Məhkəmə qərarları › İş №1(003)-49/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-49/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-49/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Tanrıverdi oğlu ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu 10 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 1 mənzil 46 olan "xxxx" MMC-nin (VÖEN **********) 04 fevral 2020-ci il tarixdən 27 avqust 2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını talama məqsədilə, həmin şirkətlə bağlanmış 04 fevral 2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlak üzərində müəyyən, yəni onları qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla, 05 may 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixədək vahid qəsdlə davamlı olaraq "xxxx" MMC-nin Bakı şəhəri Sabunçu, Nizami, Suraxanı və Xəzər rayonlarında yerləşən “102 Qaraçuxur”, “103 Neftçilər”, “131 Qaraçuxur”, “168 8-ci km”, “207 Zaqulba”, “233 Sabunçu”, “234 Günəşli-3 superstore”, “243 Zabrat-1”, “903 Neapol,”, “508 Araz Cənub”, “111 Binə”, “113 Binə” və “132 Şüvəlan” satış şəbəkələrindən, rəsmi sənəd olan “Malların qaytarılması akt”larına əsasən, o cümlədən 05 may 2020-ci il tarixli 708665 №-li, 05 may 2020-ci il tarixli 168951 №-li, 05 may 2020-ci il tarixli 206418 №-li, 05 may 2021-ci il tarixli 977877 №-li, 13 may 2020-ci il tarixli 143111 №li, 28 may 2020-ci il tarixli 995580 №-li, 28 may 2020-ci il tarixli 237878 №-li, 28 may 2020ci il tarixli 995581 №-li, 02 iyun 2020-ci il tarixli 221669 №-li, 03 iyun 2020-ci il tarixli 109042 №-li, 09 iyun 2020-ci il tarixli 22177 №-li, 09 iyun 2020-ci il tarixli 273578 №-li, 16 iyun 2020-ci il tarixli 273623 №-li, 16 iyun 2020-ci il tarixli 978112 №-li, 17 iyun 2020-ci il tarixli 978123 №-li, 18 iyun 2020-ci il tarixli **********4 №-li, 18 iyun 2020-ci il tarixli 204089 №-li, 25 iyun 2020-ci il tarixli 293813 №-li, 25 iyun 2020-ci il tarixli 24020 №-li, 02 iyul 2020-ci il tarixli 162195 №-li, 11 iyul 2020-ci il tarixli 266081 №-li, 13 iyul 2020-ci il tarixli 235023 №-li, 24 iyul 2020-ci il tarixli 326187 №-li, 28 iyul 2020-ci il tarixli 287355 №-li, 04 avqust 2020-ci il tarixli 277009 №-li aktlar üzrə cəmiyyətə qaytarmaq məqsədi ilətam maddi məsuliyyətinə götürmüş olduğu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat dəyərində “Milady” əmtəə nişanlı dırnaq boyaları, “Komili” əmtəə nişanlı müxtəlif çeşidli maye sabunlar, “İpek” əmtəə nişanlı müxtəlif çeşidli şampunlar və “Elegante” əmtəə nişanlı parfumeriya mallarını cəmiyyətin anbarına təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş "xxxx" MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Tanrıverdi oğlu ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 04 fevral 2020-ci il tarixdə "xxxx" MMC-də satış təmsilçisi kimi işə qəbul olunmuş, 27 avqust 2020-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Cəmiyyət Azərbaycan Respublikası ərazisində kosmetika və parfümeriya mallarının satışını həyata keçirir. O, işə qəbul olunan zaman "xxxx" MMC ilə arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə, “Satış təmsilçisinin vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmış, qarşılıqlı maddi məsuliyyət müəyyən edilmişdir. Onun satış təmsilçisi kimi vəzifəsi Sabunçu, Suraxanı, Xəzər, Nizami rayonları ərazisində yerləşən "xxxx"lərdən sifarişlərin qəbulu olmuşdur. Belə ki, satış təmsilçisi kimi mağazalardan sifariş qəbul edib, bu barədə baş ofisə məlumat verir, onlar da öz növbəsində daşıyıcılar vasitəsi ilə malları həmin mağazalara çatdırırmışlar. Satılan mallara görə ödənilməli olan pullar da mağaza tərəfindən köçürmə vasitəsi ilə MMC-nin kassasına ödənilmişdir. Həmin pulların toplanmasında iştirakı olmamışdır. Bundan başqa, satış təmsilçisi kimi daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malların aktlarını toplayıb anbara təhvil vermək olmuşdur. Malların özünü isə mağazalardan çatdırma xidmətinin əməkdaşları toplayıb anbara təhvil vermişlər. Həmin vaxt iki nüsxədən ibarət akt tərtib olunaraq həm onun, həm də mağaza nümayəndəsi tərəfindən imzalanmışdır. Sonra isə həmin aktı kassaya təhvil vermişdir. Malları isə daşıyıcılar özləri aparıb anbara təhvil verirmişlər. O, MMC-də işlədiyi ilk aylar ərzində fəaliyyətində hər hansı bir çatışmamazlıq olmamışdır. Təxminən 2020-ci ilin iyul-avqust aylarında MMC-dən ona bildirmişlər ki, aparılmış yoxlamalar zamanı geri qaytarılan mallara görə onun 5000 manata yaxın çatışmamazlığı yaranmışdır. O isə bildirmişdir ki, geri qaytarılan mallardan dırnaq boyalarına görə heç bir çatışmamazlığı yoxdur, marketlər özləri malları tam şəkildə geri qaytarmamışdır. Belə ki, satış təmsilçisi kimi işə başlayanda mağaza nümayəndələri ilə görüşür və görüş zamanı onlar ona bildirmişlər ki, MMC-nin mallarını bir şərtlə qəbul edirlər ki, əgər hər hansı bir əskikgəlmə aşkar olunsa, bu kəsiri MMC özü qarşılayacaqdır. Belə ki, mallar əsasən dırnaq boyalarından təşkil olunduğundan, bu boyaların mağazalardan oğurlanması hallarına teztez rast gəlinmişdir. Buna görə də mağaza nümayəndələri oğurluq olduğu halda bunu MMC tərəfindən qarşılanacağını demişdir. MMC-nin rəhbərliyi də onların bu şərtlərinə razılıq vermişdir. Fəaliyyətinin yoxlanması məqsədi ilə keçirilmiş audit yoxlanmasında iştirak etməmiş, audit yoxlamasının keçirilməsi barədə rəsmi məlumat verilsə də, həmin dövrdə xəstələndiyi üçün iştirakı mümkün olmamışdır. Xeyli müddət keçdiyi üçün satış təmsilçisi işlədiyi müddətdə onun sifarişi əsasında anbardan çıxmış malların məbləğini bilmir. Mağazalar malları satışdan geri qaytarmaq istədikdə bu barədə ona məlumat vermiş, bundan sonra onunla mağaza nümayəndəsi arasında təhvil-təslim aparılaraq akt tərtib olunmuş, aktda qaytarılan malların adı, qiyməti və sayı qeyd olunaraq hər ikisinin imzası ilə təsdiqlənmişdir. Bundan sonra o, MMC-nin baş ofisinə məlumat vermiş, onların göndərdiyi daşıyıcılar malları ticarət obyekindən götürüb MMC-nin anbarına qaytarmışlar. Daşıyıcılar özləri də malları ticarət obyektindən təhvil alan zaman akta imza atmış, bundan sonra birlikdə malları anbara təhvil vermişlər. Bu barədə də onunla anbardar arasında “iadə fakturası” adlanan sənəd tərtib olunaraq eyni qaydada hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. 05 may 2020-ci il tarixli 708665, 168951, 206418, 977877 nömrəli, 13 may 2020-ci il tarixli 143111 nömrəli, 28 may 2020-ci il tarixli 995580, 237878, 995581 nömrəli, 02 iyun 2020-ci il tarixli 221669 nömrəli, 03 iyun 2020-ci il tarixli 109042 nömrəli, 09 iyun 2020-ci il tarixli 221777, 272578 nömrəli, 16 iyun 2020-ci il tarixli 273623, 978112 nömrəli, 17 iyun 2020-ci il tarixli 978123 nömrəli, 18 iyun 2020-ci il tarixli **********4, 204089 nömrəli, 25 iyun 2020-ci il tarixli 293813, 204020 nömrəli, 02 iyul 2020-ci il tarixli 162195 nömrəli, 11 iyul 2020-ci il tarixli 266081 nömrəli, 13 iyul 2020-ci il tarixli 235023 nömrəli, 24 iyul 2020-ci il tarixli 326187 nömrəli, 28 iyul 2020-ci il tarixli 287355 nömrəli və 04 iyun 2020-ci il tarixli 277009 nömrəli “Malların qaytarılması” aktları ilə tanış olmuşdur, həmin aktlardan 16 iyun 2020-ci il tarixli 273623 nömrəli və 25 iyun 2020-ci il tarixli 204020 nömrəli aktlardan başqa, digərlərində adının qarşısında olan imza özünə məxsusdur. Akta imza atmağına baxmayaraq, ticarət obyektləri tərəfindən bəzi malları təhvil almamışdır. O, yalnız 17 iyun 2020-ci il tarixli 978123 nömrəli, 18 iyun 2020-ci il tarixli **********4 nömrəli, 25 iyun 2020-ci il tarixli 293813, 204020 nömrəli aktlarda qeyd olunan sayda və məbləğdə "xxxx" şampunlarını ticarət obyektlərindən təhvil alıb MMC-nin anbarına qaytarmamışdır. Digər aktlarda qeyd olunan dırnaq boyaları isə yuxarıda da qeyd etdiyi kimi, marketlərdə baş vermiş oğurluqlar səbəbindən ona təhvil verilməmiş, sadəcə əvvəlcədən bununla bağlı aralarında olan razılıq səbəbindən malları iadələrinə qəbul etmişlər. O, bu barədə MMC rəhbərliyini şifahi şəkildə məlumatlandırmışdır. 16 iyun 2020-ci il tarixli 273623 nömrəli aktda “təhvil aldı” qrafasında imzası olmadığı üçün çox güman ki, həmin malları ticarət obyektindən təhvil almamışdır. 25 iyun 2020-ci il tarixli 204020 nömrəli aktda qeyd olunan 480 ədəd “İpək saç krem və şampunlarını” şəxsən özü sayıb ticarət obyektindən təhvil almış, ola bilsin ki, təsadüf nəticəsində həmin aktı imzalamamışdır. Aktda “təhvil aldım” qrafasında qeyd olunan “Nazim” adlı şəxs yəqin ki, ticarət obyektinin işçisi olmuş, səhvən onun yerinə Nazimin adı qeyd olunmuşdur. Lakin “Nazim” adı qarşısında olan imza özünə məxsusdur, malları sayıb təhvil aldıqdan sonra imzalamışdır. O, işlədiyi ticarət obyektlərindən dırnaq boyalarını təhvil almamış, yalnız "xxxx" şampun və kremlərini təhvil alıb anbara geri qaytarmamışdır. Onun şirkətə yalnız 17 iyun 2020-ci il tarixli 978123 nömrəli, 18 iyun 2020-ci il tarixli **********4 nömrəli, 25 iyun 2020-ci il tarixli 293813, 204020 nömrəli aktlar əsasında ticarət obyektlərindən təhvil aldığı ümumilikdə 3284.40 manat dəyərində mala görə borcu var. Hətta bu barədə MMC rəhbərliyinin adına ərizədə yazmışdır. Qeyd olunan çatışmazlığın yarandığı vaxtdan xeyli müddət keçdiyi üçün bu barədə dəqiq bir söz deyə bilmir. Amma dəqiq yadındadır ki, dırnaq boyalarının heç birini təhvil almamışdır. Onun satışdan geri qaytarma aktlarını özündə saxlamaqda heç bir məqsədi olmamış, sadəcə, işlərinin çoxluğu ilə əlaqədar səhlənkar davranmağı səbəbindən anbara təhvil verməyi unutmuşdur. 3284.40 manat dəyərində malı isə pula ehtiyacı olduğu üçün başqa dükanlara satıb əldə etdiyi gəliri şəxsi ehtiyaclarına sərf etmişdir. Fikirləşmişdir ki, həmin çatışmazlığı gələcəkdə alacağı əmək haqlarından ödəyər. İlk dəfə törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş hüquqi şəxsə şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bundan başqa, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1351,40 (bir min üç yüz əlli bir, qırx) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Cəmiyyət Azərbaycan Respublikası ərazisində kosmetika və parfümeriya mallarının satışını həyata keçirir. MMCnin məhsullarının satışı ilə satış təmsilçiləri məşğul olur. Təqsirləndirilən şəxs MMC-də satış təmsilçisi işləmişdir. Belə ki, o, 04 fevral 2020-ci il tarixdə ərizə ilə müraciət edərək "xxxx" MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilməsini xahiş etmiş və elə həmin tarixli 03-k/ 20 nömrəli əmrilə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs “Satış təmsilçisinin vəzifə borcları” haqqında vəzifə təlimatı ilə tanış edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi siyahıya uyğun olaraq, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 04 fevral 2020-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmışdır. Həmin müqavilədə və "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinin 1-ci hissəsinin “a, b və v” bəndlərində tərəflərin qarşılıqlı maddi məsuliyyəti müəyyən edilmişdir. Şirkət rəhbərinin 27 avqust 2020-ci il tarixli 26-A/2020 nömrəli əmri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 iyul 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi kimi fəaliyyət göstərdiyi müddət ərzində Sabunçu, Nizami, Suraxanı və Xəzər rayonları ərazisində yerləşən "xxxx"-lərlə işləmiş, yəni mağazalardan götürdüyü sifarişləri elektron qaydada şirkətə bildirmiş, şirkət isə öz növbəsində verilən sifariş əsasında malları daşıyıcılar vasitəsi ilə sifarişi vermiş mağazaya göndərmişdir. Mallar təhvil verilən zaman mağaza nümayəndəsi ilə mal daşıyıcısı arasında təhvil-təslim aktı tərtib olunaraq hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs özü də satış təmsilçisi kimi həmin təhviltəslimdə iştirak edə bilmişdir. Onun vəzifəsi sifariş götürməkdən, habelə satışdan geri qaytarılan malları ticarət obyektlərindən akt əsasında təhvil alıb şirkətin anbarına vermək olmuşdur. Satışdan geri qaytarılan malları toplayan zaman malları geri qaytaran mağaza nümayəndəsi ilə satış təmsilçisi kimi Təqsirləndirilən şəxs arasında malların geri qaytarılmasına dair iki nüsxədən ibarət akt tərtib olunmuş, hər iki tərəf onu imzası ilə təsdiq etmişdir. Sonra isə həmin aktı mallarla birlikdə anbara təhvil vermişdir. Onun malların satışından pulları toplamaq kimi səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs MMC-də işlədiyi ilk aylar ərzində fəaliyyətində hər hansı bir çatışmamazlıq olmamışdır. Təxminən 2020-ci ilin may ayında MMC-nin təftişçisi işləyən Vüsal adlı şəxs tərəfindən sənədlərin sistemə işlənməsi zamanı Təqsirləndirilən şəxs malları geri qaytarma aktlarında çatışmamazlıq olduğunu görüb bu barədə onun özünə məlumat vermiş, Taleh isə cavabında həmin aktların evdə olduğunu, unutduğu üçün anbara təhvil vermədiyini bildirmişdir. Lakin iyul ayı ərzində də eyni problemin yaranması səbəbindən bir daha yoxlama aparılmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs may, iyun və iyul ayları ərzində Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonu ərazisində yerləşən "xxxx"lərdən akt əsasında geri qaytarılmış malları və həmin aktları MMC-nin anbarına təhvil verməyərək malları şəxsi məqsədləri üçün başqa şəxslərə satıb əldə olunan pulu mənimsəmişdir. Bundan sonra MMC-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması məqsədi ilə audit yoxlanması təşkil edilmiş, onun özünün də iştirak etməsi üçün yaşadığı ünvana teleqram və xəbərdarlıq məktubları göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs özünə məxsus mobil telefondan zəng vurub “Covid-19” virusuna yoluxduğunu bildirərək iştirak edə bilməyəcəyini demişdir. Aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi dövrdə "xxxx" MMC-yə borcu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat təşkil etmişdir. Təqsirləndirilən şəxs MMC-də yazmış olduğu izahatında qeyd olunan məbləğin yarısını şəxsi məqsədləri üçün istifadə edərək mənimsədiyini təsdiq etmiş, digər malları isə tam təhvil almadığını bildirmişdir. Mağazalar malları satışdan geri qaytarmaq istədikdə bu barədə satış təmsilçisinə məlumat verir. Bundan sonra satış təmsilçisi ilə mağaza nümayəndəsi arasında akt tərtib olunaraq qaytarılan malların adı, qiyməti və sayı qeyd olunaraq satış təmsilçisinə təhvil verildikdən sonra hər iki tərəfin imzası ilə təsdiqlənir. Bundan sonra satış təmsilçisi geri qaytarılan malları aktla birlikdə şirkətin anbarına təhvil verir. Bu barədə də onunla anbardar arasında “iadə fakturası” adlanan sənəd tərtib olunaraq eyni qaydada hər iki tərəfin imzası ilə təsdiqlənir. Əgər mağazadan geri qaytarılan mallar şirkətin təçhizatçılarına təhvil verilirsə, bu zaman akta həmin malı qəbul etmiş təçhizatçı imza atır, sonra isə aktı anbara təhvil verilməsindən ötrü satış təmsilçisinə təqdim edir. Təqsirləndirilən şəxs da bu qaydada işləmiş, malların ticarət obyektlərindən təhvil alınması, şirkətin anbarına təhvil verilməsi şəxsən özünün iştirakı ilə aparılmışdır. Onun işlədiyi 2020-ci ilin may, iyun, iyul ayları ərzində "xxxx"-dən geri qaytarma aktlarının surətləri yoxlama zamanı götürülmüş, məlum olmuşdur ki, satışdan geri qaytarılan mallar ticarət obyektinin əməkdaşları tərəfindən şəxsən Təqsirləndirilən şəxs təhvil verilmiş və Taleh də öz imzası ilə həmin aktları təsdiqləmiş, malları təhvil almasına baxmayaraq, gətirib anbara təhvil verməmişdir. Onun göstərdiklərini doğru deyil, mallar daşıyıcılar tərəfindən deyil, satış təmsilçilərinin özləri tərəfindən anbara təhvil verilir. Mal daşıyıcı tərəfindən gətilsə də belə, malları anbardara satış təmsilçilərinin özləri şəxsən təhvil verirlər. Satış təmsilçisinin xəbəri olmadan daşıyıcılar tərəfindən malların mağazalardan geri qaytarmağa icazələri yoxdur. Odur ki, onun izahatlarında göstərdiklərinin hamısı özünü müdafiə xarakteri daşıyır. Əgər marketdə hər hansı bir mal oğurlanıbsa, bu əskiklik şəbəkə rəhbərliyi ilə şirkətin rəhbərliyi arasında razılaşdırılır və bunun satış təmsilçisinə heç bir aidiyyəti olmur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat pul tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin gedişində Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbinin yoxdur, gələcəkdə də olmayacaqdır. Onlara məlum olduğuna görə, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2018-ci il tarixdən "xxxx" MMC-də təftişçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs həmin MMC-də satış təmsilçisi işləmişdir. Onu MMC-də işləməyə başladığı vaxtdan tanımış, buna qədər Talehlə heç bir münasibəti, tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs MMC-də işlədiyi ilk aylar ərzində fəaliyyətində hər hansı bir çatışmamazlıq olmamışdır. Təxminən 2020-ci ilin may ayında tərəfindən sənədlərin sistemə işlənməsi zamanı Təqsirləndirilən şəxs malları geri qaytarma aktlarında çatışmazlıq olduğunu görmuş və bu barədə onun özünə məlumat vermişdir. Taleh isə cavabında həmin aktların və mağazalardan geri qaytarılan malların evdə olduğunu, sadəcə unutduğu üçün anbara təhvil vermədiyini bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs bölgə müdiri Zaur Qurbanov və satış müdiri Şahid1 məlumat vermiş, onlar da tədbir görəcəklərini bildirmişlər. Lakin iyul ayı ərzində də eyni problemin yaranması səbəbindən bir daha yoxlama aparmış, "xxxx"lərdən onlarda qalan aktların surətini toplamış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs may, iyun və iyul ayları ərzində Suraxanı, Nizami, Sabunçu və Xəzər rayonu ərazisində yerləşən "xxxx"lərdən 25 ədəd akt əsasında satışdan qaytarılmış dırnaq boyası və şampun məhsulunu, aktlarla birlikdə MMC-nin anbarına təhvil verməyərək malları şəxsi məqsədləri üçün başqa şəxslərə satıb əldə olunan pulu mənimsəmişdir. Bundan sonra MMC-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanması məqsədi ilə audit yoxlanması təşkil edilmiş, onun özünün də iştirak etməsi üçün yaşadığı ünvana teleqram və xəbərdarlıq məktubları göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs özünə məxsus mobil telefondan zəng vurub “Covid-19” virusuna yoluxduğunu bildirərək iştirak edə bilməyəcəyini demişdir. Aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-də işlədiyi müddətdə Təqsirləndirilən şəxs hesabında 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat əskiklik vardır. Bildiyinə görə, Təqsirləndirilən şəxs MMC-də yazmış olduğu izahatında qeyd olunan məbləğin yarısını şəxsi məqsədləri üçün istifadə edərək mənimsədiyini təsdiq etmişdir. Mağazalar malları satışdan geri qaytarmaq istədikdə bu barədə satış təmsilçisinə məlumat verir. Bundan sonra satış təmsilçisi ilə mağaza nümayəndəsi arasında akt tərtib olunaraq qaytarılan malların adı, qiyməti və sayı qeyd olunaraq hər iki tərəfin imzası ilə təsdiqlənir. Bundan sonra satış təmsilçisi geri qaytarılan malları aktla birlikdə şirkətin anbarına təhvil verir. Bu barədə də onunla anbardar arasında “iadə fakturası” adlanan sənəd tərtib olunaraq eyni qaydada hər iki tərəfin imzası ilə təsdiqlənir. Əgər mağazadan geri qaytarılan mallar şirkətin təchizatçılarına təhvil verilirsə, bu zaman akta həmin malı qəbul etmiş təchizatçı imza atır, sonra isə aktı anbara təhvil verilməsindən ötrü satış təmsilçisinə təqdim edir. O, özü Təqsirləndirilən şəxs hesabında çatışmazlıq olduğunu gördükdən sonra onun işlədiyi "xxxx"-dən geri qaytarma aktlarının surətini almış və məlum olmuşdur ki, geri qaytarılan mallar şəxsən Təqsirləndirilən şəxs təhvil verilmiş və o, öz imzası ilə həmin aktları təsdiqləmişdir. Malları təhvil almasına baxmayaraq, anbara təhvil verməmişdir. Mallar daşıyıcılar tərəfindən deyil, satış təmsilçilərinin özləri tərəfindən anbara təhvil verilir. Mal daşıyıcı tərəfindən gətilsə də belə, malları anbardara satış təmsilçilərinin özləri şəxsən təhvil verirlər. Satış təmsilçisinin xəbəri olmadan daşıyıcılar tərəfindən malların mağazalardan geri qaytarmağa icazələri yoxdur. Əgər marketdə hər hansı bir mal oğurlanıbsa, bu əskiklik şəbəkə rəhbərliyi ilə onların şirkətinin rəhbərliyi arasında razılaşdırılır və bunun satış təmsilçisinə heç bir aidiyyəti olmur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Kaybulla oğlu göstərdi ki, 2007ci ildən "xxxx" MMC-də anbardar vəzifəsində çalışır. Onun anbardar kimi vəzifəsi şirkətə daxil olan şifarişlər əsasında malları toplayıb təhvil verməkdən və satışdan geri qayıdan malları təhvil almaqdan ibarətdir. İşə qəbul olunan zaman onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi işləmiş şəxs kimi tanımış, buna qədər onunla heç bir münasibəti, tanışlığı olmamışdır. Bildiyinə görə, Taleh MMC-də 2020-ci ilin fevral ayının əvvəllərindən 2020-ci ilin avqust ayının sonlarına qədər işləmiş, sonradan isə vəzifəsindən azad edilmişdir. Onun xidməti ərazisi Bakı şəhəri Sabunçu, Suraxanı, Nizami və Xəzər rayonları ərazisində yerləşən "xxxx"lər olmuşdur. Talehin satış təmsilçisi kimi vəzifəsi işlədiyi mağazalardan götürdüyü sifarişi elektron qaydada şirkətə göndərmək və satışdan geri qaytarılan malları təhvil alıb MMC-nin anbarına təhvil vermək olmuşdur. Onun verdiyi sifariş şirkətin operatorları tərəfindən qeydə alınaraq ona təqdim edilirdi. O isə öz növbəsində verilən sifariş əsasında malları anbarda toplayıb, tərtib olunmuş qaimə əsasında sifarişi vermiş satış təmsilçisinə təqdim edir. Sonra isə mallar ya satış təmsilçiləri, ya da ki, təchizatçı vasitəsi ilə mağazalara çatdırılır. Mallar təhvil verilən zaman mağaza nümayəndəsi ilə arasında təhvil-təslim aktı tərtib olunaraq hər iki tərəfin imzası ilə təsdiqlənirdi. Taleh özü də həmin qaydada işləmiş, malları özü apardıqda satış təmsilçisi kimi həmin təhvil-təslimdə iştirak etmişdir. Onun əsas vəzifəsi aldığı sifarişləri şirkətə bildirmək olmuşdur. Malların satışından əldə olunan pullar isə mağazalar tərəfindən bank vasitəsi ilə şirkətimizin hesabına köçürülür. Talehin satış təmsilçisi kimi pulları nağd şəkildə mağazalardan yığmaq səlahiyyəti olmamışdır. Bundan başqa, satış təmsilçisi kimi onun daha bir vəzifəsi mağazalardan satışdan geri qaytarılan malları toplayıb anbara təhvil vermək olmuşdur ki, həmin vaxtı da malları geri qaytaran mağaza nümayəndəsi ilə satış təmsilçisi kimi Taleh arasında malların geri qaytarılmasına dair iki nüsxədən ibarət akt tərtib olunaraq hər iki tərəf onu imzası ilə təsdiq edilmişdir. Həmin aktın bir nüsxəsi marketdə, bir nüsxəsi isə satış təmsilçisində qalmışdır. Sonra isə satış təmsilçisi həmin aktı mallarla birlikdə anbara gətirib ona təhvil vermişdir. Taleh MMC-də işlədiyi ilk aylar ərzində fəaliyyətində heç bir çatışmamazlıq olmamışdır. Təxminən 2020-ci ilin iyul-avqust aylarında eşitmişdir ki, Talehin hesabında əskiklik aşkar edilmişdir. Belə ki, təftişçi Şahid1 tərəfindən Talehin fəaliyyəti yoxlanılan zaman məlum olmuşdur ki, Taleh may, iyun və iyul ayları ərzində işlədiyi Suraxanı, Nizami, Sabunçu və Xəzər rayonu ərazisində yerləşən "xxxx"lərdən akt əsasında satışdan geri qaytarılmış dırnaq boyaları və şampunları, habelə onları qəbul etməsinə dair aktları MMC-nin anbarına təhvil verməyərək malları şəxsi məqsədləri üçün başqa şəxslərə satıb əldə olunan pulu mənimsəmişdir. Bundan sonra MMC-nin rəhbərliyi tərəfindən Talehin fəaliyyətinin yoxlanması məqsədi ilə audit yoxlanması təşkil edilmiş, aparılmış audit yoxlaması ilə müəyyən edilmişdir ki, MMC-də işlədiyi müddətdə Talehin hesabında 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat əskiklik vardır. Mağazalar malları satışdan geri qaytarmaq istədikdə bu barədə satış təmsilçisinə məlumat verir. Bundan sonra satış təmsilçisi ilə mağaza nümayəndəsi arasında akt tərtib olunaraq qaytarılan malların adı, qiyməti və sayı qeyd olunaraq hər iki tərəfin imzası ilə təsdiqlənir. Bundan sonra satış təmsilçisi geri qaytarılan malları aktla birlikdə şirkətin anbarına gətirib ona təhvil verir. Bu barədə də onunla satış təmsilçiləri arasında “iadə fakturası” adlanan sənəd tərtib olunaraq eyni qaydada hər iki tərəfin imzası ilə təsdiqlənir. Əgər mağazadan geri qaytarılan mallar şirkətin təchizatçılarına təhvil verilirsə, bu zaman akta həmin malı qəbul etmiş təchizatçı imza atır, sonra isə aktı anbara təhvil verilməsindən ötrü satış təmsilçisinə təqdim edir. Malların anbara təhvili və qəbulu yalnız satış təmsilçisi tərəfindən aparılır. Əgər satışdan geri qaytarılan mallar mal daşıyıcı tərəfindən anbara gətirilərsə belə olan halda da malları anbara satış təmsilçilərinin özləri şəxsən təhvil verirlər. Satış təmsilçisinin xəbəri olmadan daşıyıcılar tərəfindən malların mağazalardan geri qaytarmağa icazələri yoxdur. Bildiyinə görə Taleh hətta satışdan geri qaytarma aktlarını belə gizlədib şirkətə təhvil verməmiş, sonradan şirkətin sorğusu əsasında həmin aktlar "xxxx"-dən götürülmüşdür. Onun işlədiyi mağazalardan hər hansı bir malın oğurlanması və ya mağazanın öz günahı ucbatından malın yararsız vəziyyət düşməsi ilə bağlı şirkətə xəbərdarlıq, məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Əliniyaz oğlu göstərdi ki, 2019cu ildən Bakı şəhəri Nizami rayonu “Neftçilər” metrosunun yaxınlığında yerləşən "xxxx"-də mal qəbulçusu işləyir. İşlədiyi marketdə "xxxx" MMC-dən müxtəlif çeşidli parfümeriya və kosmetika məhsulları qəbul olunaraq satışı həyata keçirilir. Xeyli müddət keçdiyi üçün MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xatırlamır, lakin malların sifarişi və satışdan geri qaytarmalar satış təmsilçilərinə təhvil verilmişdir. 02 iyun 2020-ci il tarixli 162195 nömrəli malların qaytarılması aktda qeyd olunan 60 ədəd ümumi dəyəri 77,26 manat olan “Milady” dırnaq boyasını şəxsən özü sayaraq tam şəkildə Talehə təhvil vermiş, hər ikisi də aktı öz imzaları ilə təsdiq etmişlər. Talehin sonradan həmin malları hansı səbəbə görə şirkətə təhvil vermədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 2019-cu ildən ünvan 4 ünvanında yerləşən "xxxx"-də mal qəbulçusu işləyir. İşlədiyi marketdə "xxxx" MMC-dən müftəlif çeşidli parfümeriya və kosmetika məhsulları qəbul olunaraq satışı həyata keçirilir. 2020-ci ilin fevral-avqust ayları ərzində MMC-nin satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs tanımış, onun işi sifariş götürmək, satışdan geri qaytarmaları qəbul etmək olmuşdur. 18 iyun 2020-ci il tarixli 204089 nömrəli və 25 iyun 2020-ci il tarixli 204020 nömrəli malların qaytarılması aktlar tərəfindən tərtib olunmuşdur. 18 iyun 2020-ci il tarixli 204089 nömrəli aktda qeyd olunan 30 ədəd ümumi dəyəri 38.63 manat olan “Milady” dırnaq boyası və 25 iyun 2020-ci il tarixli 204020 nömrəli aktda qeyd olunan 480 ədəd ümumi dəyəri 1142.40 manat olan "xxxx" şampun, saç kremlərini şəxsən özü sayaraq tam şəkildə Talehə təhvil vermiş, mallar ondan təhvil alındıqdan sonra hər ikisi də aktı öz imzaları ilə təsdiq etmişlər. “Təhvil aldı” qrafasında olan imza Talehə məxsusdur, onun yanında şəxsən imzalamışdır. Ola bilsin ki, 25 iyun 2020-ci il tarixli 204020 nömrəli aktda “təhvil aldı” qrafasında Talehin adı səhvən “Nazim” kimi qeyd edilmişdir. Talehin sonradan həmin malları hansı səbəbə görə şirkətə təhvil vermədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o, 2019-cu ildən Zaqulba qəsəbəsində yerləşən "xxxx"-də mal qəbulçusu işləyir. İşlədiyi marketdə digər məhsullarla yanaşı "xxxx" MMC-dən müftəlif çeşidli parfumeriya və kosmetika məhsulları qəbul olunaraq satışı həyata keçirilir. 2020-ci ilin fevral-avqust ayları ərzində MMC-də satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs tanımışdır. O, marketlərdən sifariş qəbul etmiş, həmçinin geri qaytarılan malları qəbul etmişdir. Ona təqdim olunan 05 may 2020-ci il tarixli 708665 nömrəli malların qaytarılması aktında qeyd olunan 100 ədəd ümumi dəyəri 128.77 manat olan “Milady” dırnaq boyasını, 09 iyun 2020-ci il tarixli 273578 nömrəli malların qaytarılması aktında qeyd olunan 80 ədəd ümumi dəyəri 103.02 manat olan “Milady” dırnaq boyasını və 16 iyun 2020-ci il tarixli 273623 nömrəli malların qaytarılması aktında qeyd olunan 100 ədəd ümumi dəyəri 128.77 manat olan “Milady” dırnaq boyasını həqiqətən də göstərilən tarixlərdə özü şəxsən sayıb Talehə təhvil vermişdir. Taleh malları ondan qəbul etdikdən sonra aktı imzalamışdır. Aktda qeyd olunan mallardan əskik gələni, zədələnəni olmamışdır. Talehin sonradan həmin malları hansı səbəbə görə şirkətin anbarına təhvil vermədiyini, hara apardığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, 2020-ci ilin yay aylarından Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi İ.Əlizadə küçəsində yerləşən "xxxx"-də mal qəbulçusu işləyir. İşlədiyi marketdə digər məhsullarla yanaşı "xxxx" MMC-dən müxtəlif çeşidli parfümeriya və kosmetika məhsulları qəbul olunaraq satışı həyata keçirilir. İşə başladığı dövrdən MMC-də satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs tanımışdır. O, marketlərdən sifariş qəbul etmiş, həmçinin geri qaytarılan malları qəbul etmişdir. 04 avqust 2020-ci il tarixli 277009 nömrəli malların qaytarılması akt tərəfindən tərtib olunmuşdur. Aktda qeyd olunan 25 ədəd ümumi dəyəri 32.19 manat olan “Milady” dırnaq boyasını şəxsən özü sayıb Talehə təhvil vermişdir. “Təhvil verdi” qrafasında olan imza ona məxsusdur, “təhvil aldı” qrafasında olan imzanı isə Taleh onun yanında çəkmişdir. Talehin sonradan həmin malları hansı səbəbə görə şirkətə təhvil vermədiyini bilmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, 2019-cu ildən Binə qəsəbəsi İ.Əlizadə küçəsində yerləşən "xxxx"-də mal qəbulçusu işləyir. İşlədiyi marketdə digər məhsullarla yanaşı "xxxx" MMC-dən müftəlif çeşidli parfümeriya və kosmetika məhsulları qəbul olunaraq satışı həyata keçirilir. Xeyli müddət keçdiyi üçün 2020-ci ilin fevral-avqust ayları ərzində MMC-də satış təmsilçisi işləmiş Təqsirləndirilən şəxs xatırlamır. Yadındadır ki, həmin dövdə satış təmsilçisi sifariş qəbul etmiş, geri qaytarılan malları qəbul etmişdir. 05 may 2020-ci il tarixli 168951 nömrəli və 09 iyun 2020-ci il tarixli 221777 nömrəli malların qaytarılması aktlar tərəfindən tərtib olunmuş, orada göstərilən mallar tam şəkildə sayılıb Talehə təhvil verilmişdir. 05 may 2020-ci il tarixli 168951 nömrəli aktda qeyd olunan 50 ədəd ümumi dəyəri 64.38 manat və 09 iyun 2020-ci il tarixli 221777 nömrəli aktda qeyd olunan 50 ədəd ümumi dəyəri 64.38 manat olan “Milady” dırnaq boyasını şəxsən özü sayıb Talehə təhvil vermişdir. Akt hər ikisi tərəfindən imzalanmışdır. Talehin sonradan həmin malları hansı səbəbə görə şirkətə təhvil vermədiyini bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş lisenziyalara əsasən Azərbaycan Respublikası ərazisində audit xidmətinin göstərən sərbəst auditor X1 tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, 04 fevral 2020-ci il tarixdən 07 avqust 2020-ci il tarixədək olan dövrdə 1 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlar aşağıdakı kimi olmuşdur. 04 fevral 2020-ci il tarixə qalıq 96558.39 manat, qaimə ilə müştərilərə mal verilib 170616.75 manat, müştəridən 125500.00 manat pul vəsaiti mədaxil olunmuş, "xxxx" MMCnin məlumatına əsasən geri qaytarma (vozvrat) 17525.88 manat, "xxxx" MMC-nin məlumatına əsasən isə geri qaytarma (vozvrat) 12120.46 manat, nəticədə 07 avqust 2020ci il tarixə "xxxx" MMC-nin məlumatına əsasən 124149.26 manat və "xxxx" MMC-nin məlumatına əsasən 129554.68 manat mühasibat uçotu üzrə qalıq qalmışdır. Müştəri ilə şirkət arasında geri qaytarmadan fərq 5405.42 manat olmuşdur. Belə ki, sənədlər üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 4/795 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 05 may 2020-ci il tarixli 708665, 168951, 206418, 977877 nömrəli, 13 may 2020-ci il tarixli 143111 nömrəli, 28 may 2020-ci il tarixli 995580, 237878, 995581 nömrəli, 09 iyun 2020-ci il tarixli 221777, 273578 nömrəli, 16 iyun 2020-ci il tarixli 978112 nömrəli, 17 iyun 2020-ci il tarixli 978123 nömrəli, 18 iyun 2020-ci il tarixli **********4, 204089 nömrəli, 25 iyun 2020-ci il tarixli 293813 nömrəli, 02 iyul 2020-ci il tarixli 162195 nömrəli, 11 iyul 2020-ci il tarixli 266081 nömrəli (i/v 49-da olan kserosurətdə), 13 iyul 2020-ci il tarixli 235023 nömrəli, 24 iyul 2020ci il tarixli 326187 nömrəli, 28 iyul 2020-ci tarixli 287355 nömrəli və 04 avqust 2020-ci il tarixli 277009 nömrəli “Malların qaytarılması aktları”nda “Təhvil aldım” qrafalarında olan imzalar və müvafiq olaraq “M.Taleh”, “M.Taleh”, “Taleh”, “Məmmədov T”, “Təqsirləndirilən şəxs”, “Təqsirləndirilən şəxs” yazıları, Təqsirləndirilən şəxs adından "xxxx" MMC-nin Baş müdirinə ünvanlanmış 06 avqust 2020-ci il tarixli izahatdakı yazılar və “İmza” yazısı qarşısındakı imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Qeyd olunan rəydən görünür ki, 25 iyun 2020-ci il tarixli 204020 nömrəli “Malların qaytarılması aktı”nda “Təhvil aldım” qrafasında “Nazim” yazısı – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 iyun 2020-ci il tarixli 204020 nömrəli “Malların qaytarılması aktı”nda “Təhvil aldım” qrafasındakı imzanın – Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın bütövlükdə quruluşunun sadə olması səbəblərinə görə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 07 dekabr 2020-ci il tarixli 9/4682№-li rəydə göstərilmişdir ki, 27 avqust 2020-ci il tarixli audit hesabatından göründüyü kimi, "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat məbləğində müəyyən edilir. Rəylə bir daha təsdiq olunur ki, auditor hesabatında olan cədvəl məlumatlarında da "xxxx" MMC-nin məlumatına əsasən "xxxx" MMC-yə qaytarılan malların siyahısı 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat göstərilmişdir. Həmin rəyə əsasən, sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə, həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 382,00 (üç yüz səksən iki) manatdır. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı fakt qarşısında qalaraq, "xxxx" MMC-yə vurduğu 5402,42 (beş min dörd yüz beş manat qırx iki qəpik) manat ziyandan 1000 (bir min) manatını 16 iyun 2021-ci il tarixdə ödəniş etmişdir. İş materiallarında olan 15 iyun 2021-ci il tarixli 20648 saylı, 05 yanvar 2022-ci il tarixli 23007 saylı, 10 yanvar 2022-ci il tarixli 23052 saylı, 10 fevral 2022-ci il tarixli 23376 saylı və 10 fevral 2022-ci il tarixli 23376 saylı kassa mədaxil orderlərindən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat pulu zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xəzinəsinə tamamilə ödəmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli 6815 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu cinayət nəticəsində vurulmuş 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1351,40 (bir min üç yüz əlli bir, qırx) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 10 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu zərərçəkmiş hüquqi şəxsə vurduğu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, mülki iddiadan imtina edir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasıni xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 10 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını, mülki iddiadan imtina etdiklərini göstərdi, bunların nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasıni xahiş etdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışması və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakı hesab olunan pul vəsaitini mənimsəməsi, yəni ona etibar edilmiş özgə əmlakını talaması əməlini törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində 05 may 2020-ci il tarixli 708665, 168951, 206418, 977877 nömrəli, 13 may 2020-ci il tarixli 143111 nömrəli, 28 may 2020-ci il tarixli 995580, 237878, 995581 nömrəli, 02 iyun 2020-ci il tarixli 221669 nömrəli, 03 iyun 2020-ci il tarixli 109042 nömrəli, 09 iyun 2020-ci il tarixli 221777, 272578 nömrəli, 16 iyun 2020-ci il tarixli 273623, 978112 nömrəli, 17 iyun 2020-ci il tarixli 978123 nömrəli, 18 iyun 2020-ci il tarixli **********4, 204089 nömrəli, 25 iyun 2020-ci il tarixli 293813, 204020 nömrəli, 02 iyul 2020-ci il tarixli 162195 nömrəli, 11 iyul 2020-ci il tarixli 266081 nömrəli, 13 iyul 2020-ci il tarixli 235023 nömrəli, 24 iyul 2020-ci il tarixli 326187 nömrəli, 28 iyul 2020-ci il tarixli 287355 nömrəli və 04 avqust 2020-ci il tarixli 277009 nömrəli “Malların qaytarılması” aktlarına imza atmağına baxmayaraq, ticarət obyektləri tərəfindən geri qaytarılan bəzi malları təhvil almaması, aktlarda qeyd olunan digər dırnaq boyalarının marketlərdə baş vermiş oğurluqlar səbəbindən ona təhvil verilməməsi, həmçinin öhdəsinə çatışmazlıq kimi yazılmış ticarət obyektlərindən təhvil aldığı ümumilikdə 3284.40 manat dəyərində mala görə borcu olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda verdiyi ifadə işin obyektiv hallarına uyğun gəlmədiyi və cinayət işinin materialları ilə təkzib olunduğu üçün, özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs Tanrıverdi oğlu zərərçəkmiş hüquqi şəxsə vurduğu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1351,40 (bir min üç yüz əlli bir, qırx) manat) Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 382,00 (üç yüz səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs Tanrıverdi oğlundan tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC mülki iddiadan imtina etdiyinə görə məhkəmə hesab edir ki, bu imtina məhkəmə tərəfindən qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun CM-nin 179.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Tanrıverdi oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Tanrıverdi oğlu zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nə vurduğu 5405,42 (beş min dörd yüz beş, qırx iki) manat maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1351,40 (bir min üç yüz əlli bir, qırx) manat) Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Tanrıverdi oğlundan 382,00 (üç yüz səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC mülki iddiadan imtina etdiyinə və bu imtina məhkəmə tərəfindən qəbul olunduğuna görə mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Tanrıverdi oğlunun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar