Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-473/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev 3, mənzil 17-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Əbulfət oğlu xx.xx.2022-ci il tarixdə 14 radələrində tamah niyəti, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əvvəlcədən tanıdığı və qohumluq münasibəti olan Zərərçəkmiş şəxs İnqlab oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, bağlar massivi ev-160a fərdi yaşayış evinə qonağ qismində qalarkən evin həyətindən cəmi dəyəri 10400 manat təşkil edən yəni 2000 manat dəyərində 4 mərtəbəli ayağ altı, 1000 manat dəyərində fontan, 300 manat dəyərində dəmir manqal, 500 manat dəyərində latun stol, hər birinin dəyəri 100 manat olmağla ümumi dəyəri 1200 manat olan 12 ədəd pəncərə dəmir barmağlığı, 1500 manat dəyərində 220 volt gücündə 1 ədəd stabilizator, 1000 manat dəyərində mərmər daşlar, 1000 manat dəyərində antik mis somavar, 500 manat dəyərində aliminum somavar, hər birnin dəyəri 250 manat, ümumi qiyməti 500 manat olan 2 ədəd radiator, 300 manat dəyərində zibil qabı, 200 manat dəyərində hava təziqini gücləndirinən mono metir, 400 manat dəyərində mis kabel gizli olaraq talayıb Zərərçəkmiş şəxs İnqlab oğluna ümumilikdə 10400 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Əbulfət oğlu Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuşdur. O, ibtidai istintaqda hazırki oğurluq cinayətini etiraf etsə də, hazırda bildirir ki, oğurluq əməlini törətməmişdir. O, Elmanı tanıyır, Elman onun kirvəsinin oğludur. Elmanını evinə oğru girdiyinə görə onu çağırmışdır. O da gecə ilə Elmanın evinə getmişdir. O, 11 ay Elmanın evində qalmışdır. Əvvəllər heç vaxt Elmanla aralarında ədavəti və mübahisəsi olmamışdır. Orada qaldığı müddətdə evdə əşyalar olmuşdur. O, Mahiri də tanıyır. Evdən Mahirə lazımsız əşyaları vermişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmuşdur. Uzun müddətdir ki, ailəsindən ayrılmış və tək yaşayır. Atası İnqlab onun kirvəsi olmuş və həmin ailə yüksək imkanlara malik olmuşdur. Onun məhkum həyatı ilə bağlı maddiyatı çox aşağı düşmüşdür. Dəfələrlə özünə məxsus biznes qurmaq istəsə də məqsədinə nail ola bilməmişdir. Onun ailəsi dağıldıqına görə artıq yaşamağa yer tapa bilməmiş, bu ərəfədə Elmanın Türkan qəsəbəsində bağı və katejlərinin olduğunu qohum məclislərində eşitmişdir. Bir neçə il bundan öncə onun xalası oğlunun o bağa məskunlaşdığını və oradan köçdüyünü eşitmişdir. Bundan əvvələdə Fuad Elmana bu barədə müraciət etmiş, lakin xalası oğlu İsmayıl orada yaşadığı üçün Fuada bağda qalmağa icazə verməmişdir. Bu səbəbdə həmin gün Fuad Elmana zəng etmişdir. Elmanla telefon vasitəsi ilə danışdıqdan sonra o, Fuada bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir və bu səbəbdən də onun bağında Fuada yer yoxdur. Bundan sonra Fuad onun könlünü almış, ardınca o, bildirmişdir ki sabahdan gəlib bağda qala bilər. Fuad təxminən həmin bağa 2022-ci ilin sentyabr ayınən 2-3-ü tarixdə müvəqqəti qalmağ üçün köçmüşdür. Elman bağda olan əşyaları Fuada saymış və təhvil vermişdir. Elmanın həmin yerdə bir həyətdə 2 ayrı-ayrı bağı var. Elman Fuadın orada yaşamağım üçün və yaxud mühafizə etməyi üçün pul vermir və aralarında ele bir danışıq olmamışdır. Bundan sonra Fuad maddi vəziyyətin pisdiyindən xalası oğluna müraciət etmiş və xahiş etmişdir ki, ona hər ay pul göndərsin. Xalası oğlu Elmana hər ay onun dolanmağı üçün 100-150 manat aralığı pul verəcəyinə söz vermişdir. Təxminən bir neçə gün sonra onun vəziyyəti çox aşağı düşmüş, xalası oğluda ona verdiyi sözü tutub pulu vermədiyi üçün Fuad bağda olan zaman oğurluq etmək fikrinə düşmüşdür. Bundan sonra Fuad Elmana zəng etmiş və bildirmişdir ki, artıq namaz qılıb oruc tutur. Elman isə cavabında ona bildirmişdir ki, o, Fuada iftar açmağa isti ev yeməkləri gətirəcək. O, bağa gəlmiş və Fuada söz verdiyi yeməkləri gətirmişdir. Fuad öz beynində düşünmüşdür ki, o, bağda olan əşyaları saymaq, onu yoxlamaq üçün gəlmişdir. Bundan sonra Elman bağa daxil olmamışdır. Elman Fuada bildirmişdir ki, bağı səliqiyə salsın bunu qarşılığında Fuada 20 manat pul verəcək. Fuad öz-özünə düşünmüşdür ki, bağda olan dəmir metal nə varsa satsın Elman soruşduqda isə həmin əşyaları zibilə atdığını deyər. Bundan sonra 19 sentyabr 2022-ci il tarixdə 14:00 radələdə özündən aslı olmayan səbəblərdən ehtiyacından onun bağından 4 mərtəbəli ayaq altı, fontan, dəmir manqal, latun stol, 12 ədəd pəncərə dəmir barmağlığı, 220 volt gücündə 1 ədəd stabilizator, mərmər daşlar, antik mis somavar, aliminum somavar, 2 ədəd radiator, zibil qabı, hava təziqini gücləndirinən mono metir, mis kabel oğurlamış və dəmir alan şəxsə 300 manata satmışdır. Həmin əmlakları Mahir adlı şəxsin yük daşıma maşını ilə daşımışdır. Fuad Mahirə zəng etmiş və bildirmişdir ki, bağda artıq dəmirlər var onları aparıb satsınlar. O isə Fuada bildirmişdir ki, oğurluq deyilsə gəlib kömək edə bilər. Bundan sonra Mahir bağa gəlmiş onlar maşının üstunə və içinə yük üçün nəzərdə tutulmuş hissəsinə əşyaları yükləmişdir. Həmin əşyalarla birlikdə onlar Türkan qəsəbəsində Mahirin tanışı olan Raqif adlı metal mağazasında işləyən şəxsə əşyaları satmışlar. X4 bildirmişdir ki, əgər mallar oğurluqdursa o, bu malları ala bilməz və Fuad isə ona cavabında bildirmişdir ki, o, bu sözləri deməzdən qabaq Fuadın ağ saqqalına baxsın və utansın. Fuadın sərt sözündən xoşu gəlməyən alıcı qəsdlə əşyaları öz qiymətindən dəfələrcə aşağı qiymətə yeni 300 manata almışdır. Fuadın başqa çarəsi olmadığın görə əşyaları satmışdır. Fuad əşyalara qiymət danışarkən Mahiri ordan uzaq tutmağa çalışmışdır. X5 çox pul aldığını görsəydi yol qarşlığında çox pul istəyəcəkdi. Fuadın əşyaları baha satmaq istəyi alınmamış, Raqif Fuada 300 manat pul vermiş və Fuad puldan 3 manat Mahirə vermişdir. Fuad ifadəsində bildirmişdir ki, Raqif nə Mahir Fuadın bağdan əşyaları oğurladığını bilməmişdir. Bundan bir neçə gün sonra Fuad həmin ünvana gəlmiş və görmüşdür ki, Elman əsəbi vəziyyətdə onu bağda gözləyir bu zaman Fuad ona səmimi etiraf edərək bildirmişdir ki, bağından oğurluq etmiş və ona yalvarmışdır ki, polisə bu haqda heçnə dəməsin. Elman Fuadı bağdan qovmuş, Fuad isə o bağa bir daha gətməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivi ev 160a da qeydiyyatda olmaqla yaşayır. Heç bir əqli qusuru və pisixoloji xəstəliyi yoxdur. Ailəlidir və 3 övladı var. Elman ifadəsində bildirmişdir ki, onun iki bağ evi var. Onlardan biri Türkan qəsəbəsində digəri isə Hövsan qəsəbəsində yerləşir. O, Hövsan qəsəbəsində yaşadığına görə Türkan qəsəbəsində yerləşən bağ evi boş qalmışdır. Həmin bağda dəyərli əşyalar olduğuna görə orada təmannasız olaraq kiminsə ailəsi ilə qalması üçün yaxın qohumlarına məlumat vermişdir. Elman istəmişdir ki, yaxşılıq etsin bundan əlavə olaraq bağ boş qalmasın. Bundan sonra 2017-ci il də Xalası oğlu orada qalmaq üçün ailəsi ilə birgə gəlmiş bir neçə il sonra mövsümlə əlaqədar bağdan öz şəhərdəki evinə köçmüşdür. Bundan istifadə edən Fuad ona zəng etmiş və bildirmişdir ki, artıq küçədə qalır yaşamağa yeri yoxdur və onun bağda qalmasına icazə versin. Elman cavabında bildirmişdir ki, narkotik və alkoqol vasitələrin istifadəçisidir, onun evində qala bilməz. Fuad isə cavabında bildirmişdir ki, o, narkotik vasitəni və alkoqol içkiləri tərgidib imana gəlmişdir və hal hazırda da oruc tutur. Bundan sonra Elman ona bağında qalmağa icazə vermişdir. Bundan bir müddət sonra Elman ona iftarını açması üçün ev yemekləri aparmış və bağın qapısında ona vermişdir. Elman bağa daxil olmamış və bildirmişdir ki, o, uzun müddət bağa gəlməyəcək. Sentyabr ayında Elman bağa daxil olduqda aşkarlanmışdır ki, ona məxsus 2000 manat dəyərində 4 mərtəbəli ayaq altı, 1000 manat dəyərində fontan, 300 manat dəyərində dəmir manqal, 500 manat dəyərində latun stol, hər birinin dəyəri 100 manat olmaqla ümumi dəyəri 1200 manat olan 12 ədəd pəncərə dəmir barmaqlığı, 1500 manat dəyərin 220 volt gücündə 1 ədəd stabilizator, 1000 manat dəyərində mərmər daşlar, 1000 manat dəyərində antik mis somavar, 500 manat dəyərində aliminum somavar, hər birnin dəyəri 250 manat, ümumi qiyməti 500 manat olan 2 ədəd radiator, 300 manat dəyərində zibil qabı, 200 manat dəyərində hava təziqini gücləndirinən mono metir, 400 manat dəyərində mis kabel oğurlanmış və ona ümumilikdə 10400 manat maddi ziyan dəymişdir. Bundan sonra Elman həmin gece bağda qalmış Fuadı yolunu gözləmişdir. Səhər Fuad gəldikdə Fuadda olan bağa məxsusu açarları alıb Fuadıda bağdan uzaqlaşdırmışdır. Məhkəmə iclasında Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, dəmir, metal, əlvan metalın qəbulu mağazasında işləyir. İfadəsinə əlavə etmişdir ki, baş vermiş hadisəyə səbəb Təqsirləndirilən şəxsdir. Fuad 2022-ci lin sentyabr ayında ona məxsus dəmir qəbulu mağazasına tanışı Mahirlə birlikdə gəlmiş və 4 mərtəbəli ayaq altı, fontan, dəmir manqal, latun stol, 12 ədəd pəncərə dəmir barmaqlığı, 220 volt gücündə 1 ədəd stabilizator, mərmər daşlar, antik mis somavar, aliminum somavar, 2 ədəd radiator, zibil qabı, hava təziqini gücləndirilən mono metir, mis kabel satmış və o, bunun qarşılığında ona 300 manat pul vermişdir. Fuad ona həmin əşyaların ona məxsus olmasını və oğurluğ olmamasını bildirmişdir. Bu səbbədəndə o, həmin əşyaları ondan almışdır. Məhkəmə iclasında Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımayıb. Onunla 2022-ci ilin sentyabr ayında Türkan qəsəbəsində tanış olmuş, onu bir neçə dəfə aptekə, poçta aparmışdır. 2022-ci il sentyabr ayında Fuad ona zəng edərək bağa gəlməsini istəmiş və bildirmişdir ki, bağda bir qədər dəmir var onları dəmir qəbul edən mağaza aparıb satsınlar. Mahir isə cavabında bildirmişdir ki, ev sahibi buna icazə veribverməməsini soruşmuşdur. Fuad isə öz növbəsində bildirmişdir ki, bəli, ev yiyəsinin tapşırığıdır. Mahir bununla razılaşmış və bağa getmiş və oradan dəmir ayaq altını və s. əşyaları mətal qəbulu mağazasına öz maşını ilə aparmış, Fuad isə həmin əşyaları təhvil vermişdir. Fuadın əşyaları hansı qiymətə satdığını bilmir. Fuad dəmirləri satdığdan sonra Mahirə 3 manat yol pulu vermişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olunanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əbulfət oğlu xx.xx.2023-cü il tarixdə Xətai rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Əbulfət oğlu xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-101/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası SSR-nin CMnin 15, 95-ci maddələri ilə təqsirli bilinmiş və 11 il dətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinin B bəndinə əsasən cəzası 1/3 qədər azaldılaraq 02 il 10 ay 11 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.1995-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, ********* saylı cinayət işi üzrə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 11 may 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-235/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-257/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-473/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-473/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver