Məhkəmə qərarları › İş №1(003)-482/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-482/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-482/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 1*:45 X4 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2**4-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2*24-cü ilin noyabr ayından başlayaraq bir müddət "xxxx" MMC-yə məxsus olmaqla ünvan 2 ünvanında yerləşən “X6 4” filialının ümumi istifadədə olan ticarət salonuna və orada işləyən və sevgi münasibətində olduğu Şahid2 yanına tez-tez gedib gəlməklə, oradakı əmlakları vitrinlərə düzməkdə köməklik etməklə içərisində qablaşdırılmış tütün məmulatları olan qutuların həmin market filialının hansı otaqlarında və nə qaydada saxlanıldığını görüb öyrəndikdən sonra dəqiq tarix və saatını müəyyənləşdirmək mümkün olmayan 2*25-ci ilin yanvar ayının əvvəllərindən *6 mart 2*25-ci il tarixədək olan müddət ərzində həmin ünvanda yerləşən "X6 4” adlı filialın əmlakların saxlanc yeri olmaqla ümumi istifadədə olan ticarət salonunda olduğu vaxtlarda, eyni zamanda həmin salonun içərisindən giriş qapısı olan market inzibatçısı Şahid1 xidməti iş otağına və oradakı tütün məmulatlarının saxlanc yeri olan seyfə stolun üstündə olan açarı götürüb qapısını açmaqla səs çıxmaması üçün qapını bıçaqla aralayıb içəri qanunsuz daxil olmaqla müxtəlif vaxtlarda həmin ticarət salonundakı vitrinlərdən vahid niyyətlə davamlı olaraq hissə-hissə olmaqla "xxxx" MMC-yə məxsus ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO NİGHT markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KSS BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLACK 4 markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLUE 4 markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL CASTEL COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL CASTEL NANO markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL SİLVER COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL SİLVER NANO markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL TİTANİUM COMPACT markalı , ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL TİTANİUM NAN.O markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT AROMA MİX markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 NANO AROMA MİX markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT SİLVER markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT AROMA markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHERRY markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHOCOLATE markalı, ümumi qiyməti 176 manat olan 4* ədəd KENT CRANBERRY AROMA markalı, ümumi qiyməti 132 manat olan 3* ədəd KENT GOLDEN AROMA markalı, ümumi qiyməti 56 manat olan 2* ədəd WANT COMPACT CASTS markalı, ümumi qiyməti 56 manat olan 2* ədəd WANT NANO CASTEL markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENO COMPACT PLATİNİUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd BLACK STYLE NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd BLACK STYLE NANO AROMA markalı olmaqla, həmçinin qanunsuz daxil olduğu market inzibatçısı (administratoru) Şahid1 xidməti iş otağındakı seyfdə saxlanılan "Oba Market” MMC-yə məxsus ümumi qiyməti 28 manat olan 1* ədəd WANT NANO markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT NANO 4 markalı, ümumi qiyməti 93 manat olan 3* ədəd PALL MALL NANO SİLVER markalı, ümumi qiyməti 84 manat olan 2* ədəd WİNSTON XSTYLE COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd WİNCHESTER COMPACT SİLVER markalı, ümumi qiyməti 29 manat olan 1* ədəd WEST SİLVER SİQARET markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd İMPERİAL CLASSİC QS SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd PRİMA DELUXE BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KSS SİLVER markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd BAKİ KS markalı, ümumi qiyməti 1*4 manat olan 4* ədəd MAGNA NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd MAGNA COMPACT BLUE markalı, ümumi qiyməti 72 manat olan 2* ədəd LD CLUB KSSS PLATİNUM markalı, ümumi qiyməti 141 manat olan 3* ədəd SOBRANİE KSSS BLUE markalı, ümumi qiyməti 48 manat olan 2* ədəd ARGO NANO SWEET markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd SOBRANİE KSSS BLACK markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KS BLUE markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KS WHİTE markalı, ümumi qiyməti .47 manat olan 1* ədəd SOBRANİE KSSS WHİTE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd WİNCHESTER COMPACT BLUE markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS RED markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 4 markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 8 markalı, ümumi qiyməti 44 manat olan 2* ədəd- KENT FEEL markalı, ümumi qiyməti 88 manat olan 2* ədəd KENT NANO 1 markalı, ümumi qiyməti 62 manat olan 1* ədəd PALL MALL AM NİGHTS QARAĞAT markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS CLİCK AMBER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 2* ədəd WİNSTON XSTYLE DUAL markalı, ümumi qiyməti 52 manat olan 1* ədəd MAGNA NANO BLACK markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd SOBRANİE KSS CASTER markalı, ümumi qiyməti 36 manat olan 2* ədəd LD COMPACT WHİTE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KS SS BLUE markalı, ümumi qiyməti '52 manat olan 1* ədəd VİCEROY N-SERİES SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE CASTER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd SOBRANİE KSSS CASTER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd Vviceroy N-series blue markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO COMPACT BLUE markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd WANT LİNE X GOLD NANO markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd DUNHİLL PREMİUM BLUE markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd DUNHİLL PREMİUM WHİTE markalı, ümumi qiyməti 26 manat olan 4* ədəd KENO NANO PLATİNUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO ROYAL markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd WANT NANO SİLVER markalı olmaqla içərisində tütün məmulatları olan ümumi dəyəri 3564 manat təşkil edən siqaretləri əynindəki şalvarının kəmər hissəsinin arasına yığıb daşıyaraq aparıb dəyərlərindən ucuz qiymətə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş hüquqi şəxs "Oba Market” MMC-yə ümumilikdə 3564(üç min beş yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 isə təxminən 1 il müddətində tanımışdır. Onunla aralarında sevgi münasibəti olmuşdur. 2*24-cü ilin noyabr ayının sonlarında sevgilisi Səadət Türkan qəsəbəsindəki “Oba” marketdə kassir kimi işə düzəlmişdir. Səadətin iş saatı günorta 14 radələrindən axşam saat 23 radələrindək olmuşdur. Səadətlə münasibəti olduğu üçün tez-tez Səadətin yanına gedib Səadətin yanında dayanmışdır. Həmin marketin müdiri Aytən də onu Səadətin sevgilisi kimi tanımışdır. Buna görə də Aytən onun oraya gedib Səadətin yanında durmağına etiraz etməmişdir. O, Səadətin yanında olduğu müddətdə Aytənin kassadan pul götürdüyünü görmüşdür. Həmçinin müdir otağında olan seyfin içərisində siqaret bloklarının olduğunu görmüşdür. Bunları gördükdən sonra o, oradan siqaret oğurlamaq qərarına gəlmişdir. Belə ki, ilk dəfə təxminən 2*25-ci ilin yanvar ayının əvvəllərində vitrindən 1 ədəd "Vinston compact” markalı siqareti götürmüşdür. Bundan təxminən 2-3 gün sonra vitrindən təxminən 1* ədəd müxtəlif markalı siqaret qutularını götürmüşdür. Bu minvalla yanvar ayının sonuna qədər təxminən 2-3 gündən bir vitrindən hər dəfə 3*-4* paçka siqaretləri götürmüşdür. Səadət şübhələnməsin deyə cibində gizlədib bayıra çıxmış və siqaretləri divarın yanında gizlətmişdir. Səadəti evə yola saldıqdan sonra o, sellofan götürüb həmin divarın yanındakı siqaretləri götürüb məhləsində gizlətmişdir. Fevral ayında isə bir neçə dəfə marketin içərisindəki müdir Aytənə məxsus otağa girib müdirin otağındakı stolun üstündə olan açarı götürüb seyfi açmış, açarları toplu halda səs eləməsin deyə bıçaqla seyfin qapısını aralayaraq oradan bir neçə blok siqaret götürmüşdür. Həmin marketdən götürdüyü siqaretləri bir neçə dəfə olmaqla Türkan qəsəbəsində “Sizin” marketi işlədən Xəyyam adlı şəxsə dəyərindən aşağı qiymətə satmışdır. Bu satışdan ümumilikdə 8** manat qazanc əldə etmişdir. Aytənin otağına sonuncu dəfə 23 fevral 2*25-ci ildə girib oğurluq etmişdir. Ümumi vitrindən isə sonuncu dəfə 26 fevral 2*25-ci il tarixdə bir ədəd "Vinston" markalı siqareti götürüb oğurluq etmişdir. Təxminən 2*25-ci ilin mart ayının əvvəllərində Aytən xanım siqaretlərin əksik olduğunu müəyyən etmişdir. Bundan sonra Aytən müşahidə kameralarını açıb baxan zaman onun öz otağına girib seyfin içərisindən siqaretləri götürdüyünü görmüşdür. Daha sonra Aytən Səadətlə onu yanına çağırıb bunu ona bildirdikdə o, siqaretləri oğurladığını səmimi etiraf etmişdir. Aytən xanım ona siqaretlərin oğurlanması nəticəsində ümumilikdə 36** manat maddi ziyan dəydiyini bildirmişdir. O isə dəymiş ziyanı ödəmək üçün Aytən xanımdan 3 ay möhlət istəmişdir. Aytən isə 3 ay möhlət verə bilməyəcəyini və axşama kimi pulu çatdırmaq lazım olduğunu demişdir. O da razılaşmışdır. Evə gedib törətdiyi əməl barədə atasına danışmışdır. Atasına demişdir ki, Aytənin pulunu qaytarmaq lazımdır. Atası isə pulun olmadığını bildirmişdir. Belə olan halda o, həmin gün Aytənin pulunu çatdıra bilməmişdir. Bundan bir neçə gün sonra isə Aytən xanım onun barəsində polisə şikayət vermişdir. Vurulmuş ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə İsmayil oğlu ifadəsində göstərmişdir ki, *4.*3.2*25-ci il tarixdən etibarən Oba Market MMC-nin hüquqşünası vəzifəsində çalışır. Oba Market MMC-nin bir çox yerdə filialları vardır. Həmin filiallardan biri də ünvan 2 ünvanında yerləşir. Həmin market 4 nömrəlidir. *6.*3.2*25-ci il tarixdə həmin marketin müdiri Aytən Teymurova məlumat vermişdir ki, marketin yerləşdiyi qeyd etdiyi ünvanda yerləşən marketdən ümumilikdə 3564 manat məbləğində tütün məmulatlarının oğurlandığını bildirmişdir. Dərhal filial müdiri ərazi üzrə polis bölməsi olan Xəzər RPİ-nin 1ci PŞ-nə müraciət etmişdir. Oğurluğu edən şəxsin isə kimliyi müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs xx.xx.2**4-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ziyandan heç bir məbləğ ödəməmişdir. Onun ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Türkan qəsəbəsi, Təcili Yardım stansiyasının yaxınlığında yerləşən “Oba” marketdə administrator vəzifəsində işləyir. 2*24-cü ilin dekabr ayından etibarən isə Səadət həmin marketdə satıcı-kassir vəzifəsində işləməyə başlamışdır. Təqsirləndirilən şəxs isə özünü ona Səadətin sevgilisi kimi təqdim etmiş və tez-tez sevgilisinin yanına gəlib baş çəkmişdir. *6 mart 2*25-ci il tarixdə mağazada olan siqaretlərin əksikliyini hiss etmişdir. Bu barədə əvvəlcə bölgə müdirinə, daha sonra isə daxili nəzarət idarəsinə məlumat vermişdir. Mağazanın kameralarına baxan zaman özü heç nə aşkar edə bilməmişdir. Daha sonra daxili nəzarət idarəsindən gələn əməkdaşların köməyi ilə nəzarət-müşahidə kameralarına baxarkən Səadətin sevgilisi İsrailin onun otağına girib stolun üzərində olan açarla seyfi açaraq içəridən siqaret bloklarını şalvarının kəmər hissəsinin arasına qoyduğunu görmüşdür. Bundan sonra Səadətin özünü çağırmışdır. Səadətə məsələni bildirən zaman Səadət, bu barədə heç nə bilmədiyini demişdir. Daha sonra Səadətdən İsraili çağırmasını tələb etmişdir. İsrail mağazaya gəlmişdir. İsraildən niyə oğurluq etdiyini soruşanda, İsrail hər şeyi izah edə biləcəyini bildirmişdir. Daha sonra oğurluq etdiyini səmimi şəkildə etiraf edərək dəymiş ziyanı ödəmək istədiyini demiş və ondan möhlət istəmişdir. Daha sonra isə Səadətdən İsrailin atasının nömrəsini alıb, oğlunun oğurluq etdiyini atasına bildirmişdir. Atası isə oğlunun bu əməlinə görə cavabdeh olmadığını bildirmişdir. Daha sonra isə bu barədə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs mağazaya girməyə icazə vermişdir, lakin onun otağına girməyə icazə verməmişdir. Oğurluq nəticəsində "xxxx" MMC-yə dəymiş ziyanın ümumi məbləği 3564 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla sevgi münasibəti olmuşdur. Türkan qəsəbəsində yerləşən “OBA” marketdə satıcı-kassir kimi işləmişdir. Sevgilisi İsrail də tez-tez onun yanına gəlib onunla söhbət etmişdir. Aytən xanım isə həmin marketin müdiri olmuşdur. Belə ki, onun iş saatı günorta saat 14 radələrindən axşam saat 23 radələrinədək olmuşdur. Axşam vaxtı marketin yerləşdiyi ərazidə içkili adamlar çox olduğu üçün İsrail onun yanına gəlib onu gözləmiş və işdən sonra evə aparmışdır. Aytən xanım da bunü bilmiş və buna görə də İsrailin onun yanına gəlməsinə etiraz etməmişdir. Marketdə həftənin çərşənbə və şənbə günləri mal qəbulu olmuşdur. Həmin malları o qəbul etmişdir. Belə ki, əvvəl göndərilən malların cədvəlində siqaret sayı çox göstərilsə də, vitrində siqaret az olmuşdur. O, 18 fevral 2*25-ci il tarixdə Aytənə bu barədə məlumat vermişdir. Aytən isə bu barədə nəzarət idarəsinə deyəcəyini bildirmiş, daha sonra, 2*25-ci ilin mart ayının 6-da müdir Aytən onu yanına çağırıb siqaretləri İsrailin oğurladığını və kamera görüntülərinin olduğunu demişdir. O da Aytənlə birlikdə kamera görüntülərinə baxmışdır. Görüntülərdə İsrailin siqaretləri oğurladığının şahidi olmuşdur. Dərhal İsraili ora çağırmış, İsrail onların yanına gəlmiş, hadisəni İsrailə danışmışlar, İsrail də siqaretləri götürdüyünü səmimi şəkildə etiraf etmişdir. Daha sonra Aytənlə İsrail müdir otağında nəsə danışmağa getmişlər. Otaqdan çıxandan sonra İsrail ona demişdir ki, Aytənlə razılaşıblar və götürdüyü siqaretlərin pulunu qaytaracaqdır. Daha sonra öyrənmişdir ki, İsrail pulu qaytara bilmədiyi üçün Aytən xanım Xəzər RPİ-nin 1-ci X5 barəsində şikayət ərizəsi vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş könüllü təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 ibtidai araşdırması aparılan HK-1-649 nömrəli material üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün Zərərçəkmiş şəxs-nin tərtib etdiyi oğurlanmış əşyaların siyahısı olan *2 ədəd vərəqədə sənədləri və içərisində oğurluq hadisəsini özündə əks etdirən *1 ədəd CD diski araşdırmaya təqdim etmiş və Şahid1 təqdim etdiyi *2 ədəd vərəqdən ibarət sənədlər və *1 ədəd CD disk gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək materiala əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş sənədə baxış protokolundan görünür ki, həmin sənəddə “Oba Market' MMC-nin Türkan 4 filialındakı marketdən oğurlanmış tütün məmulatlarının anbar nömrəsi, kodları, adları, miqdarları və qiymətləri siyahı şəklində əks olunmuşdur. Belə ki, siyahıya baxış keçirən zaman müəyyən olundu ki: ümumi qiyməti 28 manat olan 1* ədəd WANT NANO markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT NANO 4 markalı, ümumi qiyməti 93 manat olan 3* ədəd PALL M ALL NANO SİLVER markalı. ümumi qiyməti 84 manat olan 2*'ədəd WİNSTON XSTYLE COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd WİNCHESTER COMPACT SİLVER markalı, ümumi qiyməti 29 manat olan 1* ədəd WEST SİLVER SİQARET markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd İMPERİAL CLASSİC QS SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1*'ədəd PRİMA DELUXE BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KSS SİLVER markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd BAKİ KS markalı, ümumi qiyməti 1*4 manat olan 4* ədəd MAGNA NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd MAGNA COMPACT BLUE markalı, ümumi qiyməti 72 manat olan 2* ədəd LD CLUB KSSS PLATİNUM markalı, ümumi qiyməti 141 manat olan 3* .ədəd SOBRANİE KSSS BLUE markalı, ümumi qiyməti 48 manat olan 2* ədəd ARGO NANO SWEET markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd SOBRANİE KSSS BLACK markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KS BLUE markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KS WHİTE markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd SOBRANİE KSSS WHİTE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd WİNCHESTER COMPACT BLUE markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS RED markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 4 markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 8 markalı, ümumi qiyməti 44 manat olan 2* ədəd KENT FEEL, markalı, ümumi qiyməti 88 manat olan 2* ədəd KENT NANO 1 markalı, ümumi qiyməti 62 manat olan 1* ədəd PALL M ALL AM NİGHTS QARAĞAT markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS CLİCK AMBER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 2* ədəd WİNSTON XSTYLE DUAL markalı, ümumi qiyməti 52 manat olan 1* ədəd MAGNA NAN O BLACK markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd SOBRANİE KSS CASTER markalı, ümumi qiyməti 36 manat olan 2* ədəd LD COMPACT WHİTE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KS SS BLUE markalı, ümumi qiyməti 52 manat olan 1* ədəd VİCEROY N-SERİES SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE CASTER markalı, ümumi qiyməti 44 manat olan 1*'ədəd SOBRANİE KSSS CASTER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd Vviceroy N-series blue markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO COMPACT BLUE markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd WANT LİNE X GOLD NANO markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd DUNHİLL PREMİUM BLUEmarkalı, ümumi qiyməti 47 manat olan 1* ədəd DUNHİLL PREMİUM WHİTE markalı, ümumi qiyməti 26 manat olan 4* ədəd KENO NANO PLATİNUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO ROYAL markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd WANT NANO SİLVER markalı,ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO NİGHT markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KSS BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLACK 4 markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLUE 4 markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL CASTEL COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1*.ədəd CARDİNAL CASTEL NANO markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL SİLVER COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL SİLVER NANO markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL TİTANİUM COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL TİTANİUM NANO markalı, ümumi qiyməti 31 manat olan 1*-ədəd X7 COMPACT BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT AROMA MİX markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 NANO AROMA MİX markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT SİLVER markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT AROMA markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHERRY markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHOCOLATE markalı, ümumi qiyməti 176 manat olan 4* ədəd KENT CRANBERRY AROMA markalı, ümumi qiyməti 132 manat olan 3* ədəd KENT GOLDEN AROMA markalı, ümumi qiyməti 56 manat olan 2* ədəd WANT COMPACT CASTS markalı, ümumi qiyməti 56 manat olan 2* ədəd WANT NANO CASTEL markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENO COMPACT PLATİNİUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd BLACK STYLE NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd BLACK STYLE NANO AROMA markalı siqaretlər oğurlanmışdır. Siyahıda əks olunan oğurlanmış həmin tütün məmulatlarının ümumi dəyəri 3564 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş şübhəli şəxsin tutulması barədə 13.*3.2*25-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.*3.2*25-ci il tarixdə saat 12:5*-də tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması barədə 15 mart 2*25-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2*25-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 8*-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.*1.2**4-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” *3.*3.2**5-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.*7.2**4-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.*6.2*15-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yəni zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə, zərəçəkmiş şəxsə vurulmuş ziyanın qismən belə ödənilməsinə cəhd edilməməsi, əməlin ictimai təhlükəliliyinə laqeyd yanaşmasını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.*6.2*13-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "xxxx" MMC Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs 3564 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 55 manat 64 qəpik, ümumilikdə 3619.64 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, təqsirləndirilən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2*24-cü ilin noyabr ayından başlayaraq bir müddət "xxxx" MMC-yə məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu,Türkan qəsəbəsi, Firdovsi küçəşi 3 ünvanında yerləşən "X6 4" filialının ümumi istifadədə olan ticarət salonuna və orada işləyən və sevgi münasibətində olduğu Şahid2 yanına tez-tez gedib gəlməklə, oradakı əmlakları vitrinlərə düzməkdə köməklik etməklə içərisində qablaşdırılmış tütün məmulatları olan qutuların həmin market filialının hansı otaqlarında və nə qaydada saxlanıldığını görüb öyrəndikdən sonra istintaqla dəqiq tarix və saatını müəyyənləşdirmək mümkün olmayan 2*25-ci ilin yanvar ayının əvvəllərindən *6 mart 2*25-ci il tarixədək olan müddət ərzində həmin ünvanda yerləşən "X6 4" adlı filialın əmlakların saxlanc yeri olmaqla ümumi istifadədə olan ticarət salonunda olduğu vaxtlarda, eyni zamanda həmin salonun içərisindən giriş qapısı olan market inzibatçısı Şahid1 xidməti iş otağına və oradakı tütün məmulatlarının saxlanc yeri olan seyfə stolun üstündə olan açarı götürüb qapısını açmaqla səs çıxmaması üçün qapını bıçaqla aralayıb içəri qanunsuz daxil olmaqla müxtəlif vaxtlarda həmin ticarət salonundakı vitrinlərdən vahid niyyətlə davamlı olaraq hissə-hissə olmaqla "xxxx" MMC-yə məxsus ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO NİGHT markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KSS BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLACK 4 markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd X7 NANO BLUE 4 markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL CASTEL COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL CASTEL NANO markalı, ümumi qiyməti 36 manat olan 1* edəd CARDİNAL SİLVER COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL SİLVER NANO markalı, ümumi qiyməti 36 manat olan 1* edəd CARDİNAL TİTANİUM COMPACT markalı, ümumi qiyməti 36 manat olan 1* ədəd CARDİNAL TİTANİUM NANO markalı, ümumi qiyməti 31 manat olan 1* əpep X7 COMPACT BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* əded X7 COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 COMPACT AROMA MİX markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd X7 NANO AROMA MİX markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT SİLVER markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT AROMA markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHERRY markalı, ümumi qiyməti 42 manat olan 1* ədəd PREMİER COMPACT CHOCOLATE markalı, ümumi qiyməti 176 manat olan 4* ədəd KENT CRANBERRY AROMA markalı; ümumi qiyməti 132 manat olan 3* ədəd KENT GOLDEN AROMA markalı, ümumi qiyməti 56 manat olan 2* ədəd WANT COMPACT CASTS markalı, ümümi qiyməti 56 manat olan 2* ədəd WANT NANO CASTEL markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENO COMPACT PLATİNİUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd BLACK STYLE NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* əded BLACK STYLE NANO AROMA markalı olmaqla, həmçinin qanunsuz daxil olduğu market inzibatçısı (administratoru) Şahid1 xidməti iş otağındakı seyfdə saxlanılan "xxxx" MMCyə məxsus ümumi qiyməti 28 manat olan 1* ədəd WANT NANO markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT NANO 4 markalı, ümumi qiyməti 93 manat olan 3* ədəd PALL MALL NANO SİLVER markalı, ümumi qiyməti 84 manat olan 2* ədəd WİNSTON XSTYLE COMPACT SİLVER markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd WİNCHESTER COMPACT SİLVER markalı, ümumi qiyməti 29 manat olan 1* ədəd WEST SİLVER SİQARET markalı, ümumi qiyməti 28 manat olan 1* ədəd İMPERİAL CLASSİC QS SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd PRİMA DELUXE BLUE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KSS SİLVER markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd BAKİ KS markalı, ümumi qiyməti 1*4 manat olan 4* ədəd MAGNA NANO SİLVER markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd MAGNA COMPACT BLUE markalı, ümumi qiyməti 72 manat olan 2* ədəd LD CLUB KSSS PLATİNUM markalı, ümumi qiyməti 141 manat olan 3* ədəd SOBRANİE KSSS BLUE markalı, ümumi qiyməti 48 manat olan 2* ədəd ARGO NANO SWEET markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd SOBRANİE KSSS BLACK markalı, ümumi qiyməti- 94 manat olan 2* ədəd SOBRANİE KS BLUE markalı, ümumi qiyməti 94 manat olan 2* ədəd SOBRANİE KS WHİTE markalı, ümumi qiyməti 47 manat olan 1* eded SOBRANİE KSSS WHİTE markalı, ümumi qiyməti 31 manat olan 1* edəd WİNCHESTER COMPACT BLUE markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS BLUE markalı, ümumi qiyməti 24 manat olan 1* ədəd ARGO KS RED markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 4 markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd KENT 8 markalı, ümumi qiyməti 44 manat olan 2* edəd KENT FEEL markalı, ümumi qiyməti 88 manat olan 2* ədəd KENT NANO 1 markalı, ümumi qiyməti 62 manat olan 1* ədəd PALL MALL AM NİGHTS QARAĞAT markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS CLİCK AMBER markalı, ümumi qiyməti 31 manat olan 1* əded ROTHMANS BLUE markalı, ümumi qiyməti 31 manat olan 1* ədəd ROTHMANS SİLVER markalı, ümumi qiyməti 44 manat olan 2* ədəd WİNSTON XSTYLE DUAL markalı, ümumi qiyməti 52 manat olan 1* ədəd MAGNA NANO BLACK markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd SOBRANİE KSS CASTER markalı, ümumi qiyməti 36 manat olan 2* əded LD COMPACT WHİTE markalı, ümumi qiyməti 62 manat olan 2* ədəd WİNCHESTER KS SS BLUE markalı, ümumi qiyməti 52 manat olan 1* ədəd VİCEROY N- SERİES SİLVER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd WİNSTON XSTYLE CASTER markalı, ümumi qiyməti 44 manat olan 1* ədəd SOBRANİE KSSS CASTER markalı, ümumi qiyməti 26 manat olan 1* eded Vviceroy N-series blue markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO COMPACT BLUE markalı, ümumi qiyməti 28 manat olan 1* edəd WANT LİNE X GOLD NANO markalı, ümumi qiyməti 47 manat olan 1* eded DUNHİLL PREMİUM BLUE markalı, ümumi qiyməti 47 manat olan 1* ədəd DUNHİLL PREMİUM WHİTE markalı, ümumi qiyməti 26 manat olan 4* ədəd KENO NANO PLATİNUM markalı, ümumi qiyməti 26 manat olan 1* ədəd KENO NANO ROYAL markalı, ümumi qiyməti 28 manat olan 1*. ədəd WANT NANO SİLVER markalı olmaqla içərisində tütün məmulatları olan ümumi dəyəri 3564 manat təşkil edən siqaretləri əynindəki şalvarının kəmər hissəsinin arasına yığıb daşıyaraq aparıb dəyərlərindən ucuz qiymətə sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 3564 (üç min beş yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir və ödənişin həyata keçirilməsi istiqamətində heç bir müsbət addım atmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət işi üzrə 3564 (üç min beş yüz altmış dörd) manat məbləğ mülki iddia qaydasında ondan tutularaq Şirkətə ödənilməsi məqəsədmüvafiqdir. Təqsirləndirilən şəxs 3564 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 55 manat 64 qəpik, ümumilikdə 3619.64 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1*97.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası CPM-in 181.2-ci maddəsinin tələbinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilməlidir. Mülki cavabdeh Təqsirləndirilən şəxs 3564 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 55 manat 64 qəpik, ümumilikdə 3619.64 manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 2* saata görə 22* manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 233 manat, ümumilikdə 453 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona *2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2*25-ci il tarixdən 15 mart 2*25-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi *2 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq *1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli *9 dekabr 2*25-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı "xxxx" MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 3564 manat məbləğində dəymiş ziyan və ödənilmiş dövlət rüsumuna görə 55 manat 64 qəpik, ümumilikdə 3619.64 manat məbləğində pul tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 2* saata görə 22* manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 233 manat, ümumilikdə 453 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 2**178, VÖEN 99****3611, m/h AZ 37NABZ*135*1**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB38*3**194417**266117, VÖEN 12**154771) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 2* (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar