Məhkəmə qərarları › İş №1(003)-464/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-464/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-464/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 Müdafiəçisi - 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 Müdafiəçisi - 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2001-ci ildə Astara rayonunun Asxanakəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, N.Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1999-cu ildə Astara rayonunun Miki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 3i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, N.Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qeyri rəsmi münasibətdə yaşadığı Şahid1 qızının əri - X6 mobil telefonla əlaqə saxlayaraq onun ünvanına nəlayiq ifadələr işlədib söyüş söydüyündən Ramin Şıxəliyev ilə aralarında yaranmış münaqişə zamanı 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X4 yerləşən R.Şıxəliyevin evinin qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə R.Şıxəliyevdən onları nə üçün telefonda söyüb təhqir etdiyini soruşduqda R.Şıxəliyev yaxşı etmişəm deyib yenidən onları söyüb təhqir etməsi və üzərilərinə cumub yumruq atması səbəbindən aralarında yenidən mübahisə başlayan vaxt şəxsi münasibətlərinin pozulması zəmnində qisas almaq məqsədilə qəflətən ani olaraq tanışı X3 ilə birlikdə ilk öncə o, özü qəsdən yumruqla Ramin Şıxəliyevin sifət nahiyyəsindən zərbə vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə təpiklə onun bədənin müxtəlif nahiyəsindən bir neçə dəfə vuraraq zərərçəkmiş şəxs X1 göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyyəsinin, sol almacıq nahiyəsinin, bel nahiyyəsinin qançırları kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda yüngül dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olaraq qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 qeyri rəsmi münasibətdə yaşadığı Şahid1 qızının əri - X6 mobil telefonla əlaqə saxlayaraq onun ünvanına nəlayiq ifadələr işlədib söyüş söydüyündən Ramin Şıxəliyev ilə aralarında yaranmış münaqişə zamanı 22 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X4 yerləşən R.Şıxəliyevin evinin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə R.Şıxəliyevdən onları nə üçün telefonda söyüb təhqir etdiyini soruşduqda R.Şıxəliyev yaxşı etmişəm deyib yenidən onları söyüb təhqir etməsi və üzərlərinə cumub yumruq atması səbəbindən aralarında yenidən mübahisə başlayan vaxt şəxsi münasibətlərinin pozulması zəmnində qisas almaq məqsədilə qəflətən ani olaraq tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ilk öncə Fəhmin qəsdən yumruqla Ramin Şıxəliyevin sifət nahiyyəsindən zərbə vurub yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə təpiklə onun bədənin müxtəlif nahiyəsindən bir neçə dəfə vuraraq zərərçəkmiş şəxs X1 göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyyəsinin, sol almacıq nahiyəsinin, bel nahiyyəsinin qançırları kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda yüngül dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olaraq qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrinə dair cinayət işi aidiyyəti üzrə məhz bu məhkəməyə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. İttiham aktının prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və iş üzrə zərərçəkmiş şəxs X6 barışdıqlarını bildirmiş və məhkəməyə bu barədə ərizə təqdim edərək cinayət iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, o həmin ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəmişlər, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərizələrindən görünür ki, onlar həmin ərizələrində zərərçəkmiş şəxs X5 dəymiş ziyanın ödədiklərini və sonuncu ilə barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq cinayəti işi üzrə icraata məhkəmə hazırlıq iclasında xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. İş materiallarına əlavə edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 07 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulan məsuliyyətdən yalnız bir dəfə azad edilmə ilə bağlı məhdudiyyət həmin Məcəllənin Xüsusi hissəsinin ayrı-ayrı maddələrinin “Qeyd” hissələri əsasında məsuliyyətdən azad edilməyə deyil, bilavasitə Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələri ilə məsuliyyətdən azad edilmə hallarına şamil edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və cinayəti işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdıqları və dəymiş ziyanı tamamilə ödədikləri üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsinlər və barələrində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altın vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 150 manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 150 manat, ümumilikdə 300 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi təqdirdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar