Məhkəmə qərarları › İş №1(003)-46/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-46/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-46/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Əsgərova-Zərərçəkmiş şəxs6, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili əmmədov Çingiz Maşallah oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Xolqaraca kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-367/2022 saylı 17 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə, 28 aprel 2022-ci il tarixdə saat 17 radələrində X2 qızına məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub, həyətdə olan sonuncuya məxsus hər biri 66 (altmış altı) manat olmaqla ümumi dəyəri 990 (doqquz yüz doxsan) manat olan 6 metr uzunluğunda 15 ədəd metal boru- şivelleri, 29 aprel 2022-ci il tarixdə saat 13 radələrində yenidən X2 qızına məxsus Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən evinin həyətinə hasardan keçmək yolu ilə qanunsuz daxil olub hər biri 101 (yüz bir) manat olmaqla 10 ədəd ümumi dəyəri 1010 (min on) manat olan alüminium pəncərəni, hər metrəsi 1 (bir) manat olmaqla ümumi dəyəri 100 (yüz) manat olan 100 metr uzunluğunda 2,5-lik elektirk naqillərini, 30 aprel 2022-ci il tarixdə saat 17 radələrində yenidən X2 qızna məxsus Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən evinin həyətinə hasardan keçmək yolu ilə qanunsuz daxil olub 1 ədəd 50 (əlli) manat dəyərində soyuducu mühərrikini, 1 ədəd 100 (yüz) manat dəyərində paltaryuyan mühərrikini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə Zemfıra Əsgərova-Əzimovaya ümumilikdə 2250 (iki min iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 26 iyul 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən yeni tikilmiş yaşayış olmayan fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsinin plastik pəncərəsini özündə olan vintaçanla açaraq evin birinci mərtəbəsinə düşüb orada olan sonuncuya məxsus 01 ədəd 1000 (min) manat dəyərində “Samsung” markalı kondisioneri, 1 ədəd 100 (yüz) manat dəyərində su qızdırıcısını, 600 (altı yüz) manat dəyərində 50 kv.m laminantı, 100 (yüz) manat dəyərində 200 metr elektrik naqilini, 2 ədəd 100 (yüz) manat dəyərində yorğanı, 1ədəd 50 (əlli) manat dəyərində döşəyi, 1 cüt 50 (əlli) manat dəyərində ayaqqabını, 1 cüt 50 (əlli) manat dəyərində hərbi çəkməni, 10 ədəd 40 (qırx) manat dəyərində razetkanı, 1 ədəd 100 (yüz) manat dəyərində soyuducu mühərrikini, 2 ədəd 60 (altmız) manat dəyərində projektoru, 3 ədəd hər biri 50 (əlli) manat, ümumi dəyəri 150 manat olan su kranını, 01 ədəd 50 (əlli) manat dəyərində hamam duşunu, 210 (iki yüz on) manat dəyərində müxtəlif qab- qaşıqları gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2660 (iki min altı yüz altımış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa. o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən yaşayış olmayan yeni tikilmiş fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan sounucuya məxsus 2 ədəd hər biri 1100 (min yüz) manat ümumi dəyəri 1200 (min ik yüz) manat olan plastik pəncərəni və 15 ədəd hər biri 20 manat olan ümumi dəyri 300 (üç yüz) manat olan köhnə taxta şalbanları gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 02 avqust 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəsini özündə olan vintaçanla acma yolu ilə evə daxil olub qonaq otağından sonuncuya məxsus 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində “Evroluk” markalı televizoru, 1 ədəd 400 (dörd yüz) manat dəyərində “Lenovo” markalı notebooku, 1 ədəd 50 (əlli) manat dəyərində “Yuputer” markalı krosnu aparatını və 1 ədəd 50 (əlli) manat dəyərində preperaturu gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1300 (min üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 03 avqust 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətinə, ordan isə evin açıq olan pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında yerləşən paltar dolabının içərisindən 500 (beş yüz) manat pulu gizli talayıb Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 04 avqust 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda yerləşən fərdi yaşayış evinin həyətinə ordan isə evin açıq olan pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olub qonaq otağında televizorun altından 300 (üç yüz) manat pulu, ümümi dəyəri 50 (əlli) manat olan 1 ədəd gümüş boyunbağını, qol saatını, 1 ədəd gümüş sırğanı və 1 ədəd köhnə ayaqqabını gizli talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat pul müqabilində 01 ədəd açıq mavi sellofana bülkülmüş bükümdə təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in İ siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki mavi rəngli cins şalvarın sağ cibində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən dəmir yolunun yaxınlığında daşıyaraq üzərində saxlamış, 15 avqust 2022-ci il tarixdə saat 15:15 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.Ə.Sabir küçəsində dəmir yolunun yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilmiş, videoçəkilişlə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açıq mavi sellofana bülkülmüş bükümdə təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik maddənin müxtəlif növündən inyeksiya yolu ilə qəbul etmiş, istifadə etdiyi narkotik vasitələri Suraxanı qəsəbəsində ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən almışdır. 27 aprel 2022-ci il tarixdə təxminən saat 16-17 radələrində Binə qəsəbəsi Südçülük Sovxozunda məhlələrin arası ilə yolla gedərkən bağ evlərindən birində yaşayış olmadığını görmüş, həyətin hasarının yanna gəlib həyətə baxmış və həyətdə bir neçə metal borunun olduğunu görmüş,. narkotik vasitə almaq üçün həmin boruları götürüb satmağı düşünmüşdür. Bu məqsədlə 28 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində həmin həyətin hasarının yanına gəlmiş, ətrafa göz gəzdirmiş, heç kimin olmadığından əmin olduqdan sonra hasardan aşaraq həyətə düşmüş, həyətin içində olan yarımtikilinin yanından 6 metr uzunluğunda 15 ədəd metal borunu, şvellerləri götürüb hasarın üstündən çölə atmışdır. Dəmirlər ağır olduğu üçün hamısını götürə bilməmiş və fikirləşmişdir ki, həmin bağda yaşayış yoxdur, daha sonra yenə gəlib götürüb satar. Həmin gün oğurladığı şvellerləri avtomaşınla dəmir almaq üçün dolaşan şəxsə 20 manata satmışdır. Əldə etdiyi pulla həmin gün narkotik vasitə alıb istifadə etmişdir. Narkotik vasitə qəbul etməyəndə bədənində ağırlar olduğu üçün 29 aprel 2022-ci il tarixdə təxminən saat 13 radələrində yenə də həmin bağın yanına gəlmiş, hasarı aşaraq həyətə düşmüş, həyətdən 10 ədəd alüminium pəncərəni və elektirk naqillərini götürüb həyətdən çıxmışdır. Həmin əşyaları yolun kənarına daşımış və oradan keçən metal qəbul edən şəxslərə 50 manata satmış, həmin pulla da Suraxanı qəsbəsi ərazisində tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Həyətdən oğurluq edən zaman həyətin hasarının kənarında soyuducu və paltaryuyan görmüş, onları daha sonra oğurlamağı qərarlaşdırmışdır. Ona görə də 30 aprel 2022-ci il tarixdə təxminən saat 17 radələrində yenidən oğurluq etmək məqsədi ilə həyətə daxil olmuş, daha sonra həyətdə olan tikiliyə daxil olmış və orada olan soyuducunu və paltaryuyanı görüb onların mühərriklərini yerindən söküb götürüb hasardan çölə atmış, onları da yol kənarında dəmir almaq üçün dayanmış metal alan şəxslərə 45 manata satmışdır. Həmin pulla da narkotik maddə alıb istifadə etmişdir. Bundan bir neçə gün sonra polis işçiləri onu saxlayıb şöbəyə aparmış, orada sorğu-sual etdikdən sonra sözügedən bağ evinin həyətindən oğurluq etdiyini etiraf etmişdir. Bundan başqa, o, hər gün narkotik vasitə istifadə etdiyi üçün pul tapa bilmədiyindən məcbur qalaraq müxtəlif yerlərdən oğurluq etmişdir. Belə ki, 26 iyul 2022-ci il tarixdə səhər saatlarında Qala qəsəbəsində yerləşən əvvəllər tanımadığı şəxsin evinin ikinci mərtəbəsinin plastik qapısını açma yolu ilə daxil olmuş və ikinci mərtəbə tam təmirsiz olduğuna görə birinci mərtəbəyə düşüb orada olan bir ədəd kondisioneri, bir ədəd su qızdırıcısını, bir necə qutu laminantı, elektrik naqilini, iki yorğan, bir ədəd döşəyi, bir cüt ayaqqabını, bir cüt hərbi çəkməni, razetkaları, bir ədəd soyuducu matorunu, iki ədəd projektor və mətbəx, hamam kranlarını, duşu oğurlamış, onları yoldan keçən “QAZEL” avtomaşınına yükləyərək gediş haqqı 20 manat ödəməklə həmin əşyaların bir qismini, yəni soyuducu matorunu, hamam və mətbəx ləvazimatlarını, projektor, elektrik naqilini, razetkaları, kondisioneri, su qızdırıcısını Binə qəsəbəsində yerləşən əlvan-metal qəbul yerinə 150 manata satmış, qalan əşyaları isə Sabunçu bazarında tanımadığı səyyar alıcıya 100 manata satmışdır. Bundan başqa, o, 29 iyul 2022-ci il tarixdə gecə saatlarında Qala qəsəbəsində yerləşən əvələr tanımadığı şəxsin yarımtikili evinin içərisindən 15 ədəd köhnə taxta-şalban və iki ədəd plastik pəncərəni oğurlamışdır. Oğurladığı pəncərəni və taxta şalbanları tanımadığı “QAZEL” yük avtomaşınına yükləyib Sabunçu bazarına aparıb tanımadığı səyyar alıcıya 200 manata satıb narkotik vasitə əldə etmişdir. Bundan başqa, o, 02 avqust 2022-ci il tarixdə axşam saat 23 radələrində Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən əvvəllər tanımadığı şəxsin evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla və plastik pəncərəsini acma yolu ilə evə daxil olmuş və qonaq otağından bir ədəd televizor, bir ədəd noutbuk, bir ədəd krosnu aparatı və bir ədəd preparator oğurlamışdır. Oğurladığı əşyaları Sabunçu bazarında səyyar alıcıya 300 manata satmış, əldə etdiyi pullara isə narkotik vasitə alaraq istifadə etmişdir. Bundan başqa, o, 03 avqust 2022-ci il tarixdə gecə saatlarında Qala qəsəbəsində yerləşən tanımadığı şəxsin evinə plastik pəncərəni açma yolu iə daxil olmuş və yataq otağında yerləşən paltar dolabın ıniçərisindən 500 manat pul oğurlamışdır. Oğurladığı pullara narkotik vasitə alaraq istifadə etmişdir. Bundan başqa, o, 04 avqust 2022-ci il tarixdə səhər saatlarında Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən əvvəllər tanımadığı şəxsin evinə plastik pəncərəsindən daxil olmuş və qonaq otağından televizorun altından 300 manat pulu, gümüş sepi, bir ədəd saatı, bir ədəd gümüş sırğa və bir cüt ayaqqabını oğurlamışdır. Oğurladığı pula narkotik maddəni əldə edilməsi üçün xərcləmiş, gümüşləri və saatı isə Sabunçu bazarında səyyar alıcıya 20 manata satmışdır. Bundan başqa, o, 15 avqust 2022-ci il tarixdə bir ədəd içərisində narkotik maddə heroin olan bükümü Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almış, aldığı narkotik maddəni əynində olan açıq mavi rəngli idman şalvarının sağ cibinə qoymuşdur. 15 avqust 2022-ci il tarixində, günorta saatlarında Binə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən dəmiryolunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində saxladığı içərisində kakos kimi tanıdığı maddə olan bir ədəd açıq mavi rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Sonradan büküm açılmış və həmin bükümdən kakos (heroin) aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə kakos kimi tanıdığı narkotik maddədir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf “244” saylı möhürlə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmış zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin cinayətlərin hamısını deyil, cəmi birini törətmiş, qalan oğurluqları isə etməmişdir. Belə ki, o, yalnız zərərçəkmiş şəxs Əsgərova-Zərərçəkmiş şəxs6 məxsus olub Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən bağ sahəsindən 3 (üç) ədəd şveller götürüb metalloma 30 manata satmış, boruları aparanda isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsinə gətirilərkən üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona fiziki və psixi təzyiqlər göstərilərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmiş, o da bu barədə sonradan məhkəməyə müraciət edərək həmin məsələnin araşdırılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Polis şöbəsinə gətirilərkən narkotikin təsiri altında olduğu üçün heç bir etiraz etməyərək bütün sənədləri imzalamışdır. İlk dəfə törətdiyi əməldən peşman olmuşdur. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Qala qəsəbəsi yeni yaşayış massivində özünə məxsus torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evi tikmiş, lakin maddi imkansızlıqdan həmin ev tam hazır olmadığı üçün orada yaşayış olmamışdır. Buna baxmayaraq, mütəmadi olaraq həmin evə gedib-gəlmiş, sonuncu dəfə həmin evdə 23 iyul 2022-ci il tarixdə olmuşdur. 31 iyul 2022-ci il tarixdə yenidən evinə gedən zaman naməlum şəxsin fərdi yaşayış evinin həyətyani sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsinin plastik pəncərəsini açaraq evin ikinci mərtəbəsindən birinci mərtəbəyə düşüb orada olan 01 ədəd 1000 manat dəyərində “Samsung” markalı kondisionerin, 1 ədəd 100 manat dəyərində su qızdırıcısının, 600 manat dəyərində 50 kv.m laminantın, 100 manat dəyərində 200 metr elektrik naqilinin, 100 manat dəyərində iki ədəd yorğanın, 50 manat dəyərində bir ədəd döşəyin, 50 manat dəyərində 1 cüt ayaqqabının, 50 manat dəyərində 1 cüt hərbi çəkmənin, 40 manat dəyərində 10 ədəd razetkanın, 100 manat dəyərində bir ədəd soyuducu matorunun, 60 manat dəyərində iki ədəd projektorun, 3 ədəd hər birinin dəyəri 50 manat, ümumi dəyəri 150 manat olan su kranının, 01 ədəd 50 manat dəyərində hamam duşunun, 210 manat dəyərində müxtəlif qab-qaşıqların oğurlandığı aşkar etmişdir. Buna görə də ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. Polis əməkdaşları tərəfindən eksperiment keçirilib, lakin o, həmin vaxt rayonda olduğu üçün eksperimentin keçirilməsində iştirak etməyib, polislər də qıraqdan çəkib gediblər. Oğurluq nəticəsində ona ümumilikdə 2660 manat maddi ziyan dəmişdir. İlkin izahatında əşyların dəyrini təxmini olaraq təxmini olaraq 2570 manat göstərmiş, sonradan dəqiqləşdirmə aparmış və dəymiş zərərin 2660 manat olmasını müəyyən etmişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, təxminən 5 ilə yaxındır ki, Qala qəsəbəsi yeni yaşayış massivində 7 daş üzərində iki mərtəbəli mansarlı 3 otaqlı ev tikmiş, lakin maddi imkanı olmadığından evin damını vurmamış, pəncərələri tam olaraq qoymamış, ev təmirsiz qalmışdır. 31 iyul 2022-ci il tarixdə evinə baxış keçirməyə gedən zaman naməlum şəxsin fərdi yaşayış evindən ümumi dəyəri 1200 manat olan 2 ədəd plastik pəncərələri və təxminən 3-4 il əvvəl aldığı hər biri 20 manat olan 15 ədəd köhnə taxta şalbanların oğurlandığını aşkar etmişdir.Buna görə də o, DİN-nin 102 xidmətinə zəng etmiş, ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. Polislər tərəfindən eksperiment keçirilməmişdir. Oğurluq nəticəsində ona 1500 manat zərər dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, təxminən 2011-ci ildən Qala qəsəbəsi yeni yaşayış massivində 5 daş üzərində bir mərtəbəli 2 otaqlı ev tikmiş, lakin maddi imkanım olmadığından evi tam təmir etdirə bilməmişdir. 02 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxıb Sumqayıt şəhərində yaşayan qayınatasının evinə qonaq getmişdir. 04 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlmiş, qapını açıb evə daxil olduqda yataq otağındakı dolabın dağınıq vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt paltar dolabından ona məxsus 500 manat pulun oğurlandığını aşkar etmişdir. Məlum olmuşdur ki, naməlum şəxs evin açıq qalmış pəncərəsindən evə daxil olaraq dolabdan 500 manat pulunu oğurlamışdır. Daha sonra o, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən eksperiment keçirilib, təqsirləndirilən şəxsi hadisə yerinə gətirmişlər, lakin təqsirləndirilən şəxs evə girdiyi yeri yanlış göstərmişdir. Ona dəymiş zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, o, təxminən 2021-ci ildən Binə qəsəbəsi Südçülük Sovxozunda 3 daş üzərində bir mərtəbəli 2 otaqlı ev tikmişdir. 02 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxıb Salyan rayonu Dayıkənd kəndinə getmişdir. Evdən çıxarkən evini bibisi Xoşgülə tapşırmışdır ki, toyuqlara baxsın. 04 avqust 2022-ci il tarixdə bibisi ona zəng edib evinə oğru girdiyini, tez evə gəlməsini demişdir.O,Salyan rayonundan çıxıb yaşadığı evə gəlmiş və evin qonaq otağının pəngərəsinin dəmir barmaqlığının sındırılmasını, naməlum şəxsin evə daxil olub evdən 1 ədəd 800 manat dəyərində “Evroluks” markalı televizorun, 1 ədəd 400 manat dəyrəində “Lenovo” markalı notebookun, 1 ədəd 50 manat dəyərində “Yuputer” markalı krosnu aparatının və 1 ədəd 50 manat dəyərində preparatorun oğurlandığını aşkar etmişdir. Daha sonra o, oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib Xəzər RPİ-nin 3cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən eksperiment keçirilib, təqsirləndirilən şəxsi hadisə yerinə gətirmişlər, lakin o, özü orada olmamışdır, evdəkilər olmuşlar. Təqsirləndirilən şəxs evə girdiyi yeri düzgün göstərmişdir. Oğurluq nəticəsində ona 1300 manat ziyan dəymişdir. Ona dəymiş zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, o, 04 avqust 2022-ci il tarixdə saat təxminən 04:15 radələrində yaşadığı evdən çıxaraq işə getmiş, həmin gecəni işdə olmuşdur. Səhəri gün saat 14 radələrində yaşadığı evə gələrkən evin açıq olan pəncərəsindən naməlum şəxsin evə daxil olaraq qonaq otağında olan televizoun arxasına qoyduğu 300 manat pulun, ümümi dəyəri 50 manat olan 1 ədəd gümüş boyunbağının, qol saatının, 1 ədəd gümüş sırğanın və 1 ədəd köhnə ayaqqabının oğurlandığını aşkar etmişdir. Buna görə də o, ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. Polis əməkdaşları tərəfindən eksperiment keçirilib, özü eksperimentdə iştirak etmişdir, bu təqsirləndirilən şəxs eksperiment keçirilən evə girməyib, heç nə göstərməyib. polis telefonla çəkib, evə girməyib. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəmişdir. İlkin ərizənidə 300 pulunun oğurlanmasını göstərsə də, sonradan izahatımda digər əşyalarımın da oğurlandığını göstərmişdir. Ona dəymiş zərər indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur, lakin iş üzrə şikayətçidir. Ona görə də təqsirləndirilən şəxsin təqsiri sübuta yetiriləcəyi təqdirdə dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Əsgərova-Zərərçəkmiş şəxs6 göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən bağ sahəsi və onunda həyətində balaca bir mərtəbə əşyaları saxlamaq üçün istifadə etdiyi tikili vardır. O, həmin ünvana vaxt tapdıqca gedib baş çəkmiş, sonuncu dəfə həmin ünvana 05 noyabr 2021-ci il tarixdə baş çəkmiş və həmin vaxt hər bir əşyası yerində olmuşdur. Daha sonra, yəni 30 aprel 2022-ci il tarixdə həmin bağ sahəsinə gedib baş çəkən zaman bir müddət əvvəl alaraq oraya qoyduğu hər birinin dəyəri 66 manat olmaqla ümumilikdə 990 manat dəyərində 6 metr uzunluğunda 15 ədəd metal borunun və şvellerlərin, hər birinin dəyəri 101 manat olan 10 ədəd ümumi dəyəri 1010 manat dəyərində alüminium pəncərənin, hər metrəsi 1 manat olmaqla ümumilikdə 100 manat dəyərində 100 metr uzunluğunda 2,5-lik elektirk naqillərinin, orada olan 1 ədəd 50 manat dəyərində soyuducu mühərrikinin yerindən söküldüyünü, orada olan 1 ədəd 100 manat dəyərində paltaryuyuan mühərrikinin yerindən söküldüyünü və oğurlandığını müəyyən etmiş və dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirdikdən sonra Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2250 manat maddi ziyan dəmişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu ərazisində Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 15 avqust 2022-ci il tarixdə o və 3-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:15 radələrində Binə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən dəmir yolunun yaxınlğında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu 3-cü PŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 3-cü PŞ-nə gəlmiş və şöbənin xidməti otaqlarının birində videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan mavi rəngli cins şalvarın sağ cibindən açıq mavi rəngli sellofana bükülmüş bir ədəd içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni 21 iyun 2022-ci il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümünü 10 manata şəxsi istifadəsi ücün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, hazırda Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda əlvan metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs üzdən tanıyır, onunula heç bir münasibəti yoxdur. Belə ki, Təqsirləndirilən şəxs bir necə dəfə işlədiyi məntəqəyə gələrək, əlvan metal satmışdır. Sonuncu dəfə 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi məntəqəyə gələrək soyuducu matoru, hamam və mətbəx aksesuarları, projektor, elektrik naqili, razetka, yararsız vəziyətdə olan kondisioner, bir ədəd yararsız və sökülü vəziyətdə olan su qızdırıcını təhvil vermişdir. Bunların müqabilində onun tərəfindən Elmirə 150 manat pul verilmişdir.Təqsirləndirilən şəxs ona satmış olduğu əşyların oğurluq yolu ilə əldə etməsini bilməmiş, Elvin Əliyev satmış olduğu əşyların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmasını bilmişdir. Polis əməkdaşları məntəqəyə gəldikdə Elvin Əliyevin ona satmış olduğu əşyların oğurluq yolu ilə əldə etməsini bilmişdir. Şahid4 02 fevral 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 3 ilə yaxındır ki, Binə qəsəbəsi Südçülük yaşayış massivində yerləşən plastik qapı-pəncərə sexində usta işləyir, iş qrafiki səhər saat 08 radələrindən axşam saat 19 radələrinə kimidir. İşlədiyi sexdə sifarişlər götürüb fərdi yaşayış evlərinə gedib həmin sifarişləri yerinə yetirmiş, evlərə gedib plastik-qapı pəncərə qoymuşdur. Təxminən 7-8 ay bundan öncə işdə olarkən əvvəllər tanımadığı sonradan X1 tanıdığı qadın sexə gələrək demişdir ki, onun yaşadığı evə plastik pəncərə düzəltmək lazımdır. Bundan sonra Zəmanə Məmmədova ilə birlikdə yaşadığı evə getmiş, ölçüləri götürdükdən təxminən 1 gün sonra 3 ədəd plastik pəncərəni Zəmanə Məmmədovanın yaşadığı evə aparıb quraşdırmışdır. Təxminən 1 ay bundan öncə Zəmanə Məmmədova yaşadığı ünvana gələrək demişdir ki, onun yaşadığı ünvana 01 ədəd plastik pəncərə və 01 ədəd plastik qapı düzəltmək lazımdır. Bundan sonra Zəmanə Məmmədova ilə birlikdə yaşadığı ünvana getmiş, ölçüləri götürdükdən təxminən 3-4 gün sonra 01 ədəd plastik pəncərəni evin bağa baxan pəncərəsinə, 01 ədəd plastik qapını isə evin içərisində olan hamamın giriş hissəsinə quraşdırmışdır. Qapı-pəncərələri o, tək qoymuş, həmin vaxt yanında heç kim olmamışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022ci il tarixli 6/4351 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №244” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,207 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,207 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,157 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli, 4877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ inzibati binasında baş təhqiqatçı, polis mayoru Əli Məmmədovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 sahə rəisi, polis mayoru Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan mavi rəngli cins şalvarın sağ cibindən açıq mavi rəngli sellofana bükülmüş bir ədəd içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik maddə heroin olduğunu və həmin maddəni 21 iyun 2022-ci il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümünü 10 manata şəxsi istifadəsi ücün aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ cibindən açıq mavi rəngli selofana bükülmüş 01 ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,207 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,157 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİnin 3-cü PŞ-nə gətirildikdən sonra orada 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin şöbənin sahə rəisi, polis mayoru Şahid1 tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərmiş, məhkəmədən həmin məsələnin araşdırılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən 31 oktyabr 2022-ci il tarixli 1(003)-521/2022 saylı məktubla Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən məhkəməyə ünvanlanmış 25 noyabr 2022-ci il tarixli 509-C-22 saylı məktubdan görünür ki, rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin şöbənin sahə rəisi, polis mayoru Şahid1 tərəfindən psixoloji təzyiqə məruz qalaraq törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə əlaqədar qeyd edir ki, onlar hadisənin necə baş verməsini şəxsən görmədikləri və məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqdi ilə verdiyi ifadələrini dinlədikdən sonra onlarda belə təəssürat yaranmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri cinayət işinin materialları və onun özünün ilkin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 015 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş HK-1/1742, HK-/1744, HK-1/ 1785, HK-1/1795 və HK-1/1796 saylı toplanmş mateirillar tərəfimdən cinayətlərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini nəzərə alaraq ********* sayl cinayət işinə birləşdirilmişdir. ********* saylı cinayət işi üzrə 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin tərəfindən həbsetmənin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. ********* saylı cinayət işi Təqsirləndirilən şəxs 28, 29 və 30 aprel 2022-ci il tarixlərdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən Əsgərova-Zərərçəkmiş şəxs6 məxsus bağ evinin həyətinə qanunsuz daxil olmaq yolu ilə həyətdən sonuncuya məxsus ümumi dəyəri 1000 manat olan 6 metr uzunluğunda 15 ədəd metal borunu, 10 ədəd ümumi dəyəri 1000 manat təşkil edən alüminium pəncərəni, 100 metr uzunluğunda elektirk naqillərini, 01 ədəd soyuducu mühərrikini, 01 ədəd paltaryuyan mühərrikini gizli olaraq talayıb zərəçəkmiş Əsgərova-Zərərçəkmiş şəxs6 maddi ziyan vurmaqla oğurluq etməsi fakt əsasında 06 may 2022-ci il tarixdə Xəzər RRİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsi ilə başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparlımışdır. ********* saylı cinayət işi üzrə 06 may 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 07 may 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Resupblikası CM-nin 177.2.3-cü maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. ********* saylı cinayət işi üzrə 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroru qarşısında vəsatət qaldırılmış, həmin tarixdə Xəzər rayon prokuroru, baş ədliyə müşaviri Fəxri Ələsgərov tərəfindən vəsatətin müdafiə olunmasından imtina edilməsi, Təqsirləndirilən şəxs müvəqqəti saxlanıldığı yerdən azad edilərək barəsində digər qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmiş, ********* saylı cinayət işi üzrə 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 20 may 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat Xəzər RPİ-inı İŞ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 18 avqust 2022-ci il tarixdə isə təzələnmişdir. 01 sentyabr 2022-ci il tarixdə tərəfimdən ********* saylı cinayət işi icraatımda olan ********* saylı cinayət işinə bir icraatda birləşdirilmişdir. 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Resbulikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 15 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,157 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 25 (iyirmi beş) iş saatına görə 150,00 (yüz əlli) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatına görə 150,00 (yüz əlli) manat olmaqla ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,157 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 150,00 (yüz əlli) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150,00 (yüz əlli) manat, ümumilikdə 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar