Məhkəmə qərarları › İş №1(003)-487/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-487/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-487/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 03 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Ş/DRESS qəsəbəsi, Bağlar massivindəki adsız küçəyə kimi daşımış, həmin gün orada saat 19:45-də piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən “Mayak” bağlar masssivi ərazisində törədilmiş oğurluq hadisəsi nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparılmış, saat 20:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin növbətçi hissəsinə təhvil verildiyi vaxt həmin otaqda polis əməkdaşları tərəfindən üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,207 qram olan qustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Bu səbəbdəndə narkotikə olan tələbatını ödəmək üçün xx.xx.2025-ci il tarixində, axşam saatlarında Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı, lakin, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində “Şüşə” alaraq üzərində saxlayıb gəzdiribdir. xx.xx.2025-ci il tarixində axşam saatlarında Şimal DRESS qəsəbəsi, “Bağlar” massivi ərazisində iki nəfər mülki geyimdə olan polislər ona yaxınlaşaraq video çəkilişdən istifadə edərək ona narkotik vasitələrin və psixotrop maddələrin isifadəsində şübhəli bilindiyini demiş və onu polis şöbəsinə aparmışlar. Polislər sorğu-sual zamanı üzərində qanunsuz hər hansısa bir əşya olub-olmaması barədə soruşaraq varsa təqdim etməyini bildirmişlər. Bu zaman o, əynindəki şalvarın cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmlüş psixotrop maddəni təqdim etmişdir. Xəzər RPİ-nin 1-ci PŞ-də olarkən ona qarşı heç bir psixi və fiziki təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 03 iyun 2025-ci il tarixdə yanında Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid1 olmaqla Xəzər rayonu, Şimal DRESS qəsəbəsi, “Mayak” bağlar massivi ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq şəxsiyyətinin müəyyən edilməsi və sorğu-sualın davam etdirilməsindən ötrü saat Xəzər RPİ-nin 1-ci PŞnə gətirilmişdir. Növbətçi Hissəyə təhvil verilmiş və növbətçi hissədə üzərinə vidoçəkilişlə baxış keçirilən zamanı ondan üzərində hər hansi qanunla qadağan olunmuş əşya və predmet olduğu soruşulanda o, şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Ondan bu maddəni haradan əldə etdiyini soruşduqda, o “şüşə” kimi tanıdığı maddəni Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı lakin adını bilmədiyi şəxsdən, şəxsi istifadəsi üçün 10 manat müqabilində alıb saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm qablaşdırılmış və həmin zərf iştirakçılar tərəfindən imzalanaraq tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 1-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektrou Şahid1 şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər X5 və Şahid4 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər və onların ifadələri elan edilmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi X4 məhkəmə iclasında ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Xəzər RPİ-nin 1-ci PŞnin sahə inspektoru Şahid1 Xəzər rayonu, Şimal DRESS qəsəbəsi, “Mayak” bağlar massivi ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Xəzər rayonu, Şimal DRESS qəsəbəsi, L.Starçuk küçəsi, ev 8, mənzil 4-də qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi hissəyə daxil olduqda fərdi söhbət zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir vastə olub-olmaması sorğu sual edildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bu zaman videoçəkilişlə üzərinə baxış keçirilməsi zərurəti yarandığından Xəzər RPİ-nin 1-ci PŞ-nin növbətçi köməkçisi, polis baş serjantı Şahid4 və digər polis əməkdaşları olmaqla üzərinə baxış keçirilməsinə başlanılmışdır. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predimet varsa təqdim etməsi təklif olunduqda o, sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Bundan sonra nəticəyə dair akt tərtib edilmiş və akt iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra fakta dair raport tərtib olunaraq barəsində qanuni tədbir görülməsi üçün rəisə məruzə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 1-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin növbətçi köməkçisi, polis baş serjantı Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 iyun 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - 03 iyun 2025-ci il tarixli şəxsi əşyalara baxışın keçirilməsi haqqında AKT-dan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi X7, Xəzər RPİ-nin PŞ-nin CA üzrə əməliyyat müəkkili Şahid2, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Şahid1, Xəzər RPİnin 1-ci PŞ-nin növbətçi köməkçisi Şahid4 və Xəzər rayonu, Şimal DRESS qəsəbəsi, L.Starçuk küçəsi, ev 8, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan vətəndaş Təqsirləndirilən şəxs həmin aktı tərtib etmişlər ondan ötəri ki, yuxarıda adları qeyd olunmuş Xəzər RPİ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Şimal DRESS qəsəbəsi, “Mayak” bağlar massivi ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilinib Şimal DRESS qəsəbəsi, Bağlar massivi ərazisində saxlanılaraq xx.xx.2025- ci il tarixdə saat 20:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-ə gətirilib növbətçi hissəyə təhvil verilmiş, xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qəbul edərkən üzərində olan əşyalarına keçirilmiş baxış zamanı əynindəki açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən “honor” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları növbətçi hissə otağında Təqsirləndirilən şəxs özlərini təqdim edərək ondan özünü təqdim etməsini və üzərində qanunsuz hər hansı əşya və predimet olması sorğu-sual edildikdə Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən bir ədəd mobil telefonu və sağ yan cibindən bir ədəd bükümü təqdim edərək içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddə metamfetamini Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı, lakin, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan büküm polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Sonra həmin büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilir. Təqsirləndirilən şəxs Xəzər RPİnin təhqiqatçısı tərəfindən digər xidməti otaqda müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları tərəfindən onun üzərindən götürülmüş bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş metamfetaminə bənzər maddə təqdim olunur. Təqsirləndirilən şəxs də həmin bükümün ona məxsus olmasını bildirir. Sonra həmin büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalaharaq tərkibinin ekspertiza vastəsilə müəyyən ediləcəyi bildirilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs aşkar olaraq götürülmüş maddi sübut...” və s. əl yazıları, soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,207 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in siyahısına (Siyahı İ) daxildir; - 04 iyun 2025-ci il tarixli diskə baxış keçirilmə haqqında protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Diskin üzərində yazılar yoxdur və ağ rənglidir. Xidməti iş otağımda olan «Dell» markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X9” proqramı vasitəsilə yazılmış MP4 formatında 01 ədəd fayl olması müşahidə olunur. Birinci diskdəki videogörüntüyə baxış zamanı müəyyən olunur ki, polis əməkdaşları növbətçi hissə otağında Təqsirləndirilən şəxs özlərini təqdim edərək ondan özünü təqdim etməsini və üzərində qanunsuz hər hansı əşya və predimet olması sorğu-sual edildikdə Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən bir ədəd mobil telefonu və sağ yan cibindən bir ədəd bükümü təqdim edərək içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddə metamfetamini Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı, lakin, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan büküm polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Sonra həmin büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilir.İkinci diskdəki vodeogörüntüyə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin təhqiqatçısı tərəfindən digər xidməti otaqda müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları tərəfindən onun üzərindən götürülmüş bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş metamfetaminə bənzər maddə təqdim olunur. Təqsirləndirilən şəxs də həmin bükümün ona məxsus olmasını bildirir. Sonra həmin büküm qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalaharaq tərkibinin ekspertiza vastəsilə müəyyən ediləcəyi bildirilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elmir Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmünə əsasən CM-nin 228.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 03 dekabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 4896 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opoıdlərin, kannabinoidlərin və psıxostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdən Bakı şəhəri NM-də ( F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «psixotrop maddə » adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,207 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,157 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,157 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 99 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar