Məhkəmə qərarları › İş №1(003)-463/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-463/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-463/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə, saat 23 radələrində özünə məxsus olan ünvan 2 ünvanında yerləşən evdə qonşusu arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində yumruqla sonuncunun sifət və bədən nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan qonşu kimi tanıyır. 05 avqust 2022-ci il tarixdə, saat 23 radələrində evin darvazası açıq olduğundan Dilavər sərxoş halda onun yaşadığı evə gələrək evin şüşələrini sındırmağa başlamış və onun ünvanına nalafiq ifadələr işlətmişdir. O, da əsəbləşərək onun başından bir neçə dəfə vurmuşdur. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanışı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 avqust 2022-ci il tarixdə, saat 21 radələrində evə gələrkən oğlu Ələkbər qonşusu Ramizin pəncərələrinin qarşısında söyüş söydüyünü demişdir. Ona görə də, Ramizin yaşadığı evə gedərək evin həyətinə daxil olmuş və onu çağırmışdır. Ramiz süfrənin üstündə olan qabları onun üstünə atmış, sonra gözünün üstündən vurmuş və qaşı partlamışdır. Ola bilsin həmin vaxt pivə içmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək ona ağır həbs cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 05 avqust 2022-ci il tarixli, 1000 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz orbitinin qançırı, sol göz almasının ağlı qişasının və üst dodağın selikli qişasının qansızmaları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl törənmişlər, qərarda göstərilən 05 avqust 2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsivə öz boyu hündürlüyündən yıxılaraq bərk əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 20 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) AFR Düsseldorf rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə AFR CM-nin 224-cü par 1 abz, 11 A, 242 par 1 abz, 52 par, 25 par 2 abz, silah dövriyyəsi haqqında qanunun 54 par 1 abz, 52 par 3 abz N 1 təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 12 may 2021-ci il tarixədək sınaq müddəti müəyyən edilmişdir. 2) Almaniya Vermelskirxen rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli hökmü ilə 236+o par 1 abz, N 1, 259 par 1 abz, 242 par 1 abz, 223 par 1 abz, 113 par 1 abz, 56, 53, 25 par 2 abz təqsirli bilinərək 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 23 sentyabr 2022-ci il tarixədək sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində AFR Düsseldorf rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli və Almaniya Vermelskirxen rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli hökmlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimləməsinə dair materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 22 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazasın”da Təqsirləndirilən şəxs Almaniya Federativ Respublikasında məhkum olunmasına dair hökmün Azərbaycan Respublikasında tanınması barədə məlumat qeydiyyatdan keçmir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, 18 (on səkkiz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar