Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-48/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1999-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 05.02.1998-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olan,barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29.07.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi hər birinin dəyəri 200 manat olan cəmi iki ədəd 3x4 kv metr ölçülü İran islam Respublikasının istehsalı olan xalçanı, hər topunun dəyəri 45 manat olan cəmi 3 top elektirik naqillərini, hər birinin dəyəri 4 manat olan 9 ədəd elektirik açarlarını, 01 ədəd 130 manat dəyərində olan perefaratoru, 01 ədəd 150 manat dəyərində olan “Bosh” markalı laqondanı, 01 ədəd 90 manat dəyərində olan naqilsiz əl drelini, cəmi dəyəri 50 manat olan divara çəkilmiş 70 metr uzunluğundakı elektirik naqillərini və hər birinin dəyəri 4 manat olan 07 ədəd elektirik açarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1019 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30.07.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan təmir-tikintidə istifadə olunan 01 ədəd dəyəri 280 manat olan perefaratoru və ümumi dəyəri 570 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31.07.2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 700 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 cəmi 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05.08.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış sahəsinədə olan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla həyətdəki köməkçi otaqdan 01 ədəd “Demirtöküm” markalı Türkiyə Respublikasının istehsalı olan 32 litir tutumluq həcmdə 210 manat dəyəri olan su qızdırıcını və 01 ədəd “Rainford” markalı dəyəri 1000 manat olan kondisionerin mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1210 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12.08.2021-ci il tarixdə saat 15 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 200 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs Arif Rəhimova cəmi 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23.08.2021-ci il tarixdə saat 13 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 260 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs Arif Rəhimova cəmi 260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29.07.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi hər birinin dəyəri 200 manat olan cəmi iki ədəd 3x4 kv metr ölçülü İran islam Respublikasının istehsalı olan xalçanı, hər topunun dəyəri 45 manat olan cəmi 3 top elektirik naqillərini, hər birinin dəyəri 4 manat olan 9 ədəd elektirik açarlarını, 01 ədəd 130 manat dəyərində olan perefaratoru, 01 ədəd 150 manat dəyərində olan “Bosh” markalı laqondanı, 01 ədəd 90 manat dəyərində olan naqilsiz əl drelini, cəmi dəyəri 50 manat olan divara çəkilmiş 70 metr uzunluğundakı elektirik naqillərini və hər birinin dəyəri 4 manat olan 07 ədəd elektirik açarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 1019 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30.07.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan təmir-tikintidə istifadə olunan 01 ədəd dəyəri 280 manat olan perefaratoru və ümumi dəyəri 570 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 cəmi 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31.07.2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 700 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 cəmi 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05.08.2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış sahəsinədə olan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla həyətdəki köməkçi taqdan 01 ədəd “Demirtöküm” markalı Türkiyə Respublikasının istehsalı olan 32 litir tutumluq həcmdə 210 manat dəyəri olan su qızdırıcını və 01 ədəd “Rainford” markalı dəyəri 1000 manat olan kondisionerin mühərrikini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 cəmi 1210 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12.08.2021-ci il tarixdə saat 15 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 200 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs Arif Rəhimova cəmi 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23.08.2021-ci il tarixdə saat 13 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 260 manat təşkil edən evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs Arif Rəhimova cəmi 260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində görüşmüşdür. Təqsirləndirilən şəxs2 Bakı şəhərində dəmir metal yığımaqla məşğul olmuşdur. Sonra isə onlar bir qərara gəlmişlər ki, birlikdə onun avtomobili ilə metal yığsınlar və satsınlar. Belə ki, təxminən bu ilin iyul ayının əvvəlində birlikdə onun avtomobili ilə Bakı şəhərinin müxtəlif rayonlarından əsasəndə Xəzər rayonu Binə qəsəbəsindən dəmir metal yığmağa başlamışlar. Onlar Binə qəsəbəsində olan zaman qərara gəlmişlər ki, təmir işləri gedən eləcədə yaşayış olmayan fərdi yaşayış evlərindən elektirik naqilləri eləcədə dəmir metal oğurlayıb aparıb satsınlar. Beləliklə o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 05.08.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış sahəsinə gəlmişlər. Həmin zaman təxminən saat 12 radəsi olarmış ki, o, avtomobili Bolluq yaşayış sahəsində olan sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışdır. Sonra isə həmin evdən dəmir metal oğurlamaq qərarına gəlmişlər. Bu zaman onunla birlikdə metal yığan tanışı Qəhrəman avtomobildən düşmüş, sonra isə o da avtomobildən düşərək ətrafa nəzər yetirib gözətçilik etmişdir. Bundan sonra tanışı Qəhrəman evin həyətinə hasardan tullanaraq keçmişdir. Bir neçə dəqiqədən sonra Qəhrəman əlində 1 ədəd kondisioner mühərrikini hasardan ona vermiş və o da həmin mühərriki avtomobilinə yerləşdirmiş və sonra isə Qəhrəman ona əlavə olaraq dəmir metaldan olan elektirik qızıdırıcısını vermişdir. Onlar həmin metalları Suraxanı rayonunda olan əlvan metal qəbul məntəqəsinə satmış və pulu öz aralarında bölmüşlər. Bundan başqa onlar birlikdə təxminən 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozuna metal yığmaq üçün gəlmişlər. Təxminən saat 13 radəsi olarmış ki, sahibini tanımadıqları təmir işləri gedən fərdi yaşayış evinin qarşısında dayanmışlar. Sonra isə eyni qaydada o, küçədə gözləmiş tanışı Qəhrəman evin həyətinə hasardan keçmişdir. O isə ətrafa nəzarət edirmiş ki, gələn olsa Qəhrəmana xəbər etsin. Bir neçə dəqiqədən sonra Qəhrəman hasardan ona bir ədəd metaldan olan perefarator və bir neçə kiloqram mis olan elektirik naqilləri vermişdir. O da avtomobilə yükləmiş sonra isə onlar yollarına davam edib həmin oğurladıqları metalları Suraxanı rayonunda olan əlvan metal qəbulu məntəqəsinə satıb pul əldə etmişlər. Həmin naqillər kəsilimiş vəziyyətdə olmuş, Qəhrəman ona bildirmiş ki, naqilləri evin içərisindən divarda quraşdırılmış vəziyyətdə olduğundan kəsib çıxarmışdır. Bundan başqa onlar birlikdə təxminən 29.07.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sövxozuna avtomobili ilə gəlmişlər. Təxminən saat 12 radəsində qeyd olunan ünvanda sahibini tanımadıqları fərdi evin qarşısında avtomobili saxlamışlar və avtomobildən Qəhərman düşərək ətrafa baxıb evin həyətinə hasardan keçmişdir. O isə ətrafa nəzər yetirirmiş ki, gələn olsa Qəhrəmana məlumat versin. Bir neçə dəqiqədən sonra Qəhrəman ona hasardan 02 ədəd xalçanı, 3 top elektirik naqillərini, 01 ədəd laqondanı, 01 ədəd dreli, 01 ədəd perefaratoru və kəsik vəziyyətdə olan elektirik naqillərinin ona vermişdir. O da həmin oğurladıqları əşyaları avtomobilə yığmış və birlikdə oradan getmişlər. Həmin əşyalardan olan xalçanı Sabunçu rayonu ərazisində yerləşən Rus bazarı kimi tanınan bazarda satmışlar, sonra isə digər metaldan olan əşyalarıda Suraxanı rayonunda olan əlvan metal qəbul məntəqəsinə sataraq əldə etdikləri pulları aralarında bölüb xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 31 iyul 2021-ci il tarixdə eyni qaydada Bakı şəhəri, Binə qəsəbəsi südçülük sövxozuna gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, sahibini tanımadıqları fərdi evin qarşısında avtomobili saxlamışlar və eyni qaydada o, küçədə qalmış Qəhrəman isə evin həyətinə keçmişdir. Bir neçə dəqiqədən sonra Qəhrəman kəsik vəziyyətdə olan naqillər gətirmiş və demiş ki, evdə təmir işləri getdiyindən divardan naqilləri kəsib oğurlamışdır. Onlar həmin naqilləri avtomobilə yığıb Suraxanı rayonunda olan metal qəbul məntəqəsinə satmışlar və pulu öz aralarında bölüb xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 12 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivinə avtomobillə gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar və Qəhrəman avtomobildən düşərək hasardan içəri keçmiş o isə ətrafa nəzər yetirmiş ki, gələn olsa xəbər versin. Bir neçə dəqiqədən sonra Qərəman kəsilmiş vəziyyətdə olan naqilləri gətirmiş və avtomobilə yığaraq çıxıb getmişlər. Sonra isə həmin naqilləri həmişə təhvil verdikləri Suraxanı rayonundakı metal qəbul məntəqəsinə təhvil verib əldə etdikləri pulu özlərinə xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 17 avqust 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu ərazisinə gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar və Qəhrəman eyni qaydada evə hasardan daxil olmuş, bir neçə dəqiqədən sonra Qəhrəman kəsilmiş elektirik naqilləri gətirmiş və avtomobilə yığmışdır. Həmin naqilləri eyni metal qəbul məntəqəsinə sataraq pul əldə etmişlər və xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 23 avqust 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozuna gəlmişlər. Təxminən saat 13 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamış və Qəhrəman eyni qaydada evə hasardan daxil oldu. Bir neçə dəqiqədən sonra Qəhrəman çəkilmiş elektirik naqilləri gətirmiş və avtomobilə yığmışlar. Həmin naqilləri eyni metal qəbul məntəqəsinə sataraq pul əldə etmişlər və əldə etdikləri pulu xərcləmişlər. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsindən oğurluq hadisəsi törətmişlər. Həmin vaxt təxminən 2021-ci ilin iyun ayının əvvəlləri olarmış. Həmin evin kimə məxsus olmasını bilməmişlər. Ev fərdi yaşayış evi olmuşdur. Həmin evdən yalnız 01 ədəd tikintidə istifadə olunan markasını bilmədiyi laqonda aparatı olmuşdur. Həmin evə Qəhrəman hasardan daxil olmuş o, isə küçədə gözləmişdir. Oradan oğurladıqları 01 ədəd laqondanı tarixini bilmədiyi gündə Sabunçu rayonunda yerləşən Rus bazarı kimi tanınan bazarda tanımadıqları şəxsə 23 manata satmışlar, əldə etdikləri puluda aralarında bölüb öz ehtiyaclarına xərcləmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təxminən bu ilin iyun ayının əvvəlində həm kəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə metal yığımağa başlamışdır. Onlar metalı İbrahimə məxsus Vaz 2106 markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilillə Bakı şəhərinin müxtəlif rayonlarından dəmir metal yığıb satmışlar, İbrahim əvvəllər atası ilə birlikdə Bakı şəhərində bu işlə məşğul olmuş, atasının səhətində olan narahatçılığa görə Balakən rayonuna getdikdən sonra onlar birlikdə işləmişlər. Belə ki, təxminən bu ilin iyun ayının əvvəlində İbrahimlə o, birlikdə İbrahimin avtomobili ilə Bakı şəhərinin müxtəlif rayonlarından əsasəndə Xəzər rayonu Binə qəsəbəsindən dəmir metal yığmağa başlamışlar. Onlar Binə qəsəbəsində olan zaman qərara gəlmişlər ki, təmir işləri gedən eləcədə yaşayış olmayan fərdi yaşayış evlərindən elektirik naqilləri eləcədə dəmir metal oğurlayıb aparıb satmışlar. Belə ki, o, həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə təxminən 05.08.2021-ci il tarixdə İbrahimin idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış sahəsinə gəlmişlər. Həmin zaman təxminən saat 12 radəsi olarmış. Onlar avtomobili Bolluq yaşayış sahəsində olan sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar. Sonra isə həmin evdən dəmir metal oğurlamaq qərarına gəlmişlər. Bu zaman o avtomobildən düşmüş, sonra isə avtomobildən düşərək ətrafa nəzər yetirib baxmışdır. Bundan sonra o, evin həyətinə hasardan tullanaraq keçmiş, həyətə keçən zaman görmüş ki, evdə yaşayan yoxdur. Sonra isə evin qapısını yoxlamış və görmüş ki, bağlıdır. Sonra o, dəmir parcası ilə evin divarında quraşdırılmış kondisionerin mühərrikini sökmüş və oradan başqa dəmir metaldan olan elektirik qızıdırıcısını götürmüşdür. Həmin oğurladığı əşyaları hasardan İbrahimə vermişdir. Sonra isə çıxaraq avtomobilə əyləşib həmin metalları Suraxanı rayonunda olan əlvan metal qəbul məntəqəsinə gətirib satmışlar və pulu öz aralarında bölmüşlər. Bundan başqa onlar birlikdə təxminən 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozuna metal yığmaq üçün gəlmişlər. Təxminən saat 13 radəsi olarmış ki, sahibini tanımadıqları təmir işləri gedən fərdi yaşayış evinin qarşısında dayanmışlar, sonra isə eyni qaydada İbrahim küçədə gözləmiş o isə evin həyətinə hasardan keçmişdir. Həmin evdən o, bir ədəd metaldan olan perefarator və bir neçə kiloqram mis olan elektirik naqqillərini oğurlamışdır. O, əlində olan kəsici alətlə evin divarlarına çəkilmiş vəziyyətdə ki, naqilləri kəsib oğurlamış, həmin naqilləridə Suraxanı rayonunda olan əlvan metal qəbul məntəqəsinə satdıq pulu öz aralarında bölmüşlər. Bundan başqa biz birlikdə təxminən 29.07.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi südçülük sövxozuna avtomobillə gəlmişlər. Təxminən saat 12 radəsində qeyd etdiyi ünvanda sahibini tanımadıqları fərdi evin qarşısında avtomobili saxlamışlar və avtomobildən o, düşərək ətrafa baxıb evin həyətinə hasardan keçmişdir. İbrahim isə ətrafa nəzər yetirirmiş ki, gələn olsa ona məlumat versin. O, həmin evdə yaşayışın olmadığını görmüş pəncərəni dəmir parçası ilə açıb içəri daxil olmuş, oradan 02 ədəd xalçanı, 3 top elektirik naqillərini, 01 ədəd laqondanı, 01 ədəd dreli, 01 ədəd perefaratoru və divarda quraşdırılmış naqilləri kəsərək gətirib İbrahimə vermiş və avtomobilə yığıb oradan aralaşmışlar. Həmin əşyalardan olan xalçanı Sabunçu rayonu ərazisində yerləşən Rus bazarı kimi tanınan bazarda satmışlar sonra isə digər metaldan olan əşyalarıda Suraxanı rayonunda olan əlvan metal qəbul məntəqəsinə satmışlar. Əldə etdikləri pulları aralarında bölüb xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 31 iyul 2021-ci il tarixdə eyni qaydada Bakı şəhəri, Binə qəsəbəsi südçülük sövxozuna gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, sahibini tanımadıqları fərdi evin qarşısında avtomobili saxlamışlar və eyni qaydada İbrahim küçədə qalmış o isə evin həyətinə keçmişdir. Həmin evdə təmir işləri getdiyi üçün o, evin pəncərəsindən içəri daxil olmuş əlində olan kəsici alətlə divardakı naqilləri kəsib İbrahimin yanına gəlmiş və avtomobilə yükləyərək Suraxanı rayonunda olan metal qəbul məntəqəsinə naqilləri satıb pulu öz aralarında bölmüşlər. Bundan başqa onlar birlikdə təxminən 12 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivinə avtomobillə gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar və o, avtomobildən düşərək hasardan içəri keçmiş, İbrahim isə ətrafa nəzər yetirirmiş ki, gələn olsa ona xəbər versin. O, həmin evə pəncərədən içəri daxil olmuş. Həmin evdə təmir işləri getmiş, sonra isə kəsici alətlə evin divarına quraşdırılmış naqilləri kəsmiş və gətirib İbrahimin köməkliyi ilə avtomobilə yığıb həmişə təhvil verdikləri Suraxanı rayonundakı metal qəbul məntəqəsinə təhvil verib əldə etdikləri pulu özləri üçün xərcləmişlər. Bundan başqa onlar birlikdə təxminən 17 avqust 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu ərazisinə gəlmişlər. Təxminən saat 15 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar və o eyni qaydada evə hasardan daxil olmuşdur. Evdə təmir işləri olmuş, yaşayış olmamışdır. O evə pəncərədən daxil olduqdan sonra divarda çəkilmiş vəziyyətdə olan naqilləri kəsici alətlə kəsib oğurlamış və həmin naqilləri İbrahimin köməkliyi ilə avtomobilə yükləyib metal qəbul məntəqəsinə aparıb sataraq pul əldə etmişlər, əldə etdikləri pulu aralarında bölmüşlər. Bundan başqa onlar birlikdə təxminən 23 avqust 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi südçülük sovxozuna gəlmişlər. Təxminən saat 13 radəsi olarmış ki, avtomobili sahibini tanımadıqları fərdi evin qarşısında saxlamışlar və o eyni qaydada evə hasardan daxil olmuşdur. Həmin evdə təmir işləri gedirmiş, lakin yaşayış olmamışdır. Evə pəncərədən daxil olduqdan sonra divara çəkilmiş naqilləri mis olduğundan kəsici alətlə kəsib oğurlamış və İbrahimin köməkliyi ilə avtomobilə yükləyib metal qəbul məntəqəsinə sataraq pul əldə etmişlər. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o tanışı İbrahimlə birlikdə Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsindən oğurluq hadisəsi törətmişlər. Həmin vaxt təxminən 2021-ci ilin iyun ayının əvvəlləri olarmış. Həmin evin kimə məxsus olmasını bilməmişlər. Ev fərdi yaşayış evi olmuşdur. Orda yalnız 01 ədəd tikintidə istifadə olunan markasını bilmədiyi laqonda aparatı olmuşdur. Həmin evə o, hasardan daxil olmuş İbrahim isə küçədə gözləmişdir. Oradan oğurladıqları 01 ədəd laqondanı tarixini bilmədiyi gündə Sabunçu rayonunda yerləşən Rus bazarı kimi tanınan bazarda tanımadıqları şəxsə 23 manata satmışlar və puluda aralarında bölmüşlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, dolanışıq məqsədi ilə fərdi qaydada tikinti işlərində usta kimi işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2021-ci ilin avqust ayının əvvəllərinədək Xəzər rayonu, Binə qəsəbəsində fərdi evdə kirayəşin yaşayır və özü də həmin ərəfəyədək Binə qəsəbəsi, Südçülük massivində “Binə çörək” zavodundan 150 metr aralıda özünə məxsus 5 sot torpaq sahəsində tikintisi tamamlanmış 2 mərtəbəli fərdi yaşayış evinin içinin elektrik xəttlərinin çəkilməsi və təmiri ilə məşğul olurmuş. 28.07.2021-ci il tarixdə o, həmin Binə qəsəbəsindəki ayrı ayrı tikdirdiyi 2 ədəd 2 mərtəbəli evindən səhər 10 radələrindən axşam 19 radələrinədək təmir işləri ilə məşğul olmuşdur. Evin giriş qapısını, pəncərələri bağlamış, sonra isə evin darvaza qapısını örtüb qıfılını bayır tərəfdən açarla bağlayıb evinə getmişdir. Bundan sonra 30.07.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində o, yenidən Binə qəsəbəsindəki həmin təmir etdiyi 2 mərtəbəli evinə gəlmişdir. Darvaza qapısının qıfılı yerində olmuş və açarla qıfılı açıb həyətə daxil olmuşdur. Sonra isə o evin yuxarı pəncərəsinə baxdıqda görmüş ki, ikinci mərtəbənin plastik pəncərələrindən biri açıq vəziyyətdədir. Daha sonra o, evin içinə daxil olmaq üçün giriş qapısını arxadan nazik dəmir tapıb divarın aralığından salıb çəftəni itələyərək qapını açmış və evə baxdıqda görmüş ki, evin elektrik açarları və naqillər sökülmüş, dəhlizdə olan usta alətləri, 2 ədəd xalça və sair əşyalar yerində yoxdur. O, artıq naməlum şəxslərin evə girib oğurluq etmələrinə əmin olduqdan sonra ərazi üzrə Xəzər RPİ-nin 3-cü PB-nə zəng edərək məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə hər iki evinə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Həmin oğurluq hadisəsi nəticəsindən evin giriş hissəsində 2 mərtəbəli evinin dəhlizindən hər birinin dəyəri 200 manat olan 02 ədəd 3x4 kvadrat metr ölçülü İran istehsalı olan xalçalar, 3 top-300 metr uzunluqda hər topunun dəyəri 45 manat olan elektrik naqilləri, hər birinin dəyəri 4 manat olan 9 ədəd elektrik açarları; digər yan tərəfdəki tikdirdiyi evdən isə 1 ədəd 130 manat dəyərində olan preparator, 1 ədəd 150 manat dəyərində olan “Bosh” markalı laqonda, 01 ədəd 90 manat dəyərində naqilsiz əl dreli, təxminən 50 manat dəyərində 70 metr uzunluqda divara çəkilmiş qalın elektrik naqilləri və 7 ədəd hər birinin dəyəri 4 manat olan elektrik açarları divardan sökülməklə oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona cəmi 1019 (min on doqquz) manat dəyərində maddi ziyan dəymiş, oğurlanmış əşyalar onun özünə məxsus olmaqla əmlaklar onun olmuşdur. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bilirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, kompüter mütəxəssisi işləyir və sifarişlər üzrə müxtəlif dövlət və özəl şirkətlərin işlərini görür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir ədavəti eləcədə düşmənçiliyi olmamışdır. 05.08.2021-ci il tarixdə saat 09 radələrində o ailə üzvlərini qaynatası X8 qəsəbəsində yaşadıqları evdən təxminən 2 kilometr uzaqlıqda yerləşən evinə aparıb qoymuş və özü də Bakı şəhəri, Səbail rayonuna işi ilə bağlı getmişdir. O, yaşadığı Binə qəsəbəsindəki bir mərtəbəli evin giriş qapısının kilidini və həyətyanı sahənin darvaza qapısının qıfılını bağlayıb çıxmışdır. Həmin gün işlərini yekunlaşdırdıqdan sonra saat 19:30 radələrində yaşadığı Binə qəsəbəsindəki evinə qayıtmış və suyu açdıqda suyun gəlmədiyini görmüşdür. Daha sonra evin arxasında hasarla evin arasında köməkçi tikiliyə girib baxdıqda görmüş ki, su qızdırıcısı və bayır tərəfdən evin divarına bərkidilmiş kondisionerin mühərriki sökülüb və yerində yoxdur. O artıq oğurluq hadisəsinin baş verməsini başa düşmüş və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn ərazi üzrə Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və o ərizə yazaraq müraciət etmişdir. Həmin hadisə zamanı evinə oğurluq edən şəxslər girməmiş, yalnız evin arxasında olan köməkçi tikilinin açıq qapısından daxil olmaqla oradan 210 manat dəyərində 01 ədəd “Demirtöküm” markalı Türkiyə istehsalı olan 32 litrlik su qızdırıcısı, 1000 manat dəyərində olan 01 ədəd “Rainford” markalı kondisionerin mühərriki bayır divardan sökülməklə oğurlanmışdır. Sonradan ona məlum olmuş ki, həmin oğurluq hadisəsini törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 1210 manat dəyərində maddi ziyan dəymişdir. O, ilkin izahatında ziyanı tam dəqiq hesablama aparmadığı üçün təxminən ona dəymiş zərərin 620 manat dəyərində olmasını bildirmiş, lakin sonradan tam dəqiqliklə hesablayıb ona dəymiş maddi ziyan 1210 manat olmasını bildirmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bilirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Əliyev X6 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evdən başqa Xəzər rayonu Binə qəsəbəsi Binə südçülük sovxozunda təmiri başa çatmayan fərdi evidə var. O, həmin evdə hazırda təmir işləri gördürür. Həmin ev 1 mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. 30.07.2021-ci il tarixdə o, Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda olan təmir işləri gedən evinə baş çəkmək üçün gəlmişdir. Bu zaman görmüş ki, evin sanitar otağının pəncərəsi açılmışdır. Sonra isə evə nəzər yetirmiş və görmüş ki, evdən naməlum şəxs və ya şəxslər tərəfindən 01 ədəd “Bosh” markalı 280 manat dəyərində olan perefaratoru və cəmi dəyəri 570 manat olan 16 bağlama elektirik naqilləri oğurlanmışdır. Bundan sonra o, bu barədə ilk öncə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və eyni zamanda həmin tarixdə Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda yerləşən və təmir işləri gedən fərdi yaşayış evindən 30.07.2021-ci il tarixdə təxminən saat 14:45 radələrində 01 ədəd “Bosh” markalı 280 manat dəyərində olan perefaratoru və cəmi dəyəri 570 manat olan 16 bağlama elektirik naqillərinin oğurlanmasını aşkar etmiş, oğurluq nəticəsində ona cəmi 850 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evdən başqa Xəzər rayonu Binə qəsəbəsi Binə südçülük sovxozunda təmiri başa çatmayan fərdi evidə var. O, həmin evdə hazırda təmir işləri gördürür. O hərbiçi olduğundan Bakı şəhərindən kənarda olduğu üçün 31.07.2021-ci il tarixdə qohumu İlkin Feyzullayev ona zəng eləmiş və bildirmiş ki, təmir işləri gördürdüyü evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi baş vermiş və evdən elektirik naqilləri oğurlanmışıdr. Bundan sonra o, qohumu İlkinə bildirmiş ki, Bakı şəhərində olmadığı üçün hadisə barədə polisə müraciət etsin. Sonra isə o, özüdə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Ona məxsus təmir işləri gördürdüyü evdən oğurlanan naqillərin cəmi dəyəri 700 manat olmuş və ona cəmi qeyd etdiyi məbləğdə maddi ziyan vurulmuşdur. Hadisə zamanı qohumu İlkin Feyzullayev polisə ərizə ilə müraciət etməyinə baxmayaraq maddi ziyan ona vurulmuş və təmir işləri gedən ev onun özünə məxsusdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində təmir işləri başa çatmayan fərdi evidə var. 11.08.2021-ci il tarixdən saat 18:00 radəsindən 12.08.2021-ci il tarixə saat 19:00 radələrinə kimi olan müddətdə həmin təmir işləri gedən evində olmadığı zaman evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi olmuşdur. Həmin zaman naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsindən içər daxil olmuşlar və evin divarlarına çəkilmiş elektirik naqillərini kəsərək oğurlamışlar. Bu oğurluq nəticəsində ona cəmi 300 manat maddi ziyan vurulmuşdur. Evdən oğurluq olması barədə oğlu Bəhruz Rəhimov Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və eyni zamanda ərizə ilə Xəzər RPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, 23.08.2021-ci il tarixdə o yenədə sözü gedən təmir işləri aparılan evinə gəldikdə görmüş ki, yenə də, naməlum şəxs və ya şəxslər ona məxsus evdən oğurluq hadisəsi etmişlər. O həmin evdə 22.08.2021-ci il tarixdən təxminən saat 19:30-dan 23.08.2021-ci il tarixə təxminən saat 06:30 radəsinə kimi olmamışdır. 23.08.2021-ci il tarixdə oğlu Bəhruz ona bildirmiş ki, evə baş çəkməyə gəlmiş və görmüşdür ki, evdən naməlum şəxs və şəxslər oğurluq etmişlər və evdən 02 ədəd bağlamada olan elektirik naqillərini və divara çəkilmiş elektirik naqillərini oğurlamışlar. Bu zaman o hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermiş və sonra oğlu Bəhruz bu barədə Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Bu oğurluq nəticəsində ona 260 manat maddi ziyan vurulmuşdur. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o işləri ilə əlaqədar olaraq çox vaxt Cəlilabad rayonunda olur, oğlu Bəhruz oğurluq barədə polisə məlumat versədə, mülkiyyət onundur və oğurlanmış əşyalarda ona məxsusdur. Ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda yerləşən və təmir işləri gedən fərdi yaşayış evindən iki dəfə ayrıayrı tarixlərdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi olmuş, onun Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda yerləşən təmir işləri gedən evindən ilk öncə 12.08.2021-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən evin divarına çəkilmiş cəmi dəyəri 300 manat təşkil edən elektirik naqqilləri oğurlanmış, bundan sonra həmin evdən 23.08.2021-ci il tarixdə cəmi dəyəri 260 manat təşkil edən elektirik naqilləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını o, aşkar etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan metal qəbul məntəqəsində metal qəbulu və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. İbrahim və Qəhrəman əslən Balakən rayonundandırlar. Hər ikisi küçələrdən dəmir metal yığmaq işi ilə məşğuldur. O, İbrahim və Qəhrəmanı işlədiyi metal qəbul məntəqsindən tanımışdır. İbrahim və Qəhrəman onun işlədiyi metal qəbul məntəqəsinə daima dəmir metal aparıb təhvil verirmişlər. Hər ikisi onların daima müştəriləri olmuşlar. Belə ki, o, İbrahim və Qəhrəmandan müxtəlif çəkilərdə dəmir metallar almış, həmin metallarıda zavoda sataraq pul əldə etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, İbrahim və Qəhrəmanı müştəri kimi tanımış, İbrahim və Qəhrəmanla münasibəti yaxşı olmuş, o, İbrahim və Qəhrəmandan təxminən bu ilin may aylarından başqalayaraq dəmir metal, yəni mis naqillər, çəkisi ağır olan dəmir alətlər və kondisioner mühərriki almışdır. İbrahim və Qəhrəman əsasən ona mis naqillər satmışlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daimi müştəriləri kimi tanımış, Qəhrəman və İbrahim vaz 2106 markalı avtomobillə ona dəmir metalları gətirmişlər, onların daima müştəriləri olduğundan sənəd tələb etməmiş eləcədə satdıqları əşyaları qeydə almamışdır. Bundan başqa Qəhrəman və İbrahim ona həmin əşyaların oğurluq olması barədə məlumat verməmiş, o özüdə düşünməmiş ki, həmin əşyaları Qəhrəman və İbrahim oğurlayarlar. O, Qəhrəman və İbrahimdən əşyaları haradan əldə etmələrini soruşanda ona bildirirmişlər ki, avtomobilləri ilə Bakı şəhərinin müxtəlif rayonlarının küçələrindən yığırlar. Əksər halda Xəzər rayonu ərazisindən yığdıqlarını ona bildirmişlər. O da hər ikisinin yük daşıdıqları avtomobilə eləcədə özlərinin zahiri görünüşlərinə baxdıqda həqiqətəndə onların küçədən metal yığmalarına inanmış və buna görədə onlardan heç bir sənəd istəməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.09.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu ildə Balakən rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 14.09.2021-ci il tarixli tələbnamədən görünür ki, 05.02.1998-ci ildə Balakən rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 27 avqust 2021-ci il tarixdə saat 22:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 27 avqust 2021-ci il tarixdə saat 23:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 28 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 28 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 28 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 28 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-354/2021 saylı, 28.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-353/2021 saylı, 28.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-48/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-48/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver