Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-484/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X17, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 28-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı və qohumu X25 ilə qabaqcadan əlbir olaraq tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və altdatma yolu ilə ələ keçirmə məqsədilə X9 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 3 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui istifadə etməklə aldadaraq bu məqsədlə ondan 19 mart 2019-cu il tarixdə Binə qəsəbəsi 31 saylı dövlət notariat kontorunun qarşısında 300 manat məbləğində, daha sonra həmin gün Binə qəsəbəsi, Binə Bələdiyyəsinin qarşısında 1700 manat məbləğində və həmin ilin mart ayının axırlarında eyni məqsədlə 5500 manat məbləğində pullarını vahid niyyətlə əhatə olunmuş qəsdlə aldadıb ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X10 ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı və qohumu X25 ilə qabaqcadan əlbir olaraq tamah niyyəti ilə özgənin əmlakını sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə X20 Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 6 sot torpaq sahəsini satacağına dair vəd verib inandırmaqla onun etibarından sui istifadə etməklə aldadaraq bu məqsədlə ondan 2019-cu ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 6000 manat məbləğində pulu qəsdlə aldadıb ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs X20 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, X9 və X22 tanıyır, onlarla normal münasibətlləri vardır. Onların onun barəsində yazdıqları ərizə ilə tanış olmuş, X10 torpaq sahəsi satmış, bu məqsədilə həqiqətən də Balaxan ona 7200 manat pul vermiş, o həmin torpaq sahəsini ona satanda həmin torpaq sahəsinin "xxxx" MMC-yə məxsus olmasını bilməmişdir. O həmin torpaq sahəsini Balaxana satan zaman onu X5 X23 adına olan Bakı şəhəri, Xəzər rayonunun xx.xx.1997-ci il tarixli 1116 nömrəli sərəncamını etibarnamə əsasən alıb Balaxana vermiş, həmin sənədi ona verdikdə demişdir ki, bu sənəd həmin torpaq sahəsinə aiddir. Lakin sonradan Balaxan torpaq sahəsində tikinti işləri apara bilməmişdir. Belə ki, "xxxx" MMC-nin əməkdaşları buna imkan verməmişlər. X10 0,03 ha torpaq sahəsini satan zaman həmin torpaq sahəsinin sənədləri olmamış, o, X6 aldığı sənədləri həmin torpaq sahəsinə otuzduracaqmış. O, ümumilikdə Balaxandan 7200 manat pul almışdır. Yeznəsi X2 Balaxan Allahyar oğlundan pul alıb, ona demişdir ki, həmin pulu borc olaraq almış, lakin hansı məbləğdə pul almasını bilməmişdir. X26 ona 5000 manat pul vermişdir ki, "xxxx" MMC-dən torpaq sahəsinə görə imtina məktubu alsınlar. O həmin 5000 manatı X13 vermişdir ki, həmin məktubu alsın. X20 torpaq sahəsi satmamışdır. O, X14 adına olan Sərəncamı Zakirə vermişdir ki, özündə saxlasın, "xxxx" MMC-dən məktubu alandan sonra tikinti işlərini aparsın. Gülgəz Məmmədova onun sözüylə xx.xx.2019-cu ildə etibarnamə vermişdir. O, "xxxx" MMC-dən məktub alandan sonra Zakirə torpaq sahəsi verəcək idi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X15 bildirdi ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olmamışdır. Hazırda anket məlumatlarında göstərilən ünvanda yaşayır. Bildirir ki, o, 2019-cu ilin mart ayında Binə qəsəbəsində 4 sot torpaq sahəsi almaq istəmiş və bu barədə Təqsirləndirilən şəxs demişdir. Bunu bildirdikdən sonra Mahir Cəbiyev tanışı Fizuli Məhərrəmovun iştirakı ilə onun etibarından sui istifadə etməklə aldadaraq 7500 manat pulunu alıb ələ keçirmişdir. Mahir ona yalandan vəd verərək torpaq sahəsini ona verəcəyini bildirmiş, lakin əslində isə Dövlət Neft Şirkətinə məxsus olan torpaq sahəsini ona satmışdır. Sonradan həmin torpaq sahəsində o tikinti işləri aparmaq istəsə də, "xxxx"ın əməkdaşları buna imkan verməmiş və ona bildirmişlər ki, həmin yer Neft şirkətinin balansında olan strateji yerdir və orada heç bir tikinti işlərinin aparılması mümkün deyildir. Buna baxmayaraq Mahir Cəbiyevin X8 həmin yerə sənəd düzəldəcəyini və tikinti üçün icazə alacağını ona vəd etmiş və bunun üçün ondan 2527 manat pul almış, lakin sonradan vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Bildirir ki, X18 torpaq sahəsinə dair saxta sənədlər verərək onu aldatmış, X11 adından 19 mart 2019-cu il tarixdə etibarnamə vermişdir. X31 notarial qaydada ərizə verərək 10 sot torpaq sahəsindən 3 sotunu ona qarşılıqlı razılıq əsasında satdığını bildirmişdir. Bildirir ki, Mahirlə 3 sot torpaq sahəsini 7500 manata razılaşmış, o 19 mart 2019-cu ildə Binə qəsəbəsinin qarşısında notariusun yanında ona 300 manat beh vermiş, yenə həmin gün görüşmüş və Mahirə 1700 manat pul vermişdir. O, pulları Binə qəsəbəsinin mərkəzində, bir hissəsini isə dəmir yol xəttinin yaxınlığında yerləşən kafedə vermişdir. Sonradan isə Fəda müharibə veteranı olduğunu deyib onu aldatmış və ondan cəmi 2900 manat pulu almışdır. Fəda həmin pulları ondan Binə qəsəbəsi ərazisində, bir neçə dəfə Əmlak Komitəsinin qarşısında, Nizami rayonu Qara Qarayev prospektində, sonuncu pulları isə bank vasitəsilə Binə qəsəbəsində ödəmiş, bu barədə onun ödəmə qəbzləri vardır və onları araşdırma üçün istintaqa təqdim etmişdir. Bildirir ki, Mahir Cəbiyevlə görüşəndə Mahir ona Binə qəsəbəsi Bolluq sahəsində torpaq sahələri göstərmiş, o cəmi 0,3 sot torpaq sahəsi almaq istədiyini bildirən zaman Mahirlə cəmi 7500 manata razılaşmışlar. Buna görə də o, 19 mart 2019-cu il tarixdə Binədə notariusun qarşısında Mahirə 300 manat beh vermişdir. Həmin vaxt Mahir ona demişdir ki, “Axşam sənə etibarnamə və torpağın sənədlərini verəcəm”. Həmin gün axşam saatlarında o, Mahir, Nadir Ağayev və X1rşısında görüşmüş və orada 1700 manat pulu Mahirə vermiş, o isə ona Fizuli Məhərrəmovun adından etibarnamə və torpaq sahəsinə dair sərəncam vermişdir. Bundan sonra bir ay yarım ərzində Mahir ondan 5500 manat pul almışdır. O pulları Binə qəsəbəsinin mərkəzində, bir hissəsini isə dəmir yol xəttinin yaxınlığında yerləşən kafedə vermişdir. Sonradan isə məlum olmuşdur ki, ona satılmış torpaq sahəsi "xxxx" şirkətinindir. O, bu barədə Mahirə məlumat verdikdə Mahir onu yeznəsi Fəda adlı şəxslə tanış edərək bildirmişdir ki, Fəda müharibə veteranıdır və o torpağa dair sənəd düzəldəcəkdir. Fəda bunun müqabilində ondan pul istəməmiş, demişdir ki, Mahirin xətrinə köməklik gösərəcəkdir. Daha sonra isə Fəda ondan sənədə görə 2900 manat məbləğində pul istəmiş və o həmin pulları ondan Binə qəsəbəsi ərazisində, bir neçə dəfə Əmlak Komitəsinin qarşısında, Nizami rayonu Qara Qarayev prospektində, sonuncu pulları isə Bank vasitəsilə Binə qəsəbəsində ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X26 bildirdi ki, 2019-cu ildə Binə qəsəbəsində torpaq sahəsi almaq istəmişdir. Təqsirləndirilən şəxs adlı şəxs ona 6 sot torpaq sahəsi verəcəyini vəd etmiş, buna görə də ondan cəmi 6000 manat pul almışdır. Təqsirləndirilən şəxs ondan 6000 manat pulu aldıqdan sonra ona Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş Sərəncam, torpaq sahəsinin yerləşmə sxemini və notarius tərəfindən verilmiş etibarnaməni vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Mahir Cəbiyevin ona vəd etdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsi olmuşdur. Bu zaman Mahir Cəbiyevin X8 və X19 adlı şəxslər birlikdə ondan əlavə olaraq 7000 manat pul alaraq həmin torpaq sahəsinə dair Dövlət Neft Şirkətindən tikinti üçün icazə alacaqlarına söz vermişlər. Bildirir ki, həmin 7000 manat pulun 5000 manatını X19, qalan 2000 manatını isə X25 almışlar. Lakin bütün bunlara baxmayaraq bu günə qədər onlar torpaq sahəsinə dair icazə ala bilməmişlər və tələb etməsinə baxmayaraq ondan aldıqları pulu da qaytara bilməmişlər. Sonra o, başa düşmüşdür ki, onlar birlikdə ona qarşı dələduzluq edərək aldatmaqla onun pulunu ələ keçirmişlər. Buna görə də o məcburiyyət qarşısında qalaraq bu barədə Xəzər rayon Prokuroruna ərizə ilə müraciət etmişdir. İstintaq orqanından xahiş edir ki, ona qarşı dələduzluq etmiş şəxslər X32, X25 və X13 qarşı qanun çərçivəsində tədbir görülsün və eyni zamanda ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilsin. Bildirir ki, 6 sot torpaq sahəsi almaq istəmişdir. Həmin 6 sot torpaq sahəsini ona Təqsirləndirilən şəxs söz vermişdir. O buna görə də 2019-cu ildə Mahirə 6000 manat pulu Binə qəsəbəsində vermişdir. Mahir də ona sənədləri təqdim etmiş, o həmin sənədlərin surətlərini istintaqa təqdim edir. Lakin sonradan məlum olmuşdur ki, torpaq sahəsi Neft Şirkətinindir və bu barədə Mahirə məlumat verdikdə Mahirin X8 və X19 ona söz vermişlər ki, torpaq sahəsinə "xxxx"dan icazə ala biləcəklər və o da onlara inanmışdır. Həmin icazəni almaq üçün Fədaya 5000 manat, Namiqə isə 2000 manat pul vermişdir. Həmin pulları da onlara Binə qəsəbəsində vermişdir. Lakin həm Fəda, həm də Namiq sonradan ona heç bir sənəd verə bilməmiş və başa düşmüşdür ki, onlar tərəfindən aldadılmışdır. Adlarını qeyd etdiyi şəxslər onun onlara olan inam və etibarından sui istifadə edərək ona qarşı dələduzluq etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 bildirdi ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamış, psixi və fiziki cəhətdən tam sağlamdır. Bildirir ki, Təqsirləndirilən şəxs Binədən tanıyır, o torpaq alqı-satqısı ilə məşğul olmuşdur. 2018-ci ildə o Binədə yerləşən öz evinə sənəd hazırlamaq istəmiş, bununla bağlı Mahirlə aralarında olan söhbət zamanı Mahir ona ona demişdir ki, o ona sənəd tapa bilər. O da Mahirlə razılaşmışdır. Razılaşmaları isə belə olmuşdur ki, Mahir 1100 manata onun yaşadığı evə sənəd hazırlayacaq. Bu məqsədlə o Mahirə Binədə 1100 manat pul vermişdir. Bundan sonra o Mahirdən aldığı sənədlə bağlı dəfələrlə Əmlak Xidmətinə müraciət etmiş, orada ona məlumat vermişlər ki, sənədin arxivinin olub-olmaması ilə bağlı dövlət arxivinə müraciət etməlisən. Lakin o dövlət arxivinə müraciət edə bilməmiş və sonda Mahirdən verdiyi pulu tələb etməyə başlamışdır. Lakin hər dəfə o müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən yayınmışdır. 2019-cu il fevral ayının ortalarında Mahir onu Binədə yerləşən kafelərdən birinə dəvət etmiş və orada ona bildirmişdir ki, sənədi ona versin və o da onun pulunu qaytarsın. O isə Mahirə demişdir ki, onun pulunu qaytarsın sonra sənədi verər. Bir neçə gün sonra Mahir ona Binədə yerləşən ət dükanında 500 manat pul qaytarmış, təxminən 1 ay sonra yəni, 2019-cu il mart ayının ortalarında Mahir ona 600 manat məbləğində pulu da qaytarmış və həmin gün Mahirin gətirdiyi X12 onda olan sənədlə bağlı etibarnamə vermişdir. Mahirin həmin torpaq sahəsini sonradan Balaxana hansı məbləğə satmasını isə bilmir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Lerik rayonunda doğulmuş Əhmədov X27 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Suraxanı RPİ-nin İŞ tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 320.1.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, ********* saylı saylı cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Xəzər RPİ-nin İŞ tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, ********* saylı saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 4(003)-550/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 02 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin 26 yanvar 2023cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində hazırkı cinayət işi üzrə həbs müddətinin uzadılmasından imtina edilmiş və Xəzər Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli azadlıqdan məhrum etmə cəzası nəzərə alınmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 306.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən M.Cəbiyevə təyin edilmiş cəzalar qismən toplanmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 69.3-cü maddəinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs AR CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 3-13-54/2-1088/23 saylı məktubdan görünür ki, 2020ci il tarixdə ********* saylı cinayət işi məhkəməyə göndərilməmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X16 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X16 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla, təkrarən törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-484/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-484/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver