Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-47/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, işləməyən, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi, ev 3-də yaşamış, hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki o, xx.xx.2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroini hissə-hissə olmaqla ümumilikdə 520 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 13:00 dəqiqədə ərazidə xidmət aparan Əlahiddə ÇPA-nın əməkdaşları tərəfindən tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞnə gətirilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli gödəkçənin sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd üzəri şəffaf yapışqanla lentlənmiş, çəhrayı rəngli kağıza və ağ-yaşıl rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi 13,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. O, yoldaşları ilə 07 may 2022-ci il tarixdə gecə saat 12 radalərində Şağan qəsəbəsində yerləşən istirahət mərkəzinə gedən təbii ehtiyacını ödəmək üçün yolda avtomobili saxlamışlar, o, avtomobildən 1-2 metr aralanmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Ona yaxınlaşan polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis Bölməsində üstünə baxış keçirilmiş, lakin heç bir qanunsuz maddə aşkar edilməmişdir. Sözügedən on üç qram narkotik vasitəni sonradan polis bölməsində ona qarşı olunmuş təzyiq nəticəsində öz üzərinə götürmüşdür. Yolda saxlanılan zaman da üstünə baxış keçirilmiş, saxlanıldığı ərazidə olan evin kamerasından da görünmüşdür ki, yoxlama zamanı onun üstündə narkotik maddə aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən döyülmüşdür və on qarşı olunmuş təzyiqlər nəticəsində o, bu əməli etiraf etmək məcburiyyətində qalmışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Tərxanı məhəllədən tanıyır, qonşusunun qardaşıdır, Talıb isə taksi sürücüsüdür. O, beşinci ayın yeddisi “Ailə” marketin qarşısında Tərxanla görüşmüşdür. O, gecə saatlarında saxlanılmış, istifadəsində olan mobil telefon nömrəsi 077-753..... xatırlamır. İstintaqda narkotik vasitəni “iranlıdan”- Bəhman adlı şəxsdən aldığını bildirmiş, həmin şəxsə “iranlı” deməsinə səbəb həmin şəxsin iran nömrəsindən istifadə etməsi olmuşdur. Behman ona narkotik vasitənin yerini telefon vasitəsi ilə bildirmişdir. O, narkotik vasitəni həmişə eyni adamdan almış, lakin fərqli yerlərdən götürmüşdür. Sonuncu dəfə narkotik vasitəni Ali Məhkəmə ilə üz-üzə kondisionerin üstündən götürmüşdür. Ödənişi karta göndərdikən sonra narkotik vasitəni götürmüşdür. O, Tərxan və Talıbla görüşən zaman onlar onun üstündə narkotik vasitənin olduğunu bilməmişlər. O, Şağanda istirahət mərkəzinə getmək istəmiş, istirahət mərkəzinə ofisiantla görüşmək üçün getmiş, lakin onun yanına çatmamış, 9-cu dalanda saxlanılmışdır. Polis bölməsində onu saxlanc yerinə salmışlar, təyziqlər olmuş, üzərinə axtarışı səhər vəkilin iştirakı ilə keçirmiş, on üç qram narkotik vasitəni çəkilişdən əvvəl onun üstünə qoymuşlar. Onun imzaladıqları sənədlərdən xəbəri olmamışdır. Şöbəyə gecə 12-dən sonra gətirilmişdir. O, polis əməkdaşları tərəfindən döyülmüş, dəyənəklə 1-2 dəfə baş və ayaq nahiyəsindən vurulmuşdur. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini, xəstə olduğunun nəzərə alınmasını bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün polis nəfəri işləyir, polis serjantıdır. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində polis serjantı Şahid2 və Şahid3 ilə birlikdə 9644 saylı patrul avtomobili ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində xidmət apararkən, Mərdəkan qəsəbəsi dəniz yolunun kənarında şübhəli hərəkətlər edən 3 nəfər şəxsi görmüş, onlar həmin şəxslərə yaxınlaşan zaman onların narkotik vasitələr istifadə etməsinə dəlalət edən əhvalda olduqlarını görmüş və həmin şəxsləri onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə 1-ci Polis şöbəsinə gəlmişdir. Orada həmin şəxsin X8 olduğu müəyyən edilmişdir. Həmin şəxsi növbətçi hissəyə təhvil verdikdən sonra təhqiqatçı tərəfindən şöbəyə vəkil dəvət edilmiş və Xidməti otaqlarda təhqiqatçı tərəfindən həmin şəxslərin hüquq və vəzifələri izah edilib onun üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə həmin şəxsə üzərində qanunla qadağan edilmiş əşyaların olub-olmaması soruşularaq əgər varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kağıza bükülü bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə olan heroin oluğunu, onu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından hissə-hissə ödəməklə 520 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, saxlanılan zaman həmin şəxslər 3 nəfər olmuşlar. Oğurluqla əlaqədar şübhələnmşlər. Dalan məhlə olduğuna görə şübhə çəkmişdir. O, Ülfanın üzərində yerə nəsə atdığını görməmişdir. Saxlanılan hər üç şəxsin üzərinə baxış keçirilmişdir. Ancaq Ülfanın üzərindən narkotik vasitə aşkar edilmişdir. Ülfanın dediyinə görə pulu köçürdükdən sonra narkotik vasitəni götürmüşdür. Həmin şəxslər saxlanılan zaman üstünə baxış keçirilməmiş, növbətçi hissəyə təqdim olunduqdan sonra gecə saatlarında üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, polis serjantı Şahid1 və Şahid3 ilə birlikdə 9644 saylı patrul avtomobili ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində xidmət apararkən, Mərdəkan qəsəbəsi dəniz yolunun kənarında şübhəli hərəkətlər edən 3 nəfər şəxsi görmüş, onlar həmin şəxslərə yaxınlaşan zaman onların narkotik vasitələr istifadə etməsinə dəlalət edən əhvalda olduqlarını görmüş və həmin şəxsləri onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə 1-ci Polis şöbəsinə gəlmişdir. Orada həmin şəxsin X8 olduğu müəyyən edilmişdir. Həmin şəxsi növbətçi hissəyə təhvil verdikdən sonra təhqiqatçı tərəfindən şöbəyə vəkil dəvət edilmiş və Xidməti otaqlarda təhqiqatçı tərəfindən həmin şəxslərin hüquq və vəzifələri izah edilib onun üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə həmin şəxsə üzərində qanunla qadağan edilmiş əşyaların olub-olmaması soruşularaq əgər varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kağıza bükülü bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə olan heroin oluğunu, onu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından hissə-hissə ödəməklə 520 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, həmin tarix onun yadında deyil, lakin gündüz saatları, təxminən saat 15:00-da olmuşdur, Şirinov Emil onlarla birlikdə olmuş, maşının yanında olan bir nəfərin iki nəfərə tərəf qaçdığını görmüş, Ülfanın üstünə baxış keçirilən zaman orada olmuşlar, onun üzərindən qırmızı skoçlu kağıza bükülü maddə aşkar edildi, o, həmin maddəni “iranlı” kimi tanıdığı şəxsdən aldığını bildirmişdir. Digər iki nəfər şəxsə heç nə aşkar edilməmişdir. Həmin şəxslərin onları görüb qaçması onlarda şübhə yaratmış, onlar onu 100 metr məsafədən görmüşlər, həmin vaxt gündüz vaxtı olmuş, onlar onun üstünə baxış aparmamışlar. Ülfan narkotik vasitə İran vətəndaşından aldığını bildirmişdir. Baxışda o da iştirak etmiş, baxış video çəkiliş vasitəsi ilə aparılmışdır. Ülfanın saxlanıldığı ətrafda TŞ kamerası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, polis serjantı Şahid1 və Şahid2 ilə birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində xidmət apararkən, Mərdəkan qəsəbəsi dəniz yolunun kənarında şübhəli hərəkətlər edən 3 nəfər şəxsi görmüş, onlar həmin şəxslərə yaxınlaşan zaman onların narkotik vasitələr istifadə etməsinə dəlalət edən əhvalda olduqlarını görmüş və həmin şəxsləri onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini təklif etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birlikdə 1-ci Polis şöbəsinə gəlmişdir. Orada həmin şəxsin X8 olduğu müəyyən edilmişdir. Həmin şəxsi növbətçi hissəyə təhvil verdikdən sonra təhqiqatçı tərəfindən şöbəyə vəkil dəvət edilmiş və Xidməti otaqlarda təhqiqatçı tərəfindən həmin şəxslərin hüquq və vəzifələri izah edilib onun üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə həmin şəxsə üzərində qanunla qadağan edilmiş əşyaların olub-olmaması soruşularaq əgər varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kağıza bükülü bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə olan heroin oluğunu, onu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından hissə-hissə ödəməklə 520 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, saxlanılan zaman həmin şəxslər 3 nəfər olmuşlar. Onlar günorta saat bir radələrində təsadüf olaraq həmin şəxslərə yaxınlaşmışlar. Ülfan onlara buraxılması üçün pul təklif etmişdir. O, Ülfanın üzərinə baxış keçirilən zaman orada olmuşdur. Üzərindən narkotik vasitə aşkar olunan zaman digər şəxslərin bundan xəbəri olmadığını bildirmişdir. Şöbədə də həmin şəxslərin məsələdən məlumatsız olduqları məlum olmuşdur. Onları görən zaman həmin üç şəxs özlərini şübhəli aparmışlar, maşına mindirən zaman axtarış aparmamışlar, bölmədə üzərində narkotik vasitə olduğu məlum olmuş, baxış video çəkiliş vasitəsi ilə aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, 08 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2650 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün №157” möhür əksi, “ Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” və s. yazılar, imzalar olan zəfdəki 1 ədəd bükümdə təmiz çəkilsi 13,001 qram maddə küstar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 13,001 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,1 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 12,901 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhkəmənin hökmünə qədər Xəzər RPİdə saxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay yəni, xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzasının ödənilməmiş 600 manat hissəsi 300 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarı ilə cəzadan azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.3 və 70-ci maddəsi tətbiq olunmaqla 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sınaq müddəti təyin edilmişdir. xx.xx.2019-cu il tarixə sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri — nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2314.3-cü maddənin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr üzrə cinayət təqibinə və təqsirləndirlən şəxs statusuna xitam verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təstiq edildiyindən, təqsirləndirilən şəxsin və şahidlər X6, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış protokolu və ona əlavə edilmiş videogörüntü olan DVD disk, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 6/2650 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin verdiyi xx.xx.2022-ci il tarixli 2691 saylı rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 13,001 qram olan qəhvəyi rəngli maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübüut kimi tanınaraq ekspertizadan sonra ümumi qalıq qalan 12,901 qram narkotik vasitə olan heroin saxlanılmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş 13,001 qram çəkidə narkotik vasiət olan heroini satan şəxsin müəyyən edilməsi xüsusuatı üzrə material ayrılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına ibtidai istintaq dövründə müdafiə hüquqlarının pozulması səbəbi ilə xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır.. İş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, təqsirləndirilən şəxsin və şahidlər X6, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış protokolu və ona əlavə edilmiş videogörüntü olan DVD disk, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 6/2650 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin verdiyi xx.xx.2022-cı il tarixli 2691 saylı rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 13,001 qram olan qəhvəyi rəngli maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq ekspertizadan sonra ümumi qalıq qalan 12,901 qram narkotik vasitə olan heroin saxlanılmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zaman götürülmüş 13,001 qram çəkidə narkotik vasitə olan heroini satan şəxsin müəyyən edilməsi xüsusuatı üzrə material ayrılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “Azerfon LLC” tərəfindən verilmiş xx.xx.2023-ce il tarixli, AZF/LGL-2770/23 saylı anten məlumatlara dair məktubdan görünür ki, **********, **********, ********** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan 552411974, **********, **********, **********, **********, **********, **********, ********** və ********** saylı nömrələr sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmadığından İMEİ kodlarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan PX 3 saylı İT-dan daxil olmuş xx.xx.2023-cü il tarixli 20- 12/140 saylı məktubdan görünür ki, təqsirləndirilən şəxs X8 xx.xx.2022-ci il tarixdə 3 saylı — İstintaq təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHŞ-6-96/2-90/2023 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:23-də “103” xidmətinə Xəzər rayonu 7-ci Polis bölməsi ünvanından Təqsirləndirilən şəxs (24 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi Şəfəq Alıyeva icra edərək, xəstə X7 “Stresə qarşı reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İş materiallarında olan PX 3 saylı İT-dan daxil olmuş xx.xx.2023-cü il tarixli 20- 12/458 saylı məktubdan görünür ki, təqsirləndirilən şəxs X8 xx.xx.2022-ci il tarixdə 3 saylı — İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq o, həkim baxışından keçirilmişdir. Sorğu zamanı zədə almadığını bildirmiş, baxış zamanı bədənində yeni xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saxlanılar MSY təhvil verilmişdir və “ilkin müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər” qrafasında “YOX” , “tibb işçisi tərəfindən keçirilmiş müayinə, aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti ” qrafasında isə “Narkotikdən istifadə edir” qeyd olunmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabını surətinə əlavə edilmiş aktda görünür ki, X8 MSY gətirilən zaman narkotikin fəsadları olaraq üz nahiyəsində yaralar aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs barəsində düzgün hüquqi qiymət verilməmiş, onun barəsində qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı tərəfindən qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməli etiraf etsə də, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı əməli təzyiq və işgəncə altına etiraf etdiyini, onun gecə saatlarında saxlandığı, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərinə baxış keçirildiyini, lakin həmin vaxt və 07 may 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Bölməsində üzərinə keçirilmiş baxış zamanı da üzərindən heç bir qanunsuz maddə, o cümlədən heroin aşkar edilmədiyini bildirmişdir. DİN-nin ƏÇPA-nin 11-ci patrul bölüyünün əməkdaşları polis serjantı Şahid1, Şahid2 və Şahid3 tərəfindən Xəzər RPİ-nin 1-ci PB-nin rəisi Habil Həsənova ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində üç nəfər şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsində və narkotik vasitəni qəbul etmələri barədə şübhələr olduğundan, bundan başqa həmin şəxslər qaçmağa cəhd etdiklərindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PB-nə gətirilmişlər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr vermişlər. Lakin iş materiallarında Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 13:50də şübhəli şəxs qismində tutulması, 07 may 2022-ci il tarixdə saat 14:05-də barəsində şəxsi axtarış keçirilməsi haqqında qərar qəbul edilməsi və həmin tarixdə saat 14:15-də üzərinə şəxsi axtarış keçirilməsi qeyd olunsa da, halbu ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat saat 07:23də “103” xidmətinə Xəzər rayonu 7-ci Polis bölməsi ünvanından Təqsirləndirilən şəxs (24 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi Şəfəq Alıyeva icra edərək, xəstə X7 “Stresə qarşı reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. Bundan başqa, Xəzər RPİ-nin MSY-nin Tibbi Müayinənin keçirilməsi və tibbi Yardımın Göstərilməsinin qeydiyyatı kitabından görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 14:05-dən etibarən həmin gün müəyyən saatlarda MSY-də tibbi müayinədən keçmişdir. Bundan başqa, Xəzər RPİ-nin MSY-dən alınmış qeydiyyat kitabının kserosurətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:00-da tutulmuş, 11 may 2022-ci il tarixə saat 09:30-da 3 saylı İT-na təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:10-da onun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi başlanılmış, 13:00-da bitmişdir. Bundan sonra o, həmin tarixdə də təqsirləndirilən şəxs qismində cəlb edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar ona xx.xx.2023-cü il tarixdə saat 11:00-da təqdim olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra şübhəli şəxs qismində dindirilmişdir. Bununla da müstəntiq bir sıra prosessual tələblərin pozulması hallarına yol vermiş, ibtidai istintaq düzgün aparılmamışdır. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, habelə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi sübut edilməməklə, buna görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ittihamı əsasız və qanunsuz olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi narkotik maddənin satış məqsədi olmadan yalnız qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli birbaşa qəsdlə törədilməlidir. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına və daşımasına dair hər hansı bir qəsdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübutayetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Oxşar vəziyyətdə X5 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Q.A.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Ümumiyyətlə, cinayət işinin materiallarında olan bütün şahidlərin ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı polis əməliyyatında iştirak etmiş Təqsirləndirilən şəxs təhrikindən (polisin müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Ən əsası məhkəmə qeyd edir ki, ittihamın əsası olan baxış keçirilməsi, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və 12,901 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 12,901 qram heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110,00 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılovun barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 288 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və 12,901 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 12,901 qram heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110,00 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılovun barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 288 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-47/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-47/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver