Məhkəmə qərarları › İş №1(003)-481/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-481/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-481/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayanb, ali təhsilli, subay, “Socar Petrol”-da mühafizəçi vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə dayısı X2 ilə birlikdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən nömrəsiz fərdi evə gəlmək üçün «Maxim» taksi xidmətinə sifariş verdikləri Zərərçəkmiş şəxs idarə etdiyi “Xəzər LX” minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə minib həmin gün saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən nömrəsiz fərdi evin həyət qapısının qarşısına çatdıqdan sonra gediş haqqı olan 15 manat məbləğində pulu ödəmədən hər ikisi bir qədər sonra qayıdacaqlarını deyib avtomobildən düşüb həmin küçədə yerləşən evə girdikdən xeyli müddət keçdiyini görən sürücü Zərərçəkmiş şəxs avtomobildən düşüb küçədə onlar girən evin həyət qapısına yaxınlaşaraq həmin sərnişinləri uca səslə çağırıb gediş haqqını ödəmələrini tələb etməklə onları qonşuların yanında biabır edə biləcəyindən narazı qalması səbəbindən aralarındakı şəxsi münasibətlərin pozulması ilə bağlı Təqsirləndirilən şəxs həmin evdən çıxıb gələrək həyət qapısının qarşısında dayanmış sürücü Zərərçəkmiş şəxs ödəniş etmək üçün pulları olmadığını deyib mübahisə yaradaraq qəsdən qisas almaq məqsədilə Namiq Mürsolovun bel nahiyyəsindən ani olaraq qəflətən bir dəfə yumruq zərbəsi vuraraq ona bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, Namiq Miirsəlovıın sağlamlığının qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 noyabr 2024-cü il tarixdə təxminən saat 01 radələrində Xırdalan qəsəbəsində dayısı Sabir Giilməmmədovla birlikdə olan zaman Xəzər rayonu, Türkan qəsəbəsində getmək üçün dayısı Maxim taksi şirkətindən taksi sifariş etmişdir. Bir qədər keçdikdən sonra taksi gəlmiş və onlar taksiyə əyləşərək yola düşmüşlər. Ünvana çatdıqdan sonra o, düşərək evin həyətinə daxil olmuş, əlindəki çantanı evə qoymuşdur. Bir qədər keçməsinə baxmayaraq görmüşdür ki, dayısı hələ də gəlib çıxmır. Bu zaman nə olduğunu aydınlaşdırmaq üçün çölə çıxmış və dayısı ilə taksi sürücüsünün sözlə mübahisə etdiklərini görmüşdür. Bu zaman onlara yaxınlaşaraq ətrafda ailələrin olduğunu və qışqır-bağır salmağın lüzumsuz olduğunu bildirməklə onları ayırmışdır. Hadisə zamanı bir dəfə zərərçəkmiş şəxsi vurmuşdur. Etdiyi əməldən peşmandır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 19 noyabr 2024-cü ildə, saat təxminən 01 radələrində Masazır qəsəbəsində olarkən sürücüsü olduğu Maxim taksi xidməti proqramından Xırdalan qəsəbəsindən Türkan qəsəbəsinə sifariş gəlmiş, o, sifarişi qəbul edərək qeyd olunan ünvana getmişdir. Ünvana çatdıqdan sonra həmin müştərilər avtomobilə əyləşmişlər. Onlar iki nəfər olmuşlar. Onlardan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs qabaq oturacaqda, adını bilmədiyi, lakin Mahirin dayısı olduğunu bildiyi şəxs isə arxa oturacaqda əyləşmişdir. Yol boyu onların arasında olan söhbətlərdən və hiss olunan spirtli içki qoxusundan onların sərxoş olduqlarını anlamışdır. Onların Tiirkan qəsəbəsində qeyd etdikləri ünvana çatdıqdan sonra Mahir ona göy rəngli darvazanı göstərərək burada saxlamağını istəmişdir. Onlar demişlər ki, "2 dəqiqəyə gələcəyik" deyib avtomobildən düşərək həmin göy darvazadan içəri daxil olmuşlar. Lakin çox gec gəldikləri üçün o, avtomobildən düşərək həmin darvazaya yaxınlaşmış və ev sahibini səsləmişdir. Bu zaman Mahirin dayısı, yəni avtomobilə müştəri kimi əyləşmiş və arxa oturacaqda oturmuş şəxs çıxaraq ona uca səslə nalayiq ifadələr işlədərək, “Nəyə gəlmisən?! Yoxdur pul!” deyə üstünə qışqırmışdır. O isə normal şəkildə pulunu tələb etmişdir. Həmin şəxs onunla kobud danışraq mübahisəyə meyilli olmuşdur. Elə bu zaman Mahir qəfil evdən çıxaraq onun sağ böyrək nahiyəsinə bir dəfə güclü yumruqla zərbə endirmiş, o, ağrıdan böyrəyini tutmuş, avtomobilişə əyləşərək DİN-in 102 xidmətinə zəng etmişdir. Bu zaman Mahirin dayısı avtomobilə əyləşərək polislərə müraciət etməyə ehtiyac olmadığını, bunun kişiyə yaraşmadığını, mübahisəni istənilən yerdə davam etdirə biləcəyini demişdir. Görmüşdür ki. vəziyyət daha da pisləşir və mübahisənin sonu ağır nəticələnə bilər. O. Tiirkan qəsəbəsində əsas yolıın üzərində yerləşən "Təhlükəsiz şəhər" müşahidə kamerasının olduğunu bilmiş və təhlükəsizlik məqsədilə avtomobili həmin kameranın altına sürüb orada saxlamışdır. Avtomobili kamera altına sürərkən Mahirin dayısı da avtomobildə olmuşdur. Onlar kameranın altına çatdıqdan sonra o, avtomobildən düşərək yenidən mübahisəyə başlamışdır. Elə bu zaman əraziyə post-patrııl xidməti avtomobili yaxınlaşmış, polis əməkdaşları dərhal avtomobildən düşərək onların arasında baş verən mübahisəyə müdaxilə etmişlər və Mahirin dayısını ondan uzaqlaşdırmışlar. Həmin şəxs hətta polislərə belə məhəl qoymadan onlarla da mübahisə etməyə çalışmışdır. Lakin polis əməkdaşları onu sakitləşdirərək polis bölməsinə aparmışlar. Mübahisə küçədə darvazanın önündə baş vermişdir və Mahir onu küçədə darvazanın önündə vurmuşdur. Təqsirləndirilən şəxs və dayısı onun göstərdiyi taksi xidməti müqabilində 15 manat pul verməli olmuşlar. Mahir onu vurduqdan sonra o, avtomobilinə əyləşərək DİN-in 102 xidmətinə zəng etmişdir. Həmin vaxt gecə saatları olduğuna görə orada o. Mahir və onun dayısından başqa heç kim olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul etmişdir. - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1419 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədiq edilmiş: - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Qalib Kərimli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Qalib Kərimli tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Xanlar küçəsində yerləşən fərdi yaşayış evinin qarşısıdır. Həmin ünvanda göy darvazalı fərdi yaşayış evi yerləşir. Evin qarşısı küçədir. Baxışda iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdə, gecə saat 01:40 radələrində qeyd olunan ünvanda taksi sifariş vermiş Təqsirləndirilən şəxs tərəfindən döyülmüş və bunun nəticəsində xəsarət almışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Türkan qəsəbəsində əsas yolun üzərində Təhlükəsiz Şəhər kamerası vardır; - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində 02 il şərti sınaq müddəti təyin edilmişdir. xx.xx.2008-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2. L 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməklə 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cti il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 3-cii bəndinə əsasən cəzadan azad olunmuşdur. xx.xx.2018-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cii il tarixdə cəza müddəti başa çatmışdır; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində tutularaq 3 saylı İT-na təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə nəhkum olunmasını, sonuncu dəfə CM-nin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğu qısa müddər öncə ödənildikdən sonra yenidən eyni cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************,S.W.İ.F.T.BİKAİİBAZ2X,hesabAZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar