Məhkəmə qərarları › İş №1(003)-464/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-464/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-464/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyyatsızlıqdan zərərçəkmişin ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə, saat 19 radələrində nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə “BMW 320” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində Türkan dairəsi istiqamətindən Zığ şossesi istiqamətinə doğru “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol nişanı ilə 100 km/saata qədər məhdudlaşdırılmış yolda 150 km/saat surətlə hərəkətdə olmuşdur. Bu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ehtiyatsızlıqdan onunla eyni zolaqda, yəni yolun sağdan-sola doğru 1-ci zolağı ilə 40-50 km/ saat sürətlə qarşısında hərəkətdə olan «KAMAZ 5410» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük maşınının arxa hissəsinə çırpılaraq idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində olan Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan sağ qaş nahiyəsinin, üzün sağ yarısının, sağ əlin arxa səthinin, sol dizin əzilmiş yaraları, üz sinirinin sağ tərəfli posttravmatik paresteziyası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya, avtomobilin arxa oturacağında sərnişin qismində olan X6 ehtiyatsızlıqdan sol baldırın aşağı üçdə birinin əzilmiş yarası; sağ gözətrafı nahiyənin qançırı və sağ göz almasının ağlı qişasının qansızması; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına sağ alın-gicgah nahiyəsində geniş qansızmalar; baş beynin, beyin kötüyünün ağır dərəcəli əzilməsi və sıxılması; sağ alın-təpə sümüklərinin basılmış, qəlpəli sınıqları; sağ said sümüklərinin aşağı üçdə birinin qapalı sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlər alaraq həmin xəsarətlərdən ölməsinə, eləcə də, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 məxsus «KAMAZ 5410» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük maşının zədələnməsi ilə bağlı sonuncuya 2339 manat maddi ziyan vurulmasına səbəb olan hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi «BMW» markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətində 150 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobildə ondan başqa qabaq sərnişin oturacağında dostu Zərərçəkmiş şəxs2, arxa sərnişin oturacağında isə dostu X9 oturmuşdur. Hərəkətdə olduğu zaman sol zolaqda hərəkətdə olan «BMW» markalı qara rəngli avtomobil ona yol vermədiyindən qarşısında hərəkətdə olan «Kamaz» markalı yük maşının arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət aldıqlarından onu, Bakıxan və Səbuhini xəstəxanaya aparmışlar. Sonradan Səbuhi müalicə aldığı xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışaraq ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən səmimi peşmançılığın və iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçkəmiş şəxslərin, şahidin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərdi ki, mərhum X9 onun əri olmuşdur. 17 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əri müxtəlif dərəcəli bədən xəsarətləri almış və 23 may 2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və mərhum əri həm iş yoldaşları, həm də, yaxın dost olmuşdur. Baş vermiş hadisədən sonra Nurməmməd və ailə üzvləri X1 ilə yaxından maraqlanmış, ona və Səbuhiyə həm mənəvi, həm də maddi dəstək olmuşlar. Baş vermiş hadisə ilə bağlı 10000 manat vəsait vermişlər. Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, dəymiş ziyanı sığorta ödəyəcəyini, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus «KAMAZ 5410» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük maşınını istifadə etməkdən ötrü Şahid etibarnamə vermişdir. 17 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində özünə məxsus yük maşınına «BMW» markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxadan çırpılması nəticəsində yük maşınına 2339 manat ziyan dəymişdir. Dəymiş 2339 manat ziyan sığorta şirkəti tərəfindən ödəniləcəyindən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X9 ilə həm dost, həm də iş yoldaşı olmaqla təmir-tikinti işləri ilə məşğul olmuşlar. 17 may 2022-ci il tarixdə, saat 19 radələrində Nurməmmədin idarə etdiyi «BMW» markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkan qəsəbəsi istiqamətindən Zığ qəsəbəsi istiqamətində hərəkətdə olmuşlar. O, qabaq sərnişin oturacağında, Səbuhi isə arxa sərnişin oturacağında əyləşmişdir. Nurməmməd hərəkətdə olduğu zaman «BMW» markalı avtomobil yol vermədiyindən qarşıda hərəkətdə olan «Kamaz» markalı yük maşınının arxa hissəsindən toqquşmuşdur. Onlar xəsarət aldıqlarından onları xəstəxanaya aparmışlar. Sonradan Səbuhi müalicə aldığı xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə, saat 19 radələrində etibarnamə ilə idarə etdiyi mişar daşı ilə yüklü olan «Kamaz» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Türkan-Zığ yolu ilə Zığ şossesi istiqamətində sağdan 1-ci zolağı ilə 45-50 km/saat surətlə hərəkətdə olmuşdur. Hərəkətdə olarkən arxadan əyləc səsi gəlmiş və yan güzgüdən baxanda iki qara rəngli avtomobilin surətlə ona tərəf gəlməsini görmüşdür. Sol zolaqda avtomobil olduğu üçün onun zolağında olan avtomobil sol zolağa keçə bilmədiyindən əyləci sıxmış, o isə sürəti artırmışdır, lakin həmin avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Qarşıda avtomobili saxlayıb 102 xidmətinə zəng edərək həmin şəxslərə yardım göstərmişdir. Hadisə zamanı xəsarət almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 03 avqust 2022-ci il tarixli, 8/1753 nömrəli rəyindən görünür ki, «1.2 istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «BMW 320» markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «BMW 320» markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 100 km/saata qədər məhdudlaşdırılmış yolda, 150 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 3.4 İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Kamaz-5410» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 25 may 2022-ci il tarixli, 564 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin əzilmiş yarası, sağ İİİ,İV,V,Vİ,Vİİ və sol Vİİİ,İX,X qabırğaların yerdəyişməyən, sol İİ qabırğanın yerdəyişən sınıqları, döş sümüyünün yerdəyişən sınığı, sol dirsək sümüyünün və sağ daban sümüyünün yerdəyişmiş, qəlpəli sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X13" X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 31 may 2022-ci il tarixli, 66 nömrəli rəyindən görünür ki, «1. Mərhum S.A.Əliyevin meyitində aşkar edilmiş xəsarətlər - Sol baldırın aşağı üçdə birinin əzilmiş yarası; sağ gözərafı nahiyyənin qançırı və sağ göz almasının ağlı qişasının qansızması; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına sağ alın-gicgah nahiyyəsində geniş qansızmalar; baş beynin, beyin kötüyünün ağır dərəcəli əzilməsi və sıxılması; sağ almtəpə sümüklərinin basılmış, qəlpəli sınıqları; sağ said sümüklərinin aşağı üçdə birinin qapalı sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanası Publuk Hüquqi şəxsinə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğundur, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər.

2. Mərhum S.A.Əliyevin ölümünə bilavasitə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin və beyin kötüyünün ağır dərəcəli əzilməsi olmuşdur.

3. Mərhum S.A.Əliyevin ölümü xx.xx.2022-ci ildə, saat 15:40-da Respublika Neyrocərrahiyyə Xəstəxanası X10 baş vermişdir. (Respublika Neyrocərrahiyyə Xəstəxanası X10 tərtib olunmuş 877 saylı stasionar xəstənin tibbi kartına əsasən)». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli, 850 nömrəli rəyindən görünür ki, «1. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qaş nahiyəsinin, üzün sağ yarısının, sağ əlin arxa səthinin, sol dizin əzilmiş yaraları, üz sinirinin sağ tərəfli posttravmatik peresteziyası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X14” X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 17,05.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər». İş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin 22 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 145938 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan “X16” X10 tərtib olunmuş 5886 saylı xəstəlik tarixinə əsasən Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş olması müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 10 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1988-ci ildə Masallı rayonu, Əhmədli kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar