Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-462/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, Yardımlı rayonu Astanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Savalan yaşayış sahəsi nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 Müştəba oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yerləşməklə Zərərçəkmiş şəxs1 məxsus fərdi evin həyətinə, oradan isə həmin həyətdəki saxlanc yeri olan yardımçı tikilinin qapısını dəmir parçası ilə açmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 topunun qiyməti 215 manat olan ümumi dəyəri 1075 manat təşkil edən 05 ədəd top 100 metrlik elektrik kabelini, 01 ədədinin qiyməti 8 manat olan ümumi dəyəri 40 manat təşkil edən 05 ədəd elektrik avtomatlarını, 01 ədədinin dəyəri 160 manat olan 02 ədəd perforatoru, hər birinin dəyəri 120 manat olan 02 ədəd səviyyə ölçən lazer aparatlarını, hər birinin dəyəri 150 manat olan 02 ədəd laqundaları, dəyəri 70 manat olan 01 adəd palçıq qarışdıran mikseri, dəyəri 10 manat olan 01 ədəd “tefal” elektrik çaynikini, bir ədəd böyük kisədə ümumi dəyəri 200 manat olan transformator qoruyucularını götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 2.255 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 Müştəba oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz fərdi evin saxlanc yeri olan həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 1.000 manat dəyərində avtomobil motorunun müəyyən hissələrini, 1000 manat dəyərində avtomobil motorunun “turbo” ehtiyyat hissəsini, həmin evin saxlanc yeri olan zirzəmisinə qapısını dəmir parçası ilə açaraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 300 manat təşkil edən elektrik naqillərini, 200 manat dəyərində 01 ədəd mis qazanı, 100 manat dəyərində 01 ədəd qaz sobasını, 01 ədəd 50 manat dəyərində su motorunu, dəyəri 250 manat olan 01 ədəd laqundanı, dəyəri 150 manat olan 01 ədəd dreli, dəyəri 100 manat olan 01 ədəd daş kəsən aparatı götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3.150 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 Müştəba oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 119T ünvanında yerləşməklə Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinin giriş qapısının sol tərəfində yerləşən qonaq otağının böyük pəncərəsinin plastik qapısını aşağı hissəsindən dəmir parçası ilə açıb evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz olaraq daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus 01 ədədinin dəyəri 200 manat olan 2 ədəd laqundanı, 01 ədədinin dəyəri 110 manat olan 02 ədəd drelperforatoru, dəyəri 40 manat olan 01 ədəd dreli, dəyəri 45 manat olan 01 ədəd elektriklə işləyən mismarvuranı, dəyəri 60 manat olan 01 ədəd elektrik ütünü, dəyəri 10 manat olan 01 ədəd 5 metrlik elektrik uzadıcısını, bir rulonunun dəyəri 60 manat olan 06 rulon elektrik naqillərini, dəyəri 50 manat olan 01 ədəd kombi paylayıcısını, bir ədədinin dəyəri 2,5 manat olan 02 ədəd laqonda daşını və evin digər yaşayış sahəsi olan otağına qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs3 məxsus 01 ədədinin dəyəri 20 manat olan 20 ədəd həyət plafonunu götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdikləri pulları aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 qızma ümumilikdə 1.590 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə özü tək xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən bağ evinin həyətində olan anbar kimi istifadə edilən saxlanc yeri olan yardımçı tikilisinin pəncərəsini dəmir parçası ilə açaraq həmin yardımçı tikilinin içərisinə pəncərədən qanunsuz daxil olmaqla oradan Zülfiyyə Hiiseynovaya məxsus bir ədədinin dəyəri 350 manat olan 02 ədəd markası bilinməyən idman velosipedini, 01 ədəd dəyəri 400 manat olan elektriklə işləyən otbiçən aparatını, 01 ədəd dəyəri 800 manat olan yanacaqla işləyən otbiçən aparatını, 01 ədəd dəyəri 130 manat olan elektriklə işləyən ağac budayan apparatını, 01 ədəd dəyəri 100 manat olan perforatorunu, 01 ədəd dəyəri 150 manat olan qazla işləyən su qızdırıcısını və 01 ədəd dəyəri 500 manat olan odun samovarını götürməklə oradan aparıb dəyərindən ucuz qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 Yusil qızma ümumilikdə 2.780 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını saxdanc yeri olan anbara qanunsuz daxil olmaqla gizli talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər bir dəfə narkotik vasitə istifadəçisi olduğuna görə məhkum olumuşdur. 2025-ci ilin 15 may tarixində 02 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman ona psixoloji təzyiqlər edilmiş, fiziki zorakılığa məruz qalmış və cinayət işi üzrə olan sənədlərə imza etdirmişlər. Həmin vaxt təzyiqlər nəticəsində cinayət işi materiallarını imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsində evi vardır və həmin evdə təmir tikinti işləri aparılır. xx.xx.2025-ci il tarixdə evə nəzarət etmək üçün gələn zaman ona məlum olmuşdur ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər ona məxsus evə və həmin həyətdə olan tikiliyə daxil olaraq elektrik kabeli, elektrik avtomatları, 02 adəd perefarator, 02 ədəd səviyyə ölçən lazer aparatlarını, 02 ədəd laqondanı və sair əşyaları oğurlamışlar. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində 2.255 manat maddi ziyan dəymiş və ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 05 yanvar 2025-ci il tarixdə ona məxsus Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən evindən çıxmışdır. xx.xx.2025-ci il tarixdə həmin evə gəldikdə evinin həyətində olan 1.000 manat dəyərində “Opel” markalı avtomobilin motorunun, 1.000 manat dəyərində motorun “turbo” ehtiyyat hissəsinin, evin alt hissəsində olan əl damından elektirik naqillərinin, bir neçə qazanların, qaz peçinin, 50 manat dəyərində su motorunun və sair əşyaların naməlum şəxs tərəfindən oğurlandığını aşkarlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Ona oğurluq nəticəsində 3.150 manat maddi ziyan dəymiş və bu günədək ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Bakı şəhəri, Mərədəkan qəsəbəsi, sahə 119 T ünvanında yerləşən təmiri tamamlanmamış evdən çıxmışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında adını xatırlamadığı usta ona zəng vuraraq evin qapısının sındırılaraq mənzildən bəzi əşyaların oğurlanması barədə məlumat vermişdir. O, dərhal həmin ünvana yaxınlaşmışdır. Ona məxsus evdən laqonda, drel, preparator, elektrikli ütü və sair əşyalar oğurlanmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumi olaraq 1.590 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 göstərmişdir ki, onun bağ evinin həyətində yardımçı tikili vardır və orada bağa aid müxtəlif əşyalar vardır. O, həmin tikiliyə girmişdi ki, oradan yanacaqla işləyən otbiçəni götürsün və müəyyən etmişdi ki, otbiçən tikilidə yoxdur. Tikiliyə baxan zaman o, müəyyən etmişdi ki, tikilidə ona məxsus 01 ədəd dəyəri 800 manat olan yanacaqla işləyən otbiçən, 01 ədəd dəyəri 400 manat olan elektriklə işləyən otbiçən, bir ədədinin dəyəri 350 manat olan 02 ədəd markasını bilmədiyi idman velosipedi, dəyəri 130 manat olan 01 ədəd elektriklə işləyən ağac budayan aparat, dəyəri 100 manat olan perforator, dəyəri 150 manat olan qazla işləyən 01 ədəd su qızdırıcısı, dəyəri 500 manat olan 01 ədəd odun samovarı yoxdur. O, başa düşmüşdü ki, ona məxsus həmin əşyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb və buna görə də, o, DİN-nin «102» xidmətinə zəng vurub məlumat vermişdi. Bildirmişdi ki, oğurluq hadisəsi nəticəsində ona 2780 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 məxsus bağ evində bağban vəzifəsini yerinə yetirir, yəni, bağda bitən otları biçir, ağacları budayır və sair təmizlik işləri ilə məşğul olur. Qeyd etmişdir ki, bağa aid əşyalar bağın həyətinə girişdən sağ tərəfdə olan yardımçı tikilidə saxlanılırdı. 06 aprel 2025-ci il tarixdə o, və Zülfıyyə xanım bağa gəlmişlər. Burada o, Zülfıyyə xanıma demişdi ki, otbiçəni evdən gətirsin ki, o, bağın həyətində olan otları biçsin. Zülfıyyə xanım ona demişdi ki, otbiçəni evə qoymamışdır, lakin hər ehtimala qarşı gedib evə baxmışdı və ona bildirmişdi ki, otbiçən evdə yoxdur. Belə olduqda onlar ikisidə yenidən yardımçı otağa baxmışlar və burada Zülfıyyə xanım bildirmişdi ki, yardımçı tikilidə saxladığı 02 ədəd velosiped, 01 ədəd elektrik otbiçən aparatı, 01 ədəd yanacaqla işləyən otbiçən aparatı, 01 ədəd elektrik ağac budayan və 01 ədəd perforator yoxdur. Bu alətlərin olmadığını bildikdə onlar başa düşmüşdülər ki, bağ evindən oğurluq olub. O, Zülfıyyə xanıma demişdi ki, oğurluq hadisəsi barədə polisə məlumat versin. Bundan sonra Zülfıyyə xanım DİN “102” xidmətinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdi. Sonra polis əməkdaşları gəlmişdi və onlar 2-ci Polis Şöbəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 Müstaba oğlu ifadəsində bildirmişdir ki, 2025-ci ilin fevral ayında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman ona psixoloji təzyiqlər edilmiş, fiziki zorakılığa məruz qalmış və cinayət işi üzrə olan sənədlərə imza etdirmişlər. Həmin vaxt təzyiqlər nəticəsində cinayət işi materiallarını imzalamışdır. X3 aparılan zaman üzərində xəsarətlər olmuşdur. O Təqsirləndirilən şəxsla birgə heç bir cinayət törətməmişdir. İstintaq zamanı ona təzyiqlər edilmişdir ki, o, Rəşadla birgə bu cinayətləri törətməsini etiraf etsin. O, da təzyiqlər nəticəsində məcbur olub cinayət törətməsinə dair ifadə verib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması haqqında 12 may 2025-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Abşeron küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -Əməlin tövsif edilməsi barədə 16 may 2025-ci il tarixli qərardan aydın olur ki, cinayət işi üzrə əməl CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilmişdir; -Cinayət işinin icraata qəbul edilməsi və digər cinayət işinə birləşdirilməsi haqqında 16 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı cinayət işi altında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə birgə istintaq davam etdirilmişdir; - Cinayət işinin başlanılması haqqında 01 fevral 2025-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin ayrılması barədə 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından ********** nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilməklə istintaqı aparılması qərar alınmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında Zərərçəkmiş şəxs2 məxsus baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2025-ci il tarixində, xx.xx.2025-ci il tarixində, xx.xx.2025-ci il və 01 aprel 2025-ci il tarixində oğurluq etdiyini etiraf etmiş, “heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək protokolu imzalamışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Sübutların qiymətləndirilməsi haqqındaxx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ayrıca cinayət işi ayrılmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2025-ci il tarixli 4(003)-219/2025 saylı qərarından müəyyən edilir ki, Şahid1 Müştəba oğlu barəsində xx.xx.2025-ci il tarixindən hesablnmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid1 Müştəba oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixinə (həbs edilənədək) təyin edilmiş cəzasından 09 ay 09 gününü çəkmiş, 01 il 02 ay 17 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilməsi CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəlləri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl onun cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, az ciddi cəza növünün təyini cəzanın məqsədlərini təmin edə bilməməsi kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) günü hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-462/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-462/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver