Məhkəmə qərarları › İş №1(003)-486/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-486/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-486/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Mirzağa oğlunun və Zərərçəkmiş şəxs1 Mirzağa oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində özünə məxsus «Audi» markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs2 Mirzağa oğlu idarə etdiyi «Opel Astra» markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobillə ehtiyyatsızlıqdan ona məxsus avtomobili arxa tərəfdən vurub yol-nəqliyyat hadisəsi törətməsi bəhanəsi ilə onunla mübahisə edərək ətrafda insanların çox olduğu vaxtda aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq söyüşlər söyməklə, heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi daş parçası ilə Zərərçəkmiş şəxs2 Mirzağa oğluna məxsus «Opel Astra» markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini qəsdən vuraraq sındırmaqla, həmçinin avtomobilin arxa bamperini təpiklə bir dəfə qəsdən vuraraq əzməklə, həmin yerdə hərəkətdə olan avtomobillərin hərəkətinə mane olaraq təxminən 2-3 dəqiqə ərzində tıxac yaranmasına səbəb olmaqla, daha sonra cinayət əməlini davam etdirərək həmin gün təxminən saat 21 radələrində qeyd olunan yolnəqliyyat hadisəsi ilə əlaqədar sığorta şirkətinin əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 Mirzağa oğlunun qardaşı Zərərçəkmiş şəxs1 Mirzağa oğluna məxsus «Toyota Corolla» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünü heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi taxta dəyənəklə qəsdən vurub sındırmaqla, Zərərçəkmiş şəxs2 Mirzağa oğluna 300 manat, Zərərçəkmiş şəxs1 Mirzağa oğluna isə 250 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30 may 2022-ci il tarixdə təxminən saat 18 radələrində özünə məxsus «Audi» markalı, **-BX- ***dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Binə qəsəbəsi Südçülük sovxozu istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt avtomobili dostu Baqdan Lazarenko idarə etmişdir. Dönmək istəyərkən arxa tərəfdən hərəkətdə olan «Opel» markalı avtomobil ona məxsus avtomobili arxa tərəfdən vurmuşdur. O, «Opel» markalı avtomobilin sürücüsündən onun avtomobili təmir etməsini tələb etmiş, həmin sürücü isə avtomobili təmir etdirməyəcəyini bildirərək onu nalayiq söyüşlərlə onu təhqir etmişdir. O, da əsəbləşərək daş parçası ilə «Opel» markalı avtomobilin arxa şüşəsini vuraraq sındırmış, bir dəfə də, təpiklə avtomobilin arxa bamperinə vurmuşdur. Həmin şəxs DİN-nin 102 xidmətinə hadisə barədə məlumat verdiyindən onlar 3-cü Polis şöbəsinə gedərək hadisə barədə izahat vermişlər. Həmin gün saat 21 radələrində onların dəvəti ilə «Xalq» sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin vaxt «Opel» markalı avtomobilin sürücüsü onun yanından keçərkən ondan avtomobili nə vaxt təmir etdirəcəyini soruşmuş, həmin şəxs isə onu təhqir etmişdir. O, avtomobilində olan taxta parçasını götürüb həmin şəxslərin əyləşdiyi avtomobilə bir dəfə zərbə vurmuşdur. O, taxtanı yolun kənarına tullamış və dostu Baqdanla birlikdə çıxıb getmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, bir daha cinayət törətməyəcəyini bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri törətdiyi cinayət əməlində özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs2 Mirzağa oğlu ifadəsində göstərdi ki, 30 may 2022-ci il tarixdə, saat 18 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində idarə etdiyi «Opel Astra» markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olmuşdur. Yolun sağ tərəfində dayanan «Audi» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil ani olaraq yolun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi avtomobilin qarşısında geriyə dönmək istədiyindən həmin avtomobilin arxa hissəsindən vurmuşdur. «Audi» markalı avtomobildən düşən sonradan adını bildiyi Nigar adlı qadın onunla mübahisə edərək heç bir səbəb olmadan daş parçası ilə onun avtomobilinin arxa şüşəsini sındırmış və təpiklə avtomobilin arxa bamperini vuraraq əzmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və 3-cü Polis şöbəsinə getmişdir. Həmin gün saat 21 radələrində sığorta şirkətindən zəng edərək onu yol-nəqliyyat hadisəsi baş verən yerə dəvət etmişlər. O, qardaşı Zərərçəkmiş şəxs1 Mirzağa oğlu ilə birlikdə Nihadın idarə etdiyi “Toyota Corolla” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobili ilə həmin yerə getmişlər. Nigar adlı qadın da, orada olmuş və onları nalayiq ifadələrlə təhqir edərək “Audi” markalı avtomobilindən götürdüyü taxta dəyənəklə Nihada məxsus “Toyota Corolla” markalı,**-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünü vurub sındırmışdır. Bundan sonra qardaşı Nihad DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və onlar yenidən 3-cü Polis şöbəsinə getmişlər. Baş vermiş hadisə nəticəsində ona 300 manat, qardaşı Zərərçəkmiş şəxs1 isə 250 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 Mirzağa oğlu ifadəsində göstərdi ki, 30 may 2022ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs2 Mirzağa oğlunun evində qonaq olarkən qardaşı Əli yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta şirkətinin əməkdaşları ilə görüşmək lazım olduğunu bildirdiyi üçün saat 21 radələrində özünə məxsus “Toyota Corolla” markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobillə qardaşı ilə birlikdə Binə qəsəbəsi, Ə.İsazadə küçəsinə getmişlər. Həmin yerdə “Audi” markalı avtomobildə Nigar adlı qadın və yanında 2 nəfər şəxs olmuşdur. Nigar adlı qadın onlarla münaqişə yaradaraq onları təhqir etmiş və “Audi” markalı avtomobildən taxta dəyənək götürərək onları vurmaq istəmişdir. Onlar avtomobilə əyləşib ordan getmək istəyərkən Nigar taxta dəyənəklə ona məxsus avtomobilin sağ yan güzgüsünü vurub sındırmışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və 3-cü Polis şöbəsinə getmişlər. Hadisə nəticəsində ona məxsus avtomobilə 250 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş diskdən görünür ki, «həmin diskdə 03 ədəd video görüntü vardır. Birinci video görüntüdə 30 may 2022-ci il tarixdə, saat 17:52-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Zərərçəkmiş şəxs2 Mirzağa oğlunun idarə etdiyi «Opel Astra» markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs məxsus «Audi» markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobillə arxadan toqquşması əks olunmuşdur. Video görüntü 01 dəq 39 saniyə davam edir. İkinci video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan qərəzli hərəkətlər edib həmin şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 Mirzağa oğluna məxsus «Opel Astra» markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin arxa bamperini təpiklə vurmuş və daş parçası ilə arxa şüşəsini qəsdən vuraraq sındırmışdır. Həmin video görüntü 01 dəq 39 saniyə davam edir. Üçüncü video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Mirzağa oğluna məxsus «Toyota Corolla» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünü taxta dəyənəklə qəsdən vuraraq sındırmışdır. Sonuncu video görüntü 04 saniyə davam edir». İş materiallarında olan Zərərçəkmiş şəxs2 Mirzağa oğlunun Xəzər RPİ-nin İstintaq şöbəsinə ünvanladığı 25 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, 30 may 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Təqsirləndirilən şəxs daş parçası ilə ona məxsus «Opel Astra» markalı, **-DR- *** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsini sındırmış, həmçinin avtomobilin arxa bamperini təpiklə vuraraq əzmişdir. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Mirzağa oğlunun Xəzər RPİ-nin İstintaq şöbəsinə ünvanladığı 25 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, 30 may 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Təqsirləndirilən şəxs ilə yaranmış münaqişə zamanı sonuncu taxta dəyənəklə ona məxsus «Toyoto Corolla» markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan güzgüsünü sındırmışdır. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsüf olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, məhkəmə istintaq zamanı 05 (beş) saat olmaqla ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya idarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar