Məhkəmə qərarları › İş №1(003)-467/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-467/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-467/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı Ərazi Dairəsi, Şıxbabalı kəndində qeydiyyatda olmaqa ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyun 2023-cü il tarixdə, gecə saat 04 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub evin eyvanında qurlaşdırılmış 01 ədəd "Sigma” markalı kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «İdea» istirahət mərkəzindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd koburasının arxasında olan 200 manat nağd pul ilə birlikdə 1300 manat dəyərində «İphone 12 pro Max» markalı mobil telefonu və sonuncunun anası Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 300 manat dəyərində «Samsung A 51» markalı mobil telefonu icarəyə götürülmüş günlükdəki masanın üzərində olan əl çantasının içərisindən gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 (min beş yüz) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs5 isə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 avqust 2023-cü il tarixdə saat 16 radələrindən 30 avqust 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs6 məxsus yaşayış evinə qapıdan qanunsuz daxil olub evin dəhlizində dolabdan asılmış şalvarın cibindən 1385 manat, mətbəxdə içərisində 1 ədəd 10 manat qiymətində “Naxçıvan bank” a məxsus plastik kart, 1 ədəd 10 manat qiymətində “Leobank” a məxsus plastik kart, 01 ədəd 5 manat qiymətində şəxsiyyət vəsiqəsi və 1 ədəd 2 manat qiymətində metrokartı və 150 manat nağd pul olan 20 manat qiymətində pul kisəsini, həmçinin 01 ədəd 500 manat dəyərində “Note 8” markalı mobil telefonu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2082 (iki min səksən iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə saat 16 radələrindən 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvani küçəsində yeni inşa edilmiş Zərərçəkmiş şəxs7 məxsus və yaşayış olmayan təmir işləri aparılan evə qanunsuz daxil olub evdə divara bərkidilmiş bir metri 2.70 manat olmaqla ümumi dəyəri 459 manat olan 170 metr uzunluğunda 3x4 ölçülü, bir metri 1.70 manat olmaqla ümumi dəyəri 510 manat olan 300 metr uzunluğunda 3x2 ölçülü və bir metri 31.03 manat olmaqla ümumi dəyəri 900 manat olan 29 metr uzunluğunda 5x25 ölçülü elektrik naqilini gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs7 1869 (min səkkiz altmış doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o xx.xx.2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,302 qram olan metamfetamin psixotrop maddəsini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:45-də radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Duz Çörək” restoranının yaxınlığında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 20:30-da polis şöbəsinin xidməti otaqlarından birində videoçəkiliş ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı-qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0,302 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən saxlanc yeri olan binaya qanunsuz daxil olub 4-cü mərtəbədə quraşdırılmış və X5 məxsus 01 ədəd Almaniya Respublikasının istehsalı olan 800 manat dəyərində «Carver» markalı velosipedi və 01 ədəd 100 manat dəyərində «Steel» markalı velosipedi gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zülfiqar Quliyevə 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2a məxsus və onun Xəzər rayonu Buzovna qəsəbəsi, Ordubadi küçəsində fəaliyyət göstərən «Oba» marketin qarşısında saxladığı 01 ədəd 600 manat dəyərində 26 ölçülü «Start Navigator» markalı velosipedi gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, ona verilmiş ittihamlardan ancaq CM-in 234.1-ci maddəsi ilə olan ittihamı və 23 dekabr 2023-cü il tarixdə Oba» marketin qarşısından etdiyi oğurluq epizodlarını qəbul edir, digər epizodları isə qəbul etmir. Belə ki, “Oba” marketin qarşısından velosiped oğurladıqdan sonra həmin velosipedi 50 manata sataraq narkotik vasitə alıb istifadə etdikdən sonra narkotik vasitələrdən asılılığı olduğu üçün həmin asılılıqdan qurtulmaq üçün polis şöbəsinə getmiş və həbs olunmaq istədiyini bildirmiş və velosiped oğurladığını etiraf etmişdir. Orda ona həbs olunması üçün bir velosiped oğurluğunun kifayət etmədiyi, ona verilən ittihamda olan oğurluq əməllərini boynuna götürməsini bildirmişlər, o da razılaşmışdır. Ona qarşı heç bir təzyiq və ya təsir olmamış, sadəcə olaraq dediyi kimi həbs olunmaq istədiyi üçün ona verilən ittihamda olan oğurluq əməllərini boynuna almışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, təxminən yay aylarında dəniz kənarında gəzərkən masaların birində sahibsiz qadın çantası görüb, çantadan bir ədəd “İphone 11” markalı mobil telefon oğurlamışdır. Həmin telefonu isə hissələrə ayıraraq tanımadığı şəxslərə satmışdır. Bir neçə gün bundan öncə Albalılıq massivində xatırlamadığı ünvanın həyətinə girərək həyətdən direl, laqonda və yük avtomobilinə məxsus qaldırıcı oğurlayaraq metal qəbulu məntəqəsinə xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulun bir hissəsini narkotik vasitəyə digər hissəsini isə şəxsi tələbatları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi R.İmanov küçəsində blokları gəzən zaman saat 20-21 radələrində yola baxan binanın 4-cü mərtəbəsinə qalxmış, orada heç kimin olmadığını və onun diqqətini çəkən pilləkənlərin yanında olan su sayğacının qutusunu açaraq sayğacı açıb götürmüşdür. Eşitmişdir ki, su sayğaclarının içərisində qızıla bənzər metal olur. Bu səbəbdən sayğacı oğurladıqdan sonra dəniz kənarında söküb içinə baxdıqda maraqlı metal olmadığını görüb hissələrə ayıraraq tullamışdır. Bundan bir neçə gün sonra xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yenidən həmin ünvana gedib, əvvəlcədən yerini yadında saxladığı 2 ədəd velosipedin olduğunu görmüşdür. Həmin vaxt velosipedin plastikdən qapısı olan yerdə olduğunu və həmin qapını açdıqda içərisində bir ədəd böyük və 1 ədəd kiçik velosipedləri oğurlayıb ordan çıxıb getmiş, həmin velosipedləri yarımtikilidə heç kimin görmədiyi yerdə gizlətmişdir ki, görən olmasın müştəri tapıb satar. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri Buzovna qəsəbəsi, Ordubadi küçəsində "OBA” marketin qarşısından keçəndə marketin qarşısında velosiped olduğunu görüb, həmin velosipedi oğurlamışdır. O, oğurladığı 3 ədəd velosipedi ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağ yolu ünvanında yerləşən metal qəbulu məntəqəsində işləyən sonradan adını bildiyi Şahid4 xx.xx.2023-cü il tarixdə oğurladığı 1 ədəd uşaq və 1 ədəd böyük velosipedlərini 150 manata, xx.xx.2023-cü il tarixdə Obanın qarşısından oğurladığı velosipedi isə 50 manata satmışdır. Əldə etdiyi pulları isə tanımadığı şəxslərdən psixotrop maddə olan, şüşə kimi adlanan psixotrop maddə alaraq istifadə etmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında olan zaman 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini 2-ci PŞ-nin əməkdaşları kimi təqdim edib onu Polis şöbəsinə dəvət etmişlər. O polis əməkdaşlarına etdiyi oğurluqları etiraf etmiş, oğurladığı velosipedləri və digər əşyaları satdığı metal qəbulu məntəqəsini onlara göstərmişdir. Həmçinin qeyd etmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində təxminən məscidin arxa hissəsində yerləşən küçələrin birində tanımadığı evin həyətinin bir yanının alçaq olduğunu görüb həyətə hasardan aşaraq daxil olub evin eyvanında quraşdırılmış bir ədəd kombi istilik sistemini oğurlayaraq oradan çıxıb aparıb yaşayış olmayan hazırda da yerini xatırlamadığı tikililərin birində gizlədərək sonra da kombini sökərək içini çıxardaraq mis metalını satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 16- 17 radələrində Buzovna qəsəbəsi, dəniz kənarı «İdeya» adlı çimərlikdə gəzərkən çimərlikdə lijankada olan masanın üzərindən 1 ədəd “İphone 12” markalı və “Samsung A51” markalı mobil telefonları oğurlayaraq oradan uzaqlaşmışdır. Yolda İphone markalı telefonun kabrosunda, yəni telefonun arxa hissəsində 200 manat nağd pulun olduğunu görüb götürmüş və tanımadığı şəxsə Bakı şəhərində Memar Əcəmi metrosunun yaxınlığında hər iki telefonu birlikdə 500 manata satmışdır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən tanımadığı şəxsin evinə qapını açıb daxil olaraq şkafda asılmış şalvarın cibindən 1300 manat, mətbəxtən isə 150 manat və 01 ədəd Redmi markalı mobil telefon oğurlamışdır. Bundan başqa Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yeni inşa edilmiş təmir işləri gedən, lakin darvazası olmayan evdən divara bərkidilmiş elektirik naqillərini söküb oğurlamış, gecə saatlarında yandırıb mis halına salaraq bir neçə gün sonra metal qəbulu məntəqəsində tanımadığı şəxsə 100 manata sataraq pul əldə edib narkotikə verərək istifadə etmişdir Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, onun evindən oğurluq edən şəxs hazırda məhkəmə zalında olan Təqsirləndirilən şəxs deyildir. Belə ki, ona məxsus evdən oğurluq hadisəsi ilə bağlı ondan videogörüntü var. Həmin videodan görünür ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxs deyildir. Həmin videogörüntünü araşdırma zamanı sahə rəisinə və müstəntiqə də təqdim etmişdir. Həmçinin məhkəməyə də təqdim edə bilər. Evindən elektirik naqilləri oğurlanmış, ona dəyən zərər isə ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, anası Zərərçəkmiş şəxs5 və xalası qızı Səbinə ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "İdea” çimərliyinə gəlmişlər. O, özünə məxsus olan “İphone 12 Pro Max” markalı mobil telefonunu və anası Zərərçəkmiş şəxs5 məxsus "Samsung A 51" markalı, telefonunu çimərlikdə əl çantasının içərisinə yerləşdirmişdir. Həmçinin ona məxsus olan mobil telefonun koburasının arxasında 200 manat məbləğində nağd pul da olmuşdur. Onlar dənizə getmişlər, həmin zaman əl çantasını orada olan çətirin altında yerləşən “lejanka”nın üzərinə qoymuşdur. Dənizdən ilk öncə anası Zərərçəkmiş şəxs5 çıxmış, sonra isə onları çağırmış və mobil telefonların oğurlanmasını bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona dəyən zərər ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən yaşadığı evindən oğurluq hadisəsi 2023-cü ilin avqust ayının 30-da baş vermişdir. Belə ki, sosial kartından çıxardaraq pul kəsəsində saxladığı 1383 manat pul, həmçinin pul kisəsində əlavə olaraq saxladığı 150 manata qədər pul, plastik kartlar, metro kartı, şəxsiyyət vəsiqəsi və mətbəx mebelinin üzərində olan “Note 8” markalı mobil telefon oğurlanmışdır. Hadisə baş verən vaxt evdə olmuşdur. İki işdə işlədiyi üçün yorğun olduğuna görə işdən çıxaraq gəlib evin zal otağında kondisioneri yandıraraq və qapısını bağlayaraq yatmışdır. Evdə isə həmin vaxt ondan başqa heç kim olmamışdır. Belə ki, həmin gün saat 11-12-dən sonra evə gəlmiş, yatmış, saat 18:00-dan sonra yuxudan ayılmış və qeyd olunan pulunun və telefonunun oğurlandığını aşkar etmişdir. Pul kisəsi şalvarının cibində olmuş, həmin şalvar isə evin giriş qapısından daxil olan kimi şkafdan asılmış, telefonu isə mətbəxdə mebelin üzərinə enerji yığması üçün qoymuşdur. Evin giriş qapısı isə açıq olmuşdur. Buna görə oğurluq edən şəxs asanlıqla içəri daxil ola bilmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun ibtidai istinaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evdə olduğu zaman qonşusu Vidadi Verdiyevlə telefonla danışıb evinin su sayğacının 2 gün öncə oğurlandığı məlumatını verdikdə o, bayıra çıxıb övladına məxsus 4 il bundan öncə 150 manata aldığı hazırda 100 manat dəyərində "Steel” markalı velosipedin pilləkənin qarşısında olmadığını aşkar etmiş, həyat yoldaşından övladının velosipedini görüb-görmədiyini soruşduqda həyat yoldaşı saat 18də işdən evə gəldikdə hər iki övladının velosipedlərinin pilləkənin qarşısında olduğunu demişdir. O, bundan sonra özünə məxsus 2019-cu ilin dekabr ayında Almaniyadan 560 avroya aldığı, hazırda 800 manat dəyərində olan boz rəngli “Carver" markalı velosipedi 4cü mərtəbədə quraşdırdığı və plastik qapı qoyduğu yerə baxdıqda qapının açıq olmasını və velosipedinin oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun ibtidai istinaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saat 05 radələrində özünə məxsus 2 il bundan əvvəl təzə vəziyyətdə 600 manata aldığı “Start” markalı, ağ rəngli, 26 ölçülü velosipedini işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “OBA” marketin qarşısında saxlayıb mağazaya daxil olmuşdur. Həmin gün axşam saat 09 radələrində işdən çıxdıqda mağazanın qarşısında velosipedinin olmadığını aşkar etmişdir. O, sonradan marketin müşahidə kamerasına baxdıqda ona məlum olmuşdur ki, onun velospedi oğurlanmışdır. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun ibtidai istinaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən evindən oğurluq olması barədə qızı Dəyanət Cəfərova zəng vuraraq ona məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, naməlum şəxslər yarımtikili daş daşarından keçmə yolu ilə içəri daxil olub evinin eyvanında quraşdırılmış "Sigma” markalı kombini açaraq oğurlamışlar. Həmin kombinin dəyəri 1100 manat olmuşdur. Həmçinin qeyd etmişdir ki, o, həmin kombinin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, gecə saat 04 radələrində yerində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında yol uzaqlığı ilə bağlı iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilib tələbinin təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İbtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun ibtidai istinaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində o, qızı Fəridə və bacısı qızı Şəbinə ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “İdea” çimərliyinə gəlmişlər. Qızı Fəridə özünə məxsus olan “İphone 12 Pro Max” markalı, İMEİ 2: **********14517: İMEİ/MEİD **********52410 kodlu içərisində mobil nömrə olmayan mobil telefonunu və ona məxsus “Samsung A 51” markalı, İMEİ:**********84582 kodlu içərsində ***-***-**-** və ***-***-**-** nömrə olan mobil telefonunu çimərlikdə əl çantasının içərisinə yerləşdirmişdir. Həmçinin qızı Fəridəyə məxsus olan mobil telefonun koburasının arxasında 200 manat məbləğində nağd pul da olmuşdur. Onlar dənizə getmişlər, həmin zaman qızı əl çantasını orada olan çətirin altında yerləşən “lejanka”nın üzərinə qoymuşdur. Dənizdən ilk öncə o çıxmış və çantanın içərisinə baxan zaman telefonların oğurlandığını aşkar etmişdir. Bundan sonra qızı Fəridə bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında səhəti ilə əlaqədar olaraq iştirak edə bilmədiyini, təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və və tələbi olmadığını, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs7 təmir aparılan evində elektirik ustası kimi çalışmışdır. Bütün videogörüntüləri də polisə o təqdim etmişdir. Belə ki, səhər tezdən evə gələn zaman divarda olan elektrik kabellərinin kəsilib doğranıldığının və oğurlandığının şahidi olmuşdur. Evdə təhlükəsizlik kamerası olduğu üçün həmin kameranın yaddaşında olan videolara baxmışlar, həmin videoda gecə saat 02-03 radələrində bir nəfər şəxsin necə evə girməsi, necə həmin elektrik naqillərini oğurlaması, həmçinin bir neçə dəfə evə daxil olması, çox rahat şəkildə hərəkət etməsi görünmüş, bundan sonra həmin videogörüntüləri polis sahə rəisinə təhvil vermişlər. Bundan sonra isə nə baş verdiyini bilmir. Videogörüntüdə olan adamın üzü tam şəkildə görünmüş və həmin adam hazırda məhkəmə iclas zalında olan Təqsirləndirilən şəxs olmamışdır. Tamamilə fərqli bir adam olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 07 dekabr 2023-cü il tarixdə saat 18:45-də əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Duz Çörək” restoranının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, polis şöbəsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, təhqiqatçın bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki sarı-qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 12 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Həmin ifadədən görünür ki, o, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsdən mis, dəmir material və soyuducu almışdır. Başqa heç nə almamışdır. Şahid4 ibtidai istintaqı zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəmə istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid4 həmin ifadəsində bildirmişdir ki, o, əvvəllər Fərid inşaat sexində metal qəbulu məntəqəsi işləmişdir. Hazırda isə təxminən 1 ildən çoxdur ki, Bakı şəhəri, Xəzər rayonu, guzovna-Mərdəkan yolunda yerləşən dəmir tullantıların qəbulu sexini işlədir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs bir neçə gün bundan öncə ona laqonda, direl və digər metal avadanlıqları gətirib özünə məxsus olmasını deyib satmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında ona 2 ədəd biri böyük velosiped digəri isə uşaq velosipedi olmaqla ona 2 ədəd velosiped gətirib satmaq istədiyini bildirmişdir. O, həmin velosipedləri hansı qiymətə və nə üçün satmasını soruşduqda o, ehtiyacının olmasını övladına və özünə məxsus velosipedləri satmaq istədiyini demişdir. O, hər iki velosipedə görə ondan 150 manat pul istəmişdir. Etiraz etməyib ona 150 manat pul vermiş və ondan həmin velosipedləri almışdır. 23 dekabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yenidən onun yanına gələrək digər velosipedini satmaq istədiyini dedikdə o, sonuncuya 50 manat pul təklif etmiş və ondan velosipedi almışdır. xx.xx.2023cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları ona yaxınlaşaraq velosiped satıldığını soruşduqda o, polis əməkdaşlarına Təqsirləndirilən şəxs kimi tanıdığı şəxsdən ümumilikdə 3 ədəd velosiped aldığını demişdir. Polis əməkdaşları ona oğurlanmış velosipedlərin foto şəkillərini göstərmişir. Təsdiq etmişdir ki, həmin velosipedləri Təqsirləndirilən şəxs ona satmışdır. Sonuncu dəfə 50 manata satdığı velosiped onda olduğundan həmin velosipedi polis əməkdaşlarına geri qaytarmışdır. Bundan əlavə direl, laqonda, digər usta ləvazimatlarını və xx.xx.2023-cü il tarixdə isə satdığı 2 ədəd velosipedi o, tanımadığı şəxsə satmışdır. Verilmiş suallara cavab olaraq o, həmin əşyaların oğurluq olmasından xəbərsiz olduğunu, əgər oğurluq olduğunu bildiyi təqdirdə almayacağını bildirmişdir. Şahid4 ifadələri arasında olan ziddiyətlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqət olduğunu, təqsirləndirilən şəxsdən üç ədəd velosiped aldığını, velosipedlərdən birini polisə təhvil verdiyini, digər ikisini isə tanımadığı şəxsə satdığını, ifadəsində göstərdiyi drel, laqonda, digər usta ləvazimatlarını alıb-almadığını hadisədən uzun müddət keçdiyi üçün xatırlamadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6314 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün №193 möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 0,302 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 dekabr 2024-ci il tarixli, 8076 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan: -Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən arıq bədən quruluşlu ortaboylu, əynində gödəkçə olan bir nəfər şəxs mağazanın qarşısına yaxınlaşır, ətrafı müşahidə etdikdən sonra kimsənin olmadığına əmin olduqdan sonra velosipedə yaxınlaşır və minib sürərək oradan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan arıq bədən quruluşlu, ortaboylu, əynində gödəkçə olan həmin şəxsin özü olduğunu və həmin velosipedi oğurluq etmək niyyəti ilə sürüb apardığını səmimi şəkildə etiraf etmişdir. -Könüllü təqdim etmə, baxış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, bağ yolu ünvanında yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş və baxış zamanı Şahid4 26 ölçülü, üzərində “Start Navigator” sözləri yazılmış ağ və qara boyanmış velosipedi göstərib xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 50 manata aldığını bildirmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən həmin velosiped götürülmüşdür. -şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X14 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru X14 oğlu tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutumuş ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (003)-604/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. -şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 07 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki sarı-qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan “metafetamin” olduğunu, həmin bükülünü xx.xx.2023-cü il tarixdə, günorta saatlarına Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 12 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülünün içərisində bərk formalı şəffaf rəngli kristall parçaları psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli kağızın içərisində olan psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü möhürlənərək götürülmüşdür. -təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru X14 oğlu tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutumuş ittiham elan edilmişdir. -təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 0712.2024-cü il tarixli protokolun məzmununa uyğundur. -əşyanın təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın miqdarını müəyyən etmək məqsədi ilə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və aşkar edilərək maddi sübut qismində götürülmüş 01 ədəd 26 ölçüdə “Start Navigator” markalı velosiped iş üzrə mütəxəssis qismində təyin edilmiş X10 istismar faizi nəzərə alınmaqla qiymətləndirməsi üçün təqdim edilmiş və mütəxəssis Elvin Qaffarlı 01 ədəd 26 ölçüdə "Start Navigator” markalı velosipedi nəzərdən keçirəkək təqdim edilmiş həmin velosipedin istismar olunmasını nəzərə alıb bir ədədinin orta bazar qiymətinin 600 (altı yüz) manat olduğunu bildirmişdir. -Əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə maddi sübut əhəmiyyətinə malik olan bir ədəd velosipedə baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs2 ona təqdim olunan əşyanı nəzərdən keçirib bildirmişdir ki, həmin “Start Navigator” markalı velosiped ona məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “OBA” marketin qarşısından oğurlanmış velosipeddir. -Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan onun 18 iyun 2023-cü il tarixdə, gecə saat 04 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub evin eyvanında qurlaşdırılmış 01 ədəd "Sigma” markalı kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «İdea» istirahət mərkəzindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd koburasının arxasında olan 200 manat nağd pul ilə birlikdə 1300 manat dəyərində «İphone 12 pro Max» markalı mobil telefonu və sonuncunun anası Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 300 manat dəyərində «Samsung A 51» markalı mobil telefonu icarəyə götürülmüş günlükdəki masanın üzərində olan əl çantasının içərisindən gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 (min beş yüz) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs5 isə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 avqust 2023-cü il tarixdə saat 16 radələrindən 30 avqust 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs6 məxsus yaşayış evinə qapıdan qanunsuz daxil olub evin dəhlizində dolabdan asılmış şalvarın cibindən 1385 manat, mətbəxdə içərisində 1 ədəd 10 manat qiymətində “Naxçıvan bank” a məxsus plastik kart, 1 ədəd 10 manat qiymətində “Leobank” a məxsus plastik kart, 01 ədəd 5 manat qiymətində şəxsiyyət vəsiqəsi və 1 ədəd 2 manat qiymətində metrokartı və 150 manat nağd pul olan 20 manat qiymətində pul kisəsini, həmçinin 01 ədəd 500 manat dəyərində “Note 8” markalı mobil telefonu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2082 (iki min səksən iki) manat maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə saat 16 radələrindən 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvani küçəsində yeni inşa edilmiş Zərərçəkmiş şəxs7 məxsus və yaşayış olmayan təmir işləri aparılan evə qanunsuz daxil olub evdə divara bərkidilmiş bir metri 2.70 manat olmaqla ümumi dəyəri 459 manat olan 170 metr uzunluğunda 3x4 ölçülü, bir metri 1.70 manat olmaqla ümumi dəyəri 510 manat olan 300 metr uzunluğunda 3x2 ölçülü və bir metri 31.03 manat olmaqla ümumi dəyəri 900 manat olan 29 metr uzunluğunda 5x25 ölçülü elektrik naqilini gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs7 1869 (min səkkiz altmış doqquz) manat maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı hissələr çıxarılmalı, digər hissələr üzrə verilmiş ittiham isə öz təsdiqini tapdığı üçün Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan oğurluq əməllərini törətməsi öz təsdiqini tapmamışdır. Ona görə də həmin hissələr ona verilmiş ittihamdan xaric edilməlidir. Təqirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən ünvanlardan oğurluq etmədiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı bir subut isə cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilməsinə əsas isə yalnız özünün ibtidai istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Digər hissələr üzrə verilmiş ittiham isə öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini etiraf etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı 18 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən saxlanc yeri olan binaya qanunsuz daxil olub 4-cü mərtəbədə quraşdırılmış və X5 məxsus iki ədəd velosipedi oğurlamaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və əldə edilmə halları şübhə doğurmayan, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin nəzərdə tutulduğu maddələrin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,252 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Start Naviqator” markalı velosipedin qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun 18 iyun 2023-cü il tarixdə, gecə saat 04 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub evin eyvanında qurlaşdırılmış 01 ədəd "Sigma” markalı kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 avqust 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «İdea» istirahət mərkəzindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd koburasının arxasında olan 200 manat nağd pul ilə birlikdə 1300 manat dəyərində «İphone 12 pro Max» markalı mobil telefonu və sonuncunun anası Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 300 manat dəyərində «Samsung A 51» markalı mobil telefonu icarəyə götürülmüş günlükdəki masanın üzərində olan əl çantasının içərisindən gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs4 1500 (min beş yüz) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs5 isə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 avqust 2023-cü il tarixdə saat 16 radələrindən 30 avqust 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən vət Zərərçəkmiş şəxs6 məxsus yaşayış evinə qapıdan qanunsuz daxil olub evin dəhlizində dolabdan asılmış şalvarın cibindən 1385 manat, mətbəxdə içərisində 1 ədəd 10 manat qiymətində “Naxçıvan bank”a məxsus plastik kart, 1 ədəd 10 manat qiymətində “Leobank” a məxsus plastik kart, 01 ədəd 5 manat qiymətində şəxsiyyət vəsiqəsi və 1 ədəd 2 manat qiymətində metrokartı və 150 manat nağd pul olan 20 manat qiymətində pul kisəsini, həmçinin 01 ədəd 500 manat dəyərində “Note 8” markalı mobil telefonu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs6 2082 (iki min səksən iki) manat maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 sentyabr 2023-cü il tarixdə saat 16 radələrindən 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrinədək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvani küçəsində yeni inşa edilmiş Zərərçəkmiş şəxs7 məxsus və yaşayış olmayan təmir işləri aparılan evə qanunsuz daxil olub evdə divara bərkidilmiş bir metri 2.70 manat olmaqla ümumi dəyəri 459 manat olan 170 metr uzunluğunda 3x4 ölçülü, bir metri 1.70 manat olmaqla ümumi dəyəri 510 manat olan 300 metr uzunluğunda 3x2 ölçülü və bir metri 31.03 manat olmaqla ümumi dəyəri 900 manat olan 29 metr uzunluğunda 5x25 ölçülü elektrik naqilini gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs7 1869 (min səkkiz altmış doqquz) manat maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı hissələr çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 01 (bir il 06 ( altı) ay 14 (on dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,252 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan 01 ədəd “Start Naviqator” markalı velosipedin qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, cəmi 270 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar