Məhkəmə qərarları › İş №1(003)-47/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-47/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-47/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1966-cı ildə Kəlbəcər rayonu, Seyidiyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Binəqədi rayon Veteranlar Şurasının sədr müavini işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 (bir) ədəd döyüş sursatı hesab edilən 7.62 mm kalibrli «AK», «AKM» modelli avtomatik tüfənglərdə, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı 7.62x39 mm kalibrli patronu, həmçinin 7.62x54mm kalibrli olmaqla həmin kalibrə malik 1891\1930-cu il nümunəli “Mosin” sistemli tüfəngdə və, “Draqunov” konstruksiyalı snayper tüfənglərində, lentə doldurulmuş vəziyyətdə “Deqtyaryov” sistemli dəstgahlı pulemyotlarda, “Kalaşnikov” pulemyotlarında və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 2 (iki) ədəd istifadəyə yararsız patronu qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla, gəlini Şahid1 xəbərsiz, sonuncuya məxsus yük çantasının içərisində saxlamış, 01 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində Şahid1 J2 saylı Bakı-Naxçıvan aviareysi ilə uçmaq məqsədi ilə X9 Aeroportuna daxil olduqdan sonra Aviasiya Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən ona məxsus yük çantasına baxış keçirilən zaman həmin istifadəyə (atəşə) yararlı 1 (bir) ədəd 7.62x39 mm kalibrli patron və 2 (iki) istifadəyə yararsız 7.62x54mm kalibrli patronlar Şahid1 məxsus yük çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 44 günlük Vətən Müharibəsi zamanı özü könüllü olaraq döyüş bölgələrinə gedərək təbliğat-təşviqat kompaniyaları keçirmiş, döyüşməsə də əsgərlər arasında ruh yüksəkliyi qaldırmaq məqsədilə onlarla görüşmüşdür. 2020-ci ildə Hadrut şəhərində olan zaman düşmən kazarmalarından birindən 03 (üç) ədəd 7.62 kalibrli patron götürmüşdür. Daha sonra həmin patronlardan ikisinin barıtını boşaltmış, digər birini isə boşaltmağa vaxt tapa bilmədiyi üçün yararlı vəziyyətdə də onda qalmışdır. Hadrut şəhərindən qayıtdıqdan sonra həmin patronları suvenir kimi oğlu Salmana vermişdir. Həmin patronlar yaşadıqları ünvan 3 ünvanında olmuşdur. Oğlu hərbi xidmətə getdikdən sonra o, həmin patronları evdə olan yük çantasının içərisində gizlətmişdir ki, heç kimin əlinə keçməsin və sonra götürüb özündə saxlayar. Lakin sonradan qeyd edilən patronlar yadından çıxaraq həmin yük çantasının içərisində qalmışdır. 01 iyul 2021-ci il tarixdə arvadı Şahid2 və gəlini Şahid1 X9 Hava Limanına gedərək Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərinə uçub getmək istəmişlər. Həmin vaxt arvadı Aybəniz ona zəng edərək, gəlini Aysuna məxsus yük çantasının içərisindən üç ədəd patronun aşkar edilərək götürüldüyünü bildirmişdir. O, Hadrut şəhərində olan zaman oradakı erməni kazarmalarından birindən dörd ədəd 7.62 kalibrli patron götürüb içərisini boşaldaraq suvenir kimi oğluna verdiyini, bir ədəd dolu patronu isə müharibədən sonra Bakı şəhərində keçirilən parad zamanı tanımadığı qazinin oğlu Salmana hədiyyə verdiyini və sonuncunun da həmin patronu yaşadıqları evə gətirdiyini bildirmişdir. Lakin o, Hadrut şəhərindən dörd ədəd deyil, üç ədəd patron gətirmiş, onlardan ikisinin barıtını boşaltsa da, digər birini boşaltmağa vaxtı olmadığı üçün həmin vəziyyətdə də yaşadığı evə gətirmişdir. Onun həmin patronları gəlini Aysunun yük çantasında gizlətməkdə heç bir məqsədi olmamışdır. Həmin patronlar evdə açıq şəkildə olduğu üçün heç kimin əlinə keçməsini istəməmişdir. Bu səbəbdən həmin üç ədəd patronu Aysuna məxsus yük çantasının içərisində gizlətmişdir ki, sonra götürər. Lakin qeyd olunan patronlar yadından çıxaraq həmin yük çantasında qalmışdır. Bu barədə heç kimə məlumat verməmiş və heç kimin həmin patronların Aysuna məxsus yük çantasından olmasından məlumatı olmamışdır. Həmin patronları müharibədən xatirə olaraq Hadrut şəhərində olan düşmən kazarmalarından birindən götürmüşdür ki, oğluna suvenir kimi hədiyyə etsin. Bundan başqa heç bir məqsədi olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, İİ Qarabağ müharibəsində iştirak etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 01 iyul 2021-ci il tarixdə X9 Hava Limanına gələrək Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərinə uçub getmək istəmişdir. O, qayınanası Şahid2 ilə birlikdə təxminən saat 11:30 radələrində aeroportun cənub terminalından içəri daxil olaraq ATBİ-nin nəzarət buraxılış məntəqəsinə yoxlama üçün yaxınlaşmışdır. Yoxlamaya yük çantalarını və digər əşyalarını təqdim etdikdən sonra monitorun arxasında əyləşən əməkdaş bildirmişdir ki, yük çantasında patron vardır. Onun bundan məlumatı olmadığı üçün təəccüblənərək belə bir halın ola bilməyəcəyini bildirmişdir. Daha sonra yük çantasına baxış keçirilən zaman həqiqətən də oradan üç ədəd patron aşkar olunaraq götürülmüşdür. Həmin patronları qayınatası Təqsirləndirilən şəxs yaşadıqları evə gətirmişdir. Belə ki, Vətən Müharibəsi zamanı qayınatası döyüş gedən ərazilərə gedərək əsgərlərə dəstək olmuş, onlara pay aparmış və həmin zaman da qeyd olunan patronları taparaq yaşadıqları ünvan 4 ünvanına gətirmişdir. Həmin patronlardan iki ədədinin başlıqları çıxır, içərisi isə boşdur, digər bir ədəd patron isə yararlı vəziyyətdədir. Həmin patronların hansı şəraitdə ona məxsus yük çantasında olmasından heç bir məlumatı yoxdur. Əgər o, yük çantasında patron olduğunu bilsəydi onları özü ilə götürməzdi. Həmin yük çantası ona məxsusdur. ATBİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qayınanasının adının qeyd edilməsini polis idarəsinə gətirildikdən sonra bilmişdir. X14 hərbi xidmətdən məzuniyyətə gələn zaman o, sonuncudan bu barədə soruşmuş, lakin Salman belə bir halın olmadığını həmin patronu Təqsirləndirilən şəxs döyüş bölgəsindən gətirdiyini demişdir. Onun həmin patronların kim tərəfindən ona məxsus yük çantasına qoyulmasından məlumatı yoxdur. O, evdə təmizlik işləri aparan zaman patronlara rastlamamış və onları yük çantasında gizlətməmişdir. O, əşyalarını yük çantasına yığan zaman orada patron olmasını görməmişdir. Əgər patronların yük çantasında olduğunu görsəydi və ya bundan məlumatı olsaydı heç vaxt onları yük çantasında özü ilə götürməzdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2013-cü ildən tutduğu vəzifədə işləyir. 01 iyul 2021-ci il tarixdə saat təxminən 11:30 radələrində xidmətdə olmuşdur. Aviasiya Təhlükəsizlik İdarəsinin X8 1ci mərtəbəsində quraşdırılmış «X-Ray» qurğusunda fəaliyyət göstərən əməkdaş ona bildirmişdir ki, məntəqədən keçən vətəndaşın üzərində üç ədəd patron aşkar etmişdir. O, həmin əraziyə yaxınlaşmış və maraqlandıqdan sonra həmin vətəndaşların Bakı-Naxçıvan aviareysi ilə uçub getmək üçün X9 Hava Limanına gələn Şahid2 və Şahid1 olduğunu bilmişdir. Patronun aşkar olunduğunu yük çantasının kimə məxsus olmasını soruşduqda Şahid2 həmin çantanın ona məxsus olmasını bildirmişdir. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra dərhal vətəndaşın yük çantasında patron olması barədə akt tərtib olunmuş və polis əməkdaşları dəvət edilərək təhvil verilmişdir. Şifahi sorğu zamanı vətəndaş bildirmişdir ki, patronları ona əri vermişdir. Akt tərtib edilərək vətəndaş ilə birlikdə polis əməkdaşlarına təhvil verildikdən sonra eşitmişdir ki, həmin yük çantası Şahid2 deyil Şahid1 məxsusdur və həmin patronları ona yoldaşı hədiyyə etmişdir. Yük çantasının digər şəxsə məxsus olduğunu eşitdiyinə baxmayaraq həmin məlumatın dəqiq olub-olmadığını bilməmiş və bu səbəbdən də aktı dəyişməyə təşəbbüs göstərməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 01 iyul 2021-ci il tarixdə X9 Hava Limanına gələrək Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərinə uçub getmək istəmişdir. O, gəlini ilə birlikdə təxminən saat 11:30 radələrində aeroportun cənub terminalından içəri daxil olaraq ATBİ-nin nəzarət buraxılış məntəqəsinə yoxlama üçün yaxınlaşmışdır. Yoxlamaya yük çantalarını və digər əşyalarını təqdim etdikdən sonra monitorun arxasında əyləşən əməkdaş gəlininə bildirmişdir ki, yük çantasında patron vardır. Gəlinin və onun bundan məlumatı olmadığı üçün təəccüblənərək belə bir halın ola bilməyəcəyini bildirmişdir. Daha sonra yük çantasına baxış keçirilən zaman həqiqətən də oradan üç ədəd patron aşkar olunaraq götürülmüşdür. Gəlini və o, həmin patronları Təqsirləndirilən şəxs yaşadıqları evə gətirdiyini bildirmişdir. Belə ki, Vətən Müharibəsi zamanı Təqsirləndirilən şəxs döyüş gedən ərazilərə gedərək əsgərlərə dəstək olmuş, onlara pay aparmış və həmin zaman da qeyd olunan patronları taparaq yaşadıqları ünvan 4 ünvanına gətirmişdir. Həmin patronlardan iki ədədinin başlıqları çıxır, içərisi isə boşdur, digər bir ədəd patron isə yararlı vəziyyətdədir. Həmin patronların hansı şəraitdə ona məxsus yük çantasında olmasından heç bir məlumatı yoxdur. Əgər o və gəlini yük çantasında patron olduğunu bilsəydi onları özü ilə götürməzdi. Həmin yük çantası ona məxsusdur. ATBİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda onun adının qeyd edilməsini polis idarəsinə gətirildikdən sonra bilmişdir. X13 hərbi xidmətdən məzuniyyətə gələn zaman o, sonuncudan bu barədə soruşmuş, lakin Salman belə bir halın olmadığını həmin patronu Təqsirləndirilən şəxs döyüş bölgəsindən gətirdiyini demişdir. Onun həmin patronların kim tərəfindən ona məxsus yük çantasına qoyulmasından məlumatı yoxdur. O, evdə təmizlik işləri aparan zaman patronlara rastlamamış və onları yük çantasında gizlətməmişdir. O, əşyalarını yük çantasına yığan zaman orada patron olmasını görməmişdir. Əgər patronların yük çantasında olduğu görsəydi və ya bundan məlumatı olsaydı heç vaxt onları yük çantasında özü ilə götürməzdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ballistik ekspertizasının 13 iyul 2021-ci il tarixli, 3/1177 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd predmet 7.62 mm kalibrli «AK», «AKM» modelli avtomatik tüfənglərdə, «RPK» əl pulemyotlarında, «SKS» karabinlərində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli patrondur – döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/1930-cu il nümunəli «Mosin» sistemli tüfəngdə, «Draqunov» («SVD») konstruksiyalı snayper tüfənglərində, lentə doldurulmuş vəziyyətdə isə «Dektərev» («DP-24», «DT», «DTM») sistemli dəzgahlı pulemyotlarda, «Kalaşnikov» («PK», «PKM», «PKT», «P») pulemyotlarında və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun fiziki qüvvə ilə ayrılmış hissələridir, gülləsidir-gilizidir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. İş materiallarına əlavə olunmuş 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 03 (üç) ədəd patron ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmasından ötrü X10 İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.12.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1966-ci ildə Kəlbəcər rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X10 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Emil Quliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 228.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müharibə Veteranları və X4 Birliyi tərəfindən verilmiş 11 saylı, 24.11.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixinədək Tərtər bölgəsində Müharibə X1 Mərkəzinin Orduya Dəstək Qrupunda iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müharibə X1 Mərkəzi tərəfindən verilmiş 71 saylı, 06.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı 07 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək Tərtər bölgəsində N saylı hərbi hissənin ön mövqedəki şəxsi heyəti ilə öz döyüş təcrübələrini bölüşmüş, döyüş taktikasını öyrətmiş, onlara təhkim olunmuş silah və sursatlardan düzgün istifadə edilməsini göstərmişdir. Düşmənin ön xətdəki müdafiə mövqelərini ələ keçirmək yollarını izah edərək onlarda ruh yüksəkliyi yaratmışdır. Eyni zamanda Veteran Taborunun yerləşdiyi dislokasiya yerində yuxarı komandanlığın əmirini yerinə yetirmək üçün döyüşə tam hazır vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27.05.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və ilk dəfə cinayət əməli törətməsini, İİ Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı 07 oktyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək Tərtər bölgəsində N saylı hərbi hissənin ön mövqedəki şəxsi heyəti ilə öz döyüş təcrübələrini bölüşmüş, döyüş taktikasını öyrətmiş, onlara təhkim olunmuş silah və sursatlardan düzgün istifadə edilməsini göstərmişdir. Düşmənin ön xətdəki müdafiə mövqelərini ələ keçirmək yollarını izah edərək onlarda ruh yüksəkliyi yaratmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə X10 İdarəsinin Növbətçi Hissəsində maddi sübut kimi saxlanılan 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 İdarəsində maddi sübut kimi saxlanılan 03 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 80 (səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar