Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-480/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir qızının sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 qızının və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1966-cı il tarixdə Ermənistan respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs külli miqdarda əmlakı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində 161 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 17,34 qram təşkil edən 2792 manat dəyərində 1 ədəd qolbaq, üzərində 73 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 18,29 qram təşkil edən 2210 manat dəyərində 1 ədəd qolbaq, üzərində 22 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 16,87 qram təşkil edən 1999 manat dəyərində 1 ədəd qolbaq, üzərində 19 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 8,61 qram təşkil edən 1220 manat dəyərində 1 ədəd üzük, üzərində 5 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 10,68 qram təşkil edən 2314 manat dəyərində 1 ədəd üzük, üzərində 37 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 3,64 qram təşkil edən 715 manat dəyərində 1 ədəd kulon, üzərilərində ümumilikdə 38 ədəd brilyant qaş olan, qaş hissəsi gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 15,30 qram təşkil edən 2282 manat dəyərində 1 cüt sırğa, üzərilərində ümumilikdə 24 ədəd briliant və 2 ədəd göy rəngli qiymətsiz daş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 10,21 qram təşkil edən 1183 manat dəyərində 1 cüt sırğa, üzərilərində ümumilikdə 14 ədəd brilyant qaş olan, sarı rəngli 583/585 əyarlı qızıldan hazırlanmış, çəkisi 8,36 qram təşkil edən 1215 manat dəyərində 1 cüt sırğa, üzərilərində ümumilikdə 123 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 16,89 qram təşkil edən 2477 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 15 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 15,20 qram təşkil edən 3722 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 39 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 10,82 qram təşkil edən 1608 manat dəyərində üzüksırğa dəsti, üzərilərində ümumilikdə 141 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 8,57 qram təşkil edən 1403 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 40 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 14,97 qram təşkil edən, 4839 manat dəyərində üzüksırğa dəsti, üzərilərində ümumilikdə 111 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 13,46 qram təşkil edən 2360 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 9 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 10,97 qram təşkil edən 3920 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 27 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 12,27 qram təşkil edən 2077 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 9 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 12,12 qram təşkil edən 2488 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 27 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 10,84 qram təşkil edən 1976 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 107 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 14,85 qram təşkil edən 2262 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 90 ədəd brilyant qaş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 8,56 qram təşkil edən 1233 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 36 ədəd brilyant qaş və 3 ədəd yaşıl rəngli qiymətsiz daş olan, qaş hissələri gümüşü rəngli 583/585 əyarlı, digər hissələri sarı rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 15,08 qram təşkil edən 1787 manat dəyərində üzük-sırğa dəsti, üzərilərində ümumilikdə 51 ədəd brilyant qaş olan, gümüşü rəngli 750 əyarlı qızıldan hazırlanmış, çəkisi 12,86 qram təşkil edən 2558 manat dəyərində üzük-sırğa dəsti olmaqla, ümumilikdə 286,76 qram çəkidə xeyli miqdarda, 50640 (əlli min altı yüz qırx) manat dəyərində 3 ədəd qolbaq, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd kulon və 14 ədəd üzük-sırğa dəstindən ibarət qızıl zinət əşyalarını 17 fevral 2022-ci il tarixdə özünə məxsus və müşayiət etdiyi, üzərində “Atlas” yazılmış tünd boz rəngli çamadandakı şəxsi əşyalarının arasına qoyaraq həmin gün saat 7 radələrində TK337 Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazisində yerləşən, X2 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, gözündə problem olduğu üçün bir neçə dəfə müaiyinə üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Gözündən əməliyyat olunmaq üçün 2022-ci ilin fevral ayında İstanbul şəhərinə getməyi qərara almışdır. 11 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin “Xalqlar” filialından 15000 manat kreditə götürərək Bakı şəhərinin Moskva Univermağından ümumilikdə 24000 manata 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd kulon, 3 cüt sırğa və 14 ədəd üzük sırğa dəsti almışdır ki, özü ilə Türkiyəyə aparsın və lazım olanda satıb pula çevirə bilsin. Həmin qızılların üzərindəki daşların hamısı ləkəli idi və ona görə ucuz qiymətə almışdır. Lakin ümumilikdə qızılların dəyəri 40000 manata yaxın idi. 17 fevral 2022-ci il tarixə əməliyyat olunmaq məqsədilə Bakı-İstanbul reysi üçün bilet almış və özünə məxsus qızılları itməməsi üçün çamadanın içərisində paltarların arasına qoymuşdır. Hava limanında xanım gömrük əməkdaşı üzərindəki qızılları soruşmuş, o isə üzərindəki üzük, qolbaq və sırğanın özünə məxsus olduğunu demişdir. Sonra aparatdan keçib gözləmə zalına keçmişdir. Bu zaman gömrük əməkdaşları ona yaxınlaşaraq baqajına baxış keçiriləcəyini bildirmişlər. Video çəkilişlə baqaja təhvil verdiyi çamadana baxan zaman qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. Qızıllar özünə məxsus olduğu üçün onları gömrük orqanlarına əvvəlcədən bəyan etməli olması barədə məlumatı olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X3” gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. 17 fevral 2022-ci il tarixdə növbədə olan zaman Bakı- İstanbul reysi üzrə gedən adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi qadının üzərində qızıl-zinət əşyalarının olduğunu görüb nə qədər qızıl olduğunu soruşmuş, həmin qadın isə üzərindəki üzük, qolbaq və sırğanı göstərmişdir. Qadının üzərindəki qızılları rentgen qurğusunda yoxladıqdan sonra gömrük nəzarətindən buraxmışdır. Sonradan qadına məxsus çamadanda da, qızıl-zinət əşyalarının olduğunu görüb gömrük əməkdaşı Orxan Sadiqovun iştirakı ilə Təqsirləndirilən şəxs məxsus çamadana baxış keçirmişlər. Baxış zamanı çamadandan qızıl 3 ədəd qolbaq, 1 ədəd kulon, 3 cüt sırğa, 2 ədəd üzük və 14 ədəd üzük-sırğa dəsti aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 17 fevral 2022-ci il tarixli “yoxlama, əşya və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus, üzərində “Atlas” sözü yazılmış tünd boz rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasında əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməmiş, hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd kulon, 3 cüt sırğa, 14 ədəd üzük-sırğa dəstinin aşkar edilməsi, aşkar edilmiş əşyaların 201762 nömrəli polietilen zərfə qablaşdırılmaqla götürülməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 6/1019 nömrəli, 19 aprel 2022-ci il tarixli 9/1171 nömrəli və 29 iyun 2022-ci il tarixli, 6/3429-9/4397 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs müşayiət etdiyi çamadandan aşkar edilərək götürülmüş qızıl zinət əşyalarının xarakterik xüsusiyyətləri və qiymətləri aşağıdakı kimidir: Kütləs Metalı, Ümumi № Məmulatın adı, damğası i Qaşların növü əyarı qiyməti (qram) Brilyant, 1 ədəd Üzərində 161 ədəd rəngsiz, Gümüşü rəngli 0,118 karat, 90 şəffaf qaş olan, qaş hissəsi hissələri qızıl, ədəd hər biri gümüşü rəngli, digər hissələri
1. 583/585. Sarı 17,34 0,030 karat, 70 2792 sarı rəngli 1 ədəd qolbaq. rəngli hissələri ədəd hər biri Qolbağın kilidində “*750” və qızıl, 750. 0,010 karat “MÖ” damğaları vardır. Ümum.4/4 Üzərində 73 ədəd rəngsiz, Gümüşü rəngli şəffaf qaş olan, qaş hissəsi hissələri qızıl, Brilyant, 73 ədəd
2. gümüşü rəngli, digər hissələri 583/585. Sarı 18,29 hər biri 0,025 2210 sarı rəngli 1 ədəd qolbaq. rəngli hissələri karat Ümum.4/4 Qolbağın kilidində “SHARM qızıl, 750. 750 12 T” damğası vardır. Üzərində 22 ədəd rəngsiz, Gümüşü rəngli Brilyant, 8 ədəd şəffaf qaş olan, qaş hissəsi hissələri qızıl, hər biri 0,070 gümüşü rəngli, digər hissələri
3. 583/585. Sarı 16,87 karat, 14 ədəd 1999 sarı rəngli 1 ədəd qolbaq. rəngli hissələri hər biri 0,035 Qolbağın kilidində “SHARM qızıl, 750. karat Ümum.4/4 750 12 T” damğası vardır Üzərində 19 ədəd rəngsiz, şəffaf olan, qaş hissəsi Gümüşü rəngli Brilyant, 7 ədəd gümüşü rəngli, digər hissələri hissələri qızıl, hər biri 0,070
4. sarı rəngli 1 ədəd üzük. 583/585. Sarı 8,61 karat, 12 ədəd 1220 Üzüyün halqasının iç tərəfində rəngli hissələri hər biri 0,035 “SHARM 750 12 T” damğası qızıl, 750. karat Ümum.4/4 vardır Brilyant, 2 ədəd hər biri 0,145 Gümüşü rəngli Üzərində 5 ədəd rəngsiz, karat, 1 ədəd hissələri qızıl, şəffaf olan, qaş hissəsi 0,180 karat, 1
5. 583/585. Sarı 10,68 2314 gümüşü rəngli, digər hissələri ədəd 0,138 karat, rəngli hissələri sarı rəngli 1 ədəd üzük. 1 ədəd 0,152 qızıl, 750. karat Ümum.4/4
Üzərində 37 ədəd rəngsiz, şəffaf qaş olan, qaş hissəsi Gümüşü rəngli Brilyant, 13 ədəd gümüşü rəngli, digər hissələri hissələri qızıl, hər biri 0,035
6. sarı rəngli 1 ədəd kulon. 583/585. Sarı 3,64 karat, 24 ədəd 715 Kulonun asılqan hissəsində rəngli hissələri hər biri 0,026 “SHARM 750 12 T” damğası qızıl, 750. karat Ümum.4/4 vardır. Üzərilərində ümumilikdə 38 Gümüşü rəngli ədəd rəngsiz, şəffaf qaş olan, hissələri qızıl, Brilyant, 14 ədəd qaş hissələri gümüşü rəngli, 583/585. Sarı hər biri 0,070
7. digər hissələri sarı rəngli 1 cüt rəngli hissələri 15,30 karat 24 ədəd hər 2282 sırğa. Sırğa cütünün kilidində qızıl, 750. biri 0,035 karat “SHARM 750 12 T” damğası Ümum.4/4 vardır. Üzərilərində ümumilikdə 24 ədəd rəngsiz, şəffaf qaş, 2 Gümüşü rəngli Brilyant, 24 ədəd ədəd göy rəngli daş olan, qaş hissələri qızıl, hər biri 0,035
8. hissələri gümüşü rəngli, digər 583/585. Sarı 10,21 karat Ümum.4/4 1183 hissələri sarı rəngli 1 cüt sırğa. rəngli hissələri 2 ədəd göy rəngli Sırğa cütünün kilidində “MÖ” qızıl, 750. daş Qiymətsiz və “*750” damğaları vardır. Üzərilərində ümumilikdə 14 Brilyant, 14 ədəd ədəd rəngsiz, şəffaf qaş olan, Qızıl, hər biri 0,053
9. sarı rəngli 1 cüt sırğa. Sırğa 8,36 1215 583/585. karat Ümum.4/4 cütünün kilidində “85Ö B*583” damğası vardır. Üzərilərində ümumilikdə 123 Gümüşü rəngli Brilyant, 33 ədəd ədəd rəngsiz, şəffaf qaş olan, hissələri qızıl, hər biri 0,035 qaş hissələri gümüşü rəngli,
10. 583/585. Sarı 16,89 karat, 90 ədəd 2477 digər hissələri sarı rəngli 1 rəngli hissələri hər biri 0,018 dəst sırğa cütü-üzük. Dəstin qızıl, 750. karat Ümum.4/4 elementlərinin hər birinin üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 15 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, hissələri qızıl, Brilyant, 15 ədəd digər hissələri sarı rəngli 1
11. 583/585. Sarı 15,20 hər biri 0,135 3722 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri karat Ümum.4/4 elementlərinin hər birinin qızıl, 750. üzərində “*750" və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 39 Gümüşü rəngli Brilyant, 3 ədəd ədəd rəngsiz, şəffaf qaş olan, hissələri qızıl, hər biri 0,092
12. qaş hissələri gümüşü rəngli, 583/585. Sarı 10,82 karat, 36 ədəd 1608 digər hissələri sarı rəngli 1 rəngli hissələri hər biri 0,037 dəst sırğa cütü-üzük qızıl, 750. karat Ümum.4/4 Üzərilərində ümumilikdə 141 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli Brilyant, 9 ədəd qaş hissələri gümüşü rəngli, hissələri qızıl, hər biri 0,024 digər hissələri sarı rəngli 1
13. 583/585. Sarı 8,57 karat, 132 ədəd 1403 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri hər biri 0,012 elementlərinin hər birinin qızıl, 750. karat Ümum.4/4 üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 40 Brilyant, 32 ədəd ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli hər biri 0,100 qaş hissələri gümüşü rəngli, hissələri qızıl, karat, 4 ədəd hər digər hissələri sarı rəngli 1
14. 583/585. Sarı 14,97 biri 0,021 karat, 4839 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri 4 ədəd hər biri elementlərinin hər birinin qızıl, 750. 0,010 karat üzərində “*750” və “MÖ” Ümum.4/4 damğaları vardır. Üzərilərində ümumilikdə 111 ədəd rəngsiz, şəffaf qaş olan, Brilyant, 35 ədəd Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, hər biri 0,047 hissələri qızıl, digər hissələri sarı rəngli 1 karat, 76 ədəd
15. 583/585. Sarı 13,46 2360 dəst sırğa cütü-üzük. Dəstin hər biri 0,021 rəngli hissələri elementlərinin hər birinin karat Ümum.4/4 qızıl, 750. üzərində “SHARM 750 12 T” damğası vardır. Üzərilərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, hissələri qızıl, Brilyant, 9 ədəd digər hissələri sarı rəngli 1
16. 583/585. Sarı 10,97 hər biri 0,165 3920 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri karat Ümum.4/4 elementlərinin hər birinin qızıl, 750. üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 27 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli Brilyant, 15 ədəd qaş hissələri gümüşü rəngli, hissələri qızıl, hər biri 0,085
17. digər hissələri sarı rəngli 1 583/585. Sarı 12,27 karat 12 ədəd hər 2077 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri biri 0,037 karat elementlərinin hər birinin qızıl, 750. Ümum.4/4 üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 9 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, hissələri qızıl, Brilyant, 9 ədəd digər hissələri sarı rəngli 1
18. 583/585. Sarı 12,12 hər biri 0,135 2488 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri karat Ümum.3/4 elementlərinin hər birinin qızıl, 750. üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 27 Brilyant, 3 ədəd ədəd rəngsiz, şəffaf qaş olan, hər biri 0,118 Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, karat, 12 ədəd hissələri qızıl, digər hissələri sarı rəngli 1 hər biri 0,066
19. 583/585. Sarı 10,84 1976 dəst sırğa cütü-üzük. Dəstin karat, rəngli hissələri elementlərinin hər birinin 12 ədəd hər biri qızıl, 750. üzərində “*750” damğası 0,020 karat vardır. Ümum.4/4 Üzərilərində ümumilikdə 107 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli Brilyant, 8 ədəd qaş hissələri gümüşü rəngli, hissələri qızıl, hər biri 0,036 digər hissələri sarı rəngli 1
20. 583/585. Sarı 14,85 karat 99 ədəd hər 2262 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri biri 0,024 karat elementlərinin hər birinin qızıl, 750. Ümum.4/4 üzərində “*750” və “MÖ” damğaları vardır. Üzərilərində ümumilikdə 90 ədəd rəngsiz, şəffaf qaş olan, Gümüşü rəngli qaş hissələri gümüşü rəngli, hissələri qızıl, Brilyant, 90 ədəd digər hissələri sarı rəngli 1
21. 583/585. Sarı 8,56 hər biri 0,015 1233 dəst sırğa cütü-üzük. Dəstin rəngli hissələri karat Ümum.4/4 elementlərinin hər birinin qızıl, 750. üzərində “*750” damğası vardır. Üzərilərində ümumilikdə 36 ədəd rəngsiz, şəffaf qaş, 3 Brilyant, 36 ədəd ədəd yaşıl rəngli daş olan, qaş Gümüşü rəngli hər biri 0,034 hissələri gümüşü rəngli, digər hissələri qızıl, karat Ümum.4/4
22. hissələri sarı rəngli 1 dəst 583/585. Sarı 15,08 1787 3 ədəd yaşıl sırğa cütü-üzük. Dəstin rəngli hissələri rəngli daş elementlərinin hər birinin qızıl, 750. Qiymətsiz üzərində “*750” damğası vardır. Üzərilərində ümumilikdə 51 Brilyant, 3 ədəd ədəd rəngsiz, şəffaf qaş olan hər biri 0,221 gümüşü rəngli 1 dəst sırğa karat, 4 ədəd hər Qızıl,
23. cütü-üzük. Dəstin 12,86 biri 0,040 karat, 2558 750. elementlərinin hər birinin 44 ədəd Hər biri üzərində “*750" damğası 0,009 karat vardır. Ümum.4/4 CƏMİ: 50640 İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə Ermənistan respublikası, Amasiya rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş qızıl-zinət əşyalarının özünə məxsus olduğu üçün onları gömrük orqanlarına əvvəlcədən bəyan etməli olması barədə məlumatı olmadığını qeyd edərək özünü təqsirli bilməməsini “yoxlama, əşyanın və sənədin götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş videogörüntü, şahid ifadəsi və iş üzrə digər sübutlarla özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinin böyük müstəntiqi Mahir Hüseynovun 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 286,76 qram çəkidə 3 ədəd qolbaq, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd kulon və 14 ədəd üzük-sırğa dəstindən ibarət qızıl zinət əşyaları maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılması nəzərə alınmışdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş xeyli miqdarda, 50640 (əlli min altı yüz qırx) manat dəyərində, ümumilikdə 286,76 qram çəkidə 3 ədəd qolbaq, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd kulon və 14 ədəd üzük-sırğa dəstinə dair münasibət bildirərək hesab edir ki, həmin qızıl-zinət əşyaları hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərərçəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qızıl-zinət əşyaları onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan pul vəsaitinin müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş qızıl-zinət əşyalarının müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə 310 (üç yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayətin predmeti olan 50640 (əlli min altı yüz qırx) manat məbləğində pulun qırx faizi miqdarında, yəni 20256 (iyirmi min iki yüz əlli altı) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş xeyli miqdarda, 50640 (əlli min altı yüz qırx) manat dəyərində, ümumilikdə 286,76 qram çəkidə 3 ədəd qolbaq, 3 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd kulon və 14 ədəd üzük-sırğa dəsti hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 310 (üç yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov