Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-481/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Xəzər RPİnin 2-ci PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞnin inzibati binasına aparılmış və həmin gün saat 21:10 radələrində 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Buzovna qəsəbəsi “Araz” marketin yaxınlığında saxlanılaraq 2-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 18:10 radələrində 2-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol cibində olan 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona göstərilmiş təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ilə yaxın psixotrop maddə metamfetamindən istifadə etmişdir. 28 mart 2023-cü il tarixdə, gündüz saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq əynindəki qara rəngli cins şalvarın arxa sol cibinə qoymuşdur. 29 mart 2023-cü il tarixdə, saat 20:00 radələrində Buzovna qəsəbəsində “Rahat” marketin yaxınlığında piyada hərəkət etdiyi zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu 2-ci PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə oraya getmişdir. Xidməti otaqların birində ona təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və ona vəkil təqdim edilmişdir. Həmin gün saat 21:10 radələrində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfetamini çıxardıb masanın üzərinə qoyaraq psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 28 mart 2023-cü il tarixdə 15 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Əlavə şəxsi axtarış zamanı üzərindən heç bir əşya və predmet aşkar edilməmiş, bundan sonra təqdim etdiyi psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərini və protokolu bütün iştirakçılar imzalamışlar. Sonuncu dəfə isə 6 aprel 2023-cü il tarixdə, gündüz saatlarında yenə də Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq əynindəki qara rəngli cins şalvarın sol cibinə qoymuşdur. 06 aprel 2023-cü il tarixdə, saat 17:00 radələrində Buzovna qəsəbəsi “Araz” marketin yaxınlığında piyada hərəkət etdiyi zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu 2-ci PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə oraya getmişdir. Xidməti otaqların birində ona təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və ona vəkil təqdim edilmişdir. Həmin gün saat 18:10 radələrində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, əgər varsa, könüllü təqdim etməsi təklif edilmiş, o da əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan psixotrop maddə metamfetamini çıxardıb masanın üzərinə qoyaraq psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 06 aprel 2023-cü il tarixdə 10 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Əlavə şəxsi axtarış zamanı üzərindən heç bir əşya və predmet aşkar edilməmiş, təqdim etdiyi psixotrop maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərini və protokolu bütün iştirakçılar imzalamışlar. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü bir neçə ildir ki, narkotik vasitə olan “kakos”dan istifadə edir, hətta bundan əvvəl narkotik vasitələrdən istifadə etdiyinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin hazırda üstündə aşkar edildiyi deyilən həmin psixotrop maddə metamfetaminlər ona məxsus deyildir. Belə ki, 28 mart 2023-cü il tarixdə onu saxlayıb 2-ci PŞ-nə gətirmişlər, saxlanılarkən üstündə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Həmin 01 büküm psixotrop maddə metamfetamin polis əməkdaşı Şahid1 tərəfindən PŞ-də onun üzərinə videoçəkilişdən əvvəl zorla qoyulmuşdur. Döyülməmiş, lakin təzyiq göstərilərək müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən psixotrop maddənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, bunu etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. 6 aprel 2023-cü il tarixdə polis əməkdaşları onu ikinci dəfə tutub 2-ci PŞ-nə gətirəndə həmin vaxtda da üstündə narkotik vasitə və ya psixotrop maddə olmamış, lakin polis əməkdaşları bu dəfə də onun üzərinə videoçəkilişdən əvvəl zorla 01 büküm psixotrop maddə metamfetamin qoyub müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən psixotrop maddənin guya ona məxsus olmasını deməyə məcbur etmiş, bunu etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələmiş,qorxduğu üçün öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə heç bir yerə şikayət etməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, 28 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Mərdəkan qəsəbəsi İ.Muradov küçəsi ev 26 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi ərazisində psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 2-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığına getmişlər. Həmin gün, saat 20:00 radələrində orada Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar onu 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə 2-ci PŞ-nə getmişdir. Araşdırmanın aparılması təhqiqatçı Fariz Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Əvvəlcə videoçəkilişlə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, onu 28 mart 2023-cü il tarixdə, səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükülü açıldıqda içərisində bərk formalı, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən 2-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 göstərdi ki, 06 aprel 2023-cü il tarixdə saat 16:30 radələrində Mərdəkan qəsəbəsi İ.Muradov küçəsi ev 26 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi ərazisində psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 2-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid4 ilə birlikdə Buzovna qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığına getmişlər. Həmin gün saat 17:00 radələrində orada Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və bununla əlaqədar onu 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə 2-ci PŞ-nə getmişdir. Araşdırmanın aparılması 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədova həvalə edilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Əvvəlcə videoçəkilişlə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 0 aprel 2023-cü il tarixdə, səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmzəli Oruzovun təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükülü açıldıqda içərisində bərk formalı, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən 2-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid4 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli 6/1778 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,342 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,292 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli 6/2012 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Şübhəli şəxs : Təqsirləndirilən şəxs-imza, İştirakçılar- üç imza, Təhqiqatçı: F.Məmmədov-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,167 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,117 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2023-ci il tarixli, 2065 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,342 qram və 0,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra hazırkı çəkiləri 0,292 qram və 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri, o cümlədən 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 3 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 noyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş psixotrop maddələrin ona məxsus olmaması, Polis şöbəsində ona təzyiqlər göstərilməsi, həmin psixotrop maddələrin onun üzərinə qoyulması, narkotik vasitə və ya psixotrop maddə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, psixotrop maddələr məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması aşkar edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında PŞ-nə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 2-ci PŞ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. Beləliklə, məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşıması faktları şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokollar və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməllərini yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını vəcəzasını ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 mart 2023cü il tarixdən 30 mart 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün və 6 aprel 2023-cü il tarixdən 7 aprel 2023-cü il tarixədək saxlanıldığı saxlanıldığı 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,292 qram və 0,117 qram çəkilərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-i PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 172,00 (yüz yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X2, X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat və X1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 21 iş saatına görə 126,00 (yüz iyirmi altı) manat olmaqla ümumilikdə 366,00 (üç yüz altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün və 6 aprel 2023-cü il tarixdən 7 aprel 2023-cü il tarixədək saxlanıldığı saxlanıldığı 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,292 qram və 0,117 qram çəkilərdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 172,00 (yüz yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2 120,00 (yüz iyirmi) manat və X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 126,00 (yüz iyirmi altı) manat olmaqla ümumilikdə 366,00 (üç yüz altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-481/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-481/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver