Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-478/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR Babək rayonu Tumbul kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi deyilən ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,693 qram olan narkoptik vasitə heroini, 01 ədəd sellofan torbada təmiz çəkisi 9,505 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi deyilən ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımış, 15 yanvar 2023-cü il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz qaydada yaşayış yerinə baxış, axtarış və götürmə aparılması haqqında” qərara əsasən onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi deyilən ərazidə terləşən nömrəsiz fərdi yaşayış evinə saat 16:10 radəsində axtarış apılan zaman evin yataq otağında olan çarpayının alt hissəsindən sellofan torbada 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,324 qram, 0,041 qram ümumi təmiz çəkisi 0,365 qramqəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd 2 ml və 3 ml-lik şpirislərin içərisində həcmləri 0,21 ml-lik və 02 ml-lik mayelər narkotik vasitə heroin məhlulu,heroin quru maddəsinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,006 qram, 0,007 qram ümumi təmiz çəkisi 0,013 qram, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd şüşə ampula, üç ədəd 1 ml-lik şpiris, bir ədəd kağıza bükülmüş gümüşü rəngli falqa kəsiyi, bir ədəd iynə başlığı, bir ədəd bükümdə pambığ, iki ədəd qəhvəyi rəngli, dairəvi formalı ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon, 01 ədəd sellofan torbada təmiz çəkisi 9,505 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və həmin narkotik vasitə heroinin bir bükümdə təmiz çəkisi 0,315 qramını 14 yanvar 2023-cü il tarixdə saat 20 radəsində tanışı Şahid3 pulsuz və əvəzsiz olaraq vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitənin kakos kimi bildiyi heroin növündən istifadə etmişdir. Şahid3 tanıyır. Şahid3 onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid3la münasibəti yaxşıdır, heç bir ədavəti yoxdur. Sülhəddin özüdə narkotik vasitə istifadə edən şəxs olmuşdur. 14 yanvar 2023-cü il tarixdə Şahid3la yaşadığı evin qarşısında görüşmüşdür. Həmin zaman Sülhəddin ona bildirmiş ki, bədənində ağrılar var. Lakin narkotik vasitəsi yoxdur ki, istifadə etsin və ağrıları kəssin. O da narkotik vasitə istifadə etdiyi üçün həmin narkotik vasitəni istifadə etməyəndə bədəndə olan ağrıların necə olmasını bildiyindən Sülhəddinə bir büküm qarşılıqsız və əvəzsiz olara kakos kimi bildiyi narkotik vasitə heroin vermiş ki, istifadə etsin və ağrıları kəssin. 15 yanvar 2023-cü il tarixdə saat 16 radəsində o evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlmiş və o evin qapısını açaraq polis əməkdaşlarını evə dəvət etmişdir. Bu zaman polis əməkdaşları ona bildirmişlər ki, “Şahid3 14 yanvar 2023-cü il tarixdə narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün tutmuşlar və sonuncu ifadəsində göstərmiş ki, üzərindən aşkar edilmiş maddəni ondan əldə etmişdir. Bu səbəbdən də, evində təxirəsalınmaz qaydada baxış keçirəcəklər”. O, polis əməkdaşlarına hər şeyin aydın olmasını bilmiş və heç bir etiraz etməyərək ərizə ilə müraciət etmiş ki, etirazım yoxdur. Bundan sonra onun yaşadığı evə tanımadığım iki nəfər hal şahidi dəvət edilmişdir. Onun evinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah edilmişdir. Baxış keçirilməzdən əvvəl ona təkilif olunmuş ki, evində qanuna zid əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra o polis əməkdaşlarına bildirmiş ki, üzərində qanuna zid əşya yoxdur, lakin evinin yataq otağında olan çarpayının alt hissəsində bir neçə büküm kakos kimi bildiyi heroin narkotik vasitəsi, bir ədəd sellofan bükümdə nəşə kimi bildiyi narkotik vasitə qurudulmuş marixuna, iki ədəd metadon var. Bundan sonra polis əməkdaşları onun dediyi çarpayının altına baxış keçirmiş və oradan adlarını qeyd etdi maddələr və bir neçə ədədə şpiris və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin zaman o, polis əməkdaşlarına səmimi olaraq bildirmiş ki, özü narkotik vasitə istifadə edən şəxsdir. Bundan sonra aşkar edilmiş maddələr polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülmüş və tərtib edilmiş sənədlər onun tərəfindən eləcədə orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o 14 yanvar 2023-cü il tarixdə Şahid3 01 ədəd bükümdə narkotik vasitə olan heroini satmamış, yəni həmin tarixdə Sülhəddinlə o evinin qarşısında görüşmüş və Sülhəddin bədənində ağrıların olmasını ona demişdir. O da narkotik vasitə istifadə edən şəxs olduğundan narkotik vasitə istifadə etməyəndə bədəndə ağrıların necə olmasını bildiyi üçün Sülhəddinə 01 ədəd bükümdə narkotik vasitə heroini pulsuz və əvəzsiz olaraq vermiş ki, istifadə etsin və ağrıları keçib getsin. O, Sülhəddinə pul qarşılığında narkotik vasitə satmamışdır. Onun evindən aşkar edilmiş maddələri o, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından heroinin bir qıramını 30 manata, sellofan torbada olan qurudulmuş marixuananı isə 50 manata almışdır. O, İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə tanış olmuş, onunla yalnız həmin şəxs əlaqə saxlamış və o, həmin şəxsdən narkotik vasitə istəyəndə ona yerini demiş və gedib götürürmüşdür. Pulunu isə həmin şəxsdə ona verdiyi bank kartına köçürmüşdür.O narkotik vasitə aldığı şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş, həmin şəxs Azərbaycan dilində sərbəst və səlist danışmış, şəxsiyyəti barədə ona heç bir məlumat verməmişdir. Həmin iranlının hansı yolla Azərbaycan Respublikasının ərazisinə narkotik vasitə keçirməsindən məlumatı olmamışdır. Həmin şəxs Azərbaycan Respublikasının ərazisini tam şəkildə tanımış və Bakı şəhərinin bütün küçə eləcədə ünvanlarını dəqiq bilmişdir. Hesab etmiş ki, həmin şəxs İran İslam Respublikasında yox, Azərbaycan Respublikasının ərazisində yaşıyan şəxsdir.O narkotik vasitəni əldə edəndə özü üçün qramlarını çəkir ki, narkotik vasitəni aldığı şəxs onu aldatmasın, bu səbəbdəndə özündə tərəzi saxlamışdır. O əksər hallarda narkotik vasitəni Xırdalan şəhərindən və 20 yanvar metrostansiyasının yaxınlığından götürür. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Xəzər RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi isə polis mayorudur. O, xidmətdə olan zaman icraatına əməliyyat tapşırığı daxil olmuş və həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq o və şöbənin kiçik inispektoru polis serjantı MŞahid2 ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Şahid3 narkotik vasitəni verən “Talıb” adlı şəxsin şəxsiyyətini müəyyən etmək üçün müəyyən əməliyyat axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusun sonuncu dayanacağı kimi tanınan yerdə nömrəsiz fərdi yaşayış evində yaşayır. Bununla bağlı RPİ-nin rəhbərliyinə 15 yanvar 2023-cü il tarixdə raportla məruzə etmiş və Talıb Umarovun yaşadığı mənzildə narkotik vasitələrin olması şübhəsi olduğu üçün sonuncunun yaşadığı mənzilə təxirəsalınmaz qaydada axtarış, baxış və götürmə aparılması bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün qərar təqdim olunmuş və Təqsirləndirilən şəxs razılığı eləcədə ərizəsi əsasında evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl həmin ünvana iki nəfər tanımadıqları hal şahidi dəvət etmişlər və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək təklif olunmuş ki, evində qanuna zid əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağı kimi istifadə olunan otaqdan 01 ədəd sellofan torbada ot kütləli spesifik iyə malik maddə, 04 ədəd bükümdə onlardan 03 ədədində spesifik iyə malik qəhvəyi rəngli maddə, 04 ədəd iynə, 01 ədəd iynə başlığı, 01 ədəd yarı qırıq vəziyyətdə kiçik şüşə qab, 02 ədəd üzərində metadon yazısı olan həbb və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış MŞahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş MŞahid2 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, xidmətdə olan zaman icraatına əməliyyat tapşırığı daxil olmuş və həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq o və Şahid1 ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Şahid3 narkotik vasitəni verən “Talıb” adlı şəxsin şəxsiyyətini müəyyən etmək üçün müəyyən əməliyyat axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusun sonuncu dayanacağı kimi tanınan yerdə nömrəsiz fərdi yaşayış evində yaşayır. Bununla bağlı RPİ-nin rəhbərliyinə 15 yanvar 2023-cü il tarixdə raportla məruzə etmiş və Talıb Umarovun yaşadığı mənzildə narkotik vasitələrin olması şübhəsi olduğu üçün sonuncunun yaşadığı mənzilə təxirəsalınmaz qaydada axtarış, baxış və götürmə aparılması bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün qərar təqdim olunmuş və Təqsirləndirilən şəxs razılığı eləcədə ərizəsi əsasında evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl həmin ünvana iki nəfər tanımadıqları hal şahidi dəvət etmişlər və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək təklif olunmuş ki, evində qanuna zid əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağı kimi istifadə olunan otaqdan 01 ədəd sellofan torbada ot kütləli spesifik iyə malik maddə, 04 ədəd bükümdə onlardan 03 ədədində spesifik iyə malik qəhvəyi rəngli maddə, 04 ədəd iynə, 01 ədəd iynə başlığı, 01 ədəd yarı qırıq vəziyyətdə kiçik şüşə qab, 02 ədəd üzərində metadon yazısı olan həbb və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorgu sual zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, evindən aşkar edilmiş maddələr, həm kakos kimi bildiyi narkotik vasitə heroin, həmdə nəşə kimi bildiyi narkotik vasitə marixuanadı, həb isə metadon narkotik vasitəsidir. Həmin maddələri evində saxlamış ki, istifadə etsin. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılaraq götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 7/47 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 9,505qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 6/250 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43” dairəvi möhür əksləri, “X7 məxsus evdən aşkar edilmiş 04 ədəd bükümün..." və “X7 məxsus evdən aşkar edilmiş 01 ədəd tərəzi..." sözlər və imzalar olan iki ədəd zərfin içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,324 qram, -0,041 qram ümumi təmiz çəkisi 0,365 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd 2 ml və 3ml-lik şprislərin içərisində həcmləri 0,21 ml-lik və 0,2 ml-lik mayelər narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin ayrıayrılıqda təmiz çəkisləri- 0,006qr., 0,007qr., ümumi təmiz çəkisi-0,013 qramdır, bir ədəd şüşə ampulanın, üç ədəd 1 ml-lik şprisin içərisində, bir ədəd kağıza bükülmüş gümüşü rəngli falqa kəsiyində, bir ədəd iynə başlığının və bir ədəd bükümdəki pambığın üzərində narkotik vasitə heroinin izləri vardır, elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər yoxdur, konvalyut kəsiyində 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə-metadondur, 2 ədəd həbdə metadon təsinedici maddəsinin ümumi miqdan 0,08 qram (üzəindəki göstəricilərə əsasən bir ədəd həbdə 0,04qram) olması müəyyən edildi. X5 yaşadığı mənzildən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,324 qram, -0,041 qram ümumi təmiz çəkisi 0,365 qram olan heroin, Şahid3 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1391 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Naxçıvan MR-nin Babək rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 15 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:15- 18:35 radələrində Təqsirləndirilən şəxs məxsus yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 160 saylı sərnişin daşıma avtobusunun sonuncu dayanacağı kimi tanınan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə axtarış və götürmə aparılmış, həmin zaman Təqsirləndirilən şəxs məxsus mənzildən 01 ədəd sellofan torbada ot kütləsi spesifik iyə malik maddə, 04 bükümdə onlardan 03 ədədində spesifik iyə malik qəhvəyi rəngli maddə, 04 ədəd iynə, 01 ədəd iynə başlığı, 01 ədəd yarı qırıq vəziyyətdə kiçik şüşə qab, 02 ədəd üzərində metadon yazısı olan həb, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-28/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 9,455 qram narkotik vasitə olan marixuana, 0,295 qram narkotik vasitə olan heroin, 0,215 qram narkotik vasitə olan heroin, 0,1 ml və 0,11 ml narkotik vasitə olan heroin maye, 01 ədəd təsiredici maddə olan metadon həbi, 01 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd şüşə ampula, 02 ədəd 1 ml-lik şpiris, bir ədəd kağıza bükülmüş gümüşü rəngli falqa kəsiyi, bir ədəd iynə başlığı, bir ədəd bükümdə pambığ qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 152 (bir yüz əlli iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 9,455 qram narkotik vasitə olan marixuana, 0,295 qram narkotik vasitə olan heroin, 0,215 qram narkotik vasitə olan heroin, 0,1 ml və 0,11 ml narkotik vasitə olan heroin maye, 01 ədəd təsiredici maddə olan metadon həbi, 01 ədəd elektron tərəzi, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd şüşə ampula, 02 ədəd 1 ml-lik şpiris, bir ədəd kağıza bükülmüş gümüşü rəngli falqa kəsiyi, bir ədəd iynə başlığı, bir ədəd bükümdə pambığ hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 152 (bir yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-478/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-478/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver