Məhkəmə qərarları › İş №1(003)-488/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-488/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-488/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Naxçıvan MR-sı Naxçıvan şəhəri, H.Əliyev pörospekti ev 10 mənzil 26-da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Həsənağa Şirvani küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçlmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Bİnə qəsəbəsi ərazisində xx.xx.2021-ci il tarixdə 6000 manat pulu alaraq sonuncunun həmin vaxt həbsdə saxlanılan oğlu X2 həbsdən azad etdirəcəyinə dair yalandan vəd verərək verdiyi vədinə əməl etməyərək həmin məbləğdə pulu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxs ilə əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun həyat yoldaşı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Krivetka» restoranında işləmişdir. Həmin vaxt onun həyat yoldaşı həmin restoranda administrator işləmiş, Zərərçəkmiş şəxs isə orada aşbaz işləmişdir. O, Zərərçəkmiş şəxs ilə tanış olan vaxt sonuncu gəlini Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində kirayə yaşamışlar. Zərərçəkmiş şəxs və Şahid1 onların yaşadığı evə gəlib-getmişlər. Zərərçəkmiş şəxs söhbət əsnasında ona demiş ki, onun oğlu narkotiklə tutulub hazırda həbsdədir. Zərərçəkmiş şəxs ona demiş ki, oğlunu həbsdən azad etdirib azadlığın məhdudlaşdılması ilə buraxdırmaq istəyir, bunun üçün adam axtarır və ondan kömək istəmişdir. O, da Zərərçəkmiş şəxs demiş ki, köməklik edər. O, Zərərçəkmiş şəxs demiş ki, tanışları var onların vasitəsilə öyrənib hansı yolla sonuncunun oğluna istədiyi cəzanın verilməsini öyrənib deyəcəkdir. Təxminən 10 gün sonra Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 nömrəli məktəbin yaxınlığında görüşmüşlər, həmin vaxt Zərərçəkmiş şəxs ona oğlu Mirhəsənə aid hökmün surətini vermişdir. O, da Zərərçəkmiş şəxs demiş ki, işin həll olunmasını öyrənib məlumat verəcəkdir. Təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs ona zəng vurub işin nə yerdə olmasını soruşmuş, o, da sonuncuya demiş ki, oğlu Mirhəsənin buraxılması üçün 6000 manat pul tələb olunur. Zərərçəkmiş şəxs ona etdiyi təkliflə razılaşmış və pulu hazır edən kimi onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 4-5 gün sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq demiş ki, pul hazırdır və onlar razılaşmışlar ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 nömrəli məktəbin yaxınlığında görüşsünlər. Təxminən 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 nömrəli məktəbin yaxınlığında görüşmüşlər və sonuncu ilə onun idarə etdiyi qırmızı rəngli «Opel Astra» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda söhbət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona 6000 manat pul vermişdir. Bir neçə gün sonra o, Zərərçəkmiş şəxs demiş ki, ona borca 700 manat pul lazımdır. Zərərçəkmiş şəxs ona demiş ki, özündə pul yoxdur, maraqlanıb ona deyəcəkdir. Səhərisi gün Zərərçəkmiş şəxs ona zəng vuraraq demiş ki, onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 nömrəli məktəbin yaxınlığından götürüb «Gənclik» metro stansiyasının yaxınlığına aparsın. O, da Təranə Bəkrovanı dediyi yerə aparmış, həmin vaxt sonuncu ona 700 manat pul vermişdir. Təxminən 20 gün sonra Zərərçəkmiş şəxs 500 manat pul qaytarmış, 200 manatı isə sonuncu ona avtomobilə benzin vurmaq üçün verdiyini demişdir. 2021-ci ilin dekabr ayının əvəllərində ona borca pul lazım olduğu üçün Zərərçəkmiş şəxs 1000 manat borca pul istəmiş, sonuncu da ona həmin məbləğdə pulu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 nömrəli məktəbin yaxınlığında vermişdir. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng vuraraq demiş ki, oğlunun işini düzəltmək lazım deyil və ona verdikləri pullarını tələb etmişdir. Zərərçəkmiş şəxs ilə bərabər ona Təranənin gəlini Şahid1 zəng vurmuşdur. O, Zərərçəkmiş şəxs demiş ki, pula ehtiyacı var. Ondan aldığı 7000 manat pulu hissə-hisə yəni ayda 500 manat ödəməklə qaytara bilərmi, Zərərçəkmiş şəxs da onunla razılaşıb demiş ki, razıdır lakin heç kim bu barədə bilməsin. Təxminən 2022-ci ilin may ayında eşitmiş ki, Zərərçəkmiş şəxs ondan şikayət edib ki, o, onu aldadaraq 7700 manat pulunu ələ keçirmişdir. Hazırda Zərərçəkmiş şəxs olan borcundan 500 manatını qaytarmışdır. Ailədə işləyən tək odur, himayəsində 4 yaşında az yaşlı qızı var. Bundan başqa onunla birlikdə 2-ci qrup ürək xəstəliyindən əziyyət çəkən anasıda yaşayır, sonuncuya da o, baxır. Zərərçəkmiş şəxs aldığı pulları qısa müddət ərzində qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, X4 onun doğma oğludur. xx.xx.2021-ci ildə oğlu X5 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlu tutulandan sonra onlar adam axtarmışlar ki, oğlunun cəzasını azaltdıraraq azadlığa buraxdırsınlar. Təxminən 2021-ci ilin iyul ayında o, gəlini Şahid1 ilə birlikdə onunla bir yerdə işləyən Roza ləqəbli Hamayıl adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evinə qonaq getmişlər. Hamayıl onları qarşılayıb qonaqlıq vermiş, söhbət əsnasında o, Zərərçəkmiş şəxs danışmış ki, başına iş gəlib oğlunu narkotiklə tutublar. Həmayılda təəsüflərənək demiş ki, onun da əri Rəşad bir neçə il bundan öncə dələduzluqla tutulmuşdur, ərinə şər atmışlar, əri hamını tanıyır. Bundan sonra Hamayıl öz ərinə zəng vuraraq evə çağırmışdır. Bir neçə saat sonra Rəşad yaşadıqları evə gəlmiş onlarda Rəşada olanları danışmışlar və bildirmişlər ki, apelliyasiya məhkəməsinə şikayət etmişlər. Rəşad işin tam təfərrüatını öyrəndikdən sonra demiş ki, onlara köməklik edə bilər. Lakin apelliyasiya məhkəməsinin qərarı lazımdır ki, işin mahiyətini bilsin. Həmin vaxt onlar razılaşmışlar ki, qərarı sabah Rəşada versinlər. Bundan sonra o, apelliyasiya qərarını məhkəmədən götürdükdən sonra Rəşada zəng vuraraq demiş ki, qərar ondadır. Bundan sonra Rəşad onların kirayə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evə gəlmişdir. Həmin vaxt evdə o və gəlini olmuşdur. O, qərarı gəlini Türkanın yanında Rəşada vermiş, sonuncuda qərarı oxuduqdan sonra demiş ki, onların işini kim düzəldəcəksə o, qərarı onlara verəcəkdir. Həmin gün axşam saatlarında Rəşad ona telefonla zəng vuraraq demiş ki, telefon söhbəti deyil iş alınır, sabah günorta vaxtı onlara gəlib hansı məbləğə işin düzəlməsini deyəcəkdir. Səhərisi gün günorta saatlarında Rəşad arvadı Hamayılla birlikdə onların yaşadıqları evə gəlmişlər. Rəşad onlara demiş ki, Mirhəsənin buraxılması yalnız məhkəmə yolu ilə həl edilə bilər, çünki Mirhəsənin residivi var. Mirhəsənin 1 aya buraxılması üçün 7000 manat pul tələb olunur. Onlarda Rəşada demişlər ki, çox məbləğdir aşağı eləsin, Rəşad da onlarla 6700 manata razılaşmış, o da Rəşada demiş ki, sabah pulu hazırlayacaqdır. Səhərisi gün yəni xx.xx.2021-ci il tarixdə Rəşad onlara gəlmiş, həmin vaxt evdə o və gəlini olmuşdur. O, gəlininə demişdir ki, get dolabdan pulu gətir, gəlinidə 6700 manat pulu sayıb ona vermiş, o, da gəlininin yanında 6000 manat pulu Rəşada vermişdir. Rəşad da həmin vaxt onlara söz vermiş ki, 1 ay ərzində oğlunu həbsdən azad edəcəklər. Təxminən 6 gün sonra Rəşad onlara ali məhkəməyə müraciət etməsi ilə bağlı bir yazının şəkilini göndərmiş, bundan sonra onlar Rəşada əmin olmuşlar ki, o, Mirhəsənin buraxılmasına köməklik göstərəcəkdir. Rəşad dediyi vaxt Mirhəsən buraxılmadığı üçün aralarında narazılıq yaranmış, Rəşad müxtəlif bəhanələr gətirirək Mirhəsənin bugün, sabah buraxılacağına dair yalandan sözlər vermişdir. Təxminən 2021ci ilin dekabr ayında Rəşad ona demiş ki, borca 1000 manat pul lazımdır, 2-3 günə pulu qaytaracaqdır. O, da Rəşada Binə qəsəbəsində 1000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə oğlu Mirhəsən amnistiya qərarı ilə azad olunmuşdur. Rəşad Mirhəsənin buraxılmasına görə heç bir köməklik etmədiyi üçün və onları aldadaraq 7700 manat pulu alaraq bu günə kimi pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, X4 ilə 2019cu ildə ailə həyatı qurmuş, birgə nigahdan 1 övladları dünyaya gəlmişdir. xx.xx.2021-ci ildə əri X5 rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əri tutulandan sonra onlar adam axtarmışlar ki, onun cəzasını azaltdıraraq azadlığa buraxdırsınlar. Təxminən 2021-ilin iyul ayında qaynanası Zərərçəkmiş şəxs ilə bir yerdə işləyən Roza ləqəbli Hamayıl adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evinə qonaq getmişlər. Hamayıl onları qarşılayıb qonaqlıq vermiş, söhbət əsnasında qaynanası Zərərçəkmiş şəxs danışmış ki, başına iş gəlib oğlunu narkotiklə tutublar. Hamayılda təəsüflərənək demiş ki, onun da əri Rəşad bir neçə il bundan öncə dələduzluqla tutulmuşdur, şər atmışlar o, hamını tanıyır. Bundan sonra Hamayıl öz ərinə zəng vuraraq evə çağırmışdır. Bir neçə saat sonra Rəşad yaşadıqları evə gəlmişdir. Onlar da Rəşada olanları danışmış və bildirmişlər ki, apelliyasiya məhkəməsinə şikayət etmişlər. Rəşad işin tam təfərrüatını öyrəndikdən sonra demiş ki, onlara köməklik edə bilər. Lakin apelliyasiya məhkəməsinin qərarı lazımdır ki, işin mahiyətini bilsin. Həmin vaxt onlar razılaşmışlar ki, qərarı sabah Rəşada versinlər. Bundan sonra qaynanası apelliyasiya qərarını məhkəmədən götürdükdən sonra Rəşada zəng vuraraq demiş ki, qərar onlardadır. Bundan sonra Rəşad onların kirayə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən evə gəlmişdir. Həmin vaxt evdə o və qaynanası olmuşdur. Qaynanası qərarı onun yanında Rəşada vermiş, sonuncu da qərarı oxuduqdan sonra demiş ki, onların işini kim düzəldəcəksə qərarı o, ona verəcəkdir. Həmin gün axşam saatlarında Rəşad onun qaynanasına telefonla zəng vuraraq demiş ki, telefon söhbəti deyil iş alınır sabah günorta vaxtı onlara gəlib hansı məbləğə işin düzəlməsini deyəcəkdir. Səhərisi gün günorta saatlarında Rəşad arvadı Hamayılla birlikdə onların yaşadıqları evə gəlmişlər. Rəşad onlara demiş ki, Mirhəsənin buraxılmasını yalnız məhkəmə yolu ilə həl edə bilər, çünki Mirhəsənin residivi var. Mirhəsənin 1 aya buraxılması üçün 7000 manat pul tələb olunur. Onlar Rəşada demişlər ki, çox məbləğdi aşağı eləsin, Rəşad onlarla 6700 manata razılaşmışdır. Qaynanası da Rəşada demiş ki, sabah pulu hazırlayacaqdır. Səhərisi gün yəni xx.xx.2021-ci il tarixdə Rəşad onlara gəlmiş, həmin vaxt evdə o və qaynanası olmuşdur. Qaynanası ona demiş ki, get dolabdan pulu gətir, o, da 6700 manat pulu sayıb qaynanasına vermiş, sonuncuda onun yanında 6700 manat pulu Rəşada vermişdir. Rəşad da həmin vaxt onlara söz vermiş ki, 1 ay ərzində onun ərini həbsdən azad edəcəklər. Təxminən 6 gün sonra Rəşad ona ali məhkəməyə müraciət etməsi ilə bağlı bir yazının şəkilini göndərmiş, bundan sonra onlar Rəşada əmin olmuşlar ki, o, Mirhəsənin buraxılmasına köməklik göstərəcəkdir. Rəşad dediyi vaxt Mirhəsən buraxılmadığı üçün aralarında narazılıq yaranmış, Rəşad müxtəlif bəhanələr gətirirək Mirhəsənin bugün, sabah buraxılacağına dair yalandan sözlər vermişdir. Təxminən 2021-ci ilin dekabr ayında Rəşad Təranəyə demiş ki, ona borca 1000 manat pul lazımdır, 2-3 günə pulu qaytaracaqdır. Qaynanası 1000 manat pulu Rəşada Binə qəsəbəsində vermişdir. xx.xx.2022-ci il tarixdə əri Mirhəsən amnistiya qərarı ilə azad olunmuş, Rəşad Mirhəsənin buraxılmasına görə heç bir köməklik etmədiyi üçün və onları aldadaraq 7700 manat pulu bu günə kimi geri qaytarmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, onu hamı Roza kimi ranıyır, lakin əsl adı Hamayıldır. Zərərçəkmiş şəxs təxminən 4-5 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdə olub, əvəllər düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilə təxminən 10 ilə yaxındır ki, ailə həyatı qurub, birgə nigahdan 4 yaşlı qızları dünyaya gəlib. O, ailəsi birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində öz evində yaşayır. Zərərçəkmiş şəxs gəlini Türkanla birlikdə bir neçə dəfə onun yaşadığı evə qonaq gəlmişdir. Zərərçəkmiş şəxs tanımadığı şəxslər aldadaraq 24000 manat pulunu ələ keçirmişlər. Söhbət əsnasında əri Rəşad evdə olarkən Təranənin danışıqlarını eşitmiş, Təranə ondan kömək istəmiş və Rəşad Təranəni aldadan şəxslərlə söhbət edərək onlardan tələb etmiş ki, Təranənin pulunu qaytarsınlar. Rəşadın səyi nəticəsində Təranənin pulunu həmin şəxslər geri qaytarmışlar. Təranə onun evində heç vaxt oğlunun tutulması barədə söz danışmamış, o, Təranəyə heç vaxt deməmiş ki, onun əri Rəşadın əlaqələri var onun oğlunun həbsdən qurtara bilər. Təxminən bir neçə ay bundan öncə Təranə ona zəng vuraraq demiş ki, ərinin ona borcu var və borcunun qaytarılmasını tələb etmişdir. O, da Rəşaddan nə baş verdiyini soruşmuş, sonuncuda ona bildirmişdir ki, Təranədən ehtiyacı olduğu üçün borca pul almışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Naxçıvan MR-nin, Naxçıvan şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, həmin tarixdə dəAR CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 66.5 və 66.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1950 manat məbləğində cərimə cəzası və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəzası 1950 manat məbləğində cərimə cəzası və 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 66.5-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1600 manat məbləğində cərimə cəzası və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 66.5 və 66.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1600 manat məbləğində cərimə cəzası və 02 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 09 ay 24 gün müddətində çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyandan 500 manat məbləğində pul vəsaitinin ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1600 manat məbləğində cərimə cəzası və 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 1600 manat məbləğində cərimə cəzası və 02 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 09 ay 24 gün müddətində çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. .Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxs cərimə cəzasını xx.xx.2019-cu il tarixdə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar