Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-474/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-108/2023 saylı 25 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2023-cü il tarixdə təxminən saat 04 radələrində və 15 fevral 2023-cü il tarixdə təxminən saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni sahədə yerləşən yarımtikili evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin qapı yerindən evə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 3600 manat olan elektrik naqillərini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 3600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki və psixoloji təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə məhkumluğu olmuşdur. Hazırda işləmədiyinə görə pulsuzluqdan əziyyət çəkir və bu səbəblə oğurluq etmək fikrinə düşmüşdür. 13 fevral 2023-cü il tarixdə gecə saat 04 radələrində yaşadığı Binə qəsəbəsi ərazisində oğurluq etmək üçün ev axtarmış, bir qədər gəzdikdən sonra saat 05 radələrində yaşayış olmayan yarımtikili tapmış və həmin evin hasarından həyətə tullanmışdır. Həyətdəki birmərtəbəli, pəncərələri vurulmuş, lakin giriş qapısı olmayan yarımtikili evə qapdan daxil olub evin divarlarına çəkilmiş elektrik naqillərini dartaraq sökmüş və orada olan kisəyə yığmışdır. Artıq sabah açıldığından və hava işıqlandığı üçün o, naqillərin hamısını sökə bilməmiş, fikirləşmişdir ki, sökdüyü naqilləri yığıb aparsın, qalanını daha sonra gələrək söküb aparar. Belə də etmiş və sökdüyü naqilləri kisəyə yığmış və hasardan küçəyə keçərək Binə qəsəbəsində zibil qutularının yanında oğurladığı naqilləri yandırıb həmin gün səyyar metal qəbul edən nömrəsi yadında qalmayan “VAZ-21011” markalı maşınla metal yığan şəxslərə 40 manata satmışdır. 15 fevral 2023-cü il tarixdə gecə saat 04 radələrində o, yenə həmin ünvana gedərək hasardan həyətə keçmiş və evə daxil olaraq yerdə qalan elektrik naqillərini sökməyə başlamışdır. Təxminən 2 saat ərzində o, naqilləri söküb qurtarmış və artıq hava işıqlaşmağa başladıqda evdən çıxaraq küçəyə keçmiş və yenə də zibil qutularının yanında oğurladığı naqilləri əridərək həmin gün səyyar metal qəbul edən markası və nömrəsi yadında qalmayan maşınla metal yığan şəxslərə 60 manata satmışdır. Əldə etdiyi cəmi 100 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa hər hansı bir cinayət törətməmiş, qeyd olunan oğurluq hadisəsini tək törətmiş, həmin naqilləri satarkən onların özünə məxsus olmasını bildirmişdir. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, zərərçəkmiş şəxsin evinə girməmiş və həmin oğurluğu etməmişdir. 3-cü Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları onu döyərək zorla həmin əməli boynuna qoymuşlar. PŞ-də ona fiziki təzyiqlər göstərilərək və hədə-qorxu gəlinərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayəti törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə oğurluqları boynuna qoymuşlar. Onu döyən polis əməkdaşlarını tanımır, həm də döyülməyi barədə heç bir yerə şikayət etməmiş, hətta müdafiəçisinə, həmçinin barəsində qətimkan tədbirinin seçilən zaman prokurora da bildirməmiş, güman etmişdir ki, hakim qarşısına çıxarılarsa, həmin faktı məhkəməyə bildirəcəkdir. Özünü təqsirli bilmir, himayəsində iki azyaşlı uşağı vardır, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmənin 14 avqust 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Binə qəsəbəsi Südçülük sovxozunda ona məxsus yarımtikili evi vardır. Həmin ev tam təmir olunmadığından evdə yaşayış yoxdur. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə həmin evdə oğurluq baş vermişdir. Belə ki, o, evə gəldikdə evin divarlarına çəkilmiş elektirik naqillərinin oğurlandığını aşkar etmişdir. İlk dəfə oğurluq olan zaman o, polisə məlumat verməmiş, ikinci dəfə oğurluq olan zaman isə DİN-nin “102” zəng mərkəzinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3600 manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş edir, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs 14 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş 3000 manat ziyanın ödənilməsi tələb etdiyini, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilibverilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs məxsus yarımtikili evdə baş vermişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs gecə saatlarında küçədə piyada hərəkət etməsi və oğurladığı elektrik naqillərini daşıyıb aparması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs gecə saatlarında küçədə piyada hərəkət etməsi və oğurladığı elektrik naqillərini daşıyıb aparması görüntüləri olan 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 14 avqust 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş 3000 manat ziyanın ödənilməsi tələb edir, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırlması cəzasına məhum olunmuş, xx.xx.2022ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-198/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7(003)-694/2022 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 4 (dörd) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 2 (iki) ay 2 (iki) gün) müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi xx.xx.2023cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırlması cəzasına məhum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın mədudlaşdırlması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5.1-ci bəndinə əsasən 1 (bir) il azaldılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsini məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 24 fevral 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs gecə saatlarında küçədə piyada hərəkət etməsi və oğurladığı elektrik naqillərini daşıyıb aparması görüntüləri olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 32 iş saatına görə (ibtidai istintaq zamanı 17 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 192,00 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs gecə saatlarında küçədə piyada hərəkət etməsi və oğurladığı elektrik naqillərini daşıyıb aparması görüntüləri olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 192,00 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-474/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-474/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver