vəkil Müdafiəçi sərf etdiyi 04 saat vaxta görə 24 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-459/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-459/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver