Məhkəmə qərarları › İş №1(003)-462/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-462/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-462/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 10.08.2021-ci il tarixində gecə saat təxminən 23:50 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Yeni sahədə qəbirstanlığın yaxınlığında baş vermiş münaqişə və şəxsi münasibətlər zəminində keçmiş kürəkəni Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən əlinin içi ilə iki dəfə möhkəm zərbələr, sol ayaq nahiyəsinə qəsdən təpik zərbələri vurmaqla alının fluktasiyedici hemotoması, alının, sol ayağın sıyrıqları, sol ayağın qançırı halında qəsdən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş kürəkənidir, qızı Mirzəzadə Şahanədən rəsmi olaraq məhkəmə qaydasında boşanmışdırlar, boşandıqdan sonra keçmiş kürəkənin 2000 manat məbləğində aliment borcu yaranmışdır, dəfələrlə Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsini tələb etsə də, o, aliment ödəməkdən yayınmışdır. Həmçinin, keçmiş kürəkəni Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda dəfələrlə onun Xəzər rayonu Türkan qəsəbəsi Yeni sahədə yerləşən evin hasarına çıxaraq onun həyətinə baxmaqla ailə üzvlərini narahat etmişdir. Sonuncu dəfə, 10.08.2021-ci il tarixdə axşam saat 22:00 radələrində keçmiş kürəkəni Zərərçəkmiş şəxs yenidən onun hasarına çıxaraq həyətə baxan zaman qızı Mirzəzadə Şahanə bunu görmüş və barədə dərhal ona məlumat vermişdir. Bununla bağlı olaraq, 10.08.2021-ci il tarixdə gecə saat 23:50 radələrində O, Zərərçəkmiş şəxs Xəzər rayonu Türkan qəsəbəsi Yeni sahədə qəbirstanlığın yaxınlığında görmüş, ona yaxınlaşaraq niyə görə hasara çıxmaqla onun həyətinə baxaraq ailə üzvlərini narahat etməsini soruşmuş, lakin həmin vaxtı Zərərçəkmiş şəxs yaxşı etdiyini bildirməklə onu söyüb təhqir etmiş, onun təhqirindən əsəbləşən Təqsirləndirilən şəxs keçmiş kürəkəni Zərərçəkmiş şəxs başının alın nahiyəsinə qəsdən əlinin içi ilə iki dəfə möhkəm zərbələr, sol ayaq nahiyəsinə isə qəsdən təpik zərbələri vurmaqla qəsdən bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş qayınatasıdır, onun qızı olan X2 1 il bundan əvvəl şiddətli keçimsizlik və yola getməmək ucbatından məhkəmə qaydasında ayrılmış, birgə nikahdan 3 azyaşlı övladları vardır. Keçmiş həyat yoldaşı olmuş Mirzəzadə Şəhanədən ayrıldıqdan etibarən mütəmadi olaraq qayınatası Təqsirləndirilən şəxs onunla mübahisələr, münaqişələr yaratmış və ona hədə qorxular gəlmişdir. Onun qızı ilə birgə nikah dövlərində olduğu zamanlarda da Təqsirləndirilən şəxs onunla yola getməmiş və bir sıra hallarda münaqişələr yaratmışdır. Rəsmi olaraq boşandıqdan sonra Təqsirləndirilən şəxs onu Xəzər rayonu Türkan qəsəbəsi ərazisində harada görmüşdürsə onu təhqir etmiş və döyəcəyi ilə bağlı olaraq hədələmişdir. Sonuncu dəfə, 10.08.2021-ci il tarixdə gecə saat 23:50 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Yeni sahədə yaşadığı evdən çıxıb marketə gedən zaman qabirstanlığın yaxınlığında Təqsirləndirilən şəxs onun qarşısını kəsərək bildirmişdir ki, “Sən hasardan mənim həyətimə baxmısan və mənim ailə üvlərimi narahat etmisən.” Həmin vaxt o, keçmiş qayınatasına hasara çıxmaqla onun həyətinə baxmadığını bildirsə də, aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı keçmiş qayınatası Təqsirləndirilən şəxs onun başının alın nahiyəsinə qəsdən əli ilə iki dəfə yumruqla zərbələr vurmuş, daha sonra sol ayaq nahiyəsinə qəsdən ayağı ilə təpik zərbələri vurmuş, həmin təpik zərbələrinin təsirindən yerə yıxılan zaman başı asfalt örtüyünə dəymiş, həmçinin qəsdən bədən xəsarətləri aldıqdan sonra yerdə uzanıqlı vəziyyətdə olduğu zaman sol ayaq nahiyəsinə qəsdən yenidən təpik zərbəsi vurmuşdur. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 983 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alının fluktasiyaedici hemotoması alının, sol ayağın sıyrıqları, sol ayağın qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 10.08.2021-ci il tarixə və şəraitə uyğun gələ bilər. Ağrı sindromu və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar