Məhkəmə qərarları › İş №1(003)-475/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-475/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-475/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 12 aprel 1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Birinci Şahsevən Ərazi dairəsi, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yerlşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X8 yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində onun üçün aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı Zərərçəkmiş şəxs onun icazəsi olmadan qapını açıb xalasını evə buraxmasını cuzi səbəb kimi bəhanə edib onsuz heç kimi evə buraxmaması tapşırığına əməl etmədiyi üçün qəsdən qisas alıb cəzalandırmaq məqsədi ilə söyüb təhqir edərək istintaqla müəyyənləşdirilməsi mümkün olmayan dəmir materialdan olan qapı açarını mətbəxdəki qaz sobasının üstündə yanar qazda qızdırmaqla qışqırıq səsini heç kimin eşitməməsi üçün əlləri ilə Zərərçəkmiş şəxs ağzını tutaraq xüsusi əzabverici üsullardan istifadə etməklə həmin qızdırdığı dəmir açarla Zərərçəkmiş şəxs sağ əlinin üst nahiyyələrini qəsdən yandıraraq (dağ basaraq) ona fiziki ağrı və psixi iztirablar vermədə ifadə olunan zorakı hərəkətləri ilə güclü fiziki ağrı və psixi iztirablar verməklə ona sağ əlinin arxa səthində yüksək hərarətin təsirindən törənmiş İİ dərəcəli termik yanığı yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə, bundan başqa, 22 may 2025-ci il tarixdə saat 18 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X8 yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağında onun üçün aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı Zərərçəkmiş şəxs evi natəmiz saxlamasını cuzi səbəb kimi bəhanə edib qəsdən qisas alıb cəzalandırmaq məqsədi ilə yenidən söyüb təhqir edərək təkrarən fiziki ağrı və psixi iztirablar vermədə ifadə olunan zorakı hərəkətlərini işgəncə və əzab verməklə davam etdirib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən bir neçə dəfə vuraraq döyməklə onun zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib sol gözaltı nahiyyəsinin, sol bazusunun qançırları kimi sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə, bundan başqa, 31 may 2025-ci il tarixdə saat 18 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X8 yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında onun üçün aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı Zərərçəkmiş şəxs evi natəmiz saxlamasını cuzi səbəb kimi bəhanə edib qəsdən qisas alıb cəzalandırmaq mqəsədi ilə yenidən söyüb təhqir edərək təkrarən fiziki ağrı və psixi iztirablar vermədə ifadə olunan həmin zorakı hərəkətlərini işgəncə və əzab verməklə davam etdirib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən yumruqla qəsdən bir neçə dəfə vuraraq döyməklə ona zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verib alt dodağının selikli qişasının qansızması, sağ bazunun qançırları kimi sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs qarşı xüsusi amansızlıqla əzab, işgəncə, iztirab verib, qeyri-insani, qəddar hərəkətlərilə, rəhmsizliklə, ləyaqətini alçaldan davranışı ilə, uzun müddət bir neçə dəfə döyməklə, dəmir materialdan olan açarı odda qızdırıb əlini həmin açarla yandıraraq mütəmadi ağrılar yetirməklə, xüsusi ağrı verib çoxsaylı bədən xəsarətləri yetirməsində, uzun müddət əzilmiş, cızılmış bədən xəsarətlərinin izlərinin görünən olmaqla fiziki ağrı və psixi iztirablar verilmiş vəziyyətdə saxlamasında ifadə olunan qərəzli zorakı hərəkətləri ilə aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs qızma zorakı hərəkətlərlə mütəmadi olaraq döyərək güclü fiziki ağrı və psixi iztirabla əzab və işgəncə vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 24 iyul 2024-cü il tarixdə rəsmi ailə həyatı qurmuşlar, həmin vaxtdan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X8 nömrəsiz fərdi yaşayış evində birlikdə yaşayırlar, övladları yoxdur. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurandan sonra bir neçə ay mehriban yaşamışlar, sonralar ər-arvad kimi münasibətlərində soyuqluq yaranmışdır. 20 may 2025-ci il tarixdə, saat 17 radələrində işdən evə gələn zaman arvadı Zərərçəkmiş şəxs ilə söhbət edən zaman işdə olmayan vaxt “evə kimsə gəlmişdirmi” sualını vermiş, sonuncu isə ona evə xalası Kifayətin gəlməsini və bir az söhbət edəndən sonra çıxıb getməsini bildirmişdir. Bu zaman Ləmana qapını heç kimə açmaması, nə üçün qapınını o, evdə olmayanda kiməsə açması barədə Ləmana irad bildirmişdir. Bu zaman Ləman ilə mübahisələri yaranmış və mübahisə zamanı evin qapısının dəmirdən olan açarını mətbəxdə yerləşən qaz sobasının üzərində qızdıraraq Ləmanın sağ əlinin üzərinə sıxaraq yandırmış və nəticədə Ləman sağ əlindən yanıq xəsarəti almışdır. Ləmanın əlini yandıran zaman ona bir daha o, evdə olmayanda heç kimə qapını açmamasını bildirmişdir. 22 may 2025-ci il tarixdə, saat 18 rədələrində evin natəmiz olmasını aşkar etmiş və bu barədə arvadı Ləmana irad bildirmişdir ki, evi natəmiz saxlamasın. Həmin vaxt yaşadığı evin divarlarında hörümçək torlarını görmüş və buna əsəbləşdiyi üçün yaşadığı evin qonaq otağında əlinin iç hissəsi ilə Ləmanın sifət nahiyəsinə zərbə endirmişdir. Sonuncu dəfə Ləmana irad bildirmişdir ki, anası neçə gün olar ki, rayondadır, atası evdə tək qalır və atasına nə üçün yemək hazırlamamışdır. Arvadı Ləman da iradına heç bir cavab vermədiyi üçün yaşadığı evin yataq otağında sillə ilə Ləmanın bədəninin bir neçə nahiyyəsinə vurmuşdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 24 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, övladları yoxdur. 24 iyun 2024-cü il tarixdən 01 uyun 2025-ci il tarixədək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X8 yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Ailə həyatı qurandan sonra təxminən bir neçə ay keçəndən sonra ər-arvad münasibətlərində soyuqluq yaranmışdır.Cuzi səbəblərdən Təqsirləndirilən şəxs ailədə söz-söhbət yaratmış, qəsdən onunla mübahisə etmiş, lakin heç bir səbəb tapa bilmədiyinə görə münaqişəni davam etdirmişdir. Ailə həyatı qurandan sonra təxminən 4 ay keçəndən sonra əri Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onu döyməyə başlamış, lakin gənc ailə olduğu üçün bu barədə valideynlərinə və polisə heç bir məlumat verməmişdir. Döyüldüyü ilk günlərdə Təqsirləndirilən şəxs onu əsasən sillə və təpiklə bədəninin müxtəlif yerlərinə zərbə endirərək döymüşdür. Həmin ərəfələrdə bədənində xəsarət izləri qalsa da sonra həmin xəsarət izləri bədənində qalmamışdır. 20 may 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı evində olarkən əri Təqsirləndirilən şəxs hamilə olduğunu bildiyi halda guya evi natəmiz saxlamasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan onu nalayiq söyüşlərlə söyüb üzərinə qışqırmağa başlamış və ani olaraq görmüşdür ki, əri Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin mətbəxində olan zaman yanına yaxınlaşaraq əlamətlərini xatırlamadığı dəmir qapı açarını mətbəxdə yerləşən qaz sobasının üzərində yandıraraq üzərinə gəlmiş, onu özünə tərəf dartıb çəkmiş və qışqırıq səsini heç kimin eşitməməsi üçün əlini ağzına tutaraq qəsdən dəmir qapı açarı ilə sağ qolunun iç və üst nahiyəsini yandırmış və həmin vaxt evi tərk etmişdir. Bu barədə ailəsinin dağılmamasından ötrü ailə üzvlərinə və polisə məlumat verməmişdir. 22 may 2025-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən əri Təqsirləndirilən şəxs hamilə olduğunu bildiyi halda guya evdə olan natəmizliyi bəhanə edərək heç bir əsaslı səbəb göstərmədən onunla münaqişə etməyə başlamış, onu nalayiq söyüşlərlə təhqir etmiş və ani olaraq qəsdən yumruğu ilə sol göz və sol qol nahiyələrimə xəsarət yetirməyə başlamış və xəsarət yetirəndən sonra evi tərk etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs işdən evə gələrək yenidən guya evdə olan natəmizliyi bəhanə edərək yataq otağında üzərinə gələrək qəsdən onu nalayiq sözyüşlərlə söyüb təhqir edərək yumruğu ilə sifət və sağ qol nahiyyələrinə zərbələr endirərək xəsarət yetirərək evi tərk etmişdir. Bundan sonra dərhal atası Vüqar Zeynallıya məlumat vermiş, başına gələn bütün hadisələri ona danışmış və atasından xahiş etmişdir ki, yaşadığı evə gəlib onu özü ilə aparsın. Atası da 01 iyun 2025-ci il tarixdə onun yaşadığı evinə gəlmiş, onu öz evlərinə aparmışdı. Atası 02 iyun 2025-ci il tarixdə onun döyülməsi barədə DİN-in 102 Xidməti-Zəng Mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxsla barışmamış, ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs qızıdır, Təqsirləndirilən şəxs isə qızı Ləmanın əridir. X20 ilə 24 iyun 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, qızı Ülvidən hamilədir. X20 ilə 24 iyun 2024-cü il tarixdən 01 uyun 2025-ci il tarixədək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X9 yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Həmin fərdi yaşayış evində ikisindən başqa heç kim yaşamamışdır. Ailə həyatı qurandan sonra təxminən 4(ay) keçəndən sonra onların ər-arvad münasibətlərində soyuqluq yaranmışdır. X20 ilə ailə həyatı qurandan sonra təxminən 4(ay) keçəndən sonra əri Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq döyülmüşdür. 31 may 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs qızı Ləmanı hamilə olduğunu bildiyi halda işdən evə gələrək yenidən guya evdə olan natəmizliyi bəhanə edərək yataq otağında onun üzərinə gələrək qəsdən onu nalayiq sözyüşlərlə söyüb təhqir edərək yumruğu ilə sifət və sağ qol nahiyələrinə zərbələr endirərək qızma xəsarət yetirərək evi tərk etmişdir. Bundan sonra qızı Ləman dərhal ona məlumat vermiş, başına gələn bütün hadisələri mənə danışmış və ondan xahiş etmişdir ki, onun yaşadığı evinə gəlib onu onu özü ilə yaşadıqları evlərinə aparsın. 01 iyun 2025-ci il tarixdə, saat 13 radələrində qızının yaşadığı evinə gəlmiş, qızı özünə məxsus geyim əşyasını çantasına yığmış və onunla yaşadıqları evlərinə getmişdir. Bundan sonra 02 iyun 2025-ci il tarixdə qızının döyülməsi barədə DİNin 102 Xidməti- Zəng Mərkəzinə məlumat vermiş, Xəzər RPİ-nin 3-cü PŞ-nə gələrək qızı ərizə və izahat yazmış, eləcə də almış olduğu xəsarətlərə görə məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Qızı Ləman əri Ülvi tərəfindən döyülən zaman 6(altı) aylıq hamilə olmuş, əri Təqsirləndirilən şəxs qızı Ləmanın hamilə olduğunu bilə-bilə onu mütəmadi olaraq döyərək işgəncələr vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin 05 iyun 2025-ci il tarixli, 494 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin İİ dərəcəli termik yanıq yarası yüksək hərarətin(ola bilsin yüksək temperature malik əşya) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 12-14 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə, sol gözaltı nahiyənin, sol bazunun qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 11-12 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə; alt dodağın selikli qişasının qansızması, sağ bazunun qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ əlin İİ dərəcəli termiki yanıq yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir; sol gözaltı nahiyənin, sol və sağ bazunun qançırları; alt dodağın selikli qişasının qansızması sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur”; İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X5 X18 06 avqust 2025-ci il tarixli, 12-ə/494 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlin İİ dərəcəli termik yanıq yarası yüksək hərarətin(ola bilsin yüksək temperature malik əşya) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 12-14 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə, sol gözaltı nahiyənin, sol bazunun qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 11-12 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə; alt dodağın selikli qişasının qansızması, sağ bazunun qançırları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ əlin İİ dərəcəli termiki yanıq yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir; sol gözaltı nahiyənin, sol və sağ bazunun qançırları; alt dodağın selikli qişasının qansızması sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxsnm bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxsnm əvvəllər mütəmadi döyülməsinin təyini istintaq yolu ilə daha məqsədəmüvafiqdir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsidən daxil olmuş xx.xx.2025-ci il tarixli, 1978 saylı kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi(ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs inadkarlıq, başqalarının hiss və yaşantılarına biganəlik, kobudluq, öz fikirlərini üstün tutmaq, mənəvi keyfiyyətlərin kasad olması və s kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri müşahid olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik aşkar edilmir. İş üzrə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X16 Şəxsi Bakı Baş X14 Hüquqi Şəxsi 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından daxil olmuş 05 iyun 2025-ci il tarixli, 104 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 həqiqətən xx.xx.2025-ci il tarixindən 4 nömrəli BŞX-nın qadın məsləhətxanasında qeydiyyatdadır. 22- 23 həftəlik hamilədir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:00da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X11 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Məmmədzadə tərəfindən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsindən Həmin Məcəllənin 133.2.2 və 133.2.6-cı maddəsinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.2 və 133.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4 (003)-246/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilmiş, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu stat kartotekasında məlumat yoxdur; Azərbaycan Respublikası Konstitusiyasının 31.1 -ci maddəsinə əsasən "Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1 -ci maddəsinə əsasən "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən "Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5.1 -ci maddəsinə əsasən "Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən "Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1 -ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən "Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə görə bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə əzab vermə hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddəsinə əsasən həmin hərəkətlər aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə və ya işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 133.2.2 və 133.2.6-cı maddələrii ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia üzrə xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.2.2 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq müddətində müdafiə edilməsinə görə sərf etdiyi 40 saat vaxta görə 440 (dörd yüz qırx) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat olmaqla, cəmi 550 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar