Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-482/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 14.06.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Neftçi MTK adlanan ərazidə yerləşən yarımtikilinin həyətinə qanunsuz daxil olaraq oradan hər topunun dəyəri 49 manat olmaqla ümumi dəyəri 98 manat olan yarımtikiliyə çəkilmiş 02 top elektrik naqilini kəsərək götürmüş, bundan sonra yarımtikilinin plastik pəncərəsini açmaq yolu ilə yarımtikiliyə daxil olaraq oradan hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 200 manat olan 40 ədəd elektrik yuvası, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 80 manat olan 16 ədəd elektrik açarı, ümumi dəyəri 76 manat olan 19 ədəd elektrik şiti üçün nəzərdə tutlmuş elektrik açarları, dəyəri 49 manat olan 01 top elektrik naqilini gizli yolla talmaqla sonuncuya 503 manat maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25.06.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən yarımtikilinin həyətinə qanunsuz daxil olaraq oradan üzərində “Qayo Kablo” yazıları olan 2x10 mmlik, bir metrinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 350 manat olan 70 metr uzunluğunda yarımtikiliyə çəkilmiş elektrik naqilini kəsərək götürmüş, bundan sonra yarımtikilinin plastik pəncərəsini açmaq yolu ilə yarımtikiliyə daxil olaraq oradan ümumi dəyəri 60 manat olan 52 metr uzunluğunda elektrik naqilini gizli yolla talayaraq zərərçəkmişə 410 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talamaq məqsədi 27.06.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən yarımtikilinin həyətinə qanunsuz daxil olaraq göy rəngli üzərində “HO7V-K” yazıları olan 2,55 mm-lik, bir metrinin qiyməti 0,40 manat olmaqla ümumi dəyəri 16 manat olan 40 metr uzunluğunda yarımtikiliyə çəkilmiş elektrik naqillərini kəsib götürmüş, daha sonra yarımtikilinin giriş qapısının üzərində olan açıq hissədən yarımtikiliyə daxil olaraq sarı yaşıl rəngli üzərində “Teleteks HO7V-K” yazıları olan bir 2,5mm-lik, bir metrinin qiyməti 0,40 manat olmaqla ümumi dəyəri 140 manat olan yarımtikilinin divarlarına çəkilmiş və yarımtikilin içərisində istifadə edilməmiş olaraq qalan 350 metr uzunluğunda elektrik naqillərini gizli yolla talayaraq sonuncuya 156 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi - 0,172 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 27 iyun 2021-ci il tarixdə saat 19 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirilmiş, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, uşaqlıqdan elektrik peşəsinə yiyələnmişdir, bu sahədə uzun müddət çalışmışdır, lakin sonradan narkotik vasitələrə qurşandığından öz peşəsi ilə məşğul ola bilməmişdir. Gündəlik olaraq narkotik vasitə heroini müxtəlif üsullarla istifadə edir. Bu narkotik vasitələri adlarını bilmədiyi, üzdən tanıdığı müxtəlif şəxslərdən alır. O, heç-harda işləmədiyindən narkotik vasitələr əldə etmək üçün pulu oğurluq vasitəsi ilə qazanır. O, günün müxtəlif vaxtları oğurluq etməyə əlvərişli yer seçmək üçün gəzintiyə çıxır və özü üçün hədəf seçdikdən sonra rahat bir vaxtda gələrək oradan oğurluq edir. Əvvəldən elektrik peşəsində bacarıqlı olduğu üçün, elektrik naqillərini və digər avadanlıqları oğurlamaq onun üçün daha asan olur. 14.06.2021-ci il tarixdə saat 02 radələrində yaşayış olmadığını bildiyi üçün əvvəlcədən özünə oğurluq üçün hədəf seçdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK deylən ərazidə yerləşən hasarla əhatə olunmuş iki mərtəbəli yarımtikilinin həyətinə ətrafda onu görən heçkimin olmadığını gördükdən sonra hasardan aşmaq yolu ilə daxil olmuş və yarımtikiliyə çəkilmiş elektrik naqillərini kəsərək özü ilə gətirdiyi boş un kisəsinə atmış daha sonra yarımtikilinin plastik pəncərəsini yerdən tapdığı dəmirlə açmaqla içəri daxil olmuş və buradan ümumi sayı təqribən 80-90 ədəd olan elektrik yuvaları, müxtəlif iki növdə olan elektrik açarları və 01 top istifadə edilməyən elektrik naqilini götürüb kisəyə qoymuş, daha sonra onları daşıyaraq həyətdən çölə çıxartmışdır. Bundan sonra tanımadığı yol taksisi vasitəsi ilə Sabunçu rayonunda yerləşən “rus bazarı”na apararaq tanımadığı şəxslərə ümumilikdə 60 manat qarşılığında satmış, əldə etdiyi pulu narkotik vasitəyə və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 25.06.2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən hasarla əhatə olunmuş ikimərtəbəli yarımtikilidən oğurluq etmişdir. Belə ki, həmin yarımtikildə yaşayış olmadığı ona məlum imiş. Həmin yarımtikilinin həyət darvazası yox imiş, əvəzində isə taxta maneə qoyulmuşdur. Həmin maneəni keçərək həyətə daxil olmuş, elektrik sayğacından yarımtikiliyə gələn elektrik naqillərini kəsərək özü ilə apardığı boş un kisəsinə qoymuş, bundan sonra yarımtikilinin plastik pəncərəsini yerdən tapdığı dəmir parçası vasitəsi ilə açaraq içəri daxil olmuşdur. İçəridə olan elektrik naqillərini də kəsib götürərək öz kisəsinə qoymuş və oranı tərk edərək yaşadığı ünvana getmişdir. Sayğacdan yarımtikiliyə çəkilmiş elektrik naqilinin bir hissəsi yararsız vəziyyətə düşdüyündən onu həyətyanı sahəsində saxlamış, digər hissəsini isə yol taksisi vasitəsi ilə Sabunçu rayonunda yerləşən “rus bazarı”na gedib 50 manata tanımadığı tüfeyli görünüşlü bir şəxsə satmışdır. Daha sonra Günəşli qəsəbəsinə gedərək orada “Etimad” adlı şəxsdən şəxsi istifadəsi üçün 02 büküm narkotik vasitə heroin alaraq yaşadığı ünvana qayıtmışdır, həmin narkotik vasitənin bir bükümünü istifadə etmiş, digər bir bükümü isə həyətyanı sahəsində daşın altında gizlətmişdir. Bundan sonra 27.06.2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən ətrafı hasarla əhatə olunmuş, lakin darvazası olmayan həyətə daxil olmuş, əvvəlcə elektrik sayğacından çıxan elektrik naqilini kəsmiş daha sonra onun yarımtikiliyə daxil olan digər ucunu da kəsərək elektrik naqilini özü ilə gətirdiyi boş un kisəsinə qoymuş, daha sonra yarımtikilinin giriş qapısının üzərində olan yerdən içəri daxil olmuş və orada divarlara çəkilmiş elektrik naqillərini kəsərək götürmüş, həmçinin orada olan istifadə edilməmiş elektrik naqillərini də götürüb un kisəsinə atıb yaşadığı evin həyətyanı sahəsinə aparmışdır. Bundan sonra bir neçə gün əvvəl Günəşli qəsəbəsində “Etimad” adlı şəxsdən alıb evin həyətyanı sahəsində daşın altında gizlətdiyi 01 büküm narkotik vasitə heroini götürüb əyinində olan şalvarın cibinə qoymuş, daha sonra oğurladığı elektrik naqilləri olan kisənin içinə evin həyətyanı sahəsində saxladığı digər naqilləri də atmışdır. Bundan başqa 25.06.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən ikimərtəbəli yarımtikilidən oğurladığı, yararsız vəziyyətdə olduğu üçün satmağa aparmayıb həyətyanı sahəsində saxladığı elektrik naqilini də həyətdə qalmasın deyə həmin kisəyə qoyub yola düşmüşdür. Onun fikri münasib bir yer tapıb narkotik vasitəni istifadə etmək, daha sonra isə kisədəki əşyaları satıb pul əldə etmək olmuşdur. 27.06.2021ci il tarixdə saat 19 radələrində yaşadığı evin yaxınlığında hərəkətdə olarkən biri polis geyimində olmaqla iki nəfərin ona tərəf baxdığını görmüş, o, həyəcanlanıb narkotik vasitəni cibindən atmaq üçün əlini cibinə salmış, bu zaman həmin şəxslər dərhal onun yanına gəlmişlər, buna görə də narkotik vasitəni cibindən yerə ata bilməmişdir. Həmin şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, əlindəki kisənin nə olması və cibinə nə qoyduğu ilə bağlı suallar vermişlər. O, polis əməkdaşlarına kisənin içərisəndə elektrik naqilləri olduğunu, cibinə isə heçnə qoymadığını bildirmiş, polis əməkdaşları onun üzrinə baxış keçirilməli olduğunu bildirib onu Xəzər RPİnin 2-ci PŞ-yə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş və öz seçimi əsasında ona vəkil təyin edilmiş, bundan başqa ona tərcüməçi təyin olunmuşdur. Şöbənin inzibati binasında videoçəkiliş ilə təcüməçi, vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərinə axtarış keçirilmiş, bu zaman o, əynində olan boz rəngli idman şalvarının cibində saxladığı narkotik vasitəni çıxararaq təqdim etmiş. Bundan başqa ona əlində olan kisə barədə ona suallar verilmiş, o, həmin kisənin içərisində elektrik naqilləri olduğunu və onları oğurluq yolu ilə əldə etdiyini səmimi şəkildə etiraf etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoylaraq möhürlənmiş, bu barədə protokol yazılmış və ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır, doğru olduğu üçün imza etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya və ya maddə aşakar edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində xərçəng xəstəsi olan anasının və bir azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və C.İsmayılova dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və C.İsmayılov ilə barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs3 və C.İsmayılovun ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivində özünə ev inşaat etdirmişdir. Həmin ev hələ tam olaraq hazır deyil, yarımtikili haldadır. Bir müddətdir ki, həmin evdə tikntini dayandırmışdır. Mütəmadi olaraq yarımtikiliyə baş çəkib ümumi vəziyyətə nəzarət etmişdir. Sonuncu dəfə 26.06.2021-ci il tarixdə 22:30 radələrində özünə məxsus yarımtikiliyə baş çəkdikdə orda hərşey yerli yerində olmuşdur. Növbəti gün saat 10-11 radələrində yarımtikiliyə gedib baş çəkdikdə həyətdə sayğacdan yarımtikiliyədək çəkilmiş 30 manat dəyərində 40 metr uzunluğunda elektrik naqilinin kəsilərək götürüldüyünü görmüşdür. Daha sonra yarımtikilinin içərisinə baxış keçirən zaman yarımtikilinin divarlarına çəkilmiş, bundan başqa yarımtikilinin içində istifadə edilməmiş halda olan ümumilikdə 250 manat dəyəri olan 350 metr elektrik naqilinin oğurlandığı ona məlum olmuşdur. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, təxminən 3 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçi MTK adlanan ərazidə torpaq sahəsi alaraq yeni ikimərtəbəli ev inşa etdirmişdir. Hal-hazırda həmin evdə təmir işləri tam bitməmişdir, yaşayış yoxdur, yarımtikilidir. 14.06.2021-ci il tarixdə saat 09 radələrində həmin yarımtikiliyə gələrkən aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər plastik pəncərəni açmaq yolu ilə yarımtikilyə daxil olmuş, oradan “Pulmo” markalı 40 ədəd elektrik yuvasını, 16 ədəd elektrik açarını, 19 ədəd elektrik şiti üçün nəzərdə tutulmuş elektrik açarlarını, bundan başqa 3 top 4 mm-lik elektrik naqillərini oğurlamışdır. Həmin elektrik naqillərinin iki topu açıq vəziyyətdə olmuş, belə ki, elektrik naqilləri vasitəsi ilə qonşudan həmin yarımtikiliyə elektrik xətti çəkmişdir. Həmin naməlum şəxs və ya şəxslər həmin elektrik naqillərini kəsərək götürmüşdür. Digər bir top elektrik naqili isə yarımtikilinin içində istifadə edilməmiş halda qalmışdır. Həmin elektrik naqillərinin bir topu 49 manat olmaqla üç topuna ümumilikdə 147 manat pul ödəmişdir. “Pulmo” markalı 40 ədəd elektrik yuvasını və 16 ədəd elektrik açarlarının hər birini 5 manata almışdır. “Siemens” markalı 19 ədəd elektrik şiti üçün nəzərdə tutulmuş elektik açarlarına isə ümumilikdə 76 manat ödəyərək almışdır. Odur ki, həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 503 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 5-6 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində özü üçün torpaq sahəsi almış və həmin yerdə ev tikdirmişdir, həmin ev hələ tam hazır deyil, yarımtikilidir. Orada olan təmir işləri ilə bağlı mütəmadi olaraq gedib baş çəkmişdir. Sonuncu dəfə 24.06.2021-ci il tarixdə həmin evdə olarkən, hər şey yerli-yerində olmuşdur. 25.06.2021-ci il tarixdə səhər saatlarında həmin yarımtikiliyə gəldikdə pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, yarımtikiliyə daxil olub baxdıqda evdə dəyəri 60 manat olan 52 metr uzunluğunda elektrik naqilinin oğurlandığını görmüşdür. Bundan sonra yarımtikilinin həyətyanı sahəsinə baxış keçirməyə başlamışdır. Bu zaman elektrik sayğacından yarımtikiliyə çəkilmiş 70 metr uzunluğunda elektrik naqilinin kəsilərək oğurlandığını görmüşdür. Uzunluğu 70 metr olan həmin naqilin 1 metrini 8 manata almışdır. Bundan sonra o, oğurluq barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, həmin yarımtikilidə baş verən oğurluq nəticəsində ona 620 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində baş verən ardıcıl oğurluq cinayətlərinin açılması istiqamətində aparılan tədbirlər çərçivəsində 27 iyun 2021-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid2lə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində xidmətdə imişlər. Həmin gün saat 19 radələrində bir nəfər şəxsin əlində un kisəsi ilə piyada hərəkətdə olduğunu müşahidə etmişlər. Həmin şəxsin onları görərkən tələsik bir şəkildə əlində olan nəyisə əynində olan şalvarın cibinə qoyduğunu görmüşlər. Bu zaman onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinin sakini Təqsirləndirilən şəxs olduğu və onu saxladıqları yerin yaxınlığında yaşadığı onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs əlindəki un kisəsinin içindəkilərin nə olması və cibinə nə qoyduğunu soruşmuşlar, lakin Təqsirləndirilən şəxs onlara qeyri-adekavt cavablar vermişdir. Onlar Təqsirləndirilən şəxs cibinə qoyduğu şeyin narkotik vasitə olduğundan şübhələnib onu Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirmiş və aidiyyəti üzrə təqdim etmişlər. Bundan sonra şöbənin təhqiqatçısı İlqar İsmayılov xidməti iş otağında videoçəkiliş altında onun, Şahid2, tərcüməçinin və vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır, bu zaman ona üzərində saxladığı qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edib həmin bükümdə olan maddənin heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlində olan un kisəsi barədə ona suallar verimiş və həmin un kisəsinin içinə baxış keçirilmişdir, un kisəsinin içərisində müxtəlif növ naqillər oldğunu görmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin un kisəsinin içərisində olan naqilləri oğurluq yolu ilə əldə etmişdir. Bundan sonra ondan aşkar edilən 01 büküm heroin təhqiqatçı tərəfindən zərfə qoylub, möhürlənmiş, bu barədə protokolda qeyd olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düz olduğu üçün imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 10.08.2021-ci il tarixli, 9\5325 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş naqillərin təqdim edilmiş nümunələr arasında 2021-ci ilin iyun ayınadək orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir:
1. İstifadədə olmuş göy rəngli üzərində HO7V-K yazıları olan 2,5 mmlik naqilin 1 metri- 0,40 manat
2. İstifadədə olmuş sarı yaşıl rəngli üzərində Teleteks HO7V-K yazıları olan 2,5 mm-lik naqilin 1 metri- 0,40 manat
3. İstifadədə olmuş üzərində Qayo Kablo yazıları olan üst izolasyası soyulmuş vəziyyətdə olan 2x10 mm-lik naqilin 1 metri ( üst izolasiyası soluyulmamışdan əvvəl istifadədə olmuş normal vəziyyətdə) – 5 manat
4. İstifadədə olmuş üzərində Drako Kablo CAT6 yazıları olan 4x2x23 mm-lik naqilin 1 metri- 0,40 manat. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 28 iyun 2021-ci il tarixli, 6/2609 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29.07.2021-ci il tarixli, 2536saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu ( Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 03.07.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 27 iyun 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 27.06.2021-ci il tarixdə saat 20:10 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli rəngli idman şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 iyun 2021ci il tarixli protokoldan görünür ki, 27 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru İlqar ismayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması barədə 29.06.2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Ayxan Təhməzli tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1. maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Ayxan Təhməzli tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-261/2021 saylı, 29.06.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən götünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən götünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməllərini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində xərçəng xəstəsi olan anasının və bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və C.İsmayılova dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və C.İsmayılov ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 və C.İsmayılovun ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə maddi sübut olan ümumi uzunluğu 390 metr olan göy rəngli üzərində “HO7V-K” yazıları olan 2,5 mm-lik və sarı yaşıl rəngli üzərində “Teleteks HO7V-K” yazıları olan bir 2,5 mm-lik naqillər Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Zərərçəkmiş şəxs2 məxsus yarımtikildən oğrulanmış üzərində “Qayo Kablo” yazıları olan 2x10 mm-lik naqilin yararsız vəziyyətdə olan bir hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,122 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 115 (bir yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxsndan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 27.06.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,122 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Zərərçəkmiş şəxs2 məxsus yarımtikildən oğrulanmış üzərində “Qayo Kablo” yazıları olan 2x10 mm-lik naqilin yararsız vəziyyətdə olan bir hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan ümumi uzunluğu 390 metr olan göy rəngli üzərində “HO7V-K” yazıları olan 2,5 mm-lik və sarı yaşıl rəngli üzərində “Teleteks HO7V-K” yazıları olan bir 2,5 mm-lik naqillərin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli