Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-484/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşışına çatmayan uşağı olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-373/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 04 ay çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,224 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsinə kimi daşımış, o, 27 iyun 2025-cü il tarixdə saat 15:50-də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən inzibati ərazidə baş verən oğurluq hadisələri ilə bağlı şübhəli şəxs kimi saxlanılaraq, həmin Şöbənin binasına gətirildikdən sonra 27 iyun 2025-ci il tarixdə saat 16:10-da Xəzər RPİnin 1-ci X7 Hissəsinə təhvil verildikdən sonra həmin otaqda üzərində olan əşyalara baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin ağ rəngli kağızı bükümündə təmiz çəkisi 0,035 qram və 01 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 0,189 qram olmaqla ümumi təmiz çəkisi 0,224 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə xeyli miqdarda heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən uzun müddətdir ki, istifadə edir, evlidir, 1 yetkinlik yaşına çatmış övladı var, heç bir yerdə işləmir. 27 iyun 2025-ci il tarixdə səhər saatlarında əvvəllər də bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı, anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxslə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində görüşərək şəxsi istifadəsi üçün 2 ədəd bükümdə “kakos” adlanan narkotik vasitə almışdır. Həmin narkotik vasitədən 1 ədədi siqaretin ağ rəngli kağızı bükümündə olmuş, digəri isə şəffaf rəngli sellofana bükülmüşdü. Xəzər rayonu, Türkan qəsəbəsinə çatdıqda kağız bükümdə olan narkotik vasitə heroinin bir qismini istifadə etdikdən sonra bükümləri əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamışdır. 27 iyun 2025-ci il tarixdə saat 15:30 ilə 16:00 arasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, Türkan qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə bağlı şübhəli olmağını deyib, özünü təqdim etməyini istədikdə üzərində narkotik vasitə olduğundan onların suallarına natamam cavablar verdikdə onu Xəzər RPİ-nin 1-ci polis şöbəsinə dəvət etmişdişlər. Etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmiş, şöbənin növbətçi hissəsində videoçəkilişlə üzərinin yoxlanılacağı bildirilmişdir. Yoxlanış zamanı üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulduqda üzərində hər hansı qanunsuz əşya olmamasını demişdir. Polis əməkdaşı tərəfindən üzərinə yoxlanış keçirildikdə əynində olan göy rəngli şalvarın sağ yan cibindən 20 qəpik, üzərindən bir qismini istifadə etdiyim 01 ədəd siqaretin ağ rəngli kağızma bükülmüş büküm, 01 ədəd şəffaf sellofanda olan büküm, sol yan cibindən 4 manat pul əskinasları və alışqan, arxa ciblərindən cib dəsmalıvə ƏDV yığmaq üçün saxladığı ödəniş qəbzləri aşkar edilərək götürülmüşdür. Polis əməkdaşının sualına cavab olaraq həmin bükümlərdə narkotik vasitə olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş əşyalarla bağlı akt tərtib olunduqdan sonra ona müdafiəçi dəvət edilmiş, hüquq vəzifələri izah olunmuş, daha sonra yenidən xidməti otaqlardan birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bir daha təsdiq etmişdir. Daha sonra üzərində axtarış aparılsa da hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xəzər RPİnin 1-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. xx.xx.2025-ci il tarixdə saat 15:50-da Bakı şəhəri. Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində əməliyyat müvəkkili polis leytenantı Rüstəmli Valeh Qubaşah oğlu ilə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin ərazidə baş verən oğurluq hadisələri ilə bağlı ona yaxınlaşıb, özlərini təqdim edib, anket məlumatları barədə müəyyən suallar vermişdir. Anket məlumatlarını verilmiş suallar əsasında bildikləri xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs özünü qeyri- adekvat apardığı üçün və verilən suallara natamam cavab verdiyinə görə profilaktiki söhbət aparmaq və ətrafında əməliyyat tədbirləri keçirilməsi məqsədilə tərəflərindən Xəzər RPİ-nin 1-ci polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs tərtib olunmuş raportla növbətçi hissəyə təhvil verilmişdir. Xəzər RPİ-nin 1-ci polis şöbəsinin məsul növbətçisi polis baş leytenantı Yusif Yusifzadə oğurluqda şübhəli şəxs kimi gətirdikləri, Təqsirləndirilən şəxs əşyalarına baxış keçirən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ rəngli kağızma bükülmüş və 01 ədəd şəffaf rəngli kağıza bükülmüş bükülü aşkar edilmişdir. O, həmin bükülüdə narkotik vasitə olan twkakos” yəni heroin olduğunu bildirmişdir. Bundan sonra növbətçi Yüsif Yüsibzadə tərəfindən akt yazılmış və raport tərtib edilmiş, Təqsirləndirilən şəxs təhqiqat şöbəsinə təhvil verilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb etməyən 1 ədəd 20 qəpik, 01 ədəd alışqan, 4 manat pul, 01 ədəd dəsmal aşkar edilmişdir. Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı Şahin Mustafayev dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmiş, qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinən çıxan narkotik vasitəni şəxsi istifadəsi üçün Suraxanı rayonundan 20 manata aldığını bildirmişdir. Onun hər hansı oğurluq hadisəsini törətməsində əsaslı faktlar və sübutlar müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Rüstəmli Valeh Qubaşah oğlu, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq edilmiş məsul növbətçisi polis baş leytenantı X3 və növbətçi köməkçisi polis baş serjantı Şahid4, Xəzər RPİ-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. 27 iyun 2025-ci il tarixli “Şəxsi əşyalara baxışın keçirilməsi haqqında akt”ın məzmunundan görünür ki, həmin tarixdə Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən həmin şöbənin növbətçi hissə otağında şübhəli şəxs qismində şöbəyə gətirilmiş Təqsirləndirilən şəxs əşyalarına baxış zamanı Təqsirləndirilən şəxs ənindəki göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin ağ rəngli kağızma və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, narkotik vasitəyə bənzər kütlələr, sağ yan cibindən 01 ədəd 20 qəpik, sol yan cibindən 01 ədəd qara rəngli alışqan və 4 manat pul, arxa sol cibindən ödəniş qəbzləri və arxa sağ cibindən 01 ədəd əl dəsmalı aşkar edilərək götürülmüşdür. 27 iyun 2025-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50 də Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən inzibati ərazidə baş vermiş oğurluq hadisələrinə şübhəli kimi saxlanılıb. Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirilib, Xəzər RPİ-nin 1-ci X7 hissəsində əşyalarına baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş və 01 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 27 iyun 2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞdə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və predmet aşkar edilməmiş, ilkin araşdırma zamanı aşkar edilmiş bükümə baxış keçirildikdə Təqsirləndirilən şəxs həmin bükümdə olanın “kakos” adlanan maddə olmasını bildirərək, şəxsi istifadəsi üçün əldə etməsini qeyd etmişdir. Növbətçi hissədə olan və İstintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2025- ci il tarixli 6/2323 nömrəli ekpert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddi sübut...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 02 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qram, 0,189 qram olmaqla ümumi təmiz çəkiləri 0,224 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd bükümdə təmiz çəkisi 0,224 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,114 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4029 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika NM-də (F*2)diaqnozu ilə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verildikdən sonra üstünün yoxlanılması və əşyanın götürülməsinin və Xəzər RPİ-nin 1-ci PŞ-də üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı 27 iyun 2025-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ- nin əməkdaşları tərəfindən oğurluqda şübhəli kimi saxlanılması, növbətçi hissədə əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ kağızında 01 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, həmin tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması zamanı aşkar edilmiş bükümə yenidən baxış keçirilməsi, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümdə olan maddənin “kakos” adlanan maddə olmasını bildirərək həmin maddəni şəxsi istifadəsi üçün 20 manat qarşılığında əldə etməsini deməsi, aşkar edilmiş həmin kütlənin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması və əşyanın götürülməsinin, Xəzər RPİ-nin 1-ci PŞ-də üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü bir ədəd CD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməklə istintaq materiallarına əlavə edilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun 29 iyun 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamış, həmin tarixdə Təqsirləndirilən şəxs bərəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-373/2023 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 04 ay çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə heroini əldə edib saxlaması və daşıması özünün səmimi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və törətdiyi əmlindən peşman olması, CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin residividir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 13 oktyabr 2025-ci il tarixdən hesablanmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,124 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd CD-R formatlı diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 13 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,124 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD-R formatlı diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 77 (yetmiş yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(003)-484/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-484/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver