Məhkəmə qərarları › İş №1(003)-49/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-49/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-49/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs Əlıməmməd oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Ermənistan Respublikası Qafan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə çinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs Əlməmməd oğluna Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə “Çıxarış” sənədi alacaqları barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə müxtəlif bəhanələr gətirməklə 2022-ci ilin təxminən fevral və dekabr aylarında hissə-hissə olmaqla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisdində müxtəlif yerlərdə sonuncudan ümumilikdə 5600 manat məbləğində pulu aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs Əlməmməd oğluna xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, ittihamın 2700 manat hissəsində özünü təqsirli bilir. Kamil ona hissə-hissə olmaqla 1200 və 1500 manat pul vermiş, iş alınmadıqdan sonra o, pulu qaytarmışdır. Digər işlərdən xəbəri yoxdur. O, Ramili Kamilə görə tanımışdır. O, pulu Kamilə yox Ramilin özünə qaytarmışdır. Ramilə torpaq sahəsinə çıxarış çıxaracağına dair vədd vermişdir. Ramil 2700 manat pulu Kamilə vermiş, Kamil isə pulu ona vermişdir. Digər məbləğdən xəbəri yoxdur. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs Əlıməmməd oğluna vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq onun cinayət məsuluyyətindən azad olunmağını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Əlıməmməd oğlu ifadəsində göstərdi ki, o, Şüvəlan qəsəbəsində olan torpaq sahəsinə çıxarış düzəltmək istəmişdir. Onun Türkan qəsəbəsində obyekti var və Zamini (Kamili) İcra Hakimiyyətində işləyən nümayəndə kimi tanıyır. Zamin (Kamil) ona demişdir ki, o, sənədi düzəldə bilər. Daha sonra o, Arifi tanımışdır. Zamin (Kamil) ona demişdir ki, işi düzəldən Təqsirləndirilən şəxsdir. Bu səbəbdən də o, elə bilmişdir ki, pulun hamsı Təqsirləndirilən şəxs çatır. O, pulu Zaminə (Kamilə) vermiş daha sonra iş alınmadığından o, pulu ona qaytarmışdır. Arif ona 2700 manat ödəmiş, qalanı isə Zamin (Kamil) tərəfindən ödənilmişdir. O, “Zamin”in “Kamil” olduğunu sonradan bilmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, dostu İlqarın vasitəsi ilə Ariflə tanış olmuşdur. O, Ramilə məxsus torpaq sahəsinə sənəd düzəltmək üçün Ariflə görüşmüşdür. Sənədi düzəltmək üçün Ramil ona ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla 2000 manat, 3000 manat və 600 manat pul vermişdir. Həmin puldan ona 1100 manat çatmış, pulun qalan - 4500 manat hissəsini Arif götürmüşdür. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, eManat terminalı vasitəsi ilə 416973******2492 kart nömrəsinə 2200 və 500 manat köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəza şərti təyin edilmiş və 01 il müddətinə sınaq müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs xərçəng xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əlməmməd oğluna Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə “Çıxarış” sənədi alacaqları barədə yalan vəd verərək ona 4500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni ümumilikdə 1125 manat (xx.xx.2023-cü il tarixdə 675 manat, xx.xx.2024-cü il tarixdə 450 manat köçürülmüşdür) dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibinə xitam verilir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs Əlıməmməd oğlu izahat verərək ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və onunla barışıq əldə etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə məhkəmə iclasında xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşman olmasını, zərərçəkimiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, onkoloji xəstəliyinin olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. İş üzrə Zərərçəkmiş şəxs Əlıməmməd oğluna dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs Əlıməmməd oğluna dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar