Məhkəmə qərarları › İş №1(003)-463/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-463/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-463/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, C.Əzizov küçəsi, ev 136-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyəti ilə 26 avqust 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, İşıq stansiyası yanında yerləşən nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub həmin evin mətbəxində olan stolun üzərindəki pul qabından 121 manat pul, 1300 manat dəyərində 1 cüt qızıl sırğa və stolun üzərində olan 40 manat dəyərində "Nokia" markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 1461 manat dəyərində ziyan vuraraq oğurluq etməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs5 evin həyətinə gəlməsi səbəbindən sonuncu tərəfindən yaxalanaraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa o, qardaşı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs6 məxsus Ağdaş rayonu, Şıxılı kəndində yerləşən evdə heç kimin olmadığı vaxtda həmin evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, oradan da evin pəncərəsindən yataq otağına daxil olub həmin otaqda olan paltar dolabındakı Zərərçəkmiş şəxs6 məxsus əl çantasından üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl sarı rəngli, 583/585 əyarlı, 9,49 qram çəkidə, 759 manat dəyirində 01 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi sarı rəngli, halqa hissəsi qırmızımtıl sarı rəngli, halqasının üzərində "E"585R" damğası olan, 583/585 əyarlı, 4,82 qram çəkidə, 386 manat dəyərində 01 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində "585R" damğası olan, 583/585 əyarlı, 2,40 qram çəkidə, 192 manat dəyərində 01 ədəd üzük, üzərində 1 ədəd bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 əyarlı, 3,92 qram çəkidə, 314 manat dəyərində 01 ədəd üzük, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərinin kilidlərində "LÖ-583" damğası olan, 583/585 əyarlı, 38,11 qram çəkidə, 3049 manat dəyərində 01 dəst boyunbağıqolbağı və 01 ədəd Rusiya istehsalı, 585 əyyarlı, 5 qram, sarı qızıldan hazırlanmış 400 manat dəyərində zəncir formalı boyunbağını gizli yolla oğurlayaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 5100 (beş min yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 300 manat dəyərində 02 ədəd qızıl qadın üzüyü, ümumi 300 manat dəyərində 02 cüt qızıl uşaq sırğasını, 01 ədəd 200 manat dəyərində qızıl kulonu və 450 manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1550 manat ziyan vurarmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 aprel 2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 3300 manat dəyərində qızıl komplektini, bir ədəd 700 manat dəyərində qızıl boyunbağını, ümumi 1000 manat dəyərində bir neçə qızıl qolbağını, bir ədəd 600 manat dəyərində brilyant üzüyü, bir cüt 250 manat dəyərində qızıl sırğaları, 1000 manat dəyərində qızıl komplektini, bir ədəd 300 manat dəyərində qızıl üzüyü, ümumi 600 manat dəyərində üzük və sırğa komplektini və bir ədəd 900 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 8650 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə təxminən saat 14-15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən evinin həyətinə hasardan aşmaqla evin plastik materialdan olan pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz daxil olub yataq otağında olan paltarların cibindən 3500 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 3500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən evinin ön tərəfdə olan plastik pəncərəsini sıxıb açmaq yolu ilə qanunsuz daxil olub yataq otağında olan paltar dolabından bir ədəd 150 manat dəyərində qızıl boyunbağını, hər birinin qiyməti 50 manat olan ümumi dəyəri 100 manat təşkil edən 2 ədəd ətiri, 400 manat nağd pulu, qonaq otağında masanın üzərindən bir ədəd «Samsung» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 700 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan bahqa o, xx.xx.2023-cü il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyəti ilə X3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə qanunsuz daxil olaraq həmin evin yataq otağında olan dolabdan 2 ədəd 600 manat dəyərində elektron saatları, 665 manat pulu, 2 ədəd 300 manat dəyərində gümüş boyunbağını və 4 ədəd bujuteriyalarından olan qolbaqları, üzük və sırğaları gizli yolla oğurlamaqla sonuncuya ümumikdə 1565 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4nda yerləşən evinin plastik materialdan olan pəncərəsini sıxıb açmaq yolu ilə evə qanunsuz daxil olub paltar dolabında olan çaynikin içindən 600 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 600 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, son vaxtlar maddi vəziyyəti yaxşı olmadığı üçün və pul əldə etmək məqsədi ilə məcbur olub oğurluq etməyi qərara almışdır. Bu məqsədlə 25 avqust 2022-ci il tarixdə Bakıdan çıxıb Yevlaxa getmək üçün yola düşmüşdür. İdarə etdiyi avtomobillə Sahil qəsəbəsindən keçərkən su almaq üçün maqazinin qarşısında avtomobili saxlamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün və yol pulu olmadığından küçədən keçərkən bir ev gözünə sataşmış, evin həyət qapısında qıfıl yerinə dəmir keçirildiyini görüb evdə heç kimin olmadığını zənn edib oğurluq etmək üçün evə girməyə qərar vermişdir. Qapıya yaxınlaşıb dəmiri qapıdan çıxarıb həyətə daxil olmuş, evin sol pəncərəsinin açıq olduğunu, pəncərədə yalnız tor olduğunu görüb pəncərə torunu çərçivədən çıxarıb yerə qoyduqdan sonra evə daxil olmuşdur. Həmin evdən bir cüt sırğa, 120 manat pul və stolun üzərindəki "Nokia" markalı mobil telefonu götürüb bayıra çıxmışdır. Bayıra çıxarkən evə adamların yaxınalaşaraq ona orada «nə edirsən» dediklərini eşitmiş, dərhal əlindəkiləri həyətdəki ağacın altına atmışdır. Bundan sonra həmin şəxslər ona yaxınlaşıb nə etdiyini soruşmuşlar. Onlara qapını döydüyünü, heç kimin olmadığı üçün evdən oğurluq etdiyini, əli ilə ağacın altını göstərərək evdən götürdüklərini ağacın altında olduğunu göstərmişdir. Bundan sonra onlar onu tutub saxlamış, DİN 102 xidmətinə zəng vurmuşlar. Təxminən 30 dəqiqədən sonra polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar. Sonradan buraxıldığından Yevlax rayonuna getmişdir. Yevlax rayonunda olarkən qardaşı Şahid2 ona maddi vəziyətlərinin çətin olduğunu, oğurluq edərək əldə etdiyikləri əşyaları satıb pul əldə etməyi təklif etmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Səddama məxsus «Opel» markalı avtomobil ilə Ağdaş rayonu istiqamətində getmişlər. Ağdaş rayonu, Şıxılı kəndinin ərazisində olan zaman avtomobili yolun kənarında saxlamış və həmin kəndin ərazisində oğurluq etməyiplanlaşdırmışlar. Avtomobili yolun kənarında saxlayıb kəndin içərisinə doğru getmişlər. Bir qədər getdikdən sonra qardaşı Səddam kəndin girişində dayanmış, o, isə kəndin içərisinə doğru getmişdir. Səddam isə küçədə dayanaraq onu gözləmiş, həmçinin başqa bir şəxs gələcəyi təqdirdə ona xəbər etməsi üçün qardaşına onu həmin yerdən götürməsini tapşırmışdır. Daha sonra o, kənddə tanımadığı fərdi yaşayış evinə yaxınlaşmış, həmin evdə heç kimin olmadığına əmin olduqdan sonra evin dəmir giriş qapısını əli ilə basaraq açmış və həyətə daxil olmuşdur. Həyətdə olan evin pəncərəsini əli ilə basaraq içəri doğru açmış, daha sonra evin mətbəx hissəsinə daxil olmuşdur. Həmin evin yataq otağına daxil olara dolabın içərisində əl çantasının olmasını görmüş, həmin çantanı içərisinə baxan zaman içərisində qızıl-zinət əşyalarının olmasını görərək götürmüş və evdən çıxıb getmişdir. Qızılları Yevlax rayonunda 284 manata tanımadığı şəxsə satmışdır. Həmin gün gecə saatlarında Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının onları axtardıqlarını eşitmişdir. Buna görə də evdən qaçaraq gizlənmişlər. Səhəri gün qardaşı Səddam onda qalan qızılları almış, həmçinin satmış olduğu qızılın da pulunu ödəyərək geri almışdır. Sonradan qardaşı Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, lakin o, qaçaraq Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində də ona pul lazım olduğu üçün yenidən oğurluq etməyi qərara almışdır. 14 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yeni yaşayış massivinə getmiş, saat 19 radələrində bir evin işıqlarının yanmadığını görüb evdə heç kimin olmadığından əmin olaraq hasardan evin həyətinə tullanmışdır. Evin ön tərəfindəki taxta pəncərənin şüşəsini sındırıb evin qonaq otağına daxil olmuşdur. Həmin evdən qadın üzüyü, sırqası, bir bir ədəd klon və pul oğurlamışdır. Bir müddət sonra pula ehtiyacı olduğundan 14 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində bir mərtəbəli işıqları yanmayan ev görmüş və oğurluq etmək üçün həmin evə daxil olmuşdur. Həmin evdən xeyli miqdarda qızıl zinyət əşyaları oğurlamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə təxminən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən evlərdən birinin həyət qapısının bağlı olduğunu əli ilə yoxlayıb evdə heç kimin olmadığından və onu kənardan heç kimin görmədiyindən əmin olduqdan sonra hasardan həyət düşüb evin plastik materialdan olan pəncərəsini sıxıb açaraq evə daxil olmuşdur. Evin yataq otağında olan paltarın cibindən 1600 manat pulu götürüb evdən çıxmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə təxminən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda evlərdən birində ev sahibinin olmadığını müəyyən etdikdən sonra hasardan həyətə düşüb evin ön tərəfində olan plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuşdur. Evi axtarıb yataq otağında olan paltar dolabından bir ədəd qızıl boyunbağını, 2 ədəd ətiri, 400 manat nağd pulu, qonaq otağında masanın üzərindən bir ədəd «Samsung» markalı mobil telefonu oğurlayıb çıxmışdır. Bakı şəhərində Yasamal rayonu “Asan Xidmət”in arxasında yerləşən evlərin birində əmisi oğlu ilə birlikdə kirayədə qaldığı vaxtlarda, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində oğurluq etmək məqsədilə Qanlı göl adlanan yerdə yerləşən evlərin ətrafını gəzib dolaşarkən açıq rəngli qapı görüb qapıda qıfıl olmağına fikir vermiş, ev sahibinin evdə olmadığını anlamışdır. Həmin qapıya yaxınlaşıb qapının yuxarı hissəsində açar görmüş, həmin açarı götürüb evə daxil olmuşdur. Evin yataq otağında yerləşən dolabdan qızıl əşyaları və bujiteriya oğurlamış və evi tərk edərək çıxıb getmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4nda yerləşən evlərdən birinin plastik materialdan olan pəncərəsini sıxıb açaraq evə daxil olmuş, paltar dolabında olan çaynikin içindən 600 manat nağd pulu götürüb çıxmışdır. Oğurladığı qızıl əşyaları Yevlax şəhərində tanımadığı şəxslərə satmışdır. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə səhər saatlarında evin qapı və pəncərələrini bağlayıb yoldaşı ilə birlikdə Cəlilabad rayonunda yerləşən evilərinə getmişlər. Evə nəzarət etməsi və axşamlar həyətin işığını yandırması üçün həyət darvazasının açarını tanışı və ailəvi dostuna vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində rayonda olarkən dostu ona zəng vurub evin yataq otağının pəncərəsinin açıq olduğunu demiş, ona görə də zəng vurub bu barədə polisə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə rayondan çıxıb Bakı şəhərinə, evinə qayıtmışdır. Çatdıqda naməlum şəxs və ya şəxslərin evin yataq otağının plastik pəncərəsini açmaqla evə daxil olub otaqları axtararaq yataq otağında ona məxsus şalvarın cibinə qoyduğu 3500 manat pulun oğurlandığını müəyyən etmişdir. Daha sonra baş vermiş hadisə barədə ərizə yazaraq şikayət etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4, nömrəsiz fərdi evdə ailəsi ilə bilrlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə səhər tezdən həyat yoldaşı ondan əvvəl evdən çıxıb işə getmiş, təxminən saat 08 radələrində isə o, evdən çıxıb işə getmişdir. Həmin gün saat təxminən 18 radələrində evə qayıdıb həyətə daxil olduqdan sonra evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu, evə daxil olduqda isə evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt evdən oğurluq olduğunu bilmişdir. Evin hər tərəfinə nəzər yetirmiş və evin yataq otağındakı paltar dolabında saxladığı 400 manat nağd pulun, 150 manat dəyərində qızıl boyunbağı, ümumi dəyəri 100 manat olan 02 ədəd ətir və qonaq otağında stolun üstündə olan 50 manat dəyərində Samsung markalı mobil telefonun oğurlandığını müəyyən etmişdir. Bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi işıq stansiyasının yanında nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 26 avqust 2022-ci il tarixdə saat 13 radələrində ailəsi ilə birlikdə qonşuluqda yaşayan bacısı Nəzakətin evinə qonaq getmişdir. Evə qayıdan zaman yaşadığı evin həyətində tanımadığı şəxsin olduğunu görmüşdür. Dərhal ona yaxınlaşıb evin həyətində nə etdiyini soruşmuş, həmin vaxt həyat yoldaşı Xəyalə ona yaxınlaşaraq evin pəncərələrinin açıq olduğunu demişdir. Evdən çıxarkən pəncərələri bağladığı üçün həmin tanımadığı şəxsi evə dəvət etmiş, yoldaşı Xəyalədən evə baxış keçirməsini xahiş etmişdir. Çünki həmin şəxsin evdən oğurluq etdiyindən şübhələnmiş, Xəyalə ona mətbəxdə, rəfdə olan pul kisəsindən 121 manat pul, bir cüt qızıl sırğa və bir ədəd "Nokia" markalı mobil telefonun oğurlandığını demişdir. Həmin şəxsdən kim olduğunu soruşduqda o özünü dilənçi kimi təqdim edərək uşağı xəstə olduğu üçün pul yığmağa gəldiyini demişdir. Lakin sonradan evdən oğurluq olduğunu bildirdikdə, etdiyi oğurluğu etiraf edib, oğurladığı əşyaları və pulu həyətdə ağacın altına atdığını demişdir. Daha sonra həmin şəxs əşyaları və pulu atdığı yeri göstərmiş, bundan sonra yoldaşı Xəyalə polisə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək həmin şəxs polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi həyət evində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində evdən çıxıb həkimə getmək üçün Bakı şəhərinə getmişdir. Saat 21:00 radələrində evə qayıdan zaman evin pəncərəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Pəncərənin sındırılmış vəziyyətdə olduğunu görüb evdən oğurluq hadisəsi olduğunu başa düşmüş, bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə evə baxan zaman evdə yataq otağında olan dolabın içərisində 02 ədəd hər biri 300 manat dəyərində olan ümumi 600 manat dəyərində qızıl üzüyün, 02 cüt hər biri 150 manat dəyərində ümiumi 300 manat dəyərində qızıl uşaq sırğasının, 01 ədəd 200 manat dəyərində qızıl klon və 450 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 1550 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-c il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb Binə qəsəbəsində yaşayan xalasıgilə getmişdir. Saat 19:40-da evə qayıtdıqda naməlum şəxs və ya şəxslərin evin qarşı tərəfində olan plastik pəncərəni sıxıb açmaq yolu ilə evə daxil olub evin otaqlarını axtararaq qonaq otağındakı paltar dolabında olan ağ rəngli çaynikin içindən ona məxsus 600 manat nağd pulu oğurlayaraq getdiklərini aşkar etmişdir. Evin bütün otaqlarına göz gəzdirib başqa heç nəyin oğurlanmadığını müəyyən etidlcdən sonra zəng vurub bu barədə DİN-nin 102 xidmət mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq məhkəməyə teleqramla müraciət edərək maddi ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində əvvəlcə atası, sonra özü, sonda isə anası çıxıb işə getmişlər. Evdən çıxarkən yataq otağında olan dolabda 665 manat nağd pul, qonaq otağında qab şkafında 2 ədəd 600 manat dəyərində elektron qol saatları, yataq otağında paltar dolabının içində çantanın içərisində 2 ədəd gümüşdən olan boyunbağı, bujiteriyadan ibarət 4 ədəd boyunbağı və qolbağı olmuşdur. Anası evdən çıxarkən evin giriş qapısının və çöl açarlarını evin giriş qapısının çöl tərəfinə qoymuşdur. O, saat 18:00 radələrində evə qayıtmış və küçə qapısının açıq olduğunu görmüşdür. Evin giriş qapısını açıq olduğunu gördükdə evə kənar şəxsin girdiyini başa düşmüş, evə baxış keçirən zaman yuxarıda sadaladığı əşyaların naməlum şəxs(şəxslər) tərəfindən gizli yolla oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 1565 manat maddi ziyan dəymişdir. X5 əlavə olaraq məhkəməyə teleqramla müraciət edərək maddi ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində özü və əri Şahid1 yaşadığı evin qapılarını və pəncərələrini bağlayaraq evdən çıxaraq Ağdaş şəhərinə gətmişlər. Təxminən saat 14 radələrində yaşadıqları evə geri qayıtdıqları zaman həyətin dəmir giriş qapısının açıq olduğunu görmüşlər. Buna görə də yaşadığı evə kiminsə daxil olmasından şübhələnib həyətə və evə baxdıqlaır zaman evin qarşı tərəfində olan taxtadan hazırlanmış pəncərənin açıq olduğunu görmüşlər. Dərhal evə daxil olub otaqlara baxmışdır. Bundan sonra evə qanunsuz olaraq daxil olmuş naməlum şəxs və ya şəxslərin yataq otağına daxil olaraq paltar dolabında olan ona məxsus əl çantasından qızıl-zinət əşyalarını gizlin olaraq götürdüyünü bilmişdir. Dərhal DİN-in 102 xidmətinə müraciət etmişdir. Yaşadığı evdən 01 dəst Rusiya istehsalı, sarı qızıldan hazırlanmış boyunbaq və qolbaq, 01 ədəd sarı qızıldan hazırlanmış adi qaşlı, nişan üzüyü, 01 ədəd sarı qızıldan hazırlanmış, adi qaşlı üzük, 01 ədəd sarı qızıldan hazırlanmış, adi qaşlı, "fantaziya" deyilən üzük, 01 ədədsarı qızıldan hazlırlanmış, adi qaşlı üzük və 01 ədəd sarı qızıldan hazırlanmış zəncir formalı boyunbağı naməlum şəxs və ya şəxslər tərəfindən oğrulanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 5100 manat dəyərində maddi ziyan dəymişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs6 teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 əlavə olaraq məhkəməyə teleqramla müraciət edərək şikayətçi olmadığını bildirmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Çənlibel küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur və ailəsi ilə birlikdə orada yaşayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonunda yaşayan qohumugilə qonaq getmiş, həmin gün saat 23 radələrində evə qayıdıb həyətə daxil olduqda şübhəli heç nə olmadığı üçün qapını açıb evə daxil olmuşdur. Daha sonra yataq otağına keçdikdə otağın dağıdılmış vəziyyətdə olduğunu və həmin otaqdan 3300 manat dəyərində qızıl komplektinin, 700 manat dəyərində bir ədəd qızıl boyunbağının, ümumi 1000 manat dəyərində qızıl qolbaqların, 600 manat dəyərində bir ədəd brilyant üzüyün, 250 manat dəyərində bir cüt sırğanın, 1000 manat dəyərində digər qızıl komplektinin, 300 manat dəyərində bir ədəd qızıl üzüyün, 600 manat dəyərində bir ədəd üzük və sırğa dəstinin və 900 manat dəyərində bir ədəd qızıl boyunbağının oğurlanmasını aşkar etmişdir. Baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 8650 manat maddi ziyan dəymişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022 ci il tarixdə saat 11 radələrində özü və arvadının yaşadığı Ağdaş rayonu, Şıxlı kəndində yerləşən yaşayış evindən çıxaraq Ağdaş şəhərinə gəlmişlər. Saat 14 radələrində yaşadıqları evə geri qayıtdıqları zaman yaşadıqları evin yerləşdiyi həyətin dəmir giriş qapısının açıq olduğunu görmüşdür. Arvadı Günel dərhal evə daxil olaraq otaqlara baxmışdır. Bundan sonra yaşadıqları evə qanunsuz olaraq daxil olmuş naməlum şəxs və ya şəxslərin evin yataq otağına daxil olaraq paltar dolabında olan arvadı Günelə məxsus əl çantasından qızıl-zinət əşyalarını gizlin olaraq götürdüyünübilmişlər. Buna görə də arvadı Günelin dərhal DİN-in 102 xidmətinə müraciət etmişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 5100 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildrimişdir ki, xatırlamadığı tarixdə qardaşı İlyas ona maddi vəziyətlərinin çətin olduğunu bildirmiş və ona haradansa oğurluq edərək əldə etdikləri əşyaları sataraq pul əldə etməyi təklif etmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə təxminən saat 13:30 radələrində ona məxsus Opel markalı avtomobil ilə Ağdaş rayonu istiqamətində gəlmişlər. Ağdaş rayonu Şıxılı kəndinin ərazisində olan zaman qardaşı İlyas avtomobili yolun kənarında saxlayaraq həmin kəndin ərazisində oğurluq etməyi təklif etmişdir. O, avtomobili yolun kənarında saxlamış, bundan sonra birlikdə kəndin içərisinə doğru getmiş, bir qədər getdikdən sonra kəndin girişində dayanmış, qardaşı İlyas evlərə doğru getmişdir. O, isə küçədə dayanaraq qardaşını gözləmiş, həmçinin başqa bir şəxs gələn zaman qardaşı İlyasa xəbər edəcəkmiş. İlyas ona bir qədər sonra onu həmin yerdən götürməyi tapşırmışdır. İlyası avtomobildən düşdükdən sonra o, bir qədər üzü Ağdaş rayonu istiqamətində getmiş və yenidən geriyə doğru qayıtmışdır. Təxminən yarım saat sonra o, kəndə doğru hərəkət etmiş lakin yenə də qardaşı İlyası görməmişdir. Buna görə də yenidən geriyə, əvvəl dayandığı yerə qayıdaraq qardaşı İlyası orada gözləmişdir. Təxminən 10 dəqiqə sonra qardaşı İlyasın yolun kənarı ilə ona doğru gəlməsini görmüş, buna görə də dərhal avtomobili işə salaraq qardaşı gələn istiqamətdə sürmüş qardaşını götürmüşdür. Bundan sonra qardaşı İlyas oğurladığı qızılzinət əşyalarını ona göstərmişdir. O, isə avtomobili sürərək yaşadığı Yevlax rayonuna getmişdir. Qardaşı İlyasın həmin evdən oğurladığı qızıl üzüklərdən birini ona vermişdir. Bundan sonra həmin gün qızıl üzüklərdən birini qardaşı İlyas Yevlax şəhərində 284 manata tanımadığı şəxsə satmışdır. Həmin gün gecə saatlarında Ağdaş rayon polis şöbəsinin əməkdaşları onları axtarmasını eşitmişdir. Buna görə də evdən qaçaraq gizlənmişdir. Səhəri gün İlyasda olan bütün qızılları ondan almış, həmçinin İlyasın satdığı qızılı da geri qaytarmışdır. O, tanış şəxslərə soraq vermiş və İlyasın qızılı satdığı şəxsə pul ödətdirərək üzüyü ondan almış, lakin daha çox gizlənə bilməyəcəyini başa düşdüyü üçün xx.xx.2022-ci il tarixdə qızılları da götürərək Yevlax rayon polis şöbəsinə getmişdir. Orada Ağdaş rayonu Şıxılı kəndində qardaşı İlyas ilə oğurladığı 4 ədəd qızıl üzüyü və 1 dəst qızılı boyunbağı və qolbağı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuş və əl-barmaq izləri götürülmüşdür; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi, İşıq stansiyasının yanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ağdaş rayonu, Şıxılı kəndindəı yerləşən Zərərçəkmiş şəxs6 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs7 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış evinə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011- 13527-1222 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış Sahəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs7 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01ədədi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13- 11/2-6827/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİnin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik təşkil etmişdir. - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağdaş RPİ-də istintaq olunan ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində ayrıca cinayət işi ayrılaraq ********* nömrə ilə qeydə alınmışdır; - Cinayət işinin birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələrinə tövsif edilmişdir; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; -Ağdaş Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 1(014)-87/2023 saylı hökmünə əsasən Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökm üzrə Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manat məbləğində pul vəsaiti Şahid2 tutulması qərara alınmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 6/4932, 9/6322 saylı, xx.xx.2022- ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 cüt sırğanın və 1 ədəd mobil telefonun xx.xx.2022-ci il tarixə olan pərakəndə satış qiyməti 8,87 qram kütləli 1 cüt sırğa - 775,0 manat, 1 ədəd Çin istehsalı olan «Nokia» markalı, «1616» modelli mobil telefon (komplekləşdirilməsinə dair daxil edilən aksessuarların olmaması və yuxarıdakı göstəriciləri nəzərə alınmaqla) - 10,0 manat kimi müəyyən edilmişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin 6/648-9/777 saylı, xx.xx.2023- cü il tarixli tarixli ekspert rəyindən görünür ki; -üzərində rəngsiz, şəffaf qaşlar olan, halqa formalı, qırmızımtıl sarı rəngli, 583/585 əyarlı, 9,49 qram çəkidə 01 ədəd üzüyün qiyməti 759 manat, -üzərində rəngsiz, şəffaf qaşlar olan, qaş hissəsi sarı rəngli, halqa hissəsi qırmızımtıl sarı rəngli, halqasının üzərində "E*585R" damğası olan, 583/585 əyarlı, 4,83 qram çəkidə 01 ədəd üzüyün qiyməti 386 manat, -üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, halqasının iç tərəfində "585R" damğası olan, 583/585 əyarlı, 2,40 qram çəkidə üzüyün qiyməti 192 manat, -üzərində 1 ədəd bənövşəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, 583/585 ayarlı, 3,92 qram çəkidə 01 ədəd üzüyün qiyməti 314 manat, -üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli, dəstin elementlərinin kilidlərində "Lö- 583" damğası olan, 583/585 əyarlı, 38,11 qram çəkidə 01 dəst boyunbağı-qolbağın qiyməti 3049 manatdır. Həmçinin ekspertiza tədqiqatına təqdim edilməyən və qiymətləndirilməsi nəzəri qaydada tələb olunan 01 ədəd Rusya istehsalı, 585 əyarlı, 5 qram, sarı qızıldan hazırlanmış zəncir formalı boyunbağının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 400,0 manat müəyyən edilir; - xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi A.Zeynalov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ü.Novruzov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs3 oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Qanlı-Göl ərazisində olan evlərin ətrafında hərəkət edir, sonra isə ev 61 A ünvanına daxil olur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Zərərçəkmiş şəxs2 verdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, maddi ziyan ödənildiyindən onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; - 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 15-ci bəndində göstərilir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 ilə barışıq əldə etməsini (CM-59.1.12), vurulmuş maddi ziyanın qismən ödənilməsini (CM-59.1.14), məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29,177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Nokia” markalı mobil telefonun, 01 cüt sırğanın, 121 manat pulun Zərərçəkmiş şəxs5, 04 ədəd qızıldan üzük və 01 dəst qızıldan boyunbağıqolbağın Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınsın. 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 (yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar