Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-467/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2-da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçiliq massivində nömrəsiz evdə kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakı olan avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə 15 iyun 2025-ci il tarixdə, gecə saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus olan, “Hyundai Avante minik” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən «X2, Pendiri» adlı dükanın qarşısında mühərriki işlək vəziyyətdə saxlayaraq avtomobildən düşüb onunla salamlaşıb marketə girdiyini gördükdən sonra mühərrikinin işlək vəziyyətdə qalmasından sui-istifadə edərək avtomobilin sükanı arxasına keçib müəyyən vaxt ərzində sürüb gəzmək üçün avtomobili Zərərçəkmiş şəxs razılığı olmadan idarə edib Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Türkan-Hövsan avtomobil yolunun 7-8-ci kilometrliyində idarəetməni itirmiş, ehtiyatsızlıqdan avtomobilin yoldan çıxaraq yolun kənarında yerləşən ağaca çırpılması nəticəsində Zərərçəkmiş şəxs məxsus «Hyundai Avante minik » markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan zədələyərək istismara yararsız hala salmaqla niyyətini başa çatdırıb və bununlada Zərərçəkmiş şəxs 1120 manat məbləğində maddi ziyan vurmaqla qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, içkili olmuşdur və maşın lazm olduğu üçün götürüb sürmüşdür. İçkili olduğundan hadisəni tam xatırlamır. Lakin maşını təhlükəsizlik kamerasının altında saxlamış və açarını da içində qoyaraq evinə getmişdir. Əməlindən peşmandır, vurduğu ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bildirmişdir ki, «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə təxminən saat 04 radələrində özünə məxsus «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən “Nənəmin Təndiri, Ləvəngisi, Pendiri” dükanının qarşısında işlək vəziyyətdə saxlayıb su almağa düşən zaman marketin qarşısında tanışı Təqsirləndirilən şəxs görmüşdür. Marketə daxil olub içmək üçün su alıb çıxdıqda avtomobilin yerində olmadığını aşkar etmişdir. Ona məlum olmuşdur ki, «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs tərəfindən qaçırılıb. Bu vaxt o, dərhal DİN-in 102 xidmətinə zəng vurub, ona məxsus olan avtomobilin qaçırılması barədə məlumat vermişdir. Özünə məxsus olan avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırılması və sonuncunun Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi istiqamətinə getməyini ehtimal edərək başqa avtomobilə əyləşib Hövsan istiqamətinə getmişdir. Türkan-Hövsan yolunun 7-8 kilometrliyində özünə məxsus olan «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmiş vəziyyətdə aşkar etmişdir. Həmin vaxt ona məxsus olan avtomobilin ön bamperi qırılmış və ön sol təkəri partlamışdır. Sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər və avtomobilinin qaçırılması barədə ərizə yazmışdır. Avtomobilini heç vaxt idarə etmək üçün Təqsirləndirilən şəxs verməmiş və onunla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - BB510138 nömrəli qeydiyyat şəhadətnaməsindən aydın olur ki, «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur; - 19 saylı avto servisin AKT-ından görünürki, hadisə zamanı 'Hyundai Avante' markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1120 manat məbləğində maddi ziyan vurulmuşdur; - xx.xx.2025-ci il tarixli avtomobilə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə nəticəsində «Hyundai Avante» markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin olmaması və qabaq sol təkərinin partlaması ilə bağlı maddi ziyan dəymişdir; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi N.Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər 02 dəfə məhkum edilmiş, məhkumluğu ödənilmiş, eyni zamanda CM-nin 72 - 73- 2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və qətimklan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutularaq PX-in 3 saylı istintaq Təcridxanasına təhvil verilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsini və zərərçəkmiş şəxsin ifadəsini, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Maddi sübut kimi tanınmış “Hyundai Avante minik” markalı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-467/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-467/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver