Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-487/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə ermənistan SSR-in Yerevan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2də yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-487/2023 saylı 20 iyul 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 19 avqust 2023-cü il tarixdə ölmüş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,671 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2023-cü il tarixdə saat 15:15-də Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi M.Hüseynzadə küçəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngil kağıza bükülmüş içərisində təmiz çəkisi 0,671 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə baxışının 06 iyul 2023-cü il tarixli iclasında iştirak etmiş və təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin alaraq yaşadığı Şağan qəsəbəsinə gəlmişdir. Həmin gün saat 15:00 radələrində Şağan qəsəbəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər polis əməkdaşı yaxınlaşaraq onu narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün saxlayaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Saxlanılarkən və Polis Şöbəsində olarkən ona heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışının 06 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1lə birlikdə onu 07 fevral 2023-cü il tarixdə saat 11:00-da Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, Şahid1 iştirakının təmin olunması məqsədi ilə məhkəmə iclası 20 iyul 2023-cü il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyinə görə məhkəmənin 1(003)-487/2023 saylı 20 iyul 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 25 avqust 2023-cü il tarixli 3-13-45-1/2-1176/2023 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək axtarılan, xx xxxxxx 1980-ci il təvəllüdlü, ailəli, barəsində RPİ-nin CAŞ-si tərəfindən 17 avqust 2023-cü il tarixdə 02010/23 saylı axtarış işi açılmış vətəndaş Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə vəfat etmişdir, bu səbəbdən də barəsində açılmış axtarış işi xitam edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli 130 saylı Arayışdan görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü mərhum Təqsirləndirilən şəxs meyiti 19 avqust 2023-cü il tarixdə məhkəmə-tibb müayinəsindən keçirilmiş və dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 487/2023 saylı 12 sentyabr 2023-cü il tarixli Qərarı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan mərhum Təqsirləndirilən şəxs həyat yoldaşı X3 1(003)-487/2023 saylı 04 sentyabr 2023-cü il tarixli və 1(003)-487/2023 saylı 25 sentyabr 2023-cü il tarixli məktublar göndərilərək Azərbaycan Respublikası CPM-nin 106.1-ci maddəsinə əsasən 19 avqust 2023-cü il tarixdə vəfat etmiş mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə məlumat verməsi xahiş edilmiş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə başlanılmış cinayət işi üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayan mərhum Təqsirləndirilən şəxs ailə üzvlərinə 1(003)-487/2023 saylı 04 sentyabr 2023-cü il tarixli və 1(003)-487/2023 saylı 25 sentyabr 2023-cü il tarixli məktublar göndərilərək Azərbaycan Respublikası CPM-nin 106.1-ci maddəsinə əsasən 19 avqust 2023-cü il tarixdə vəfat etmiş mərhum Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə məhkəməyə məlumat vermələri xahiş edilmiş, eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə başlanılmış cinayət işi üzrə icraata xitam verilir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorluğu tərəfindən Xəzər Rayon Məhkəməsinə ünvanlanmış C-431/23 saylı 24 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə ölməsi faktı əsasında rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Heydər Həsənov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Heydər Həsənov tərəfindən qəbul edilmiş 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə ölməsi faktı əsasında araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən aparılmış məhkəmə-tibbi ekspertizasının 19 avqust 2023cü il tarixli 130 saylı rəyindən göünür ki, Təqsirləndirilən şəxs ölümünə səbəb tiryək qrupuna aid olan alkoloid narkotik maddə ilə kəskin zəhərlənmə olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 fevral 2023-cü il tarixli, 6/747 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №157” möhür əksi, imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 0,671 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,671 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,621 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 may 2023-cü il tarixli, 2666 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,671 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,621 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 dekabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarı ilə cəzası 4 (dörd) ilə endirilmiş, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 21 dekabr 2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmənin 07 dekabr 2023-cü il tarixli iclasında təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət təqibinə və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət təqibinə və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi məqsədə uyğundur. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,621 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,621 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-487/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-487/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver