Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-465/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Nəsirov X1 iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz evdə kirayənişin yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli 4(003)- 250/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 27 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Nəsirov X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanının ittiham aktı ilə Nəsirov X2 Azərbaycan Respublikası CM-nin 228.4 və 315-ci maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Nəsirov X2 qanunsuz olaraq soyuq silahı əldə edərək üzərində gəzdirməklə, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş idarəsinin Əməliyyat İdarəsinin ona qarşı keçirdiyi əməliyyat tədbiri zamanı 12 may 2022-ci il tarixdə təxminən saat 02 radələrində həmin idarənin əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan bıçaqla Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağamlığa az ağır dərəcəli zərərvurmaya aid boynun ön səthinin, sağ körpücük üstü nahiyənin deşilmiş-kəsilmiş yaraları, V barmaq bükücü vətərinin kəsilməsi ilə müşayiət olunan sağ əlin İV-V barmaqların dərin kəsilmiş yaraları, Zərərçəkmiş şəxs2 ağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid boynun arxa səthinin deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirib zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət təqdim edərək Nəsirov X1 Azərbaycan Respublikası CM-nin 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatəti onunla əsaslandırmışdır ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin tutulduqdan sonra şübhəli şəxs qismində dindirilməmişdir. Bundan sonra, 28 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsinə baxmayaraq təqsirləndirilən şəxs qismində dindirilməmiş, onun ittihamın mahiyyəti üzrə müdafiəçisinin iştirakı ilə ifadə vermək hüququnun olduğuna əhəmiyyət verilməmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 232 və 233-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı, 01 iyun 2022-ci il tarixdə iş üzrə kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji, məhkəmə-tibbi, kriminalistik və soyuq silah ekspertizası təyin edilmiş, lakin həmin ekspertiza təyin edilməsi haqqında qərar üzrə ekspertiza rəyi alınmamış, qərarda ekspert qarşısında qoyulan suallar üzrə müəyyən edilməli hallar, o cümlədən cinayətin aləti olan bıçağın soyuq silah olub-olmaması müəyyən edilməmişdir. Buna baxmayaraq, müstəntiq tərəfindən bıçağın soyuq silah olması ilə bağlı nəticəyə gəlinmiş və ittiham aktında bıçağın soyuq silah olması göstərilmişdir. Cinayətin aləti olan bıçağın soyuq silah olub-olmaması müvafiq peşə biliyinə malik ekspert tərəfindən müəyyən edilmədiyinə görə Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsi ilə yanaşı CMnin 228.4-cü maddəsi ilə də ittiham elan edilməsinin əsaslılığı aydınlaşdırılmamış, həmin maddədə nəzərdə tutulan cinayət əməlinə görə təqsirliliyini təsdiq edən sübutlar göstərilməmişdir. CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 223.5-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir. Göstərilənlərə əsasən CPM-nin 223cü maddəsinin qeyd olunan tələbləri pozulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənləri üzərində olan xəsarətlərlə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizaları haqqında qərarlar və həmin qərarlar üzrə alınmış ekspertiza rəyləri təqsirləndirilən şəxsə elan edilməmişdir. Bununla da CPM-nin 268-ci maddəsinin tələbləri pozulmuşdur. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2022-ci il tarixli qərarda Təqsirləndirilən şəxs CM-nin 228.4 və 315-ci maddələri ilə yeni ittiham elan edilməsi qərara alınsa da, sübutların qiymətləndirilməsi haqqında qərarda və iş üzrə tərtib edilmiş ittiham aktında göstərilməsinə baxmayaraq, ona CM-nin 228.4 və 315-ci maddələri ilə yeni ittiham elan edilməmişdir. Bununla da CPM-nin 223-cü maddəsinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 az ağır, Zərərçəkmiş şəxs2 yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan gömrük əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın məzmununda cinayətin obyektiv cəhətinin bütün əlamətləri düzgün olaraq sadalansa da, rəqəm ifadəsində yalnız CM-nin 228.4 və 315-ci maddələri göstərilmiş, CM-də nəzərdə tutulan sağlamlıq əleyhinə törədilən cinayətlərlə bağlı müvafiq maddələr göstərilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda törətdiyi cinayət əməllərinin mahiyyəti düzgün göstərilsə də həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələr rəqəm ifadəsi olaraq tam göstərilməmişdir. Eyni zamanda CPM-nin 289.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri- əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Qeyd edildiyi kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməmiş, özünü müdafiə üçün dəllillər gətirməsinə, ümumiyyətlə onun özünü müdafiəsi üçün şərait yaradılmamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Buna baxmayaraq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində isə təqsirləndirilən şəxsin özünü müdafiə üçün heç bir dəlil gətirmədiyi göstərilmişdir. Bununla da cinayət işi üzrə ittiham aktı CPMnin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Məhkəmə iclasında Müdafiəçi cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Nəsirov X2 cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin tutulduqdan sonra şübhəli şəxs qismində dindirilməmişdir. Bundan sonra, 28 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilməsinə baxmayaraq təqsirləndirilən şəxs qismində dindirilməmiş, onun ittihamın mahiyyəti üzrə müdafiəçisinin iştirakı ilə ifadə vermək hüququnun olduğuna əhəmiyyət verilməmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 232 və 233-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, ibtidai istintaq zamanı, 01 iyun 2022-ci il tarixdə iş üzrə kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji, məhkəmə-tibbi, kriminalistik və soyuq silah ekspertizası təyin edilmiş, lakin həmin ekspertiza təyin edilməsi haqqında qərar üzrə ekspertiza rəyi alınmamış, qərarda ekspert qarşısında qoyulan suallar üzrə müəyyən edilməli hallar, o cümlədən cinayətin aləti olan bıçağın soyuq silah olub-olmaması müəyyən edilməmişdir. Buna baxmayaraq müstəntiq tərəfindən bıçağın soyuq silah olması ilə bağlı nəticəyə gəlinmiş və ittiham aktında bıçağın soyuq silah olması göstərilmişdir. Cinayətin aləti olan bıçağın soyuq silah olub-olmaması müvafiq peşə biliyinə malik ekspert tərəfindən müəyyən edilmədiyinə görə Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsi ilə yanaşı CM-nin 228.4-cü maddəsi ilə də ittiham elan edilməsinin əsaslılığı aydınlaşdırılmamış, həmin maddədə nəzərdə tutulan cinayət əməlinə görə təqsirliliyini təsdiq edən sübutlar göstərilməmişdir. CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 223.5-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir. Göstərilənlərə əsasən CPM-nin 223-cü maddəsinin qeyd olunan tələbləri pozulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənləri üzərində olan xəsarətlərlə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizaları haqqında qərarlar və həmin qərarlar üzrə alınmış ekspertiza rəyləri təqsirləndirilən şəxsə elan edilməmişdir. Bununla da CPM-nin 268-ci maddəsinin tələbləri pozulmuşdur. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2022-ci il tarixli qərarda Təqsirləndirilən şəxs CM-nin 228.4 və 315-ci maddələri ilə yeni ittiham elan edilməsi qərara alınsa da, sübutların qiymətləndirilməsi haqqında qərarda və iş üzrə tərtib edilmiş ittiham aktında göstərilməsinə baxmayaraq, ona CM-nin 228.4 və 315-ci maddələri ilə yeni ittiham elan edilməmişdir. Bununla da CPM-nin 223-cü maddəsinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 az ağır, Zərərçəkmiş şəxs2 yüngül zərər vuran xəsarətlər yetirərək hakimiyyət nümayəndəsi olan gömrük əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın məzmununda cinayətin obyektiv cəhətinin bütün əlamətləri düzgün olaraq sadalansa da, rəqəm ifadəsində yalnız CM-nin 228.4 və 315-ci maddələri göstərilmiş, CM-də nəzərdə tutulan sağlamlıq əleyhinə törədilən cinayətlərlə bağlı müvafiq maddələr göstərilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda törətdiyi cinayət əməllərinin mahiyyəti düzgün göstərilsə də həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələr rəqəm ifadəsi olaraq tam göstərilməmişdir. Eyni zamanda CPM-nin 289.3-cü maddəsinin tələbinə əsasən ittiham aktının təsviri- əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Qeyd edildiyi kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməmiş, özünü müdafiə üçün dəllillər gətirməsinə, ümumiyyətlə onun özünü müdafiəsi üçün şərait yaradılmamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Buna baxmayaraq, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində isə təqsirləndirilən şəxsin özünü müdafiə üçün heç bir dəlil gətirmədiyi göstərilmişdir. Bununla da cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələbinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntu mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılamsı üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, kobud qanun pozuntularıdır və bu pozuntulara yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.1, 303.3.1, və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Nəsirov X2 oğlunun Azərbaycan Respublikası CM-nin 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-465/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-465/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver