Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-465/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 10:55 X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 33/130, mənzil 24 ünvanında qeydiyyatda olan, ünvan 1ər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində "həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixədək olan müddət ərzində xeyli miqdarda, 1,765 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin psixotrop maddənin 1,408 qramını 1 sellofan bükümdə qablaşdırıb üzərində “ROSSO” yazısı olan eynək qabının içərisində gizlətməklə üzərində “KİNGSONS” yazısı olan tünd-boz rəngli çiyin çantasına, 0,357 qramını isə kassa qəbzinə büküb 1 bükümdə əynindəki açıq qəhvəyi rəngli gödəkçənin çöl tərəfdən sinə hissəsində olan cibinə yerləşdirib saxlamış, 5 may 2025-ci il tarixli, J2 8105 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına aparmaq məqsədilə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X7 Hava Limanına daşımış və həmin tarixdə saat 12 radələrində Hava Limanının 2-ci Terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, aparılmış gömrük yoxlaması zamanı qeyd edilən psixotrop maddə gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşüdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi, direktorudur. Qanuni təmsilçisi olduğu şirkətin Türkiyə Respublikasının İstanbul şəhərində filialı olduğu üçün, işlər səbəbindən 2025-ci ilin mart ayının sonlarında İstanbul şəhərinə getmiş və orada 1 ay qaldıqdan sonra Azərbaycana qayıtmışdır. Psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə hava yolu ilə İstanbul şəhərinə getmək üçün aviabilet almış, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində də narkotik və ya psixotrop maddə istifadə etməmişdir. Həmin gün qəfildən “patı (metamfetamin)” qəbul etmək istəmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə təxminən 19-20 radələrində Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində piyada gəzərkən tanışı Ramil Muradovu görmüş, ondan metamfetamin təşkil etməyini istəmiş, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Ramil ona “Whatsapp” proqramı vasitəsilə məkan (lokasiya) göndərərək istədiyi metamfetaminin orada olduğunu və gedib oradan götürə biləcəyini demişdir. Həmçinin həmin yerin kənardan şəkilini çəkib ona göndərmişdir. O, təxminən saat 21 radələrində həmin məkana, yəni Sumqayıt şəhərində 9-cu mikrorayonla 6-cı mikrorayonun arasında yerləşən parka getmiş, lokasiyanın göstərdiyi yerdən bükülünü götürmüşdür. Həmin bükülünü götürdükdən sonra etibarnamə əsasında idarə etdiyi KİA markalı, 50CF238 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsinə əyləşərək evə gəlmişdir. Yaşadığı məhəlləyə çatdıqdan sonra, maşını saxlamış və hələ maşından düşməmiş həmin metamfetamin psixotrop maddəsindən bir qədər götürüb maşınında olan çiyin çantasının içərisindəki şüşə kolba vasitəsilə istifadə etmişdir. Bundan sonra kolbanı həmin çantanın içərisinə qoymuşdur. Həmçinin qalan metamfetamini də özünə məxsus olan eynək qabının içərisindəki eynək şüşəsini silmək üçün istifadə edilən bez parçasının alt hissəsinə qoyaraq, eynək qabını bağlamışdır. Eynək qabını da qeyd olunan çiyin çantasının içərisinə qoymuşdur. Çiyin çantası içərisindəkilərlə birlikdə maşında qalmış və o, evə daxil olmuşdur. Gecəni evdə qalmış və səhəri, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrindən özünə məxsus digər əşyalarla birlikdə içərisində metamfetamin və kolba olan çiyin çantasını da götürüb evdən çıxmışdır. Həmin metamfetamini İstanbul şəhərində olan zaman istifadə etmək üçün aparmaq istəmişdir. Buna görə də qalan metamfetamini çiyin çantasının içərisində olan eynək qabının içərisində olan və eynəyin şüşəsini silmək üçün istifadə edilən bez parçasının alt hissəsinə qoymuşdur ki, hava limanında gömrük nəzarətindən keçərkən gömrük əməkdaşları görməsin. Evdən çıxdıqdan sonra Heydər Əliyev adına X8 doğru yola düşmüşdür. Bileti saat 13:45-ə olmuşdur. O, təxminən 12 radələrində hava limanının 2-ci Termianlında gömrük nəzarət zonasına daxil olmuşdur. Burada gömrük nəzarətindən keçən zaman, yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və əl yüklərində olan malları gömrük nəzarətinə bəyan etməyini təklif etmişdir. O da özünə məxsus geyim və şəxsi əşyalarının olduğunu, bundan başqa da mütləq bəyan edilməli hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı əl yüklərini və üzərindəki gödəkçəni rentgen qurğusuna qoymağı, özünün də metal dedektor qapıdan keçməyini bildirmişdir. O da bucür etmişdir. Əşyalarına rentgendə baxış keçirilərkən gömrük əməkdaşı bildirmişdir ki, çiyin çantasında və gödəkçəsində şübhəli cizgilər müşahidə edilmişdir, buna görə də yoxlama keçiriləcək. O, buna etiraz etməmiş, gömrük əməkdaşı tərəfindən əvvəlcə ona məxsus olan tünd-boz rəngli çiyin çantasının içərisindən 1 ədəd şüşə kolba və çantanın içərisindəki eynək qabının içərisindən isə Ramil Muradov vasitəsilə Sumqayıt şəhərində əldə etdiyi 1 şəffaf sellofan bükümdə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra gödəkçəsinə gömrük əməkdaşı tərəfindən yoxlama keçirilmiş, bu zaman gödəkçəsinin çöl tərəfdən sinə hissəsində olan cibindən 1 ədəd kassa qəbzinə bükülmüş halda metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər gömrük əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çiyin çantasından aşkar edilən bükümün təqribi çəkisinin 2 qram, gödəkçəsinin cibindən aşkar edilmiş bükümün isə təqribən 1 qram olduğu müəyyən edilmişdir. Bundan sonra gömrük əməkdaşı ona bildirmişdir ki, gödəkçəsinin cibindən və çiyin çantasından metamfetamin psixotrop maddəsi aşkar edildiyi üçün üzərində də olması ehtimalı ilə şəxsi yoxlama keçiriləcək. O isə gömrük əməkdaşlarına bildirmişdir ki, üzərində qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan bir qədər sonra gömrük əməkdaşı onu şəxsi yoxlama otağına dəvət edərək orada üzərinə şəxsi yoxlama keçirtmişdir. Şəxsi yoxlama zamanı, üzərindən qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməyən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması keçirilməsi haqqında protokol tərtib edilərək gödəkçəsinin cibindən və çiyin çantasından aşkar edilmiş ümumilikdə 2 ədəd bükümdə təqribi çəkisi 3 qram olan metamfetamin psixotrop maddəsi götürülmüş, Daha sonra gömrük əməkdaşı onu həm yoxlama, həm də şəxsi yoxlama keçirilməsi haqqında protokollarla tanış edərək müvafiq yerlərində imzalar etdirmişdir. Orada da bildirmişdir ki, əynindəki gödəkçədən və çiyin çantasından aşkar edilmiş metamfetamin psixotrop maddəsinin qanunsuz olduğunu bildiyi üçün, buraxılışına icazə verilməyəcəyini düşünmüş və buna görə də gömrük nəzarətindən gizlətmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin baş inspektoru vəzfəsində çalışır və gömrük xidməti polkovnik-leytenantı xüsusi rütbəsindədir. Xidmətdə olduğu zaman işi ölkə ərazisinə gətirilən və ya aparılan müşayiət olunan və olunmayan baqajlara və əl yüklərinə X-Ray rentgen qurğusunda vizual baxış keçirtməkdən ibarətdir. Baxış keçirən zaman şübhəli məqamlar müşahidə etdikdə, həmin predmetlərə faktiki olaraq gömrük yoxlamasını həyata keçirir. xx.xx.2025-ci il tarixdə saat 09:00-dan saat 20:00-dək növbədə olmuşdur. Həmin gün saat 12 radələrində Bakı-İstanbul aviareysinin sərnişinlərindən biri olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən özünə məxsus olan çiyin çantasını, 1 ədəd çemodanı və əynindəki gödəkçəsini çıxarıb stasionar rentgen qurğusunun konveyrinə qoydu və özü də metal dedektordan keçmiş, o da həmin sərnişinin əşyalarına rentgen qurğusunda vizual baxış keçirərkən rentgen qurğusunun monitorunda şübhəli cizgilər, yəni kolbaya oxşar predmet cizgiləri, həmçinin eynək qabına bənzər cizgili predmetin içərisində və gödəkçənin də yuxan hissəsində də hərəsində 1 ədəd olmaqla bükümə bənzər predmetlərin cizgilərini müşahidə etmişdir. Bu hal ona şübhəli gəldiyi üçün Təqsirləndirilən şəxs bütün əşyalarına gömrük yoxlaması keçirtməyə qərar vermişdir. O, həmin vaxt qeyd olunan əşyaların təhlükəsizliyini təmin etmək və kənar müdaxilə hallarının qarşısını almaq məqsədilə orada dayanmış və həmin vaxt növbədə olan DGK X1 Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinə təhkim edilmiş inspektor Şahid2 isə xahiş etmişdir ki, keçiriləcək gömrük yoxlamasında iştirak etmək üçün 2 nəfər hal şahidi dəvət etsin. Hal şahidlərinin iştirakı təmin edildikdən sonra onların, inspektor Şahid2, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə gömrük yoxlamasını həyata keçirtmişdir. Yoxlama zamanı, əvvəlcə üzərində “KİNGSONS” yazısı olan tünd boz rəngli çiyin çantasının zəncirbəndli cibini açaraq içərisinə baxış keçirtmiş, bu zaman orada gömrük orqanına bəyan edilməyən şəffaf şüşə materialdan hazırlanmış kolba olduğunu aşkar etmişdir. Həmin kolbanın aşağı hissənin daxili qaralmış (hisli) vəziyyətdə olmuş. Daha sonra həmin çiyin çantasına baxışı davam etdirmiş və çantanın zəncirbəndli cibinin içərisində olan əşyaların arasında olan və üzərində “ROSSO” yazısı həkk edilmiş plastik materialdan hazırlanmış ağ rəngli eynək qabının içərisindəki biri eynək təmizləmək üçün istifadə edilən, digəri isə eynək qabının daxili ölçüsündə olan iki ədəd bez parçasının arasında olan malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 1 ədəd şəffaf rəngli sellofan bükülü olduğunu aşkar etmişdir. Həmin bükülünü açarkən içərisində ağ rəngli rəngli bərk-kristal qırıntılar olduğu məlum olmuşdur. Bundan sonra həmin sellofan bükülüsünü içərisindəki kristal qırıntılarla birlikdə elektron tərəzidə çəkmiş və təqribi çəkisinin 2 qram olduğunu müəyyən etmişdir. Bundan sonra, şübhəli cizgilərin müşahidə edildiyi Təqsirləndirilən şəxs məxsus açıq qəhvəyi rəngli gödəkçəyə gömrük yoxlamasını həyata keçirtmişdir. Yoxlama zamanı, gödəkçənin çöl tərəfdən sinə hissəsində olan cibdə 1 ədəd kağız bükülü olduğunu aşkar etmiş, bükülən kağıza baxan zaman kassa qəbzi olduğunu müəyyən etmiş, bundan sonra həmin bükülünü açarkən içərisində malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş eynisi ilə yuxarıda qeyd olunduğu kimi kristal qırıntılar olduğu məlum olmuşdur. Həmin bükülünü də içərisindəki kristal qırıntılarla birlikdə elektron tərəzidə çəkmiş və təqribi çəkisinin 1 qram olduğunu müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər əşyalarına da yoxlama keçirilmiş, lakin gömrük nəzarətinə mütləq bəyan edilməli olan və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kristal qırıntıların metamfetamin psixotrop maddəsi olma ehtimalını nəzərə alıb, müvafiq araşdırma aparılmasından ötrü ptorokol tərtib edərək götürmüşdür. Həmçinin aşkar edilmiş predmetlərin gizlədildiyi çiyin çantası, eynək qabı və gödəkçəni də götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində də qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasını ehtimalını nəzərə alıb, üzərində şəxsi yoxlama keçirilməsi barədə rəhbərliyə məruzə etmiş, müvafiq icazə verildikdən sonra yoxlama prosesində iştirak edən hal şahidlərinin iştirakları ilə Sərnişin şöbəsinin şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirtmişdir. Şəxsi yoxlamaya başlamazdan əvvəl ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. O da mütləq bəyan edilməli və ya gizlədilmiş hər hansı bir əşya yaxud predmet olmadığını bildirmişdir. Şəxsi yoxlama keçirən zaman Təqsirləndirilən şəxs üzərindən gizlədilmiş və ya bəyan edilməyən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra şəxsi yoxlama ilə bağlı da protokol tərtib edərək iştirakçılara müvafiq imzalar etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Heydər Əliyev adına X6 yerləşən "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyir. MMC-də iş rejimi günün 24 saatı təşkil olunur, lakin növbəli şəkildə işləyir. xx.xx.2025-ci il tarixdə səhər saat 08-dən axşam saat 20-dək işdə olmuş, həmin gün saat 12 radələrində gömrük əməkdaşı kimi tanıdığı Şahid2 ona və onun kimi MMC-də yuyucu operator vəzifəsində işləyən Şahid4 yaxınlaşaraq onlardan Hava limanının 2-ci terminalının gediş zalında vətəndaşın əl yüklərinə keçiriləcək gömrük yoxlamasında hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da etiraz etməyərək gömrük əməkdaşı ilə birlikdə yoxlamanın keçiriləcəyi yerə gediblər. Oraya çatdıqdan sonra gömrük əməkdaşı Şahid1 onları əvvəlcədən tanımadıqları Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmiş və həmin şəxsin əl yüklərinə keçirilən yoxlamada hal şahidi qismində iştirak edəcəklərini bildirərək hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra yoxlamaya başlamış, yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən çiyin çantasından 1 ədəd içərisi qaralmış vəziyyətdə olan şüşə kolba aşkar edildiyinin şahidi olmuşdur. Daha sonra yoxlama davam etdirilmiş və həmin çantanın içərisində olan 1 ədəd ağ rəngli eynək qabının da içərisindəki bez parçalarının arasından 1 ədəd sellofan bükülünün aşkar edildiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 05 may 2025-ci il tarixli “Yoxlama və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində “KİNGSONS” yazısı olan tünd boz rəngli çiyin çantası açılmış və içərisinə baxış keçirilmiş, çiyin çantasının içərisində olan zəncirbəndli ciblikdən şəffaf rəngli, şüşə materialdan, aşağı hissəsi şarabənzər, yuxan hissəsi boruşəkilli, qurtaracağı yivli, şar hissənin daxilində, yəni sağdan və soldan olmaqla iki hissəsi qaralmış kolbavari predmet aşkar edilmiş, daha sonra baxış davam etdirilərək, Təqsirləndirilən şəxs məxsus digər şəxsi əşyaların arasında bir ədəd, tünd şəffaf rəngli, üzərində “ROSSO” yazısı olan, plastik materialdan hazırlanmış eynək qabının içərisində, biri eynək təmizləmək üçün istifadə edilən, digəri isə eynək qabının daxili ölçüsündə olan iki ədəd parça materialının arasında, malların aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü, qablaşdırma ilə birlikdə ümumi təqribi çəkisi 2(iki) qram olan, gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, bərk kristal halında maddə aşkar edilmişdir. Daha sonra rentgen qurğusunun müşahidə monitorunda görünən, sonuncunun əvvəlcə əyninə geyindiyi, gömrük yoxlaması zamanı isə rentgen qurğusuna yerləşdirilmiş, açıq qəhvəyi rəngli gödəkçəyə baxış keçirilmiş, baxış zamanı gödəkçənin üst tərəfdən sinə hissəsində olan ciblikdə, malların aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, kassa qəbzinə bükülü formada, qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisi 1 (bir) qram təşkil edən, gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən şəffaf rəngli toz kristalları halında maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli, 6/1696 nömrəli ekspert rəyindən görünür ki, DGK-ya məxsus 1 ədəd kağız zərfdə qablaşdırılmış 2 polietilen paketin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram və 1,408 qram, ümumi təmiz çəkiləri isə 1,765 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindirlər. Qeyd: Ekspertiza tədqiqatı zamanı 0,01 qram metamfetamin psixotrop maddəsi sərf edildi, qalıq 1,665 qram təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 5/509 nömrəli ekspert rəyindən görünür ki, olan “Samsung Galaxy 822 Ultra” markalı SM-S908B/DS model mobil smartfonun yaddaşında mövcud olan bir sıra məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar və onlar əsasında tərtib edilmiş hesabat Ekspertiza 5-509 adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair 2 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair 19 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair 18 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2025-ci il tarixli 6/1882 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd şüşə materialdan olan kolbanın səthində psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək və digər zərfdə qablaşdırılmış metamfetaminlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş “Əşyaların maddi sübut kimi tanınması” haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zamanı aşkar edilərək götürülmüş ümumilikdə xalis çəkisi 1,765 qram olan metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş “Əşyaların maddi sübut kimi tanınması” haqqında 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy 822 Ultra” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş “Əşyaların maddi sübut kimi tanınması” haqqında 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs müşayiət etdiyi üzərində “KİNGSONS” yazısı olan tündboz rəngli çiyin çantasının içərisindən aşkar edilərək götürülmüş səthində psixotrop maddə - metamfetaminə məxsus izlər olan kolba iş üzrə əhəmiyyət kəsb edən halları təsdiq etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 05 may 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti Təqsirləndirilən şəxs məxsus “Samsung S22 Ultra” markalı mobil telefondur. Telefonun üzərində Azərbaycan Respublikasının mobil operatoruna məxsus +**********33 mobil nömrə vardır. Telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçirildikdə adı “Ramil Muradov” olaraq qeyd edilmiş +**********20 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 23:05 “Brat neynəyirsən? Yatmamısan? Evdəsən?” məzmunlu səsli mesajın göndərilməsi, buna cavab olaraq saat 23:05-də Əlisyusif Xəlilov tərəfindən “ Salam brat, yatmamışam, Araz marketə girirəm indi” məzmunlu səsli mesajın göndərilməsi, 23:10-da Ramil Muradov tərəfindən “Hə brat mən gəlmişəm. Düzü heç getmədik, gəldilər evdən yola saldım. Əsgər yoldaşım Samid var, sağolsun elə gəldi. Hə indi mən evdə deyiləm, evə yaxınam, görüşmək istəyirsənsə, gəl məhləyə 5-10 dəqiqə oturaq” məzmunlu səsli mesajın göndərilməsi, 23:11-də Əliyusif Xəliov tərəfindən buna cavab olaraq “ Hə bildim, məndə səni gözdüyürəm, xəbər çıxmadı səndən. Sən də heç olmasa yazki, hər şey qaydasındadı. Elə bildim getdin, bunlar səni buraxmadılar. Gələ bilirsənsə evə tərəf gəlim yaxınlaşım. Evə gedəcəm, imkan varsa görüşək. Sənə görə narahat oldum, sən də heç xəbər eləməmisən mənə” məzmunlu səsli mesajın göndərilməsi, 23:12-də Ramil Muradov tərəfindən “ İndi özümə gəlmişəm, birinci adamsan ki, sənə yazıram. Sən Araz marketdən nə vaxt çıxarsan? İstəyirsənsə 10-15 dəqiqəlik görüşək. Məsələ biraz olar qurtardı. Həm də qurtarıb deyəndə qalmışam belə. 2 gün vaxt veriblər ki, 2000 min əlavə elə, tam da qurtarmayıb. Belə başa düşürəm ki, sən getməlisən də” məzmunlu səsli mesajın göndərilməsi, 23:16-da Təqsirləndirilən şəxs tərəfində buna cavab olaraq “ Hə brat evdə gözdüyürlər məni, sən yazmasaydın mən evə gedirdim. Onsuzda evə gedəcəm, çünki 1-ci günə bilet almışam, sabah da istəyirəm ailəmlə vaxt keçirim” məzmunlu səsli mesajın göndərilməsi, tərəflər arasında 23:22 və 23:25-də müvafiq olaraq 1 dəqiqəlik və 24 saniyəlik səsli zənglərin olması, 23:42-də Əliyusof Xəlilov tərəfindən “Gəldim çatdım mən, maşını saxladım qıraqda, bu vaxt gördüm bir dənə polis maşını dönüb saxladı mən tərəfdə, sonra gördüm dal-dala verdi çıxıb getdi. Yol polisiymiş, keçəndə gördüm işıqları söndürmüşdülər. Gizlin yerdə içki içirlər, elə bilki burdan maşınla çıxanları orda saxlıyırlar. Gəldi fırlandı bir dənə qorxdum” məzmunlu səsli mesajın göndərilməsi, 23:43-də Ramil Muradov tərəfindən “Allah haqqı ürəyim düşdü, indi getmisən, edəsən?” məzmunlu səsli mesajın göndərilməsi, 23:44-də Təqsirləndirilən şəxs tərəfindən “Hə evdəyəm, girdim məhləyə artıq” məzmunlu səsli mesajın göndərilməsi, xx.xx.2025-ci il tarixdə saat 17:10da Ramil Muradov tərəfindən “Yuska, salam, necəsən, neyniyirsən qardaş. Necədi sənin planların, necə eliyəcəksən. Sabah gedirsən hə? Biz bugün görüşərdik, həm də biraz dərdləşərdik. Alınsaydı gecə saat 01-də hava limanına getməliyəm uşaqları qarşılamağa, 2-yə qalmış təyyarə düşür. Gecə görüşsəydik bir çıxıb gedib-gələrdik ora. Sən mənə deyərsəndə planlarını” məzmunlu səsli mesajın göndərilməsi, 20:01-də Təqsirləndirilən şəxs tərəfindən “Salam Ramil necəsən, kef əhval. Sabah saat 10-da çıxacam evdən” məzmunlu səsli mesajın göndərilməsi. 20:02-də Ramil Muradov tərəfindən “Salam brat. Hara gedəcəksən ki, Türkiyədə hə? İstanbul? Evdəyəmdə brat, gecə alınsaydı gedərdik hava limanına, alınmasada problem deyil. Özüm gedəcəm uşaqları gətirməyi” məzmunlu səsli mesajın göndərilməsi, 20:57-də Təqsirləndirilən şəxs tərəfindən “ Hə brat mənim biraz işlərim var, qurtarım keçsəm sən tərəfə deyəcəm” məzmunlu səsli mesajın göndərilməsi, 20:57-də Ramil Muradovun buna cavab olaraq “Yaxşı qardaşım, işlərin avand olsun, gözləyəcəm, xəbər elə” məzmunlu səsli mesajın göndərilməsi, 20:57-də Təqsirləndirilən şəxs tərəfindən “ Sən evdəsəndən hə? Mənim o şeyim hazırdısa götürəcəmdə onuda” məzmunlu səsli mesajın göndərilməsi, 20:58-də buna cavab olaraq Ramil Muradov tərəfindən “Hə brat evdəyəm, narahat olma” məzmunlu səsli mesajın göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən saat 21:57, 21:58, 21:59-da cavabsız zənglərin edilməsi və sonuncu tərəfindən 21:59-da “Qapıdayam” məzmunlu mesajın yazılması, 21:59-da Ramil Muradov tərəfindən “Qardaşım eşidirəm, yaz, səs eşidilmədi” məzmunlu səsli mesajın göndərilməsi, 22:01-də Təqsirləndirilən şəxs tərəfindən “Qapıdayam” məzmunlu mesajın yazılması və buna cavab olaraq 22:02-də Ramil Muradov tərəfindən “Gözdə çıxdım qardaş bir saniyə” məzmunlu səsli mesajın göndərilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş 054 may 2025-ci il tarixli “Yoxlama və əşyaların götürülməsi haqqında” protokolla götürülmüş və Təqsirləndirilən şəxs məxsus olan AZE seriyalı C01410978 nömrəli pasportun cinayət işinin materiallarında saxlanıldığı nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş “Anket və sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” 05 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs anket və sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin Hədəf və Koordinasiya Mərkəzindən vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) vasitəsilə əldə edilmiş çıxarışlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1983-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******-dır, FİN: xxxxxxx- dir. O, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Heydər Əliyev adına Beynəlxalq Aeroport vasitəsilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X12 Şəxsindən daxil olmuş 30 iyun 2025-ci il tarixli, 3866 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərterminalkompleks Birliyinə ünvanlanmış 25 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində “KİNGSONS” yazısı olan tünd-boz rəngli çiyin çantası, üzərində “ROSSO” yazısı olan eynək qabı və açıq qəhvəyi rəngli gödəkçə məhkəmənin hökmünə yaxud yekun qərarına qədər “Azərterminalkompleks” Birliyinin anbarında saxlanca göndərilmiş və 30 iyul 2025-ci il tarixli 127 S/2025 nömrəli akt əsasında saxlanca qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 31 iyul 2025-ci il tarixli məktubunun qoşmasında təqdim edilən arayışlarda və xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olduğu və yaşadığı, ailə üzvlərinin anası, atası, qardaşı, qardaşının övladları və həyat yoldaşından ibarət olduğu, yaşadığı ərazi üzrə müsbət xarakterizə edildiyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təhqiqat şöbəsinin böyük təhqiqatçısı gömrülk xidməti kapitanı Elçin Abdullayev tərəfindən qəbul edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddələri ilə şühbəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-366/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablanmışdır. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs bir övladı vardır: xx.xx.2017-ci il təvəllüdlü X5. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir”. Həmin qərarda həmçinin göstərilmişdir ki, “CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206,2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.2, 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrlə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206, 234.1 -ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. İş üzrə maddi süburlar - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq 1,665 qram narkotik vasitə olan metamfetamin və üzərində metamfetaminə məxsus izlər olan 1 ədəd şüşə kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 310 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan Samsung Galaxy S22 Ultra markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra əşyanın mülkiyyətçisi olan, Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan AZE seriyalı C01410978 nömrəli pasport hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan “KİNGSONS” yazısı olan tünd-boz rəngli çiyin çantası, üzərində “ROSSO” yazısı olan eynək qabı və açıq qəhvəyi rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işinin materiallarında olan “Ekspertiza 5-509” adlı qovluqda olan xarici yaddaş qurğusu iş materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarında olan 6 ədəd disk iş materiallarında saxlanılmalıdır. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 05 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi süburlar - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq 1,665 qram narkotik vasitə olan metamfetamin və üzərində metamfetaminə məxsus izlər olan 1 ədəd şüşə kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarında saxlanılan Samsung Galaxy S22 Ultra markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan AZE seriyalı C01410978 nömrəli pasport hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan “KİNGSONS” yazısı olan tünd-boz rəngli çiyin çantası, üzərində “ROSSO” yazısı olan eynək qabı və açıq qəhvəyi rəngli gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işinin materiallarında olan “Ekspertiza 5-509” adlı qovluqda olan xarici yaddaş qurğusu iş materiallarında saxlanılsın. Cinayət işinin materiallarında olan 6 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 310 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-465/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-465/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver