Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-471/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi X5, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərari ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları"nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələbini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 02 dekabr 2023-cü il tarixdə saat 08:30-da Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək, orada özü ilə gətirdiyi "Yamaha- 25" və "Merkuri-5" markalı mühərriklərlə təchiz edilmiş özü üzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1624, reyestr nömrəsi 624 olan 01 ədəd taxta qayıqdan, 01 ədəd rezin kombinezon, 01 ədəd 25 litrlik yanacaq qabı və uzunluğu 19 metr, eni 3 metr olan, boz rəngli, sapının diametri 0,08 mm, dəliklərinin daxili ölçüsü 25x25 mm olan, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş tordan istifadə edərək, saat 13:43-dək olan müddət ərzində 92 ədəd hər biri 11 manat olmaqla 1012 manat dəyərində kefal, 3 ədəd hər biri 11 manat olmaqla 33 manat məbləğində siyənək balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1045 (bir min qırx beş) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 13:43-də Su NPİ-nin Abşeron XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan "Yamaha-25" və "Merkuri-5" markalı mühərriklərlə təchiz edilmiş özü üzən nəqliyyat vasitəsi hesab edilən bort nömrəsi ABB 1624, reyestr nömrəsi 624 olan 01 ədəd taxta qayıq, 01 ədəd 25 litr ölçüdə olan yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd uzunluğu 19 metr, eni 3 metr olan, boz rəngli, sapının diametri 0,08 mm, dəliklərinin daxili ölçüsü 25x25 mm olan, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş tor, 92 ədəd kefal, 03 ədəd siyənək balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazə, yəni balıqovlama bileti olmasa da, ailəsini dolandırmaq üçün balıq ovu ilə məşğul olmuşdur. Balıq tutmaq üçün tanışı Rasimə məxsus olan "Yamaha- 25" va "Merkuri-5" markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıqdan, 1 ədəd rezin kombinezondan və 1 ədəd tordan istifadə edir. 02 dekabr 2023-cü il tarixdə növbəti dəfə balıq tutumaq üçün saat 08:30-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişdir. Həmin taxta qayıqdan, 1 ədəd 25 litrlik yanacaq qabıdan və 1 ədəd rezin kombinezondan istifadə edərək Xəzər dənizinə girdikdən sonra özü ilə götürdüyü 1 ədəd toru suda qurmuşdur. Toru sudan çıxarıb yoxlayarkən çoxlu sayda kefal və siyənək balıqları tutduğunu görmüşdür. Sonra sahilə çıxarkən Su NPİ-nin əməkdaşları onu saxlamışlar və tutduğu balıqları aşkar edərək götürmüşlər. Sonradan tərəfindən təbiətə vurulmuş 1045 manat maddi ziyan tam olaraq ödənilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu və vurduğu maddi ziyanı tamamilə ödədiyini, balıq ovunun yeganə qazanc mənbəyi olduğunu və himayəsində azyaşlı uşağının olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi X7 qeyd etdi ki, Təqsirləndirilən şəxs qanunsuz əməli nəticəsində balıq ehtiyatlarına 1045 manat miqdarında ziyan vurulmuşdur. Sonradan vurulmuş 1045 manat məbləğində maddi ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq verilmiş mülki iddianın geri qaytarılaraq baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su NPİ-nin Abşeron və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə Su nəqliyyatında polis idarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 13 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs "Yamaha-25" və "Merkuri-5" markalı mühərriklərlə təchiz edilmiş 01 ədəd taxta qayıq, 01 ədəd 25 litr tutuma malik yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd tor, 92 ədəd kefal və 3 ədəd siyənək balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 92 ədəd kefal və 3 ədəd siyənək balıqlarını tor vasitəsilə Xəzər dənizindən tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Su nəqliyyatında polis idarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 və ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Su nəqliyyatında polis idarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. Bort nömrəsi ABB 1624, seriya nömrəsi 624 olan "Yamaha-25 " və "Merkuri-5 " markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq ona məxsusdur. Tanışı Təqsirləndirilən şəxs maddi durumu ağır olduğu üçün həmin qayığı Təqsirləndirilən şəxs balıq ovlayıb ailəsinə qida əldə etməsi üçün vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, Su NPİ-nin Abşeron XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Təqsirləndirilən şəxs qanunsuz balıq ovlayarkən saxlanılmış və yoxlama zamanı "Yamaha-25 " və "Merkuri-5 " markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq, 01 ədəd 25 litr tutuma malik yanacaq qabı, 01 ədəd rezin kombinezon, 01 ədəd tor, 92 ədəd kefal və 3 ədəd siyənək balıqları aşkar edilərək götürülmüşdür; - xx.xx.2023-cü il tarixli aktan görünür ki, 92 ədəd kefal balığı və 03 ədəd siyənək balığı saxlanması üçün fiziki şəxs X2 təhvil verilmişdir; - AA N 031487 saylı texniki talondan məlum olur ki, "Yamaha-25 " və "Merkuri-5 " markalı mühərriklə təchiz edilmiş 1 ədəd taxta qayıq Şahid4 məxsusdur; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-898/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis arayışından aydın olur ki, Təqsirləndirilən şəxs 92 ədəd kefal, 3 ədəd siyənək balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına və su bioresurslarına 1045 (bir min qırx beş) manat məbləğində ziyan dəymişdir; - Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1045 manat məbləğində maddi ziyan ödənilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Su NPİ İB-nin baş müstəntiqi V.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 256.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur; - xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş bort nömrəsi ABB1624, seriya nömrəsi 624 olan 01 ədəd "Yamaha-25 və 01 ədəd Merkuri-5" markalı mühərriklərlə təchiz edilmiş taxta materialından olan 01 ədəd qayıq, 25 litr tutuma malik olan 01 ədəd yanacaq qabı, 01 ədəd rezin kombinezon, uzunluğu 19 metr, eni 3 metr olan 01 ədəd tor, 92 ədəd kefal və 3 ədəd siyənək balıqları maddi sübut kimi tanınmışdır; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/6340 nömrəli ekrspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd tor: müstəntiq –Orxan Həsənov-imza” yazı əlavəsi olan polietilen bağlamada olan boz rəngli torun sapının diametri 0.08 mm, dəliklərinin daxili ölçüsü 25x25 mm, 3 qatlı polyester sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmış, X7 isə mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır; - Doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, xx.xx.2012-ci il təvəllüdlü Ləman və xx.xx.2019-cu il təvəllüdlü Ayan Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin Məcəllənin 256.2.2-ci maddəsinə görə eyni əməllər özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 256.1-ci maddəsinin qeydinə əsasən “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), vurduğu maddi ziyanı tam olaraq ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf edərək əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd rezin kombinezon, 01 ədəd yanacaq qabı, 01 ədəd “Yamaha-25” və 01 ədəd “Merkuri-5” markalı mühərriklərlə təchiz edilmiş, bort nömrəsi ABB1624, seriya nömrəsi 624 olan 01 ədəd taxta qayıq qanuni sahibinə qaytarılmalı, 01 ədəd tor məhv edilməli, 92 ədəd kefal balığı və 03 ədəd siyənək balığı müsadirə olunmalı(CPM-132), 154 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi mülki iddianın geri qaytarılmasını xahiş etdiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri qəbul edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179, 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd rezin kombinezon, 01 ədəd yanacaq qabı, 01 ədəd “Yamaha-25” və 01 ədəd “Merkuri-5” markalı mühərriklərlə təchiz edilmiş, bort nömrəsi ABB1624, seriya nömrəsi 624 olan 01 ədəd taxta qayıq qanuni sahibinə qaytarılsın, 01 ədəd tor məhv edilsin, 92 ədəd kefal balığı və 03 ədəd siyənək balığı müsadirə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 154 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 108 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-471/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-471/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver